fədakar məhəbbətini qəbul etdi. 18 il əzab çəkəndən
sonra onun oğlu Allaha tərəf dönür, Katolik Kilsəsinin
keşişi, sonra Yepiskopu, nəhayət, Müqəddəsi olur.
Ata və ana uşağında xasiyyət tərbiyələndirməlidir,
buna görə onlar xeyirxahlığı tələbkarlıqla birləşdirməyi
bacarmalıdırlar. Əks halda uşaq iradəsiz böyüyəcək.
Öz uşağına mehriban söz deməyən, istiqanlılıq
göstərməyən, yalnız övladdan qeyd-şərtsiz tabeçiliyi
tələb edən və onları bununla daim əsəb gərginliyində
saxlayan valideynlər düzgün etmirlər. Belə münasibətdə
uşağı ruhaniliyə maraqsızlığa və hətta nevroza gətirib
çıxarmaq olar. Həmçinin uşaqlarına hər şeyi icazə verən
valideynlər pis edirlər, çünki bu halda uşaqlar qəddar,
eqoist böyüyür. Məhəbbəti tələblə birləşdirmək zəruridir,
bunun üçün səy, fədakarlıq və övladlar üçün dua etmək
lazımdır.
Həddi-buluğa çatan uşaqların özünə peşə və həyat
yolu seçmək hüququ var, lakin valideynlər nəzakətli
məsləhətləri ilə onlara kömək etməyi bacarmalıdırlar.
Xüsusilə, əgər onlar oğullarını yaxud qızlarını Allahın Ona
xidmət etməyə çağırdığını (keşiş yaxud rahibə olmaq)
görsələr, sevinməlidirlər və onlara çağırışın səsi ilə
getməyə kömək etməlidirlər. Oğullarının və qızlarının
oxumaq üçün seminariyaya daxil olmasına yaxud rahib
olmasına valideynlərin mane olmağı Rəbb Allahın
iradəsinə qarışmaq və Məsihin Kilsəsini dağıtmaqdır.
Valideynlər
övladlarının
çağırışına
hörmətlə
yanaşmalıdırlar və uşaqlarına onu tanımağa kömək
etməlidirlər.
Allahın dördüncü əmri həmçinin hökumətin
~ 441 ~
441
vətəndaşlara olan borcu barədə danışır: «İctimai
hakimiyyət əsas insan hüquqlarına və azadlıqdan istifadə
etmək üçün zəruri olan şərtlərə əməl etməlidir» (KKK
2254).
V. QƏTL ETMƏ
Yer üzündə ən böyük nemət həyat və sağlamlıqdır.
Allah Özü bizim həyat və sağlamlığımızı müdafiə edir:
«Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam…
Kim insan qanı töksə, onun da qanı insan əli ilə
töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb»
(Yar 9, 5-6). Həyat və sağlamlıq insanın şəxsi mülkiyyəti
deyil, Allahın ənamıdır, buna görə də biz həyatı
qorumalıyıq, onun qayğısına qalmalıyıq, ona ziyan gətirən
yaxud təhlükə törədən hər şeyi özümüzdən
uzaqlaşdırmalıyıq. Yer üzündə həyat və sağlamlıq bizə
ona görə verilib ki, biz onları öz ruhani inkişafımız, lütfdə
və Allaha məhəbbətdə böyümək üçün istifadə edək və
xeyirxah əməllər vasitəsilə əbədi həyatı miras alaq.
Buradan da müqəddəs borc yaranır – öz həyatını və
başqalarının həyatını qorumaq borcu.
«İnsan həyatı müqəddəsdir, çünki ən başlanğıcdan o
özündə Allahın yaradıcılığını daşıyır... Həyatın Hökmdarı
onun əvvəlindən sonunadək yalnız Allahdır; heç kimin
heç bir vəziyyətdə günahsız insanı məhv etməyə ixtiyarı
yoxdur» (KKK 2258).
Sağlamlığın qayğısına qalan zaman ifrata varmaq
lazım deyil – sağlamlığa heç qayğı göstərməmək və
həddindən artıq qayğı göstərmək (yəni ciddi xəstəlikləri
~ 443 ~
443
müalicə etməmək yaxud özündə xəstəliklər axtarmaq,
həmçinin özünü müalicə etmək) düzgün deyil. Müvafiq
qaydada qidalanmaq və geyinmək, sağlam gigiyena
normalarına riayət etmək, xəstələnən zaman müalicə
olunmaq lazımdır.
Allahın beşinci əmri avtomobili idarə edərkən və
küçəni keçərkən yol hərəkəti qaydalarına riayət etməyi,
özünün və başqa insanların həyatını təhlükəyə
qoymamağı öyrədir. Üzrsüz səbəbdən öz həyatını və
sağlamlığını təhlükə altına qoymaq olmaz (həyatı
təhlükəyə salmağa icazə verən üzürlü səbəb başqa
insanın həyatının xilasıdır, ailənin yaxud vətənin
müdafiəsidir). Şöhrətlənmək arzusu ilə yaxud yüngül
qazanc əldə etmək məqsədi ilə öz həyatını təhlükəyə
qoymaq günahdır.
Hər kəs öz həyatını qorumaq üçün Allahdan aldığı
hüquqa və borca malikdir. «Öz həyatını müdafiə edən
şəxs hətta təcavüzkara ölümlə nəticələnən zərbə
vurmağa məcbur olsa, qətldə təqsirkar deyil» (KKK
2264). Amma insan öz həyatını həyatına olan təhlükəyə
uyğun müdafiə etməlidir, çünki Allah başqasının da
həyatını qorumağı əmr edir. «Əgər öz həyatını müdafiə
edən insan lazım olandan daha təcavüzkarcasına hərəkət
edirsə, onun hərəkəti qeyri-qanunidir» (KKK 2264).
İsa Məsih Dağüstü Vəzində «qətl etmə» əmrini
xatırladaraq könüllü qəzəb, nifrət hisslərini və qisas
arzusunu qadağan edir və bizə öz düşmənlərimizi
sevməyi əmr edir. Bununla İsa Məsih bizə beşinci əmrin
mahiyyətini açır: «Siz qədim zamanlarda adamlara “qətl
etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq”
deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına
~ 445 ~
445
hirslənən
hər kəs mühakiməyə məruz qalacaq» (Mat 5,
21-22).
Allahın beşinci əmri nəyi qadağan edir?
«Allahın Beşinci Əmri ağır günah olan bilavasitə və
qəsdən edilən qətli qadağan edir. Qatil və onun könüllü
cinayət yoldaşları fəryadla səmalardan qisas istəyən
günahı edirlər» (KKK 2268). Yalnız Rəbb Allah həyat və
ölümün Hökmdarıdır. Buna görə də qətl həmişə ən ağır
cinayətlərdən biri hesab olunur və ciddi cəzalarla təqib
olunur. Müqəddəs Kitabın ilk səhifələrində ilk qətlin
dəhşətli təsviri ilə rastlaşırıq – Qabil öz qardaşı Habili
öldürür. O vaxtdan etibarən ilk qatilin mənfi surəti
ailələrin, qəbilələrin və xalqların tarixində görünür. İblis
«başlanğıcdan qatil idi» (Yəh 8, 44). Ürəyinə bu iblisi
buraxan qatil öz qardaşının qanını tökür. Qabil kimi hər
bir qatilin arxasınca qisas üçün fəryad edən qanın səsi
gəlir. «Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi
torpaqdan Mənə fəryad edir. Buna görə də bu torpaqda
lənət almısan; o torpaq ki sənin əlinlə tökülən qardaş
qanını udmaq üçün ağzını açdı» (Yar 4, 10 11). İnsan
həyatı Rəbbin yandırdığı sirli alovdur və onu qırmaq ən
ağır cinayətdir. Müqəddəs Yazı xəbərdarlıq edir: «...Qor-
xaqların, imansızların, iyrənclərin, qatillərin,
əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün
yalançıların aqibəti isə od və kükürdlə yanan göldə
olacaq» (Vəhy 21, 8).
Heç kim qatil olaraq dünyaya gəlmir və dərhal qatil
olmur, amma buna tədricən gəlir. Əgər uşaq dua etmir,
günahlarını etiraf etmir və Evxaristiyanı qəbul etmirsə,
~ 447 ~
447
Dostları ilə paylaş: |