Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə51/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   47   48   49   50   51   52   53   54   ...   87

şər meyllərə və tamahlara qalib gəlmək ona daha asan
olur, onun qəlbi daha böyük ümidlə gələcəyə baxır, çünki
Ayinin lütfü onu möhkəmləndirir.
Tez-tez tövbə etmək barədə
Bir daha Tövbə Ayininin ruhani səmərələrini xatırlayaq:
Allah   və   Kilsə   ilə   barışma,   əbədi   cəzanın   və   qismən
müvəqqəti   cəzanın   buraxılması,   vicdan   sakitliyi   və
Allahın lütfündə yaşamaq üçün ruhani qüvvənin artması. 
Müqəddəs   Kilsə   imanlıları   tez-tez   Tövbə   Ayinində
iştirak   etməyə   həvəsləndirir.   Müqəddəs   tövbə   Kilsə
xadiminin vəsatətçiliyi ilə insanın canlı, dirilmiş Məsihlə
şəxsi   görüşüdür.   Tövbədə   biz   Rəbb   Allah   qarşısında
özümüzü   günahlarda   təqsirləndiririk;   keşişin   simasında
biz   özümüzü   ilk   növbədə   Məsih   və   Kilsə   qarşısında
təqsirləndiririk.   Vicdanımızın   vəziyyətini   anlayan   keşiş
bizi   öyrədəndə,   üzərimizə   yepitimiya   qoyanda   və
günahlardan   azad   edəndə   əslində   bizi   Rəbbimiz   İsa
bağışlayır   və   qəlbimizin   həqiqi   Təbibi   kimi   vicdanımıza
şəfa verir. Tövbə ayinini imanla qəbul edən kəs qeyd edir
ki,   hər   dəfə   gözlərini   açan,   bir   çox   suallarına   cavab
verən, bir çox şübhələrinə aydınlıq gətirən yeni işıq alır;
dindarlığa və Allahla münasibətə yeni, daha kamil baxış
əldə edir. 
Vəzlər   geniş   imanlılar   dairəsinə   aiddir,   keşiş   isə
tövbədə   həmişə   bizə   qəlbimizin   vəziyyətinə,   ruhani
inkişafımızın   səviyyəsinə   uyğun   olan   konkret   nəsihət
verir. Tövbə zamanı bizə deyilən Allahın Sözü ayinin lütfü
ilə əlaqəli olduğuna görə asanlıqla ürəklərimizə daxil olur
və yadda qalır. Tövbə Ayininə başlayaraq, biz İsa Məsihdə
~ 305 ~
305


Xeyirxah   Çobanı   və   qəlbimizin   Təbibini   görməliyik.   O
bizim   yaxşılığımızı   və   ruhani   cəhətdən   sağlam
olmağımızı   istəyir.   Sağalmaq   istəyən   hər   kəs   həkimin
yanına   gələndə   xəstəliyini   mümkün   qədər   daha   yaxşı
təsvir   etməyə   çalışır   ki,   həkim   sağlamlığımızın
vəziyyətini daha yaxşı müəyyən edərək bizə sağalmaqda
kömək edə bilsin. Eləcə də İlahi Xilaskarın bizə şəfa verə
bilməsi   üçün   tövbə   zamanı   Onun   qarşısında   inamla
qəlbimizi   açmalıyıq.   «Ya   Rəbb,   yaralarımı   Sənə
göstərirəm», – deyə Müqəddəs Amvrosi dua edir.
Ailə   üzvləri   arasındakı   münasibətlərdə   növbəti
qanunauyğunluqları   müşahidə   etmək   olar:   onlar
səhvlərini nə qədər çox etiraf etsələr və «üzr istəyirəm,
bağışla, zəhmət olmasa» sözlərindən istifadə etsələr, o
qədər   də   ailə   münasibətləri   yaxşı   olacaq.   Lakin   ailə
üzvləri   özlərini   «səhvsiz»   hesab   edirlərsə,   «bağışla»
əvəzinə   tez-tez   «məndə   təqsir   yoxdur»,   «bu   sənin
günahındır» deyirlərsə, orada münasibət çox mürəkkəb
və   gərgindir.   Eyni   sözü   Allahla   münasibət   barədə   də
demək   olar,   çünki   tez-tez   Rəbbə   «mən   günah   etdim,
mənim təqsirimdir, məni bağışla, günahkaram» söyləyən
insanın Rəblə  münasibəti çox yaxşı olur. 
Müqəddəs   Fransisk   Di   Sales   tövbə   barədə   deyirdi:
«Xilaskar   Öz   Kilsəsinə   bizi   bütün   günahlarımızdan
təmizləyən  Tövbə   Ayinini   verdi.   Ey   Allahı   sevən   insan,
heç   vaxt   qoyma   ki,   ürəyində   yoluxucu   günah   olsun,
çünki bizdə ona qarşı hazır və sadə vasitələr var. Allahın
gözlərində   yenidən   təmiz   olmaq   üçün   insan     etdiyi
günahlardan mümkün qədər tez təmizlənməlidir.  Bəs nə
üçün   əlimizdə   belə   güclü   dərman   ola-ola   biz   ruhani
~ 307 ~
307


ölümlə   ölürük?   Tez-tez   cidd-cəhdlə   və   təvazökarlıqla
tövbə   et,   çünki   tövbə   bizə   nəinki   günahların
buraxılmasını, lakin həmçinin gələcəkdə günahdan uzaq
olmaq üçün güc və onların nəticələrini ləğv etmək üçün
İlahi  lütf  də  verir.  Beləliklə,  tövbə  özündə  təvazökarlıq,
tabeçilik, sadəlik və məhəbbət məziyyətlərini birləşdirir.
Qoy   həmişə   günahların   səndə   nifrət   oyandırsın,   kiçik
olmalarına   baxmayaraq,   gələcəkdə   onları   etməmək
barədə   qəti   qərar   qəbul   et.   Günahların   çoxluğundan
özünü gözlə, bunlar çox vaxt ürəklərimizə gizlicə soxulur,
onlardan azad olmağa çalış».
Keşiş günahları nə vaxt buraxmalıdır və nə vaxt
onun bunu etməsinə ixtiyarı yoxdur?
Müqəddəs   Ümumdünya   Kilsəsi   yalnız   İsa   Məsihdə
günahları   bağışlama   səlahiyyətinə   malikdir,   yəni   yalnız
Onun qüvvəti və hakimiyyəti ilə və yalnız Rəbb Özü bunu
edəndə günahları bağışlaya bilər. Kilsə öz səlahiyyətindən
Onun   iradəsinə   uyğun   olaraq   istifadə   edir.   Müjdə   iflic
insanın, günahkar Zakkayın, Məcdəlli Məryəmin, Peterin,
tövbə edən quldurun asanlıqla günahlarının buraxılmasını
alması barədə bəhs edir, çünki Allah onların ürəklərində
səmimi kədəri görürdü. İsa ilə birlikdə xeyli vaxt keçirən,
sonuncu axşam hətta Rəbbi öpən Yəhuda İskaryot isə bu
sözləri eşitdi:  «Yəhuda,   sən  Bəşər  Oğlunu   bir  öpüşləmi
satırsan?»   (Luka   22,   48).   Məsih   ona   «günahların
bağışlanır»   demədi,   çünki   o,   xainliyinə   görə
təəssüflənmədi. Bu hekayə bu gün də təkrar olunur. Əgər
insan günahı sevir, lakin yaxşı görünmək üçün məbədə
gəlir,   heç   təəssüf   və   tövbə   etmədən   tövbə   hücrəsinin
~ 309 ~
309


yanında diz çökür, sonra da İsanı «öpür»sə, Yəhuda kimi
qəlbində   islah   olmaq   niyyəti   olmadan  Şəriklik   Ayinini
qəbul edir və buraya gəldiyindən əvvəlki vəziyyətindən
də   pis   olub   Rəbdən   ayrılır.   Müjdədə   İsanı   alçaltmağa,
adını ləkələməyə və hətta öldürməyə çalışan fariseylərə
və   Müqəddəs   Yazı   alimlərinə   Onun   «günahlarınız
bağışlanır»   söylədiyini   oxusaydıq,   çox   təəccüblənərdik.
Xilaskar   onları   bağışlaya   bilmirdi,   çünki   onlar   tövbə
etmirdilər.   Eləcə   də   bu   gün   ibadətə   gələrək   insanların
tərifini   qazanmağa   çalışan   yaxud   Müqəddəs   Kilsəni   öz
tamahkar   məqsəd   və   fitnələrində   istifadə   etməyə   can
atan adam Allahla barışa bilməz.
Hər bir keşiş yalnız Məsihin iradəsi ilə Kilsədən aldığı
günahların bağışlanma səlahiyyətindən istifadə etməlidir.
Əgər   tövbə   edən   insan   səmimi   tövbə   edir   və   özünü
günahlarda   təqsirləndirir,   islah   olmaq   vədini   verirsə,
keşiş   ona   günahlarının   buraxılmasını   verməlidir.   Əgər
keşiş   bunu   etməsə,   ağır   günahda   təqsirkar   olar,   çünki
Məsihin iradəsinə zidd hərəkət edər.
Eləcə  də  bunun  əksi.  Əgər  tövbə  edənin  sözlərindən
günahları   barədə   kədərlənmədiyi   və   islah     olmağı
arzulamadığı   görünsə,   onda   tövbə   qəbul   edən   onu
günahlardan azad edə bilməz, çünki bu halda özü günah
etmiş   olar.   Birincisi,     tövbə   etməyən     günahkarın
günahlarını buraxan keşiş küfr edir. İkincisi, insana «mən
sənə günahlarını buraxıram» desə, onu aldadar. O yaxşı
bilir ki, Tövbə Ayinində iştirak edən, lakin günahlarından
təəssüf   etməyən   insanı   Rəbb   bağışlamır.   Keşişin
qanunsuz   nikahda   (kilsə   nikahı   olmadan)   yaşayanlara
günahların buraxılmasını verməyə ixtiyarı  yoxdur, çünki
Allahın xeyir-duası olmadan birgə yaşamaq ağır günahdır.
~ 311 ~
311


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə