Kilsə Müqəddəs Ayinləri səmərəli qəbul etmək üçün
zəruri olan tələblər qoymağa başladı, bu da tez-tez
Evxaristiyanı qəbul edənlərin sayını getdikcə azaltdı.
Bütün Kilsə Müəllimləri insanların Evxaristiyadan əvvəl
ürəklərinin daxili münasibətinə daim diqqət yetirirdilər.
Müqəddəs Kilsə Evxaristiyada tez-tez iştirakı tövsiyə
edir və həvəsləndirir, eyni zamanda bu mərhəmətə görə
minnətdarlıq etmək, Allahın iradəsini yerinə yetirməyə
səy göstərmək, yaxınlığındakı adama mərhəmət
göstərmək, ürəyi təvazökar etmək barədə xüsusilə
xatırladır. Vicdanında ağır günahı olmayan, gündəlik
günahlarına görə səmimi kədərlənən hər kəs Rəbbin
Müqəddəs Süfrəsində iştirak edə bilər.
Düzdür, insan tez-tez özünə belə sual verir:
«Vicdanımın işarə etdiyi günah ağırdır ya yox?
Evxaristiyada iştirak edə bilərəmmi?» Doğrudan da,
vicdanımızda yük olan müəyyən bir günahın ağır yaxud
yüngül olmasını həmişə riyazi dəqiqliklə müəyyən etmək
mümkün deyil. Nə ağır, nə yüngül –
heç bir günahla Rəbb
Allahı təhqir etmək olmaz – bunu hər məsihçi bilir. Allahı
təhqir etdiyinə və bizi Ondan uzaqlaşdırdığına görə
günah ən böyük şərdir. Digər tərəfdən, bilirik ki, hər bir
insan gün ərzində bir neçə dəfə balaca günahlar edərək
günaha batır. Rəbb İsa Məsihdən savayı, yalnız
Müqəddəs Məryəm, Allah tərəfindən xüsusi olaraq
seçildiyinə görə, Onun lütfü ilə, heç vaxt, hətta ən balaca
günah belə, etməyib.
Günah haqqında
Günah Allahın əmrini könüllü və şüurlu pozmaq
~ 163 ~
163