Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə41/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   37   38   39   40   41   42   43   44   ...   87

Günahlara görə kədərlənmə və islah olmaq barədə qəti
qərar   İlahi   lütfün   səmərəsidir,   bunu   Rəbdən   diləmək
lazımdır.   Tövbənin   sənin   üçün   həyatverici   və   səmərəli
olması   üçün   məsihçi   imanının   əsas   həqiqətləri   barədə
düşünərək   ona   hazırlaş.   Tövbədən   əvvəl   bir   neçə   gün
ərzində   bunları   düşünmək   yaxşı   olardı.   Kitabın   başqa
(təcrübi)   hissəsində   olan   düşüncələr   sənə   kömək   edə
bilər. Bir neçə axşam onları oxu, qarşında qoyduğun xaça
baxaraq düşünmək üçün bəzən oxumağına fasilə ver.
4. 3.  DAHA GÜNAH ETMƏMƏK BARƏDƏ QƏTI 
NIYYƏT
İslah   olmaq   niyyəti
 günahlara   görə   səmimi
kədərlənmə   ilə  ayrılmazdır.  İslah   olmaq   niyyəti    (ilk
növbədə,   ağır)   günahlardan   çəkinməyə   dair   səmimi
iradəni   və   günaha   tovlayan,   bəzən   də   günaha   aparan
şəraitlərdən (insanlar, yerlər, şeylər) çəkinməyə aid qəti
niyyəti  özündə birləşdirir. 
Canavar  barədə  bir  nağıl   var,   qocalanda  o  öz-özünə
dedi: «Düzəlməliyəm, axırım pis ola bilər». Dostu çoban
itindən   öyrəndi   ki,   günahlarının   bağışlanmasını   istəyən
insanlar   keşişin   yanına   tövbəyə   gəlirlər.   Axşam,   hava
qaralanda,   canavar   çoban   iti   ilə   birgə   Kilsəyə   gəlir   və
tövbə etməyə başlayır. Keşişə deyir ki, çoxlu toyuq, qaz,
donuz,   qoyun,   dovşan,   sığın   boğub,   bir   dəfə   isə   hətta
günahsız körpənin həyatına son qoyub. Keşiş elə qorxdu
ki,   qaçmaq   istəyirdi,   lakin   canavar   yalvarmağa  başladı
ki,   keşiş   qorxmasın,   çünki   daha   günah   etməyəcək,   o,
səmimi   tövbə   edir.   Kədərlənən   canavarın   gözlərindən
xeyli   göz   yaşı   axırdı,   o   ucadan   ah   çəkir,   pəncəsi   ilə
~ 237 ~
237


sinəsini   döyürdü.   Keşiş   ona   inandı   və   günahlarını
buraxdı.   Məbəddən   çıxan   canavar   qoyunlarını   evə
gətirən   çobanı   gördü.   O,   sürünün   ardınca   getdi,   bir
qoyun   ucadan   mələyəndə   canavar   daha   dözə   bilmədi,
üstünə atılıb onu yerindəcə boğdu.
Bu canavarda biz özümüzü tanıya bilərik, çünki əgər
tövbə   zamanı   biz   keşişə   səmimi   kədərləndiyimizi,   islah
olmaq istəyimizi bildiririksə, tövbədən sonra isə günaha
aparan vəziyyətlərdən çəkinmək istəmiriksə, çox tezliklə
yenidən İlahi lütfü itirəcəyik.
İslah olmaq niyyəti qəti, fəal və ümumi olmalıdır. 
Qəti
 
 .  Öz   həyatını   islah   etmək   işini   sonraya   qoymaq
lazım   deyil,   Allaha   tərəf   dönmək   məsələsini   ləngidən
insan xilasını təhlükə altına qoyur. Çox vaxt insan ümid
etdiyindən əvvəl bu həyatdan getməyə məcbur olur. Kral
Axiyas bir dəfə təntənəli ziyafət təşkil edib çoxlu qonaq
dəvət etdi. Şənliyin ən qızğın çağında yanına bir nəfər
yaxınlaşıb ona bir məktub verdi və onu dərhal oxumağı
xahiş etdi. Lakin şənlənməyi sevən hökmdar cavab verdi
ki,   şadlığı   məktub   oxumaqla   pozmağa   dəyməz   və   onu
cibinə   qoydu.   Ziyafətin   sonuna   yaxın   silahlılar   saraya
hücum etdilər və dəhşətli qırğın başladı. Bütün qonaqlar
və kral qətlə yetirildi. Onun bədənini dəfnə hazırlayanlar
cibində   məktub   tapdılar.   Burada   hücum   və   padşahın
ölüm təhlükəsi barədə xəbərdarlıq var idi. Əgər padşah
vaxtında məktubu oxusaydı, hər şey başqa cür olacaqdı.
Biz   bu   nümunədən   görürük   ki,   Allaha   tərəf   dönməyi
sonraya   qoymağa   dəyməz,   çünki   xilasımızın   düşməni
olan iblis heç vaxt istirahət etmir, lakin daim qəlbimizi
~ 239 ~
239


məhv   etməyə   çalışır.   Müqəddəs   Peter   xatırladır:   «Ayıq
durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən
və kimisə aşırmaq istəyən aslan kimi dolaşır» (1 Peter 5,
8).   «Əgər   bu   gün   Onun   səsini   eşitsəniz,   «qoy
ürəkləriniz...   inadkar   olmasın»   (Zəb   95,   7-8),   –   deyə
Müqəddəs Ruh nəsihət verir.
Bir   kilsə   icmasında   (prixodda)   Böyük   Orucun   ruhani
təmrinləri   keçirilirdi.   Bir   çox   elm   adamı   burada   iştirak
etməyə gəldi. Keşiş ilə görüşə bir məmur da gəldi. O, çox
qısa müddətə gəlmişdi, getməyə hazırlaşanda keşiş ona
dedi:   «Təmrinlərdə   iştirak   etmək   üçün   sabah   gəlin».   –
«İndi vaxtım yoxdur, amma növbəti il mütləq gələrəm», –
deyə   məmur   cavab   verdi.   Lakin   heç   yarım   il   də
keçməmiş məmur öldü.
Fəal
 
 .  Yəqin ki tövbəyə şər iradə ilə və şüurlu olaraq
islah   olmaq   istəmədən   başlamaq   istəyən   bir   insan
tapmaq   çətin   olardı.   Lakin   çox   vaxt   insanlarda   islah
olmaq   barədə   qəti   əzm   əvəzinə   yalnız   arzu   olur.   «Kim
daha   yaxşı   insan   olmaq   istəməz?»   –   deyə   onlar
söyləyirlər. Lakin belə bir atalar sözü var: «Cəhənnəmə
aparan   yol   xoş   niyyətlərlə   döşənib».   İslah   olmaq   üçün
daha   yaxşı   olmaq   arzusu   kifayət   deyil.   İslah   olmaq
niyyəti   bizi,   həqiqətən,   islah   olmağa   gətirməlidir.
Müqəddəs   Həvari   Pavlosun   qərarı   belə   idi.   O,   gənc
yaşlarından   məsihçilərə   nifrət   edirdi   və   onları   təqib
edirdi, lakin möcüzəli yolla Məsihə tərəf dönəndən sonra
həyatını   tamamilə   dəyişdi.   O   nəinki   bütün   ürəkdən
inandı, hətta Məsihi vəz etməyə başladı. Nə işgəncədən,
nə qamçılanmadan, hətta ölümdən qorxmadı; o deyirdi
ki, Məsihlə müqayisədə onun üçün bütün dünya mənasız
~ 241 ~
241


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə