Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə47/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   43   44   45   46   47   48   49   50   ...   87

adamların adını çəkmək qəti olmaz. Hər günahı təfsilatı
ilə   təsvir   etmək   lazım   deyil.   Bunu   demək   lazımdır:
günahların nədir, ağır günahların sayı neçədir və günahı
daha ağır yaxud daha yüngül edən vəziyyətlər hansıdır.
Hər bir günahı adı ilə söyləmək lazımdır, ümumi sözlərlə
kifayətlənmək   olmaz,  məsələn:   «Mən   çox   günahkaram,
yaxşı   davranmamışam,   nalayiq   iş  görmüşəm».   Müvafiq
yepitimiya qoymaq üçün keşiş tövbə edənin günahını və
bu günahın ağırlığını yaxşı anlamalıdır, tövbə edən isə nə
etdiyini və Allaha vədini dərk etməlidir. Günahlar barədə
indiki   zamanda   deyil,   keçmiş   zamanda   danışmaq
lazımdır. Özünü təqsirləndirmədə belə bir məzmun var:
«İndi isə mən düzəlmək niyyətindəyəm». İnsan günahları
barədə indiki zamanda danışanda bu onun yalnız günahlı
olmasının təsdiqidir. 
Tövbə   zamanı   ağır   günahlarının   sayını   (heç   olmasa
təxmini)   söyləmək   lazımdır.   Əgər   bunu   yada   salmaq
çətindirsə, həmin günahı hansı müddət ərzində etdiyimizi
və   müntəzəmliyini   göstərmək   zəruridir.   Ağır   günahların
adlarının   çəkilməsi   tövbənin   həqiqi   olması,   yəni
bağışlanma almaq üçün zəruridir. 
Həmçinin     günahın   dərəcəsini   müəyyən   edən
vəziyyətləri qeyd etmək lazımdır. Məsələn,  başqa insanı
təhqir   etmək   həmişə   günahdır.   Lakin   öz   ata-anasını
yaxud da keşişi təhqir etmək sənə bərabər olan insanı
təhqir etməkdən daha ağır günahdır. Həddən çox spirtli
içki   içmək   həmişə   pis   günahdır,   lakin   ailənin   təminatı
üçün zəruri olan pulu həddən çox spirtli içkiyə sərf etmək
ikiqat   cinayətdir.   Əxlaqsız   şeylər   barədə   danışmaq
günahdır,   lakin   uşaqların   və   gənclərin   yanında   bunu
etmək   daha   böyük   günahdır,   çünki   bu   başqalarını   da
~ 277 ~
277


yoldan çıxarır. Həmçinin dua zamanı könüllü diqqətsizlik
günahdır, lakin xəstə insan üçün bu daha kiçik günahdır,
çünki ona diqqəti cəmləşdirmək çətindir.
Tövbə   zamanı   bir   günahı   gizlədən   insan   nə
etməlidir? 
Birincisi,   belə   vəziyyətdə   Evxaristiyanı   qəbul   etmək
olmaz,  çünki  bu,  yeni  küfr  olacaq.  Həmçinin  Xəstələrin
mərhəm   yağı   ilə   məshetmə,   Miro   yağı   ilə   məshetmə,
Nikah ayinlərində də iştirak etmək olmaz, çünki bu, Rəbb
üçün   yeni   təhqirdir.   Tövbəyə   tələsərək   hər   şeyi   etiraf
etmək   lazımdır.   Bunu   da   bilmək   lazımdır   ki,   küfr
tövbəsindən   sonrakı   bütün   tövbələr   həqiqi   olmur
(günahların buraxılmasını təmin etmir, əksinə, hər dəfə
yeni ağır günah əlavə edərək günahların sayını artırır).
Buna görə də yükdən azad olmaq üçün yenidən tövbəyə
gedib   sonuncu   həqiqi   tövbədən   sonra   edilən   bütün
günahları   etiraf   etmək   lazımdır.   Bunları   qeyd   etmək
lazımdır: 
1. Küfr tövbəsindən əvvəl sonuncu dəfə həqiqi tövbə
nə vaxt olub?
2. Bundan sonra neçə dəfə  nalayiq tövbə etmisən?
3.   Neçə   dəfə   nalayiq   Şəriklik   Ayini     qəbul   etmisən
yaxud başqa müqəddəs Ayinlərdə iştirak etmisən?
4. Sonuncu həqiqi tövbədən sonra etdiyin bütün ağır
günahlar hansılardır?
Məşhur   rus   yazıçısı   Lev   Tolstoy     «Gənclik»   adlı
gündəliyində   küfr   tövbəsinə   görə   keçirdiyi   həyəcanları
barədə yazır. Böyük oruc zamanı tövbə edərkən o, ağır
~ 279 ~
279


bir günahı gizlətdi. Axşam   isə yuxuya gedərkən birdən
nə etdiyini aydın dərk etdi. Narahatlıq onu bürüdü. Sanki
Allah onu bu an cəzalandıracaq yaxud o, gözlənilmədən
öləcək.   Gəncin   qəlbini   təsvir   oluna   bilməyən   dəhşət
bürüdü.   Birdən   onun   ağlına   çox   yaxşı   bir   fikir   gəldi:
sabah səhər tövbəyə gedib hər şeyi etiraf etmək. Bu onu
sakitləşdirdi. O elə də etdi. Tövbədən sonra gənc xoşbəxt
idi,   sevinc   göz   yaşları   onun   boğazını   qəhərlə
doldurmuşdu.
Məşhur filosof  Monten tövbə barədə deyirdi: «Bədən
xəstəliklərindən   fərqli   olaraq,   qəlbin   xəstəlikləri   inkişaf
etdikcə   tutqunlaşır   və   daha   az   seçilir.   Buna   görə   də
onları işığa çıxarmaq, heyfsilənməmək, qəlbini açmaq və
onları   qəlbin   künclərindən   çıxarmaq   lazımdır.   Etiraf
yüngüllük gətirir».
4.   5.   A
LLAHA
 

 
YAXININA
 
GÜNAHLARA
 
GÖRƏ
 
ƏVƏZ
VERMƏ
 
Hər   bir   günah   bumeranq   kimi   hərəkət   edir:   nəticəsi
şəklində   təqsirkarın   üstünə   qayıdır.   Onu   Rəbb   Allaha
atılan   daşla   müqayisə   etmək   olar,   lakin   həmin   daş
qayıdır  və   onu   atana  dəyir.   Günah   nə   qədər  ağır  olsa,
nəticələri   də   o   qədər   ağır   olacaq.   Günahların   sayı   nə
qədər çox olsa, nəticələrin sayı o qədər də çox olacaq.
Müqəddəs Yazıda buna təsdiq tapa bilərik.
İlk   insanlar   birinci   dəfə   günah   edərək   Allahdan   üz
döndərəndə dərhal cəzalarını aldılar. Allaha sədaqətsizlik
edən   ulu   valideynlərimizin   bu   günahı   hədsiz   dərəcədə
böyük   idi,   İlahi   mərhəmətlə   yüngülləşdirilməsinə
~ 281 ~
281


baxmayaraq, onun cəzası böyük oldu. Yaradan insana  -
dedi:   «Sənə   görə   torpaq   lənətlənir,   Ömrün   boyu
zəhmətlə   torpaqdan   yemək   əldə   edəcəksən.   O   sənə
tikan və qanqal bitirəcək... Alın tərinlə çörək yeyəcəksən.
Axırda   torpağa   qayıdacaqsan,   çünki   oradan
götürülmüsən...»   (Yar   3,   17   -   19).   Qabil   qardaşı   Habili
öldürəndən sonra Rəbdən bu sözləri eşitdi: «Buna görə
də  bu  torpaqda lənət  almısan;  o torpaq  ki  sənin əlinlə
tökülən   qardaş   qanını   udmaq   üçün   ağzını   açdı...   Yer
üzündə   qaçaq   və   sərgərdan   olacaqsan».   Qabil   Rəbbə
dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır» (Yar 4,
10. 13). Yer üzündə insanları məhv edən daşqın onların
günahlarına görə cəza idi: «Rəbb gördü ki, yer üzündəki
insanların   şər   əməlləri   çoxdur   və   hər   zaman   onların
ürəyindəki   fikirlər   və   niyyətlər   pisliyə   doğru   yönəlir...
Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm»
(Yar 6, 5. 7). Onda daşqın başladı. 
Eləcə də iyrənc ehtiraslara görə   Sodom və Homorra
şəhərləri yer üzündən silindi. Padşah Davudun günahına
görə   (Uriyanın   arvadı   Bat-Şeva   ilə   zina,   Uriyanın
öldürülməsi)   oğlu   öldü,   padşahın   ölümündən   sonra   isə
bütün yəhudi padşahlığına saysız   bədbəxtlik və qardaş
qırğını gəldi.
Günahlar  barədə   təəssüf   etmək   və   islah   olmağı  vəd
etmək,   günahları   səmimi   etiraf   etmək   və   günahın
buraxılmasını   əldə   etmək   azdır;   bunlardan   başqa,
günahın Allaha və qardaşlara törətdiyi təhqirə görə əvəz
vermək   lazımdır.   «Günahın   buraxılması   onu   aradan
qaldırır,   lakin   günahın   yaratdığı   qarışıqlığı   düzəltmir.
Günahdan   ayrılan   günahkar   öz   ruhani   sağlamlığını
tamamilə   bərpa   etməlidir.   Təqsirini   aradan   qaldırmaq
~ 283 ~
283


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə