Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə34/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   30   31   32   33   34   35   36   37   ...   87

Bağışlanmanın asanlığı
Ata   öz   azmış   oğlunu   necə   də   asanlıqla   bağışlayır!
«Rəbb,   mən   günah   etdim...   mən   daha   Sənin   oğlun
adlanmağa layiq deyiləm, lakin mən Səndən mərhəmət
istəyirəm»   deyən   hətta   ən   iyrənc   və   alçaq   cinayətkar
kədərlənəndə,   səmimi   etiraf   edəndə   Allah   bağışlayır.
Günahlara   görə   kədərlənmə   və   məhəbbət   kamildirsə,
Allah   dərhal   bağışlayır.   Günahlara   görə   kədərlənmə   və
məhəbbət   tam   kamil   olmayanda   da,   günahkar,   keşiş
vasitəsilə   xilas   və   kömək   axtaranda   Allah   bağışlayır.
Hamıya və hər yerdə Öz mərhəmətini bəyan etmək üçün
Allah   Tövbə   sirrini   təsis   etdi.   Günahkarlara,   hətta
mərhəmətə   ən   az   layiq   olanlara   günahları   buraxmaq
minlərlə keşişin vəzifəsidir! Bundan savayı, Allah Öz lütfü
ilə daxildən kömək edərək etiraf zamanı günahları etiraf
etməyi   yüngülləşdirir,   belə   ki  günahkar   hətta  ən   alçaq
günahları da etiraf edə bilir!
Bağışlanmanın dolğunluğu 
Mərhəmətli ata öz oğluna hər şeyi bağışladı və ona ən
yaxşı paltar gətirməyi və barmağına qaşlı üzük taxmağı
əmr   etdi,   bu   da   Onun   evində   oğula   bütün   hüquqların
qaytarılması   mənasını   daşıyır.   Allah   hətta   kiçik   bir   şey
olan   səmimi   tövbə   və   etirafa   görə   ən   ağır   günahları
həmişəlik   unutmağa   razı   olur!   O,   «paltarı   və   qaşlı
üzüyü», yəni təqdis edən lütfü, qəlbin gözəlliyini, itirilmiş
təmizliyi,   Səmavi   Padşahlıqda   olmaq   imkanı,   ölümə
aparan günahın məhv etdiyi ləyaqəti insana qaytarır. O,
keçmişi həmişəlik unudur.
~ 187 ~
187


Böyük sevinc 
İtmiş   oğulun   atası   sevincdən   özünə   yer   tapmır:
«Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq!»
(Luka   15,   23).   Lakin   Allah   bundan   da   çox   sevinir.   Nə
üçün? Çünki O, övladlığa götürdüyü insanlara daha böyük
xoşbəxtlik   təyin   etmişdi   və   indi   bunu   onlara   verə
biləcəyinə   görə   sonsuz   sevinir.   Axı   Allah   dünyanı   və
insanları   xoşbəxt   etmək   üçün   yaratdı.   Ata   «çoxlu
məskəni» olan Öz evində hər birimizi görməyi arzulayır.
Lakin   Allah   sevgisiz,   yalnız   ədalətə   əsaslansaydı,   onda
cənnət,   demək   olar   ki,   boş   olacaqdı,   çünki   hamımız
günahın təsirinə məruz qalmışıq. 
Atasının   davranışı   böyük   oğulu   təəccübləndirdi,
nökərlər   də   təəccübləndilər,   amma   azmış   oğulun   özü
hamıdan   çox   təəccübləndi.   Eləcə   də   Allahın   hədsiz
xeyirxahlıq   və   mərhəmətinə   görə   Mələklər   sözlə
deyilməz   dərəcədə   təəccüb   edirlər.   Buna   görə   İsa
demişdi: «Allahın mələklərinin önündə də tövbə edən bir
günahkara görə sevinc olur» (Luka 15, 10).
«Rəbbə şükür edin, çünki O, xeyirxahdır, çünki Onun
mərhəməti   əbədidir!»   –   deyə   məzmurçu   nida   edir.
Müqəddəs   Faustinaya   İsa   Öz   mərhəməti   barədə
xatırladırdı.   Sonralar   o,   «Gündəlik»də   yazırdı:   «Kim
olduğumu mən yaxşı bilirəm, çünki İsa qəlbimin gözlərini
açdı   və   mən   yoxsulluğumun   hədsiz   olduğunu   gördüm.
Buna görə mən indi yaxşı anlayıram ki, əgər qəlbimdə
yaxşı   bir   şey   varsa   da,   bu   yalnız   Onun   müqəddəs
lütfüdür. Yoxsulluğumu tanımağım mənə eyni zamanda
Sənin hədsiz mərhəmətini dərk etmək imkanını verir. Öz
~ 189 ~
189


daxili ruhani həyatımda mən bir gözümlə yoxsulluğumun
və yararsızlığımın hədsizliyinə, başqa gözümlə   isə, ey
Allah, Sənin mərhəmətinin hədsizliyinə baxıram. ...Mən
başa   düşdüm   ki,   Allahın   ən   böyük   xüsusiyyətləri
məhəbbət   və   mərhəmətdir.   Bu   xüsusiyyətlər   məxluqu
Yaradana   bağlayır.   Böyük   məhəbbəti   və   hədsiz
mərhəməti mən Bədəndə Gələn Kəlamdan, Onun Fidiyə
işindən   bilirəm   və   Allahda   ən   çox   bu   xüsusiyyətin
olduğunu  dərk   edirəm».   («Gündəlik»  56,   180).  1935-ci
ildə Vilnüsdə Özünü ona göstərən İsa demişdi: «Ürəyim
insanlara,   xüsusilə   də,   bədbəxt   günahkarlara   böyük
mərhəmətlə   doludur.   Kaş   onlar   yalnız   bir   şeyi   başa
düşəydilər:   Mən   onlar   üçün   ən   yaxşı   Atayam,   onlara
görə  mərhəmətlə  dolu  mənbə  olan  Ürəyimdən  Qan  və
Su   axdı,   onlara   görə   Mən   bəxşişxanada   yaşayıram,
mərhəmət   Padşahı   olaraq   insanlara   mərhəmət   vermək
istəyirəm,   lakin   onlar   qəbul   etmək   istəmirlər.   Heç
olmasa sən Mənim yanıma mümkün qədər tez-tez gəl və
onların   qəbul   etmək   istəmədiyi   mərhəməti   qəbul   et,
bununla Ürəyimə təsəlli verərsən. İnsanlar hədsiz xeyir-
xahlığa,   məhəbbətin   saysız   sübutlarına   etinasızlıq
göstərirlər. Dünyada yaşayan insanlardan Ürəyim yalnız
nankorluq   və   unutqanlıq   görür;   onların   hər   şeyə   vaxtı
çatır, mərhəmət almaq üçün Mənim yanıma gəlməyə isə
vaxtları çatmır.  ...Bu qədər bəhanə, bu qədər inamsızlıq,
bu qədər ehtiyat! Sənə təsəlli vermək üçün deyirəm ki,
dünyada   yaşayanlar   arasında   Məni   səmimi   sevən
adamlar   var,   onların   ürəklərində   Mən   sevinclə
yaşayıram, lakin bunların sayı çox deyil. ...Bu adamların
məhəbbəti   və   fədakarlığı   dünyanın   mövcudluğunu
saxlayır.  
~ 191 ~
191


...İnsan mərhəmətimə tərəf ümidlə dönməsə, rahatlıq
tapmayacaq.
İnsanın   inamsızlığı   Məni   çox   yaralayır.   İnsan   Mənim
müqəddəs   və   ədalətli   olduğumu   etiraf   edir,   lakin
mərhəmətli olduğuma iman etmir, xeyirxahlığıma etibar
etmir.
Mərhəmət tituluna görə Ürəyim sevinir. 
De   ki,   mərhəmət   Allahın   ən   böyük   xüsusiyyətidir.
Bütün işlərimin başında mərhəmət dayanır» («Gündəlik»
367, 300-301).
Həqiqi, səmimi tövbə və Allahın köməyi ilə insanın öz
həyatını   islah   etməsi   Onun   mərhəmətinin
izzətləndirilməsidir. Tövbə və Barışma ayininə elə hazırlaş
və iştirak et ki, bundan sonra sən deyə biləsən: «Sənin
məhəbbətinə güvənirəm. Çünki mənə olan məhəbbətin
böyükdür.   Ey   Xudavənd   Allahım,   bütün   qəlbimlə   Sənə
şükür edəcəyəm!» (Zəb 13, 6; 86, 13. 12).
Günah barədə
Müasir   insana   günahın   nə   olduğunu   dərindən   dərk
etmək asan deyil. Çox vaxt bunun səbəbi hər gün rast
gəldiyimiz   bir   çox   insanın   problemi   başa
düşməməsindədir.   Bir   çoxlarını   günahlı   olmaq   heç
narahat da etmir. Onlar tez-tez deyirlər: «Günah o qədər
qorxuncdur?   Ondan   qorxmaq   lazımdır?   Əgər   Allah
mehribandırsa,   həmişə   günahları   etiraf   etmək   və
bağışlanmaq olar! Bütün insanlar müqəddəs olsa, həyat
maraqlı   olmaz!»   İnsanların   bir   çoxu   Rəbb   Allahın
müqəddəsliyini   və   ağır   günahın   Allaha   qarşı   cinayət
olduğunu, «qanunsuzluq sirrini» (2 Sal 2, 7) dərk etmir.
~ 193 ~
193


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə