Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə31/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   27   28   29   30   31   32   33   34   ...   87

deməkdir. 
Ağır günah  Allahın əmrini böyük dərəcədə,  könüllü
və şüurlu pozmaq deməkdir. 
Əgər   bu   üç   şərtdən   biri   olmasa,   günah  yüngül
olacaq. Onu gündəlik həyatımızda maddi şeylərə olan bir
çox kamil olmayan münasibətlərlə müqayisə etmək olar.
Məsələn,   mən   qəhvə   ilə   dolu   fincanı   sındırmaq
istəmirəm,   lakin   o,   əlimdən   düşüb   sındı.   Çox
heyfsilənirəm,   lakin   mən   bunu   istəmirdim.   Bir   şəxs
paltosunu ləkələmək istəmirdi, lakin diqqətsizliyinə görə
rənglənmiş divara söykəndi və paltoda boyanın ləkələri
qaldı. O heyfsilənir, bunu istəmirdi. Yaxud bir kimsə küçə
ilə gedəndə sürüşüb yıxılır və bunu istəmədən edir. 
Ağır günahı növbəti hadisələrlə müqayisə etmək olar:
insan   könüllü   və   şüurlu   olaraq   fincanları,   stəkanları,
boşqabları yerə çırpıb sındırır. Bir nəfər şüurlu və könüllü
olaraq   təzə  kürklə  divardan   boyanı  silir  yaxud  küçənin
ortasında gölməçəyə atılır. 
Bu   nümunələr   arasında   böyük   fərq   görürük.   İndi
ruhani   məsələlərdə,   dəqiq   desək,   Allahın   qaydalarının
pozulması   zamanı   bu   anlayışlara   nəzər   salaq.   İnciklik
hissi ilə dolaraq bir nəfər başqa insana bir neçə acıqlı
söz   dedi,   lakin   bunu   dərk   edən   kimi   dərhal   özünü
saxladı,   hətta   üzr   istədi.   Görürük   ki,   bu   halda   insan
hərəkətini   tam   dərk   etmirdi,   buna   görə   də   günah
yüngüldür.   Lakin     insan   pis   iş   gördüyünü   tam   dərk
edəndən   sonra   özünü   saxlamır,   nifrətə   öz   ürəyində
yaşamağa   imkan   verir,   başqasına   şüurlu   və   könüllü
şəkildə   bədbəxtlik   və   pislik   arzulayırsa,   bu   başqa
məsələ,   günah   ağır   hesab   olunur.   Yaxud,   məsələn,
məsihçi   tərbiyəsi   almayan   bir   gənc  
Rəbbin   Günü
 

~ 165 ~
165


bayram   günlərində   müqəddəs   Messada   iştirak   etmək
borcu   barədə   bilmir,   lakin   imanlıların  
bazar  
günlərində
məbədə   getdiyini   və   bunu   etməyin   yaxşı   olduğunu
eşidib; o, ibadətlərdə iştirak etmədiyinə görə ağır günah
sahibi   olmayacaq,   çünki   o   bu   borcu   dərk   etmir.   Lakin
üzrlü   (məsələn,   xəstəlik,   xəstəyə   qulluq   etmə   öhdəliyi
yaxud   körpə   uşağa   qayğı   göstərmə)   səbəb   olmadan
Rəbbin   Günü  
(bazar   günləri)  
və   bayram   günlərində
müqəddəs Messada iştirak etməməyin özünə və Kilsəyə
böyük   ruhani   ziyan   gətirdiyini   aydın   anlayan,   lakin   öz
iradəsi   ilə   belə   hərəkət   edən   adam   ağır   günah   sahibi
olur. Eləcə də insan şüurlu və könüllü olsa da, tam razılıq
vermədən   balaca   işdə   günah   etsə,   kiçik   pislik   edir   və
gündəlik (yüngül) günah sahibi olur.
Ağır və gündəlik günah arasında fərqi anlamağa bizə
vicdanımızı   daha   həssas   və   sadiq   edən   günahların
tez-tez etirafı kömək edə bilər. 
Elə   olur   ki,   kamilliyə   səy   göstərən   və   Evxaristiyada
tez-tez   iştirak   etməyi   arzulayan   insanlar  özlərinə   daxili
və zahiri maneələr yaradırlar. Gəlin onlara diqqət yetirək.
1. Bəziləri Evxaristiyanı kamilliyə görə mükafat hesab
edirlər.  Bu   anlayış   səhv   və   tamamilə   qürurla   doludur.
Məsih dedi: «Tək Allahdan başqa yaxşısı yoxdur» (Мark
10, 18). Biz kamilliyə daim səy göstərməliyik, lakin heç
birimiz   yer   üzündəki   həyatımızın   sonuna   qədər   kamil
olmayacağıq, biz yalnız göydə kamil olacağıq. Buna görə
də   heç   kim   Allah   Oğlu   ilə   Birləşmək   üçün   layiq
olmayacaq.   Hər   dəfə   Evxaristiyada   iştirak   etməzdən
əvvəl biz kədərlənərək deyirik: «Rəbb, yanıma gəlməyinə
layiq   deyiləm...»   İsa   bizdən   iman,   məhəbbət,
minnətdarlıq və təvazökarlıq, həmçinin Ona daha yaxşı
~ 167 ~
167


xidmət etmək istəyimizi arzulayır və bunları ürəyimizdə
görəndə bizə etinasızlıq göstərmir, məmnuniyyətlə gəlir
və bizimlə birləşir. Evxaristiya kamilliyə görə mükafatdır
– belə bir sözü Müjdənin heç bir yerində tapa bilmərik.
İsa deyir: «Mənim cismim həqiqi gida, qanım da həqiqi
içkidir»   (Yəh   6,   55).   Məsihçilər   lütf   və   möhkəmlənmək
üçün Evxaristiyada iştirak etməyə gedirlər. Xilaskarımız
deyir: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim
yanıma gəlin, Mən sizə rahatlıq verərəm» (Mat 11, 28).
2.   Başqaları   yalnız   günahları   etiraf   edəndən   dərhal
sonra vicdan   əzabı  çəkməyərək  Rəbbin  Bədənini  qəbul
edirlər.  Böyük şərəf hissi ilə onlar özlərindən mələklərə
xas   olan   təmizliyi   tələb   edirlər,   bu   isə   yer   üzündə
yaşayan   insan   üçün   qeyri-mümkündür.   İstəklərinə   zidd
olan bir fikir ağıllarına gələndə onlar özlərinə böyük əzab
verirlər. Başqaları Evxaristiyada iştirakdan əvvəl və sonra
şirin   hisslər   keçirmədiklərinə   və   gözəl   fikirlərə   sahib
olmadıqlarına   görə   özlərini   üzürlər     (bu   da   bizim
iradəmizdən asılı deyil, çünki biz   özümüzdə istədiyimiz
hissləri süni yolla yarada bilmərik) və buna görə də həyat
və   mərhəmət   Mənbəyinə   yaxınlaşmırlar.   Bu   insanlar
səmərəsiz   fikirlərlə   özlərinə   iztirab   verməməli,   əksinə,
Rəbbin məhəbbətinə görə Ona alovlu məhəbbətlə əvəz
verməyə,   Onun   sonsuz   mərhəmətinə   görə   başqa
adamlara münasibətdə mərhəmət işləri etməyə çalışma-
lıdırlar,   çünki   O   bizi   olduğumuz   kimi   sevir.   Bu   insanlar
kiçik   qəbahətlərinin   əvəzində   sədaqətlə,   səbirlə,
təvazökarlıqla   Öz borclarını yerinə yetirərək Allahı razı
salmağa   çalışmalıdırlar,   səmimi   kədər   hissi   və   islah
olmaq   niyyəti,   imanla,   məhəbbətlə   və   minnətdarlıqla
Rəbbin   Müqəddəs   Süfrəsinə   yaxınlaşmalıdırlar,   İsa   da
~ 169 ~
169


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə