Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə60/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   56   57   58   59   60   61   62   63   ...   87

ağılsızlığı   ilə   yaradılmış   «başqa   allahların»   kənar
edilməsini   tələb   edir.   «Var   olan,   Var   olmuş   və   Gəlməli
olan   Külli-İxtiyar   Rəbb   Allah   deyir:   «Alfa   və   Omeqa
Mənəm!»» (Vəhy 1, 8).
Əvvəlcə   Allahın   yaratdığı   insanlar   Onu   tanıyır   və
Ondan kənarda xoşbəxtlik axtarmırdılar. Allah onlar üçün
uzaq   və   naməlum   bir   şey   deyildi,   çünki   onlar   Onunla
yaxın ünsiyyət edirdilər. Lakin sonra ilk günahın bədbəxt
hadisəsi   baş   verdi   və   insanlar   Yaradandan   uzaqlaşdılar.
Allahı   dərk   etmə   adamların   şüurunda   kölgədə   qaldı   və
demək   olar   ki,   tamamilə   itirildi.   Allahın   mərhəməti   ilə
yalnız   bir   xalq   –   İsrail   xalqı   (yəhudilər)   Onun   haqqında
düzgün   anlayışa   malik   idi.   Digər   xalqlar   isə   əllə
yaradılmış bütlərə, heyvanlara, günəşə və müxtəlif başqa
əşyalara sitayiş etməyə başladı.
Bu   gün   biz   İsa   Məsih   sayəsində   Allahı   olduğu   kimi
tanıyırıq.   Allah   bizdən   Onu   daha   mükəmməl   tanımağa
can atmağımızı istəyir. İman barədə təlimi dərk edərək
biz   onu   özümüzdə   möhkəmlədirik.   İmanımız   dini
təcrübələr – müqəddəs Messada iştirak, tez-tez tövbə və
Evxaristiyada   iştirak,   dua,   Müqəddəs   Yazı   və   katolik
kitabları   oxumaq   sayəsində   artır.   Əks   halda   iman
getdikcə zəifləyəcək və ağır tovlanmalara uğrayacaq.
İfratçılıqdan qaçaraq (onu qəsdən nəzərə çarpdırmadan
və gizlətmədən) imanı açıq etiraf etmək lazımdır. Məsih
deyir: «İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən
də   göylərdə   olan   Atamın   qarşısında   iqrar   edəcəyəm.
Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də
onu   göylərdə   olan   Atamın   qarşısında   inkar   edəcəyəm»
(Mat 10, 32-33).
İmanlı   öz   nümunəsi   və   ağlabatan   sözü   ilə   imanı
~ 379 ~
379


müdafiə   etməlidir   və   onu   yaymalıdır.   Məsihçi   özünü
Ümumdünya   Kilsəsi   olan   İsa   Məsihin   böyük   ailəsinin
övladı   hiss   etməlidir   və   Xilaskarın   sözlərini   yadda
saxlamalıdır:   «Dünyanın   hər   tərəfinə   gedin,   bütün
yaradılışa Müjdəni vəz edin» (Мark 16, 15).
İman etməmək böyük təhlükədir. 
1940-cı   ildə   alman   təyyarəçi   işğal   olunmuş   ərazidə
imanlı ailəsində yaşayırdı. O, doqquz yaşlı qızın hər gün
dua etdiyini görürdü. Bu onu əsəbiləşdirirdi və o bir dəfə
soruşdu: «Ay bala, bir de görüm, sən kimə dua edirsən?»
Uşaq   cavab   verdi:   «Rəbb   Allaha».   –   «Sən   heç   Allahı
görmüsən?»   –   deyə   təyyarəçi   söz   aldı.   «Xeyr,   mən
görməmişəm,   lakin  bilirəm  ki,  Allah  var»,   –  deyə   uşaq
cavab verdi. «Bu düz deyil, – alman güldü, – səndən üç
dəfə   çox   yaşamışam,   iki   ildir   ki,   havada   hündürlükdə
uçuram,   lakin   Allahı   heç   vaxt   görməmişəm.   Mən   çox
hündürlərə uçuram». – «Sən yıxılanda Onu görəcəksən»,
– deyə qız cavab verdi.
Viktor Hüqo yazırdı : «Ateizm nə qədər aciz, nə qədər
dəyərsizdir! Nə qədər cəfəngdir! Allah mövcuddur! Mən
özümdən   çox   Allahın   mövcudluğuna   inanıram...   Özüm
barədə deyirəm: elə olmur ki, dörd saat keçsin və mən
dua etməyim. Gecə oyananda da dua edirəm».
Rəbbin   birinci   əmri   bizə   Allaha   təvəkkül   gətirməyi,
sınaq   və   əzablarda   Ona   ümid   bəsləməyi   və   heç   vaxt
məyus   olmamağı   öyrədir.   Allah   bizim   xilasımızı   istəyir,
Allah   xeyirxahdır   –   bizə   Öz   iradəsini   icra   etməyə,
kamilliyə müvəffəq olmağa, lütf vəziyyətində yaşamağa
və əbədi həyata nail olmağa kömək edəcək.
İman   və   ümid   Allahın   məhəbbətinə   gətirib   çıxarır.
~ 381 ~
381


İman və ümid əbədiyyətə keçid anında bitir, məhəbbət
isə əbədi davam edəcək.
«Allahın Rəbbə səcdə et» (Mat 4, 10)
Allahın mövcudluğunu etiraf etmək kifayət deyil, çünki
bunu cinlər və cəhənnəmdə məhkum olunanlar da etiraf
edirlər.   Allaha   sitayiş   etmək   zəruridir.   Bu,   möminlik
adlanır. Möminlik sitayiş, qurban, dua və s. kimi daxili və
zahiri insan aktlarında təzahür edir.
Sitayiş – Yaradanı Öz Allahın, Xilaskarın, Müəllimin və
Rəbbin olduğunu etiraf etmək Onun üzərimizdə hədsiz,
mərhəmətli və tam hakimiyyətini etiraf etməkdir.
Qurban  –   məhəbbət   və   təmənnasızlıqla   qiymətli
hədiyyə verməkdir. İnsanlar ən əvvəldən Allaha qurbanlar
təqdim   edirdilər,   bununla   öz   minnətdarlıqlarını   və
Yaradana   tabe   olduqlarını   bildirirdilər.   İlahi   səlahiyyətə
tabeliyin   və   onun   etirafının   əlaməti   olaraq   qurbanları
adətən   yandırırdılar.   Müqəddəs   Yazı   Qabil   və   Habilin
torpağın   bəhrəsindən   və   heyvanlardan   necə   qurban
təqdim etməsindən bəhs edir. Nuh Allaha su daşqınından
xilas olduğuna görə minnətdarlıqla qurban təqdim etdi. -
İbrahim Allaha hətta öz yeganə oğlunu qurban verməyə
hazır idi. Salim padşahı  və  hər  şeyə Qadir  olan  Allahın
kahini Melkisedeq İbrahimin düşmənlər üzərində qələbə
çaldığına   görə   minnətdarlıq   edərək   çörək   və   şərabı
qurban   gətirdi.   Allaha   minnətdarlıq   edən   Padşah
Süleyman tikdiyi müqəddəs yerdə bir çox öküz və qoyunu
qurban   gətirməyi   əmr   etdi.   Bütün   bu   qurbanlar
~ 383 ~
383


mükəmməl deyildi və Rəbb Allahın bunlara ehtiyacı yox
idi. Bu qurban təqdimatları insanların özünə lazım idi. Bu
yolla  onlar   Allaha  tam   tabe   olduqlarını,   Onun   iradəsinə
uyğun   olaraq   torpağın   nemətlərindən   istifadə   etmək
niyyətlərini göstərir, həmçinin Ona həyat ənamına görə
minnətdarlıqlarını bildirirdilər.
İsa   Məsih   bütün   Əhdi-Ətiq   qurbanlarını   ləğv   etdi.   O
dedi:   «O   zaman   gəlir   və   artıq   gəlib   ki,   həqiqi   ibadət
edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da
Özünə belə ibadət edənlər axtarır. Allah ruhdur və Ona
ibadət   edənlər   ruhda   və   həqiqətdə   ibadət   etməlidir»
(Yəh 4, 23-24). O bir çox dəfə şagirdlərinə çarmıxda Öz
əzablı   ölümü   barədə   söyləyirdi.   Çarmıxda   O   Özünü
«dünyanın həyatı üçün» (Yəh 6, 51) Qurban verəcəkdi.
Öz qurbanlıq ölümündən bir gün əvvəl Gizli Gecə zamanı,
İsa  Evxaristiya Qurbanını təsis etdi. Evxaristiya dünyanın
sonuna qədər Onun Çarmıxdakı Qurbanını təqdim edəcək
(Qurbanı real edəcək). Müqəddəs Liturgiyada (müqəddəs
Messada)   iştirak,   Evxaristiyada   Onun   Bədəni   və   Qanını
qəbuletmə bizi «Ataya ruhda və həqiqətdə ibadət edən»
(Yəh   4,   23)   həqiqi   Allah   pərəstişkarı   edir.     Müqəddəs
Liturgiya  (müqəddəs Messa)     Allaha ibadətin  zirvəsidir,
ən   kamil   insan   aktıdır.   Müqəddəs   Liturgiya   vasitəsilə
insan   Allaha   ən   yüksək   ehtiram   və   izzət   göstərə   bilər,
çünki   bu   vaxt   o,   Allaha   canlı,   müqəddəs   və   günahsız,
Allah   Oğlunun,   İsa   Məsihin   Qurbanını   təqdim   edir.   Bu
yeganə,   müqəddəs,   təmiz,   Allaha   məqbul   Qurban
məhəbbət qurbanıdır. 
Allah insanı candan və bədəndən ibarət yaratdı. Buna
görə   o,   Allaha   həm   canı,   həm   də   bədəni   ilə   sitayiş
etməlidir. Allaha daxili ehtiram aktları zahiri hərəkətlərdə
~ 385 ~
385


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə