Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə56/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   52   53   54   55   56   57   58   59   ...   87

könüllü olaraq kamilliyə müvəffəq olaq.
Xeyir və şər arasındakı seçim azadlığı bizi fikir, söz və
əməllərimizə   görə   cavabdeh   edir.   Müqəddəs   Pavlos
deyir:   «Qardaşlar,   siz   azadlığa   dəvət   olunmusunuz.
Amma   bu   azadlığı   cismani   təbiət   üçün   fürsətə
çevirməyin,   lakin   bir-birinizə   məhəbbətlə   qulluq   edin»
(Qal 5, 13).
İnsan öz həyatında onu xeyirxahlıq etməyə və şərdən
çəkinməyə   çağıran   mənəvi   qanuna   riayət   edəndə   öz
azadlığından düzgün faydalanır. Bu mənəvi qanun onun
vicdanında səslənir.
İlk günah insan təbiətinə çox ziyan vurdu – insan şərə
böyük   şövq   hiss   etməyə   başladı   və   öz   azadlığından
tez-tez   sui-istifadə   etdi,   Allahın   iradəsinə   zidd   hərəkət
etdi, bununla da öz çağırışı və təyinatından uzaqlaşdı.
İnsan   Allahla   dostluq   etməyə   və   birlikdə   yaşamaq
üçün   yaradılıb,   onun   əbədi   xoşbəxtliyi   də   bundan
ibarətdir. İnsan düz və xeyirxah olana can ataraq, bunu
sevərək Allaha yaxınlaşır. Əməlin xeyirxah olması üçün
onun obyekti, məqsədi və şəraitləri xeyirxah olmalıdır. 
Vicdan_barədə'>Vicdan barədə
Vicdan səsini Allah Özü insanın gəlbinə qoydu ki, o,
əbədi   təyinatı   və   xoşbəxtliyi   yaxınlaşdıran   və
uzaqlaşdıran   şeyləri   müəyyən   edə   bilsin.   II   Vatikan
Məclisi öyrədir: «Vicdanının dərinliyində insan özü özünə
vermədiyi, lakin tabe olmalı qanunu aşkar edir» (GS 16).
Vicdan  –   ağlın   məhkəməsidir,   onun   vasitəsilə   insan
etdiyi   və   ya   etmək   istədiyi   əməlin   yaxşı   yaxud   pis
~ 349 ~
349


olduğunu bilir. Vicdan insanı etdiyi xeyirxah əmələ görə
tərifləyir və etdiyi şər əmələ görə qəlbində vicdan əzabı
adlanan narahatlıq yaradaraq onu mühakimə edir.
«İnsanın   vicdanı   ən   sirli   və   ən   müqəddəs   yerdir,
burada o, Allahla təklikdə qalır. Allahın səsi onun qəlbinin
dərinliyində səslənir» (KKK 1795). Buna görə də hər kəs
vicdanının düzgün məhkəməsinin səsinə qulaq asmalıdır
və   heç   kimi   vicdanına   qarşı   hərəkət   etməyə   məcbur
etmək   olmaz.   Lakin   bilmək   lazımdır   ki,   vicdanı   tərbiyə
etmək   mümkündür   –   o,   daha   yaxşı   yaxud   daha   pis
istiqamətdə dəyişə bilər.
İmanlı insanda onun fikir və əməllərinə düzgün mənəvi
qiymət   verməyə   qadir   olan  doğru,   dürüst   və   həssas
vicdanı  formalaşdırmag   üçün   düzgün   mənəvi   və   dini
tərbiyə   gərəkdir.   Bu   isə   ədəbiyyatın,   incəsənətin   və
musiqinin   hər   gün   müsbət   nailiyyətlərindən   istifadə
etmək, tez-tez tövbə etmək, katolik kitabları oxumaq və
dua etməkdir. Belə vicdan düzgün tərbiyə almış vicdan
adlandırılır. 
Düzgün   mənəvi   və   dini   tərbiyə   almayan   insan   daha
pis vəziyyətdə qalır – pis meyllər ona böyük təsir göstərir
və buna görə də onun vicdanı səhv edə bilər.  Əgər insan
tez-tez öz vicdanına qarşı hərəkət edirsə, qəlbində onun
səsi  boğuq  olur (insan onu çox zəif eşidir) və vəziyyət
daha da ağırlaşır. Vicdanın pis tərbiyəsinin başqa nəticəsi
odur   ki,   vicdan   həddindən   artıq   geniş    olur  (normal
insanların özünə icazə vermədiyini insan sakit vicdanla
özünə icazə verir). Katexizis öyrədir ki, «vicdan xəbərsiz
olub səhv hökm edə bilər. Xəbərsizlik və səhvlər heç də
hər zaman təqsirdən azad olmur» (KKK 1801). 
Hər kəs, xüsusilə də, məsihçi özündə düzgün, dürüst
~ 351 ~
351


və   həssas   vicdan   tərbiyə   etmək   üçün   vicdanının
tərbiyəsinin qayğısına qalmalıdır. 
Fəzilətlər (yaxşılıqlar) barədə
Vicdanın səsini dinləyən və Allahın Əmrlərinə uyğun
yaşamağa çalışan insanda fəzilət yaranır. «Fəzilət adət
halını   almış   və   daim   xeyirxahlıq   etməyə   meyllilikdir»
(KKK   1833).  Fəzilətlər  həyatımızda çox   əhəmiyyətli  rol
oynayır   –   onlar  hərəkətlərimizi   idarə   edir,   istəklərimizi
nizama salır, ağıl və imana uyğun olaraq davranışımızı
istiqamətləndirirlər.   Üzərimizdə   işləyərək   əldə   edə
biləcəyimiz   fəzilət   mənəvi   fəzilət   adlanır.   Bunlardan
dördü ən mühüm rol oynayır, buna görə də onları əsas
adlandırırıq, qalanları isə onların ətrafında qruplaşır. 
Əsas mənəvi fəzilətlər bunlardır:
–  düşüncəli   olmaq  -   bütün   vəziyyətlərdə   həqiqi
xeyirxahlığı   müəyyən   etməyə   və   onun   icrası   üçün
müvafiq   vasitələri   seçməyə   kömək   edir.   O,   ifratlardan
(nöqsan və şişirtmələrdən) çəkinməyi öyrədir;
– ədalətli olmaq - lazım olanı Allaha və adamlara əvəz
verməkdən ibarətdir;
–  təmkin  –   həzlərə   olan   meylə   hakim   olmaq   və
dünyəvi   nemətlərdən   mötədil   istifadə   etməyə   imkan
verir;
–  cəsarət  -   çətinliklərdə   dözüm   və   xeyirxahlıq
cəhdlərimizdə sadiqlik verir.
İlahi  (insanın   qəlbinə   Allahdan   gələn   və   Ona
istiqamətlənən) fəzilətlər bunlardır:
~ 353 ~
353


–  iman  - Allahın açdığını və Kilsənin öyrətdiyini qəbul
etməyə bacarıq verir;
–  ümid  - əbədi həyata və ona nail olmaq üçün zəruri
olan lütflərə istək yaradır;
–  məhəbbət  -   bizə   hər   şeydən   çox   Allahı   sevməyə,
Rəbbə   görə  isə  qonşunu  özünü  sevdiyin   kimi  sevməyə
həvəs oyadır.
Müqəddəs   Ruhun   Ənamları  –   Müqəddəs   Ruhun,
sirrli   ayinlər   vasitəsilə,   bizdə   yaratdığı   və   bizi   Onun
ilhamlandırdıqlarına itaətkar edən qəlbimizdə olan daimi
bir   həvəsdir.   Ruhun   ənamları   bunlardır:   müdriklik,   ağıl,
məsləhət, cəsarət, bacarıq, salehlik, Allah qorxusu. 
İman   edən   məsihçinin   qəlbində   formalaşan   və
gündəlik   həyatda   görünən   kamillik   Müqəddəs   Ruhun
səmərəsi adlanır. Müqəddəs Ruhun səmərələri bunlardır:
məhəbbət,   sevinc,   sülh,   təmkinlik,   xeyirxahlıq,
mərhəmət,   iman,   həlimlik,   özünə   hakim   olmaq
(müqayisə edin: Qal 5, 22-23).
Günah barədə
Allaha gedən yolda insan üçün əsas maneə günah və
qüsurdur.
İnsan   vicdanın   səsinə   zidd   hərəkət   edəndə,   belə
fikirləşməyin,   söyləməyin   yaxud   etməyin   düzgün
olmadığını   bilərək   qadağan   olanı   edəndə   günah   etmiş
olur. İnsan  söz, fikir, əməl, istək, həmçinin  borcu yerinə
yetirməməklə günah edə bilər. Günah ağıla, həqiqətə və
vicdana   zidd   olan   əməldir.   Günah   insanın   təbiətini
yaralayır, insanlar arasında münasibətləri dağıdır,   Allahı
~ 355 ~
355


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə