Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə45/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   41   42   43   44   45   46   47   48   ...   87

tövbə zamanı söylədiyindən asılı olmayaraq, o nə «hə»,
nə də «yox» deyə bilər. Qəzəblənmiş kral keşişə işgəncə
verməyi və yalnız bir söz – «hə» yaxud «yox» cavabını
əldə   etməyi   əmr   etdi.   İşgəncənin   faydasız   olduğunu
görən cəlladlar kralın əmri ilə Müqəddəs İohannın dilini
kəsdilər   və   onu   körpüdən   ataraq   Vitava   çayında
boğdular.  Lakin çox  keçmədən  imanlılar  onun  bədənini
tapdılar   və   Müqəddəs   Çarmıx   Kilsəsində   basdırdılar.
Xalqın böyük narazılığı qarşısında dayana bilməyən kral
taxtdan   imtina   etməyə   məcbur   oldu   və   sürgündə
gözlənilmədən öldü.
Böyük fransız alimi Paskal Blez deyirdi: «Allahın insana
mərhəməti   nə   qədər   böyükdür!   Yalnız   lənət   təhdidi   ilə
etirafımızın sirrini qorumağa borclu olan bir Kilsə xadimi
qarşısında cinayətləri etiraf etmək lazımdır, lakin insanın
korlanması o qədər böyükdür ki, bu ona çox ağır gəlir».
Tövbə   necə   olmalıdır?   O  səmimi,   tam   və   aydın
olmalıdır. 
Səmimi  tövbə   o   vaxt   olacaq   ki,   günahlarımızı
vicdanımızın bizə söylədiyi kimi, nə azaltmadan,  nə də
artırmadan   etiraf   edirik.   Günahların   səmimi   etirafından
utanmaq   lazım   deyil,   çünki   Allah   bütün   günahlarımızı
bilir, ürəkdən olan etirafımızı görən keşiş isə sevinir. Öz
xəstəliklərini   şişirdən,   müxtəlif   simptomlar   uyduran   və
həkimi   tamamilə   çaşdıran   xəstə   barədə   nə   deyə
bilərsiniz?     Axı   həkim  ona   heç   cür   kömək   edə   bilməz!
Yaxud   xəstə   həkimin   bütün   suallarına   belə   cavab
versəydi ki, «eybi yox həkim, bir təhər... hər şey düzələr»
onda həkim belə xəstəyə necə kömək edə bilərdi? Eyni
~ 263 ~
263


cür   əgər   tövbə   edən   şəxs   vicdanında   olanları   keşiş
qarşısında olduğu kimi açmırsa, Məsih onun qəlbinə şəfa
verə bilməz.
Tam    tövbə  o vaxt olacaq ki, biz bütün, heç olmasa
ciddi   vicdan   sınağı   nəticəsində   xatırladığımız   ağır
günahları etiraf edək. Əlbəttə, insan Allahı bütün ürəyi
və   ağlı   ilə   sevməyə   can   atanda   bütün   gündəlik
günahlarını   da   düzəltməyə   çalışacaq   və   onları   etiraf
edəcək.   Lakin   bir   kəs   ölümə   aparan   günahı   (qorxu
yaxud   utancaqlığa   görə   qəsdən   deməmək)   şüurlu
şəkildə gizlətsə, onun  tövbəsi  həqiqi olmayacaq, sanki
günahları   barədə   o   heç   kədərlənmir.   Bu,   küfr   tövbəsi
adlanır. O, Allahı təhqir edir və tövbə edənin hesabına
daha bir ölümə aparan günah əlavə edir. Yalandan tövbə
etməkdənsə heç tövbə etməmək daha yaxşıdır. Yəhuda
İskaryotun   taleyini   unutmayaq.   Gizli   Gecədə   İsa   ona
xəyanət   etmək   niyyətini   tam   dərk   etmək   və   tövbə
etmək üçün imkan verib dedi: «Sizə doğrusunu deyirəm:
sizlərdən   biri   Mənə   xəyanət   edəcək».   Onlar   çox
kədərlənib   bir-bir   Ondan   soruşdular:   «Ya   Rəbb,   mən
deyiləm   ki?»  Həvarilər   öz   fikirlərində   bu   niyyətin
olmadığını göstərmək istəyirdilər. Yəhuda da riyakarlıqla
söylədi: «Rabbi, mən deyiləm ki?» (Mat 26, 20-25). Küfr
tövbəsini edən ilk adam o idi. 
Saleh   həyat   sürdüyünü   göstərən   bir   qadın   tez-tez
tövbə   edir   və   Rəbbin   Müqəddəs   Evxaristiyada   iştirak
edirdi.   O   ağır   xəstələnəndə   keşiş   evinə   gəldi   və   ona
müqəddəs   Ayinlərlə   xidmət   etdi.   O,   bir   neçə   saatdan
sonra   yaxınlaşan   ölümü   hiss   edərək   məyus   oldu,
gözlənilmədən   gəncliyinin   günahlarını   etiraf   etməyə
~ 265 ~
265


başladı.   Onun   bu   davranışı   analarını   həmişə   təmkinli
görən   uşaqları   sarsıtdı,   lakin   ona   heç   cür   kömək   və
təsəlli   verə   bilmədilər.   Qadın   isə   məyusluğun   dəhşətli
iniltisi ilə öldü. Heç kim başqa adamın vicdan sirrini və
onun   Rəbb   Allahla   şəxsi   münasibətini   bilmir,   lakin
ölümdən   əvvəlki   bu   dəhşət   tövbədə   günahların
gizlədilməsinə şəhadət etmirmi? 
Müqəddəs   Antoni   danışırdı   ki,   bir   zahid   insanların
Kilsədə tövbə etdiyi vaxt bir cənabı gördü; o, adamlar
arasında gəzir, öz növbəsini gözləyirdi və onlara hansısa
vərəqçələri paylayırdı. Vərəqçəni əlinə alan adam dərhal
tərləməyə,   əsməyə   və   qəmlənməyə   başlayırdı.   Buna
təəccüb edən Müqəddəs adam naməlum şəxsin əlindən
tutdu   və   soruşdu:   «Sən   nə   edirsən?»   İblis   isə   cavab
verdi: «Adamlara utancaqlığını qaytarıram. Onlar günah
edəndə   onlardan   utancaqlıq   hissini   alıram,   lakin   onlar
tövbəyə gedəndə utancaqlıq hissini onlara qaytarıram.
Mən   nə   qədər   də   mərifətliyəm,   elə   deyilmi?»   –   bunu
istehza ilə deyən şər ruh yox oldu. 
Qoyunu boğan canavar onu boğazından tutur ki, səsini
çıxarmasın və çobanı köməyə çağırmasın. Eləcə də insanı
məhv   etmək   arzusunda   olan   iblis   onu   «boğazından
tutur»,   yəni   qəlbini   narahatlıq,   qorxu   və   utancaqlıqla
doldurur ki, insan öz günahlarını etiraf etməsin, xeyirxah
Çobanı,   Xilaskar   İsa   Məsihi   köməyə   çağırmasın   və
bağışlanmasın.
Bir çox müqəddəs mistiklər israr edirlər ki, cəhənnəmə
düşən insan canlarının əksəriyyəti burada küfr tövbəsinə
görə   mühakimə   olunurlar.   İnsani   zəifliyinə   görə   onlar
ehtirasa   qapıldılar   və   Allahın   əmrlərini   pozub   günah
~ 267 ~
267


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə