Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə29/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   25   26   27   28   29   30   31   32   ...   87

məsihçilər   də   iblis   üçün   qorxunc   olmalıdırlar.
Evxaristiyada tez-tez iştirak etmək insanın ürəyini qaynar
İlahi məhəbbətlə alovlandırır, insanı Allaha xidmətə səy
göstərməyə   məcbur   edir,   həqiqi   salehliyə   gətirir.
Müqəddəs   Evxaristiya   bədbinlik   və   gileylənməyə   meylli
olan   insanların   ürəklərinə   yaşamaq   və   xeyirxah   işlər
görmək arzusunu, əsəbilik və qəzəbə meylli olanlara isə
həlimlik və səbir verir. Evxaristiyada tez-tez iştirak etmək
qəlbimizdə təqdis edən lütfü çoxaldır, bu səbəblə də biz
imanımızın sirrini daha yaxşı anlamağa başlayırıq, duamız
Allaha daha məqbul olur, çünki biz ürəyimizdəki Məsihlə
birgə   dua   edirik.   Evxaristiyada   olan   Rəblə   tez-tez
birləşmə imanımızı möhkəmləndirir.
Evxaristiyada   biz   həqiqi   salehliklə   Dirilmiş   Rəbbə
yaxınlaşanda   O   bizi   günahdan   qoruyan,   sınaqlarda
möhkəmlədən   təsirli   lütfü   bizdə   çoxaldır.   Müqəddəs
Fransisk di Sales deyir ki, şəkər meyvələri çürüməkdən
qoruduğu   kimi   həqiqi   salehlik   də   ürəklərimizi
korlanmaqdan təmizlikdə qoruyur. İlahi Ziyafətə tez-tez
gələn şəxs Müqəddəs Sirrdən aldığı böyük köməyi bilir və
hansısa bir səbəblə Evxaristiyada iştirak edə bilməyəndə
çox həyəcan keçirir. 
Evxaristiyaya   yaxınlaşan   şəxsə   Müqəddəs   Ruh
səxavətlə xeyir-dua verir: onu təqdis edir, təsəlli verir,
sınaqlarda   möhkəmləndirir,   ağır   vəziyyətdə   məsləhət
verir,   xeyirxah   ilham   və   təsəlliverici   fikirlər   göndərir.
Müqəddəs   Atalar   Evxaristiya   zamanı   insanın   Allahla
birləşməsini ərimiş iki hissə mumun axıb birləşməsi ilə
müqayisə   edirlər.   Müqəddəs  Avqustin   deyir  ki,   Məsihin
Bədənini və Qanını tez-tez dadan şəxsi Xilaskar dəyişə-
rək   tədricən   Özünə   bənzər   edir   (müqayisə   edin:   Şərq
~ 149 ~
149


Kilsəsinin   tez-tez   bəhs   etdiyi   «ilahiləşmə»).   Onun
fikirləri,   cəhdləri,   niyyətləri   və   hissləri   getdikcə   İsanın
fikirləri,   cəhdləri,   niyyətləri   və   hisslərinə   bənzəyir.   Bir
nəfər   Rəbbin   Bədənini   və   Qanını   dadmağı   Qanının
köçürülməsi   ilə   müqayisə   edirdi.   Xəstə   insana   sağlam
Qanın   köçürülməsi   zəruri   olduğu   kimi   ilk   günahın
toxunduğu və pis meyllər və vərdişlərlə dolu olan bizlərə
də ruhani sağlamlığımızı bərpa etmək üçün Allahın bizə
Öz İlahi Qanını köçürməsi zəruridir.
Evxaristiya   bizdə   pis   meylləri   zəiflədir.   Təəccüblü
deyil,   çünki     bizimlə   birləşən   Xilaskarın   Qanı   getdikcə
daha çox bizdə dövr etməyə başlayır. Biz səmanın dadını
hiss etməyə başlayırıq, insan ləyaqətini alçaldan bütün
şeylərdən üz döndəririk. İsa Özü barədə «Mən həlim və
qəlbən itaətkaram» (Mat 11, 29) deyirdi. Əgər biz İsa ilə
birləşiriksə,   bizdə   qürurun   hökm   etməsi   heç
mümkündürmü?   Əgər   biz   özümüzdə   Müqəddəs   Allahı
daşıyırıqsa,   heç   bizi   ədəbsiz   fikirlər   və   hisslər  ləkələyə
bilərmi?   Dilimiz,   ürəyimiz   və   bütün   mahiyyətimiz
getdikcə daha yüksək olur. Evxaristiyadan sonra məsihçi
öz   dilini   ədəbsiz   söhbətlər   üçün,   gözlərini   utanmaz
baxışlar və dodaqlarını ehtiras üçün istifadə etməyəcək.
O,  ürəyində  paxıllığın  yaxud  ədəbsiz  arzuların  yaşama-
sına   yol   verməyəcək.   Evxaristiyadan   sonra   məsihçi
ürəyində  inciklik  və  qisas  arzusunu  daşımayacaq,  lakin
məmnuniyyətlə   bağışlayacaq.   Müqəddəs   Bernard
deyirdi: «Övladlarım,  özünüzdə  şərə meylin azalmasını,
xeyirxahlığa   isə   meylin   çoxalmasını   hiss   edəndə
Evxaristiyada sizə bu mərhəməti verən Rəbb İsa Məsihə
minnətdarlıq edin».
~ 151 ~
151


Məsihçiliyin   ilk   əsrlərində   qutan   barədə   bir   əfsanə
məşhur idi: balalarını aclıqdan xilas etmək üçün sinəsini
dimdiyi ilə deşərək onları öz qanı ilə qidalandıra bilirdi.
Buna   görə   biz   bir   çox   məbədlərdə   qanı   ilə   balalarını
qidalandıran qutanın şəklini görürük. Bu, Öz Bədəni və
Qanı ilə Öz məsihçi övladlarını qidalandıran İsa Məsihin
bir çox surətlərindən biridir. Məsih bunu ona görə edir ki,
onlar   irəli   gedə   bilsinlər,   kamilliyə   doğru   can   atsınlar,
Allaha xidmət etmək və Onun Padşahlığını tikmək üçün
qüvvətli olsunlar.
Müjdə bizə Rəbbin xəbərdarlıq sözlərini çatdırır. Rəbb
deyir   ki,   əgər   biz   Onun   Bədənini   yeməsək   və   Onun
Qanını   içməsək,   özümüzdə   həyata   malik   olmayacağıq.
Hansı   həyata?   Allahın   həyatına,   Məsihin   həyatına,   lütf
həyatına. Müqəddəs Kilsə həyatlarının bir neçə ili ərzində
Müqəddəs Birləşmədən başqa bir şey dadmayan bir çox
Müqəddəsləri   xatırlayır;   məsələn:   Katarina   Emmerix,
Ancela Folinyolu, Nikola di Flüyes, bizim əsrdə isə Tereza
Noyman. 
İman   və   həqiqi   salehliklə   Rəbbi   Evxaristiyada   qəbul
edənlərə   Rəbb   əbədi   həyat   vəd   edir:   «Göydən   enmiş
canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi
yaşayar» (Yəh 6, 51). Evxaristiya sirrində Onun bədəni ilə
birləşən imanlının bədənini İsa dirildəcək və ona Özü ilə
birgə göydə əbədi həyat verəcək: «Mənim ətimdən yeyib
qanımdan   içən   əbədi   həyata   malikdir   və   Mən   onu   son
gündə dirildəcəyəm» (Yəh 6, 54).
Hər dəfə Müqəddəs Messada  iştirak edəndə bu sözləri
eşidirik:   «Alın!   Bu   Mənim   bədənimdir...   Bu   Mənim
qanımdır»   (Мark   14,   22.   24).   İsa   demir:   «Baxın,
~ 153 ~
153


təəccüblənin   və   heyran   qalın,   bu   Mənim   Bədənim   və
Mənim   Qanımdır»,   lakin   deyir:   «Alın,   yeyin...»   İlahi
Xilaskarımızın   bu   sözlərindən   Onu   tez-tez   ürəklərimizə
qəbul etməyimizi arzuladığını anlayırıq, çünki Rəbb gözəl
İbadət   qablarında   deyil,   bizim   ürəklərimizdə   qalmaq
üçün  gəldi.  Buna görə   də  O  arzulayır  ki,  bizim  həmişə
ağır   günahla   ləkələnməmiş   vicdanımız   olsun,   var
qüvvəmizlə  təmiz ürəyə sahib olmağa can ataq və Onun
bizə   Öz   lütfünü   verə   bilməsi   üçün   Allahın   Süfrəsinə
yaxınlaşmağa həmişə layiq olaq.
Müqəddəs Fransisk di Sales deyir: «Xilaskar Ona iman
edən kəsin əbədi həyatı olması üçün Öz Bədən və Qanını
real   şəkildə   özündə   saxlayan   müqəddəs   Evxaristiya
Sirrini bizə verdi. Buna görə də bu Ayinə tez-tez və dərin
salehliklə   yaxınlaşan   həyatını   və   canının   sağlamlığını
möhkəmləndirir   və   günahlı   ehtiraslara   demək   olar   ki,
əlçatmaz   olur.   Cənnətdəki   insanlar   həyat   ağacından
meyvələri   dadaraq   bədənin   ölümünü   bilmirdilərsə,
müqəddəs   Evxaristiya   Ayini   bizi   ruhani   ölümdən   eyni
yolla   qoruyur»   (Müqəddəs   Fransisk   Di   Sales   «Saleh
həyata aparan dərslik yaxud “Filoteya”»).
Əlli   il   eyni   dükanda   işləyən   bir   qadın   yetmiş   yeddi
yaşında  rəhmətə   getdi.  İşin   çoxluğuna  baxmayaraq,   o,
Müqəddəs Messada və Evxaristiyada iştirak etmək üçün
hər səhər bir saat tez oyanırdı. İnsanlar onun qeyri-adi
səbrinə və həlimliyinə təəccüb edirdilər. Əzab çəkməyə
məcbur  olanda   mömin   qadın   masasının   üzərinə   «Allah
bunu   mənə   göndərir»   yazılı   kartını   qoyurdu.   O  bir  çox
gənc adama həyatda düzgün yol tapmağa kömək etdi,
bədbəxt   və   tərk   edilmişlərə   yardım   göstərdi.   Özü   isə
~ 155 ~
155


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə