Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə50/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   46   47   48   49   50   51   52   53   ...   87

Bir icmada çox yaxşı bir boyaqçı yaşayırdı. Bir dəfə o,
dəmirçi   ilə   dalaşdı   və   adamlar   qarşısında   ona   böhtan
atdı (guya, o, oğrularla əlbirdir və onlara saxta açarlar
düzəldir).   Bununla   o,   insanları   dəmirçidən   uzaqlaşdırdı
və   onu   müştərilərdən   məhrum   etdi.   Dəmirçi   şikayətlə
kişi monastırının başçısının yanına gəldi. Keşiş ağ parça
götürüb   boyaqçının   yanına   gəldi,   onu   qara   rəngə
boyamağı   xahiş   etdi.   Boyaqçı   bunu   çox   yaxşı   etdi.
Parçanı görəndən sonra baş keşiş onu yenidən ağ rəngə
boyamağa   xahiş   etdi.   Usta   çox   təəccübləndi   və   dedi:
«Ata,   bunu   heç   kim   yaxşı   edə   bilməz.   Ağı   qaraya
boyamaq   olar,   lakin   əksinə...   Əfsus!»   –   «Bəli,   –   deyə
keşiş  cavab   verdi,  –   bəs  sən  indi  insanların  gözlərində
adını   qara   etdiyin   dəmirçinin   adını   necə   təmizə
çıxaracaqsan?»   Boyaqçı   bu   nəsihəti   başa   düşdü   və   o
vaxtdan etibarən dəmirçinin xeyirxah adını qaytarmağa
çalışdı.
Bir   nəfər   661   qulden   məbləğində   pul   köçürməsi   və
izah   məktubu   aldı:   «Xahiş  edirəm  bu   pulu   qəbul   edin:
400 quldeni mən sizə hesabda əskik verdim, 221 qulden
isə   sizin   bu   vaxt   ərzində   ala   biləcəyiniz   faizdir.   Xahiş
edirəm,   məni   bağışlayın,   çünki   bu   pul   mənim   daim
uğursuzluğuma səbəb oldu».
Gəlin Tövbə və Barışma Ayininə yaxınlaşaraq cəsarətli
olaq   ki,   başqa   adamlara   verdiyimiz   maddi   və   mənəvi
ziyanın   əvəzini   ödəmək   hazırlığımızı   görən   Allah
mərhəmətlə günahlarımızı buraxsın və onları unutsun.
~ 297 ~
297


Tövbə ayininin ruhani səmərələri
Katolik Kilsəsinin Katexizisi (KKK (1496) belə deyir: 
«Tövbə ayininin ruhani nəticələri bunlardır:
- Allahla barışma – bunun vasitəsilə tövbə edən şəxs
lütfü yenidən əldə edir;
- Kilsə ilə barışma;
- ölümə aparan günahların nəticəsi olan əbədi cəzadan
azad olma;
-   günaha görə  müvəqqəti  cəzadan   qismən  olsa  da,
azad olma; 
- vicdanın sakitliyi və sülhü, ruhani təsəlli;
- məsihçi mübarizəsi üçün gərək olan ruhani qüvvənin
artması» 
Ağır günah insanı Allahdan ayırır. Onun nəticələrini o
biri   tərəfə   keçməyi   mümkün   etməyən   uçurum   yaxud
azadlığa çıxmağı mümkün etməyən həbsxana divarı ilə
müqayisə etmək olar. Günah insanın Allaha elan etdiyi
müharibədir,   bu   müharibədə   təcavüzkar   həmişə   insan
olur. Tövbə sülh barədə dilək, hücuma görə üzr diləmə və
barışma   barədə   xahişdir.   Bu,   günah   vəziyyətində   olan
insanı   Rəbb   Allahdan   ayıran   uçurumun   üzərində
körpünün   tikilməsidir;   bu,   Allahın   və   insanın   düşməni
olan iblisin bizi saxladığı həbsxana divarının dağılmasıdır.
Tövbə bizi Allahla barışdırır. 
Tövbə   günaha   görə   itirilmiş   təqdis   edən   lütfü   bizə
qaytarır.   Müqəddəs  vəftizdə   aldığımız   bu   lütf   bizi   Allah
övladları,   Səmavi   Padşahlığın   varisləri,   İsa   Məsihin
qardaşları  və  Allaha  məqbul  insanlar  edir.   Təqdis  edən
lütfün   itirilməsi   insanı   yenidən   şər   ruhun   əsarətinə
~ 299 ~
299


gətirir, bunun da nəticəsi rədd olunma və cəhənnəmdə
əbədi   cəzadır.   Tövbə   Ayinində   Allah   günahkara   «toy
libası»nı qaytarır (müqayisə edin: Мat 22, 11).
Tövbə bizi Məsihin Kilsəsi ilə barışdırır. Kilsə Onun sirrli
Bədənidir.   Onunla   birlik   Məsihlə   birliyin   əlamətidir   və
əksinə, kilsədən ayrılma Rəbdən ayrılmanın əlamətidir.
Tövbə   ayinində   təqsirin   buraxılması   ölümə   aparan
günahın nəticəsi olan cəhənnəmdəki əbədi cəzanı məhv
edir. Günahın nəticəsi olan bu həyatda yaxud ərafda olan
müvəqqəti   cəzaların   bağışlanması   günahın   buraxılması
anında kədərlənmənin və məhəbbətin gücündən asılıdır.
Kədər nə qədər kamil olsa və məhəbbət nə qədər güclü
olsa,   Allah   da   müvəqqəti   cəzaları   bizə   o   qədər   çox
bağışlayır.
İndulgensiya haqqında
İndulgensiyanın alınması Tövbə Ayini ilə sıx bağlıdır.
İndulgensiya  Allah   tərəfindən   təqsiri   bağışlanmış
günahların   müvəqqəti   cəzalarının   buraxılmasıdır.
İndulgensiya   tam   yaxud   natamam   ola   bilər.   Tam
indulgensiya günahlara görə bütün müvəqqəti cəzaların
ləğvidir.     Natamam   indulgensiya   müvafiq   cəzaların
qismən ləğv edilməsidir. 
Tam indulgensiyanı almaq üçün növbəti şərtləri yerinə
yetirmək lazımdır:
– təqdis edən lütf vəziyyətində olmaq (Tövbə ayinini
qəbul etmək) və Evxaristiyada iştirak etmək;
– hətta ən balaca könüllü günaha yaxud natamamlığa
bağlılıqdan azad olmağa çalışmaq; 
~ 301 ~
301


– Roma Papasının niyyəti ilə dua etmək;
– indulgensiya ilə əlaqəli olan və Kilsə tərəfindən təyin
olunan işi yerinə yetirmək.
Tövbə   Ayininin   növbəti   səmərəsi   ruhani   sevincin   və
vicdan   sakitliyinin   qayıtmasıdır.   Bu   daxili   sevincin,
sülhün,   harmoniyanın   və   ruhani   tarazlığın   dəyərini
tez-tez   tövbə   edən   bilir.   Yeni   Katexizis   Tövbəni   «Şəfa
Ayini» adlandırır. Bununla Kilsə demək istəyir ki, Barışma
Ayinində   iştirak   edən   Allahdan   nəinki   günahların
buraxılmasını, həmçinin günahın yaraladığı ürəyinə şəfa
da   diləməlidir.   Tövbə   edənin   ümidi   olmalıdır   ki,   Allah
ürəyinin   dərinliyindəki   yaraları   sağaltmaq,   günahın
mənbələri olan ehtirasların təsirini zəiflətmək istəyir və
bunu etməyə qadirdir. Çünki xəstəliyin zahiri təzahürünü
deyil, onun mənbəyini müalicə etmək lazımdır. Tez-tez və
lazımi   hazırlıqla   etiraf   edən   kəs   yavaş-yavaş
günahkarlığının   kökündən   şəfa   tapır.   İsa   deyir:   «Əgər
gözün   sağlam   olarsa,   bütün   bədənin   də   nurlu   olacaq.
Yox,   əgər   gözün   zəif   görərsə,   bütün   bədənin   qaranlıq
olacaq» (Mat 6, 22-23). Tez-tez tövbə bizi pis meyllərdən
təmizləyir,   bizdəki   ehtirasları   zəiflədir,   niyyət   və
arzularımızı   nəcibləşdirir,   vicdanımızı   formalaşdırır,   onu
əzmli və həssas edir.
Günahların etirafı yüngüllük və ruhani tarazlıq gətirir. 
Uzun   illər   ərzində   tövbə   etməyən   bir   kişi   xeyli
tərəddüd edəndən sonra Tövbə Ayinində iştirak etdi. Evə
qayıdıb arvadına dedi: «Özümü elə yüngül hiss edirəm
ki, elə bil çiyinlərimdən nəhəng yük götürüldü».
Tövbədən   sonra   insan   ruhani   cəhətdən   daha   güclü
olur:   onda   xeyirxahlıq   etmək   arzusu   yaranır,   özündəki
~ 303 ~
303


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə