Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə52/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   48   49   50   51   52   53   54   55   ...   87

Tövbə edən şəxs nikah bağlamasa yaxud qanunsuz birgə
yaşamaqdan   əl   çəkməsə,   bu   günah   davam   edəcək.
Keşişin   qardaşını,   bacısını,   qonşusunu   yaxud   başqa   bir
insanı   bağışlamaq   istəməyən   adamlara   günahların
buraxılmasını   verməyə   ixtiyarı   yoxdur.   Dünyaya
gəlməmiş   uşağın   həyatını   dayandırmaq   niyyəti   olan
yaxud döllənmiş həyatı artıq bətnində kəsən «spiral» olan
qadına və onun ərinə keşişin   günahların bağışlanmasını
verməyə ixtiyarı yoxdur. Tövbəni qəbul edən şəxs mütləq
günaha   aparan   vəziyyətlərdən   çəkinmək   istəməyənlərə
(günahına səbəbkar olan insanlarla görüşməkdən imtina
etmək   istəməyənlərə,   onu   günaha   aparan   yer   yaxud
əşyalardan   çəkinəcəyinə   söz   vermək   istəməyənlərə)
günahların buraxılmasını verə bilməz. Keşiş Kilsəni təqib
edən təşkilatla əlaqəli olan yaxud əxlaqsız fəaliyyətdən
pul   qazanan   (məsələn,   pornoqrafiya   yayan   yaxud
narkotik alveri edən) insanın günahlarını buraxa bilməz.
Lazımi  ürək  münasibəti  olmadan  keşişi  təngə  gətirib
ondan   günahlarının   buraxılmasını   yaxud   Evxaristiyada
iştirak   etmək   icazəsini   əldə   etməyə   çalışan   düşüncəsiz
insanlar keşişdən imtina cavabı alanda qəzəblənirlər və
anlamırlar   ki,   Allahla   barışa   bilmədiklərinin   təqsirkarı
keşiş   deyil,   onların   özüdür,   çünki   günahdan   ayrılmaq
istəməyən onlardır. 
Belə adamlara Məsihin sözlərini xatırlatmaq istəyirəm:
«Vaxt   yetişib,   Allahın   Padşahlığı   yaxınlaşıb.   Tövbə   edin
və Müjdəyə inanın» (Мark 1, 15).
5. XƏSTƏLƏRİN MƏSH EDİLMƏSİ AYİNİ
 (MƏRHƏM YAĞI ILƏ MƏSHETMƏ)
~ 313 ~
313


«Xəstəlik və əzablar həmişə insan həyatının ən çətin
problem   və   sınaqları   olub.   Xəstəlikdə   insan   öz
gücsüzlüyünü, məhdudiyyətini və faniliyini dərk edir. Hər
bir xəstəlik bizi ölüm barədə düşündürə bilər. 
Xəstəlik   bizi   əzablı   təşviş,   özümüzə   qapılma
vəziyyətinə,   hətta   bəzən   ümidsizlik   və   Allaha   qarşı
üsyana gətirib çıxara bilər. O həmçinin insanı daha yetkin
edə bilər və ona öz həyatında əhəmiyyətsiz şeyləri görüb
əhəmiyyətli   olana   üz   tutmasına   kömək   edə   bilər.   Çox
vaxt   xəstəlik   insanı   Allahı   axtarmağa,     Ona   tərəf
dönməyə gətirib çıxarır» (KKK 1500, 1501).
Rəbb insana – onun qəlbinə və bədəninə şəfa verməyə
gəldi. O, xəstələrə şəfa verirdi, dərdlərinə şərik olurdu,
lakin   onlardan   iman   tələb   edirdi   .   Xəstələr   Ona
toxunmağa   can   atırdılar,   çünki   «Ondan   çıxan   qüdrət
hamını   sağaldırdı»   (Luka   6,   19).   İsa   əzab   çəkənlərə
nəinki şəfa verdi, həm də onların əzablarını Öz üzərinə
götürdü: 
«Bizim   xəstəliklərimizi   O   çəkdi,   naxoşluqlarımızı   Öz
üzərinə götürdü» (Mat 8, 17). 
Məsih   şagirdlərini   əzab   və   borcların   «çarmıxını»
daşımağa   çağırır,   onları   başqalarının   xidmətinə   həsr
edilmiş   olan   Öz   həyatına   daxil   edir.   Rəbb   Həvariləri
göndərir və deyir: «Xəstələrə şəfa verin, ölüləri dirildin,
cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə
verin»   (Mat   10,   8).   Onlar   da   «yola   düşdülər   və   vəz
edərək insanları tövbəyə çağırdılar. Çoxlu cin çıxartdılar,
yağla məsh edərək çox xəstəyə şəfa verdilər» (Мark 6,
12 13). 
Görürük ki, xəstəlikdə əzab çəkənlərin qayğısına qalan
Xilaskar İsa Məsih onlara xüsusi lütf verən başqa bir ayin
~ 315 ~
315


təsis   etdi.   Həvarilər   Məsihin   iradəsini   sədaqətlə   yerinə
yetirirdilər.   Həvari   Yaqub   deyir:   «Aranızda   xəstə   olan
varmı? Qoy imanlılar cəmiyyətinin keşişlərini çağırtdırsın.
Onlar   da   Rəbbin   adına   onu   yağla   məsh   edərək   dua
etsinlər. İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb
onu   ayağa   qaldıracaq.   Əgər   o   adam   günah   edibsə,
bağışlanacaq» (Yaq 5, 14 15).
Mərhəm   yağı   ilə   məshetmə   Ayinini   kim   qəbul
edə bilər? 
Bu   suala   cavabı   Katolik   Kilsəsinin   Katexizisi   verir:
«Xəstələrin   ətirli   yağla   məsh   edilməsi   “yalnız   ölən
adamlara aid olan ayin deyil. İmanlı şəxs xəstəlik yaxud
qocalıq üzündən ölüm təhlükəsi ilə üzləşəndə onu qəbul
edir”»   (KKK   1514).   Ağır,   həyat   üçün   təhlükəli   xəstəliyi
olanların köməyinə İsa Məsih xüsusi lütflə gəlir. Mərhəm
yağı   ilə   məshetmə   Ayinini   həmçinin     ağır   cərrahi
əməliyyatdan əvvəl qəbul etmək olar.  Əgər ayini qəbul
edəndən   sonra   xəstənin   vəziyyəti   yaxşılaşıb,   bir
müddətdən   sonra   isə   yenidən   pisləşərsə,   onda   o,
keşişdən   xəstələr   üçün   olan   ayini   təkrar   icra   etməsini
xahiş edə bilər.
Bu ayinin nəticələri nədir? 
Ayin  əzab  çəkənin və bütün Kilsənin xeyri  üçün onu
Məsihin   əzabları   ilə   birləşdirir.   Xəstəliyi   yaxud   qocalığı
məsihçi   kimi   qəbul   edə   bilməsi   üçün   Rəbb   ona   təsəlli
verir,   onu   möhkəmləndirir,   xəstənin   xeyrinədirsə,   ona
sağlamlığını qaytarır; xəstə  Tövbə Ayinində iştirak etmək
~ 317 ~
317


vəziyyətində   deyilsə   (huşsuz   vəziyyətdədirsə),   onun
günahlarını   buraxır   və   Allahın   iradəsi   varsa,   onu
əbədiyyətə keçməyə hazırlaşdırır. 
Xəstələrə ayindən qorxmaq və çəkinmək lazım deyil,
çünki Məsih xeyirxah və mərhəmətlidir, ayindən çəkinən
xəstə əzablarında köməyi və təsəllini itirir. Mərhəm yağı
ilə məshetmə Ayinindən çəkinmək yaxud keşişi xəstənin
yanına buraxmamaq inamsızlıq əlamətidir, hətta Allaha
və   yaxınına   olan   məhəbbətə   qarşı   günahdır.   Keşişin
gəlişini gündən-günə və saatdan-saata yubatmaq olmaz,
xəstə   artıq   şüursuz   vəziyyətdə   olanda   və   günahlarını
etiraf   edə   bilməyəndə   keşişi   çağırmaq   düzgün   deyil.
Bəziləri imanlarının az olmasını bununla doğruldurlar ki,
xəstənin ona tez ölüm  arzuladıqlarını  zənn etməsindən
qorxurlar. Bu barədə belə demək olar. Birincisi, məsihçi
tez-tez günahlarını etiraf etməli və Evxaristiya (Şəriklik
Ayinini)   qəbul   etməlidir,   Pasxa   tövbəsinə   etinasızlıq
göstərmək   ağır   günahdır.   İkincisi,   keşiş   ölüm   yaxud
mühakimə   deyil,   xəstənin   sağlamlığı   üçün   dua   edərək
lütf və təsəlli gətirir. Üçüncüsü, hər bir imanlı yer üzündə
sonuncu saatı yaşadığını bilməlidir və özünü əbədiyyətə
köçməyə hazırlamalıdır.
Bir ər-arvad öz aralarında razılığa gəlmişdilər ki, əgər
onlardan   biri   digərinin   yaxın   ölümü   barədə   bilsə,
əbədiyyətə   keçidə   tam   məsuliyyətlə   hazırlaşmaq   ona
açıq və səmimi olaraq bu barədə mütləq deyəcək.
Mərhəm   yağı   ilə   məshetmə   çox   vaxt   sağlamlığı
qaytarır . 
Bir keşiş ağır ağ ciyər xəstəsi olan həkimə baş çəkdi.
Yazıq   getdikcə   gücünü   itirirdi,   lakin   günahları   etiraf
~ 319 ~
319


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə