Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə63/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   59   60   61   62   63   64   65   66   ...   87

GƏTİRMƏ
Katolik Kilsəsinin Katexizisi deyir: «İkinci Əmr Rəbbin
Adına sitayiş etməyi əmr edir. Rəbbin adı müqəddəsdir»
(KKK 2161).
Allahın adı bütün xalqların, irqlərin və mədəniyyətlərin
dinlərində   həmişə   ehtiramlı   olub.   Bəzi   dinlər   yalnız
xüsusi   hallarda   Allahın   adını   çəkməyə   icazə   verirdilər.
Musaya   görünən   Rəbb   Özünü   «Yahve»   (Var   olan)
adlandırdı. Baş keşişdən başqa heç bir adi yəhudi bu adı
dilinə   gətirə   bilməzdi.   Bunu   Allaha   münasibətdə
yüngüllüyə yol verməmək üçün edirdilər.
Biz   məsihçilər   bu   əmri   daha   geniş   anlayırıq,   çünki
burada «Allah», «Rəbb», «İsa» sözlərini yalnız ehtiramla
söyləməkdən deyil, ümumiyyətlə, Allaha və dinə ürəyin
ehtiram və tam hörmətli münasibətindən söhbət gedir.
Allahın adına biz necə ehtiram göstəririk?
Danışığımızla.   «İsa»,   «Rəbb»,   «Allah»   adlarını
müvafiq   ehtiramla   söyləmək   lazımdır.   Bu   sözlərlə
milyonlarla şəhid həyatını imana görə qurban verdi. Buna
görə   də   Allah   barədə   böyük   diqqət   və   ehtiramla
danışmaq   lazımdır.   Eyni   diqqət  və   hörmətlə   müqəddəs
ayinlər və Katolik Kilsəsinin Liturgiya mərasimləri barədə
danışmaq   və   Müqəddəs   Yazının   mətnlərini   təkrarlamaq
lazımdır.
İman   etirafı   ilə  biz   Allaha   və   Katolik   Kilsəsinə
məxsus olduğumuzu etiraf etməyə utanmırıq. İsa dedi:
«İnsanlar   qarşısında   Məni   iqrar   edən   hər   kəsi   Mən   də
göylərdə olan  Atamın qarşısında iqrar edəcəyəm» (Mat
~ 401 ~
401


10, 32). Söz və əməllərimiz etiraf etdiyimiz imana uyğun
olmalıdır,   çünki   əgər   biz   dodaqlarımızla   imanı   etiraf
etsək,   əməllərimizsə   pis   olsa,   biz   insanların   gözündə
Allahın və dinin adını rüsvay edəcəyik.  
Məsihçi   salamlama  –   eyni   zamanda   duadır:   «İsa
Məsihə izzət olsun» və bu salamlamaya cavab: «Əbədi
olaraq. Amin».
Dini and –  (sözümüzün düzgünlüyünü təsdiq etmək
üçün   Allahı   şahid   çağırma)   və   Allaha   verdiyimiz   andı
sədaqətlə yerinə yetirməkdir. Belə andı biz Vəftiz, Mirro
yağı ilə məshetmə, Nikah zamanı veririk.
1940-cı ilin iyun ayında Fransadan İspaniyaya gedən
yollar   hitlerçilərdən   qaçan   fransızlar,   belçikalılar,
avstriyalılar,   çexlərlə   dolu   idi.   Qaçqınlar   arasında
milliyyətcə yəhudi olan məşhur yazıçı Fransisk Verfel və
onun   arvadı   da   var   idi.   Lakin   onlar   İspaniyaya   gedə
bilmədilər   və   1854-cü   ildə   Allah   Anası   Müqəddəs
Bernardettanın   olduğu   Lurd   şəhərində   qaldılar.   Bu
barədə bilən Verfel Allaha and verdi ki, əgər yəhudi olan
o,   işğaldan   sağ   çıxsa,   Bakirə   Məryəmin   təzahürləri
barədə   kitab   yazacaq.   Allah   onun   həyatını   xilas   etdi,
yazıçı  Amerikaуa  köçdü   və  orada  «Bernardetta  barədə
nəğmə»   adlı   kitab   yazdı.   Bu,   Allah   Anasının   Lurdda
möcüzəvi   təzahürləri   barədə   ən   yaxşı   kitabdır.   Bu
nümunə   bizə   Allaha   verdiyimiz   sözü   sədaqətlə   yerinə
yetirməyi öyrədir.
Rəbbin ikinci əmri nəyi qadağan edir?
Andı   pozma  –   bir   şəxsin   yalan   danışaraq   Allahı
~ 403 ~
403


sözünün   düzgünlüyünə   şahid   olmağa   çağırmasıdır.
Məhkəmədə yaxud Katolik Kilsəsinin ruhani səlahiyyətləri
qarşısında anddan sonra yalan ifadə verən kəs bu günahı
edir. Müəyyən bir xeyirxahlıq edəcəyi barədə and içən,
ürəyində isə bunu yerinə yetirmək niyyəti olmayan adam
da   bu   günahı   edir   (məsələn,   gələcək   həyat   yoldaşına
nikah   zamanı   məhəbbət   və   sədaqət   vəd   edir,   amma
buna əməl etmək istəmir).
Düşüncəsiz and  – zəruriyyət olmadan, əhəmiyyətsiz
məsələlərdə   yaxud   müvafiq   düşünmədən   Allahı
sözlərinin həqiqiliyinə şahid olmağa çağırmaqdır. 
Padşah   Hirod   Hirodiadanın   qızı   Salomeyanın   hər   bir
arzusunu   yerinə   yetirmək   barədə   and   içəndə
yüngülxasiyyətlilik   etdi   və   sonra   onun   istəyini   yerinə
yetirərək Vəftizçi Yəhyanı öldürməyə məcbur oldu.
Gənc   oğlan   və   qız   yelbeyinlik   edib   bir-birini   yaxşı
tanımadan,   müvafiq   düşünmədən   ər-arvad   olmağa
tələsirlər, sonra isə nikahlarını ləğv etməyə çalışırlar. 
Gündəlik   dünyəvi   məsələlərdə   Allahı   şahid   olmağa
çağıran adam da yüngülxasiyyətlilik edir: borc verməyə
pulu   olmadığı   barədə   and   içir,   ona   inanmayanda   bir
hadisənin şahidi olduğu barədə and içir və s.
Küfr  –   xüsusilə   ağır   günahdır.   Küfr   «Allaha   nifrət,
qınama,   meydan   oxuma   sözlərinin   təklikdə   yaxud
hamının   eşidəcəyi   bir   surətdə   tələffüz   etmək,   Allahı
pisləmək,   Onun   barəsində   söylənilən   sözlərdə   ehtiram
göstərməmək, Onun adından sui-istifadə etməkdir. Küfr
~ 405 ~
405


sözlərinə   qadağan   əmri   həmçinin   Məsihin   Kilsəsinə,
müqəddəslərə və müqəddəs yerlərə qarşı deyilən sözlərə
də aiddir. Həmçinin, cinayət əməllərini gizlətmək, xalqları
əsarətdə   saxlamaq,   insanlara   işgəncə   vermək   yaxud
öldürmək   üçün   Allahın   adından   istifadə   edəndə   küfr
edilir» (KKK 2148). 
Məşhur ateist və dinsiz Volter məktublarını çox vaxt
belə imzalayırdı: «Məsihi lağa qoyan». 25 fevral 1753-cü
ildə   o   yazırdı:   «İyirmi   ildən   sonra   Allah   istirahətə
gedəcək».   Bununla   o   demək   istəyirdi   ki,   onun   dinə
istehzaları nəticəsində iyirmi ildən sonra daha heç kim
Kilsəyə   getməyəcək.   İyirmi   ildən   sonra   onun   ağ
ciyərindən   qanaxma   başladı   və   həkim     sağalmağa
ümidin   olmadığını   söylədi.   Volter   katolik   keşişinin
gəlməsini xahiş etdi, tövbə etdi, xəstələrin ayinini qəbul
etdi və camaat qarşısında öz kitablarından imtina etdi.
Xəstənin   vəziyyəti   yaxşılaşdı,   allahsız   dostları   onun
yanına   gəlməyə   başladı   və   o,   Məsih   və   Katolik   Kilsəsi
barədə   yenidən   pis   fikir   söyləməyə   başladı.   Çox
keçmədən onun halı yenidən pisləşdi və o, keşişi çağırdı,
lakin dostları buna yol vermədilər. Volter məyus oldu. O
qışqırdı:   «Allah   və   insanlar   məni   tərk   ediblər!   İblis
buradadır   və   məni   aparmaq   istəyir!   Cəhənnəmi   açıq
görürəm, onu bağlayın!» Məyusluq içində o, barmaqlarını
dişləyir   və   üzünü   cırırdı.   O   gah   Allahdan   mərhəmət
diləyir,   gah   Onu   söyürdü.   Məyusluqda,   özünə   və
dostlarına   lənət   oxuyaraq   öldü.   Bu   nümunə   bizə
xəbərdarlıqdır:   Allah və din barədə sözlərimiz ağıllı və
əsaslı, Rəbbə və katolik imanına ehtiramla dolu olmalıdır.
~ 407 ~
407


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə