məsinlər, xəstəlik baş verərsə, onları müalicə etmək
lazımdır ki, xroniki xəstəliyə çevrilməsin. Valideynlər
övladlarını yaxşı yedirməli və geyindirməlidirlər. Pullarını
spirtli içkilərə, gözəl paltarlara, bahalı mebelə xərcləyən,
uşaqlarını isə kifayət qədər qidalandırmayan valideynlər
günah edirlər. Valideynlər uşaqların siqaret
çəkməməsinə, spirtli içki içməməsinə yaxud bundan da
betəri olan narkotik maddələr qəbul etməməsinə diqqət
yetirməlidirlər.
Lakin valideynlərin ən əsas borcu övladlarının
mənəvi və dini tərbiyəsidir. «Valideynlər öz
övladlarına Allahın övladları kimi baxmalı və onlara
şəxsiyyət kimi hörmət etməlidirlər». «Valideynlərin
vəzifəsi övladlarına dua etməyi öyrətmək və onlara
Allahın övladı olmaq çağırışlarını aşkar etməkdə kömək
göstərməkdir» (KKK 2222, 2226).
Hər bir uşaq ilk növbədə Rəbb Allaha məxsusdur və
onunla öz şəxsi mülkün kimi davrana bilməzsən. Uşağı
təmiz vərəqlə müqayisə etmək olar: onun üzərində həm
yaxşı, həm də pis yazı yazmaq olar. Yaxud uşağı mərmər
parçası ilə müqayisə etmək olar: ondan həm gözəl, həm
də eybəcər fiqur düzəltmək olar. Hər bir uşaq həm
müqəddəs, həm də cinayətkar ola bilər. Uşağın
tərbiyəsində ən əsas rolu öz nümunələri ilə valideynləri
oynayırlar.
Allaha imanı uşaqlarına ötürmək, onlara Onu sevməyi
və Ona dua etməyi öyrətmək, Onun əmrlərini icra etmək,
ətrafdakı insanlara hörmət etmək, vətənini, təbiəti,
heyvanları və quşları sevmək – valideynlərdən yaxşı
bunları heç kim edə bilməz. İnsanlar doğma evlərində
~ 433 ~
433
gördüyünü və eşitdiyini həyatları boyu ürəklərində
xatırlayırlar. Müqəddəs Yazı Tovinin öz oğlunu necə
öyrətməsi barədə nəql edir: «Oğlum, hər gün Rəbb
Allahımızı xatırla və günah etməyi arzulama. Mülkündən
sədəqə ver və sədəqə verəndə heyfsilənmə. Oğlum,
əxlaqsızlığın hər növündən çəkin. Atalarının tayfasından
özünə arvad al, yadelli arvad alma. Muzdurun haqqını
özündə səhərədək saxlama, onu dərhal ver və sənə əvəzi
veriləcək» (Tov 3, 5-14).
Nümunə ən güclü təsir göstərir. Qədim atalar sözündə
deyilir: «Sözlər öyrədir, nümunə isə yola gətirir». Uşaqlar
valideynlərindən düşüncə tərzini, hadisələrin və faktların
qiymətləndirmə üsulunu götürürlər. Onlar valideynlərini
danışıq, gediş, geyim, qidalanmada təqlid edirlər. Öz
valideynlərindən maddi və ruhani şeylərə dair ən əsas
olanı – yaxşı və pisi mənimsəyirlər. Qoy heç bir valideyn
fikirləşməsin ki, uşaqlar onların əməllərinə uyğun
olmayan sözlərini eşidəcəklər.
Bəzi valideynlər təəccüblənir və şikayətlənirlər ki, nə
üçün uşaqları onlara hörmət etmirlər, yaxşı söz demirlər,
nadir halda onlara baş çəkirlər. Bu valideynin ürəyinə
ağrı gətirir, amma əksər halda təqsir valideynlərin
özündə deyilmi? Əgər valideynlər övladlarına Allahı və
başqa insanları sevməyi öyrətməyiblərsə, onda uşaqlar
onları da sevməyəcəklər. Müqəddəs Ruh deyir: «İnsan
nəyi əkərsə, onu da biçəcək...» (Qal 6, 7).
Budapeştdə ölüm hökmünü yerinə yetirməzdən əvvəl
gənc məhkumdan onun sonuncu arzusu barədə
soruşdular. O dedi: «Hökmün icrasından sonra şəklimi
çəkin və onu atama göndərin. Onun nümunəsi məni
~ 435 ~
435
buraya gətirib çıxartdı».
Ata-anasında həqiqi məsihçiliyi görən uşaq xoşbəxtdir,
çünki düzgün hərəkət etməyə və özündə düzgün
xasiyyət tərbiyələndirməyə vərdiş edirlər.
Bir yazıçı tez-tez uşaqlığını yada salırdı. Hələ balaca
ikən anasının çoxlu dua etdiyini görürdü. Bir dəfə o
soruşdu: «Ana, nə üçün sən bu qədər çox dua edirsən?»
O cavab verdi: «Oğlum, mən çox dua etməliyəm ki, sən
düz insan olasan». «Onda mən başa düşdüm ki, – deyə
yazıçı xatırlayırdı, – düz insan olmaq çox vacibdir və öz
xasiyyətim üzərində çalışmağa başladım. Anamın
sözlərini heç vaxt unutmaram».
Dini tərbiyəni uşağa əsasən ana verir, keşiş isə ona
kömək edir. Buna görə də uşaq danışmağa başlayanda
ona xaçı, ikonanı göstərmək, onları öpməyə vermək, xaç
işarəsi çəkməyi öyrətmək və sadə, bir neçə sözdən
ibarət olan duaları öyrətmək lazımdır. Sonra övladları
məbədə katexizasiyaya göndərmək lazımdır. İlk Tövbə və
Evxaristiyada iştirak edəndən sonra isə onların
müntəzəm olaraq katexizasiyada iştirak etmələrinə,
tez-tez tövbə etmələrinə və Evxaristiya qəbul etmələrinə
diqqət yetirmək lazımdır.
Məşhur alman naziri Lüdviq Vindxorstun tanışı daha
yaxşı şəkil çəkdirmək üçün hansı poza almasını
bilməyəndə o məsləhət verdi: «Uşağınızın əllərini dua
üçün qoyan anda çox yaxşı görünəcəksiniz. Bu, özümə
təsəvvür edə biləcəyim ən gözəl pozadır».
~ 437 ~
437
Övladlarının ürəyində xeyirxahlığa məhəbbət və şərə
qarşı nifrət olmağın qayğısına qalmaq ata və ananın
həyatı boyu borcudur.
Müqəddəs Lüdovikin anası kraliça Blanka tez-tez ona
təkrarlayırdı: «Oğlum, ağır günah etdiyin barədə
bilməkdənsə ölümün barədə xəbər eşitmək mənim üçün
daha yaxşıdır». Bu sözlərlə o, oğlunun ürəyində fəzilətə
məhəbbət və günaha nifrət oyatdı. Sadə kasıb bir ailədə
skamyanın ayağı sındı.
Oturacağa dayaq vermək üçün qız yaxınlıqdakı
tikintidən kərpic gətirdi. Amma anası kərpici icazəsiz
götürdüyünü biləndə dərhal onu yerinə qaytarmağı əmr
etdi. Qız ömürlük yadda saxladı ki, özgənin malını
götürmək olmaz.
Əlbəttə, ola bilər ki, valideynlərin bütün cəhdlərinə
baxmayaraq, uşaqları pis yolla getsinlər. Amma
valideynlər öz nümunələri və tərbiyələri ilə iman və
xeyirxahlığın əsaslarını uşağın ürəyinə qoyublarsa,
övladın Allaha qayıtmasına ümid ruhani tərbiyə
verməyən valideynlərdən daha çoxdur.
Müqəddəs Avqustinin anası Müqəddəs Мoniкa oğlu
günahlı həyata başlayandan sonra 18 il ərzində onu
duaları, xahişləri və qınamaları ilə təqib edirdi. O isə
anasından qaçırdı, amma anası onu axtarıb tapır və
yenidən öz xəbərdarlıqları ilə onda vicdanın səsini
oyatmağa çalışırdı. Allah onun dualarını eşitdi və onun
~ 439 ~
439
Dostları ilə paylaş: |