pessimist yazıçının, həyatı sevməyən və insanları
sevməkdənsə onlara nifrət etməyi öyrədən “yalançı
peyğəmbər” olan təşviqatçının, adlarını açıq
göstərməyən, lakin öz üzvlərini “həddindən artıq sevən”,
hətta vicdan səsini susduraraq onlardan qəti və tənqidsiz
tabeçiliyi tələb edən təriqətlərin təsiri ola bilər. Özgə,
başqa bir şəxsiyyətin yaxud qapalı qrupun gözləri ilə
dünyanı görməyə başlamamaq üçün ehtiyatlı olmaq
lazımdır. İnsan həmişə “daxildən”, həmişə ürəkdən,
həmişə sağlam düşüncəyə müraciət edərək həqiqəti
axtarmalıdır: “İman üçün mənə təklif olunan şey mənim
insaniyyətimə, vicdanıma zidd deyilmi, onu qırıb məhv
etməzmi?” Katolik Kilsəsinin Katexizisi öyrədir: “İman
insanın şüurlu və azad, insan şəxsiyyətinin şərəfinə layiq
olan bir hərəkətidir” (KKK 180).
Məsihin gözlərini açdığı anadangəlmə kor olan adam
Məsihə imanını etiraf edən yeganə şəxs deyil. Artıq iyirmi
əsr ərzində Ona milyonlarla insan iman edir. Bizim
eramızın ilk üç əsri dövründə milyonlarla insan qətlə
yetirilməyi Məsihi inkar edərək bütpərəstliyə
qayıtmaqdan üstün tutdu. Onları bu qərara nə vadar
edirdi? Dərk etdikləri həqiqətə iman və Məsihə olan
məhəbbət. Əsrlər boyunca Məsihə iman milyonlarla kişi
və qadını öz həyatlarını cəmiyyətin zəif üzvlərinə –
xəstələrə, yetimlərə, əlillərə və azmışlara xidmətə həsr
etməyə ilhamlandırırdı. Buna görə bir çox rahib
cəmiyyətləri təsis edilirdi. İman böyük rəssamları,
yazıçıları, bəstəkarları və memarları ilhamlandırırdı və
onlar bu günədək bəşəriyyəti sevindirən şah əsərlərini
yaradırlar.
İnsan bu gün də Allahı axtarır. Allaha aparan yol
iman yoludur. Allah bizdən ilk növbədə iman etməyi
~ 8 ~
8
tələb edir. Adəmlə Həvvadan və imanına görə İlahi
Xalqın həm də “iman edən hamının” (Rom 4, 11) atası
olan İbrahimdən Allah iman tələb edirdi. Allah həmçinin
imanı Müqəddəs Bakirə Məryəmdən də tələb edirdi və
məhz imana görə o, “bəxtiyar” oldu (Luka 1, 45). Məsih
də şagirdlərindən iman tələb edirdi: “İman edib vəftiz
olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq”
(Мark 16, 16). Allah Oğlu Məsihə iman xilas üçün
zəruridir, çünki iman günahların buraxılmasını təmin edir
və səmaları açır. Buna görə də bu gün Allah Ona
yaxınlaşan hər bir insandan iman tələb edir. Katexizis
öyrədir: “Kilsədən aldığımız imanı biz qayğıkeşliklə
qoruyuruq, çünki o, dayanmadan, Müqəddəs Ruhun
təsiri ilə, gözəl qabda yerləşmiş qiymətli girov kimi
cavanlaşır və onu saxlayan qabı da cavanlaşmağa
məcbur edir” (ККK 175).
Katolik Kilsəsi demək olar ki, iyirmi əsr ərzində
Məsihin ilk şagirdləri və davamçıları olan, Məsihin
təlimini ən yaxşı anlayan Həvarilərin imanını qoruyub
saxladı. Rəbb onlara imanlılara rəhbərlik etməyi, onları
öyrətməyi və təqdis etməyi əmr etdi. Həvarilərin dini on
iki müddəadan ibarət olan Həvari İman Rəmzində
cəmləşir. Allah övladı və Ümumdünya Kilsəsinin üzvü
olmaq istəyən, Vəftiz ayinini icra edən hər kəs bu İman
Rəmzinə uyğun olaraq imanını etiraf etməlidir.
Həvarilərin İman rəmzi öyrədir:
“İman edirəm.
Yeri və göyü yaradan Külli-ixtiyar Ata Allaha
ve Onun Yeganə Oğlu, Müqəddəs Ruhdan
döllənmiş, Bakirə Məryəmdən doğulmuş, Ponti
Pilatın hökmü altında əzab çəkmiş, çarmıxa
çəkilmiş, ölmüş və dəfn olunmuş, ölülər aləminə
~ 9 ~
9
enmiş, üçüncü gün dirilmiş, göylərə qalxmış,
külli-ixtiyar Ata Allahın sağında əyləşmiş, oradan
diriləri və ölüləri mühakimə etməyə gələcək,
Rəbbimiz İsa Məsihə iman edirəm.
Müqəddəs Ruha, Müqəddəs Ümumdünya
Kilsəsinə, müqəddəslərin ünsiyyətinə, günahların
bağışlanmasına, bədənin dirilməsinə, əbədi
həyata iman edirəm.
Amin. ”
Gəlin Həvari İman Rəmzinin hər bir müddəasını daha
dərindən anlamağa çalışaq.
~ 10 ~
10
1. « YERİ VƏ GÖYÜ YARADAN, KÜLLİ-İXTİYAR
ATA ALLAHA İMAN EDİRƏM»
Ateist ailəsində tərbiyə almış insana elə gəlir ki,
Allahın mövcudluğunu inkar edən bir çox dəlil var.
Əslində isə bu belə deyil. Ateistlər Allahın mövcud
olmadığını təsdiq edən heç bir məntiqi dəlil gətirə
bilmirlər. İnsanın ağılı, ürəyi, tarix, maddi aləm, eləcə də
böyük alimlər bizə Allahın mövcudluğunu təsdiqləyən bir
çox məntiqi dəlil gətirirlər. Gəlin bunlardan bəzisinə
nəzər salaq.
Maddi aləm Allahın mövcudluğu barədə nə
söyləyir?
Makkaveylərin İkinci Kitabı ananın oğluna ətraf
mühitdə onu yaradan Allahın müdrikliyini görməyi
öyrətməsi barədə bəhs edir: «Yalvarıram sənə, mənim
balam, göyə və yerə bax, orada olanları görəndə bil ki,
Allah hər şeyi heç nədən düzəltdi və beləliklə, insan nəsli
yarandı» (2Макк 7, 28). Həvari Pavlosus deyir ki, gözəl
və harmoniyalı dünyanı seyr edən hər kəs belə nəticəyə
gəlməlıdır ki, hər şeyi yaradan Allah mövcuddur:
«Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən
xüsusiyyətləri, yəni əbədi qüdrəti və İlahiliyi Onun
yaratdıqları vasitəsilə üzə çıxır» (Rom 1, 20). «Kilsə
öyrədir ki, insan ağlının təbii nuruna görə bizim
Yaradanımız və Rəbbimiz olan Yeganə və Həqiqi Allahı
Onun əməlləri vasitəsilə, şübhəsiz ki, tanıya bilər» (ККK
47).
~ 11 ~
11
Dostları ilə paylaş: |