Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə55/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   51   52   53   54   55   56   57   58   ...   87

etməyə, ər-arvad andını içməyə və bütün sonrakı həyat
üçün xeyir-dua almağa imkan yaratsın.
Nikahdan   əvvəlki   bütün   həyat   dövrü   üçün   tövbə
etmək,   bütün   keçmiş   səhv   və   günahlara   görə   yenidən
bağışlanma   diləmək   çox   yaxşıdır.   Bəy   və   gəlin   öz
keşişləri qarşısında günahlarını etiraf edə bilərlər yaxud
ürəklərini açmağa və tam, səmimi tövbə etməyə kömək
edərsə, özlərinə başqa keşiş seçə bilərlər. 
Nikah mərasiminin əvvəlində bəy və gəlin Rəbb Allahın
qanununa uyğun olaraq Onun qarşısında birlik bağlamaq
üçün mehrab qarşısında dayanırlar. 
Bəy   və   gəlin   keşişin   suallarına   şahidlər   qarşısında
aydın   cavab   verərək   könüllü   və   həyatlarının   sonuna
qədər   nikah   bağlamaq   arzularını   bildirirlər,   həmçinin
birgə həyatları ərzində döllənəcək bütün övladları qəbul
etmək və tərbiyə etmək öhdəliyini üzərlərinə götürürlər.
İlahi   Kəlamın   Liturgiyasından   sonra   bəy   və   gəlin
nikahın   əhəmiyyətli   hissəsi   olan   ər-arvad   andı   vermək
üçün   mehraba   yaxınlaşırlar.   Onlar   bir-birinə   əllərini
verirlər, bu da həyatın sonuna qədər qarşılıqlı sədaqətdə
yaşamaq   mənasını   verir.   Keşiş   onların   əllərini   stola   ilə
bağlayır,   bunun   mənası   odur   ki,   ər-arvadın   məhəbbəti
ölümədək təmiz, müqəddəs və ayrılmazdır. Katolik Kilsəsi
onların   könüllü   və   bu   andan   etibarən   həyatları   boyu
bağladıqları   birliyi   Məsihin   adından   təsdiq   edir.   Bəy   və
gəlin ər-arvad əhdinin sözlərini söyləyirlər: «Mən  (adı),
səni (arvadım) ərim olaraq qəbul edirəm və sənə
məhəbbət,   sədaqət   və   ər-arvad   hörməti
göstərməyə,   həmçinin   səni   ölüm   gününə   qədər
~ 337 ~
337


tərk   etməyəcəyimə   söz   verirəm.   Hər   şeyə   Qadir
olan   Allah   və   Onun   bütün   Müqəddəsləri   mənə
kömək etsin».
Keşiş   ər-arvad   andını   xeyir-dua   ilə   təsdiq   edir.   Yeni
evlənmiş ər-arvad bir-birinə təqdis edilmiş nişan üzükləri
taxırlar. Həmin üzüklər onların özlərinə və ətrafdakılara
qarşılıqlı   məhəbbət   və   sədaqət   öhdəlikləri   barədə
xatırladacaq.
  Nikah mərasiminin sonunda verilən xüsusi xeyir-dua
yeni ailəni əmin edir ki, Nikah Ayininin lütfünə görə Allah
onları   Öz   himayəsinə   qəbul   edir,   onlara   gündəlik
borclarını yerinə yetirmək üçün zəruri olan mərhəmətini
və lütfünü daim verəcək. 
Allahın   Padşahlığına   görə   saxlanılan   bəkarət
haqqında
Kilsənin   mövcud   olduğu   ilk   günlərdən   başlayaraq,
Rəbb   Allahın   çağırışı   ilə,   Məsihdən   nümunə   götürərək
Rəbbin   işlərini   yerinə   yetirmək   üçün   nikahdan   imtina
edən kişi və qadınlar olub. Məsih Özü Səmavi Padşahlığı
naminə   Məsih   Kilsəsinə   verdiyi   bəkarət   ənamı   barədə
danışırdı: «Elələri var ki, anadangəlmə xədimdir, elələri
var ki, insanlar tərəfindən xədim ediliblər, elələri də var
ki,   Səmavi   Padşahlıq   uğrunda   özlərini   xədim   sayırlar»
(Mat   19,   12).   Bəkarət   (həm   qadın,   həm   də   kişi)   vəftiz
lütfünün   inkişafının   səmərəsi,   Məsihlə   əlaqənin
üstünlüyünün əlaməti, Onun qayıtmasını səylə gözləmə
~ 339 ~
339


və   ölənlərin   dirilməsindən   sonra   gələcək   həyatın
işarəsidir; o insanlar artıq «nə evlənir, nə də ərə gedirlər.
Ancaq səmadakı mələklər kimi olurlar» (Мark 12, 25). 
Allahın Padşahlığına görə həm nikah, həm də bəkarət
Rəbdəndir. Rəbb hər ikisi üçün məna və lütf verir. Rəbb
nikaha   və   seçilmiş   insanları   bəkarətə   çağırır.   Çağırışa
uyğun   olan   nikah   və   bəkarət   yaxşı   və   zəruridir.
Müqəddəs   İohann   Xrizostom   deyir:   «Nikahı   mühakimə
edən   bəkarəti   də   izzətindən   məhrum   edir.   Nikahı
tərifləyən   bəkarəti   də   izzətli   və   heyran   olmağa   daha
layiq   edir.   Şərlə   müqayisədə   yaxşı   olan   şey   böyük
yaxşılıq   ola   bilməz,   lakin   hamının   yaxşı   hesab   etdiyi
şeylərdən   də   yaxşı   olan   şey,   həqiqətən,   ali   dərəcədə
nemət olur». 
Valideynlər,   Rəbb   Allah   onların   oğul   yaxud   qızını
keşişliyə   yaxud   rahibəliyə   çağıranda   bunu   iman   və
minnətdarlıqla   qəbul   etməlidirlər   və   onların   çağırışının
icrasına mane olmamalıdırlar, əksinə, onu icra etməkdə
kömək göstərməlidirlər.
~ 341 ~
341


III-cü HİSSƏ
Məsihdə Həyat
~ 343 ~
343


«Gözlərin necə açıldı?» (Yəh 9, 10)
~ 345 ~
345


İsa   ilə   görüş   kor   adamı   yeniləşdirdi   və   dəyişdirdi.
Qonşular   və   əvvəllər   onu   görənlər   tanıya   bilmirdilər.
Bəziləri   deyirdi   «bu   odur»,   başqaları   isə   «ona   oxşayır»
deyə   sübut   etməyə   çalışırdılar,   o   isə   deyirdi:   «bu
mənəm».   İnsanlar   təəccüb   edir   və   soruşurdular:
«Gözlərin necə açıldı?» (Yəh 9, 10). 
Kor adam nəinki zahirən yeniləşdi (görməyə başladı),
həmçinin   daxilən   də   dəyişdi.   İndi   onun   qəlbində   qəm
əvəzinə   sevinc   hökm   sürür.   Çarəsizlik   əvəzinə   ürəyi
ümidlə   doludur.   Korluğun   qaranlıq   gecəsi   əvəzinə
qəlbində iman şəfəqlənir. O, sevinclə Allah Oğlu Məsihə
imanını etiraf edir.
Bu   gün   də   İsa   ilə   görüş   insanı   dəyişir.   İman   və
müqəddəs   ayinlərdə   iştirak   Məsihin   öyrətdiyi   kimi,
Allahın   Əmrlərinə   uyğun   həyat   yaşamağa   güc   verir.
Əvvəllər ağır və həyata keçirilməz hesab olunan şeylər
Allahın köməyi ilə artıq mümkündür. Canlı iman insana
qol-qanad verir və o, Allahın Əmrlərinin yolu ilə sevinclə
getməyə başlayır.
İNSANIN ÇAĞIRIŞI (TƏYİNATI) 
Allahın «surəti və bənzərinə görə» (Yar 1, 26) yaranan
insan   Ondan   böyük   ənam   –   düşünmək   qabiliyyəti   və
seçim azadlığı aldı. Azad seçim ənamı insanı məxluqlar
arasında yüksəldir; onun xoşbəxtliyinin sirri bu ənamdan
düzgün istifadə etməsindədir. 
Seçim azadlığı nədir? Azadlıq  öz təşəbbüsünlə şüurlu
surətdə   əməllər   etmək   bacarığıdır.   Rəbb   Allah   bizə   bu
lütfü   verdi   ki,   biz   öz   təşəbbüsümüzlə   Onu   axtaraq   və
~ 347 ~
347


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə