Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə38/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   34   35   36   37   38   39   40   41   ...   87

Günahlarımızın   etirafı   bizim   üçün   həyatverici,
xilasedici və səmərəli olsun deyə onda iştirak etməzdən
əvvəl növbəti şərtləri yerinə yetirmək lazımdır:
1. Vicdanın sınanması.
2. Günahlara görə kədərlənmə.
3. Daha günah etməmək barədə qəti niyyət.
4. Günahların səmimi etirafı.
5. Allaha və yaxınına günaha görə əvəzvermə.
Buna   görə   də   istənilən   nəticəni   əldə   etmək   üçün
Tövbə   ayinində   iştirak   etməzdən   əvvəl   ona   yaxşı
hazırlaşmaq   lazımdır  (daha   yaxşı   olar   ki,   bir  neçə   gün
ərzində).   Rəbb   Allahı   insafsızlıq,   ürək   soyuqluğu   və
laqeydliklə   təhqir   etməmək   üçün   Allahın   mərhəmət   və
məhəbbət   mənbəуinə   hazırlıqsız   yaxınlaşmaq   lazım
deyil.
Günahların buraxılmasını almaq üçün mümkün qədər
yaxşı   hazırlaşmaq   məqsədi   ilə   biz   ürəyimizi   İlahi   işığa
açmalı və qəlbin şəfası barədə Rəbdən təvazökarlıqla lütf
diləməliyik. Gəlin günahların yaxşı etirafına düşüncə və
dua ilə hazırlaşaq. 
4. 1. VİCDANIN SINAĞI
Vicdanın   sınağı   sonuncu   dəfə   səmimi   günah
etirafından   sonra   Allahın   əmrlərinə   zidd   olan   sözlə,
əməllə yaxud fikirlə etdiyimiz günahları yada salmaqdır;
əgər tövbə edən günahlarını ilk dəfə etiraf edirsə yaxud
bütün   həyatındakı   günahları   yenidən   etiraf   etmək
istəyirsə,   onda   bütün   əvvəlki   həyatı   ərzində   etdiyi
günahları yada salmalıdır.
~ 215 ~
215


Vicdan   sınağını   başlayanda,     Müqəddəs   Ruha   dua
etmək və qəlbimizi nurlandırması üçün Müqəddəs Ruhun
lütfünü   istəmək   lazımdır.   Qaranlıq   otaqda   bir   əşyanı
başqasından fərqləndirmək mümkün olmadığı kimi İlahi
işıq da az olarsa, insan öz günahını və qeyri-kamilliyini
görməyə çətinlik çəkəcək. Lakin otağa işıq versək, orada
olanların   hamısını,   həmçinin   səliqəsizliyi   də   görəcəyik.
Eləcə də Müqəddəs Ruhun lütfü qəlbimizi nurlandıranda
biz öz günah və nöqsanlarımızı görəcəyik. Vicdan sına-
ğından   əvvəl   Müqəddəs   Ruha   oxunan   Duanı   sən   bu
kitabın başqa təcrübi hissəsində yaxud öz dua kitabında
tapa   bilərsən.   Allahdan   vicdanı   nurlandırma   lütfünü   öz
sözlərinlə də diləmək olar.
Vicdan sınağı ciddi və nizamlı olmalıdır.
Özünü   doğrultmağa   çalışmadan,   əksinə,   öz   qarşında
günahlarını   tam   səmimi,   cəsarətlə   və   heç   bir   şey
gizlətmədən   yada   salsan,   ciddi   vicdan   sınağını   etmiş
olarsan.   İnsan   sağlamlığını   qorumalıdır,   lakin   özündə
günahları qoruyub-saxlamamalıdır. Günahlara xəstəliklərə
yanaşdığımız kimi yanaşmaq lazımdır: xəstəlik nə qədər
tez və daha yaxşı müəyyən edilsə, tez sağalmağa ümid
də o qədər çox olacaq. Qədimdə müdrik adamlar «özünü
tanı» – deyirdilər. Müqəddəs Avqustin dua edirdi: «Rəbb
Allah, mənə özümü və Səni tanımaqda kömək et». Özünü
olduğun kimi görməkdən qorxma, çünki Allah səni məhz
belə   tanıyır.   Allah   «hissləri   bilir»   (Zəb   7,   10)   və
«fikirlərimi   uzaqdan   duyur»   (Zəb   139,   2).   Müqəddəs
Fransisk deyirdi: «Biz nə artıq, nə əskik, Allah qarşısında
olduğumuz   kimiyik».   Allahın   ədaləti   sənin   bütün
günahlarını   və   onların   sayını,   vəziyyətini,   ağırlığını   bilir.
Sözlərindən   və   əməllərindən   başqa   bütün   pis   fikir   və
~ 217 ~
217


niyyətlərindən,   bütün   günahlı   hisslərindən   xəbərdardır.
Özündən   soruş   və   qəlbinin   dərinliklərində   vicdanını
ləkələdiyin   və   Müqəddəs   Allahı   təhqir   etdiyin   bütün
şeyləri İlahi nura aşkara çıxart; Mələklər və Seraflar Allah
qarşısında üzlərini örtürlər. Özünə elə sual ver, sanki sənə
başqa   insan   yaxud   sənin   Qoruyucu-Mələyin   sual   verir
yaxud elə bil ki sən Allahının məhkəməsində dayanmısan.
II   Kral   Filipin   arvadı   knyaginya   Orleanaya   bənzəmə.   O,
eybəcər   olduğuna   görə   güzgünü   sevmirdi   və   heç   vaxt
güzgüyə baxmırdı. Qədim müdrik adam Ezop deyirdi ki,
insan boynunda iki kisə günah daşıyır: bir kisədə onun,
digərində   isə   başqa   insanların   günahlarıdır.   Özgə
günahlarla dolu olan kisəni o qarşısında, öz günahları ilə
dolu olan kisəni isə arxasında daşıyır. Buna görə də özgə
günahlarını, onların sayını və ağırlığını yaxşı bilir, özünün
günahlarını   isə   bilmir.   Müqəddəs   Yəhya   yazır:   «Əgər
günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq
və   daxilimizdə   həqiqət   yoxdur.   Amma   günahlarımızı
etiraf   ediriksə,   Allah   sadiq   və   ədalətli   olduğu   üçün
günahlarımızı   bağışlayacaq   və   bizi   hər   haqsızlıqdan
təmizləyəcək» (1Yəh 1, 8-9). Gəlin vicdanın bizi kor və
qürurlu   edən,   fariseylərə   bənzədən   təhlükəli
kütləşməsindən   çəkinək.   Rəbb   İsa   fariseylər   barədə
deyirdi: «...ağardılmış məqbərələrə bənzəyirsiniz: onların
bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər
cür murdarlıqla doludur» (Mat 23, 27). Allah bütün fikir,
söz   və   əməllərimizdən   xəbərdardırsa,   günahlarımızın
zülmətində   qalmağın   nə   mənası   var?   Gec-tez   Allah
qarşısında həqiqətdə dayanmağa və hər şeyə görə cavab
verməyə   məcbur   olacağıq!   Öz   mərhəmətinə   müraciət
etmək   üçün   Rəbb   bizə   vaxt   verirsə,   indi   bunu   etmək
~ 219 ~
219


bizim üçün daha yaxşı deyilmi? Çünki «Var olan Allahın
əlinə düşmək dəhşətdir!» (İbr 10, 31). 
Vicdanını   sınayanda   özünü   ağır   (ölümə   aparan)
günahda   təqsirkar   hiss   etsən,   onda   belə   günahların
sayını mümkün qədər daha dəqiq yada salmaq lazımdır.
Bu   şərtə   böyük   diqqət  yetirmək   lazımdır,   çünki  həmin
günahı bir yaxud on dəfə etməyin arasında böyük fərq
var. Çox vaxt insan ilk dəfə nə isə edəndə etdiyini tam
dərk   etmir   və   əməlinin   nəticələrini   görməyərək   eyni
günahı   dəfələrlə,  şüurlu   və  könüllü  təkrarladığı   zaman
hər dəfə Rəbbi daha çox təhqir edir. Ağır günahların sayı
barədə   unutma,   çünki   bu   tövbənin   həqiqiliyi,   yəni
günahların   buraxılmasını   təmin   etmək   üçün   zəruridir.
Tövbə   zamanı   ağır   günahların   sayını   şüurlu   şəkildə   az
göstərmək   tövbəni   təsirsiz,   yəni   günahların
buraxılmasını   qeyri-mümkün   edir.   Həmçinin   günahı
daha ağır yaxud daha yüngül edən vəziyyətləri də yada
salmaq   lazımdır.   Məsələn,   kasıb   dul   qadının   borcunu
qaytarmamaq   zəngin   bir   insanın   borcunu
qaytarmamaqdan   daha   ağır   günahdır,   lakin   borcun
qaytarılmaması   hər   iki   halda   günah   hesab   olunur.
Mühakimə   və   böhtan   həmişə   günahdır,   lakin   Kilsə
xadiminə böhtan daha ağır günahdır, çünki belə böhtan
insanları   yoldan   çıxarır   və   onları   Allaha   imandan
uzaqlaşdırır.   Ədəbsiz   filmə   baxmaq   həmişə   və   hamı
üçün günahdır, lakin uşaqların yaxud gənclərin yanında
ədəbsiz   filmə   baxmaq   daha   ağır   günahdır,   çünki
bununla böyüklər pis nümunə göstərir və onların gənc
qəlblərini azdırırlar. Ağır günahların sayını yada salmaq
çox   çətindirsə,   onda   hansı   müddət   ərzində   və   necə
tez-tez bu günahı etdiyimizi xatırlamağımız lazımdır. 
~ 221 ~
221


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə