Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə37/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   33   34   35   36   37   38   39   40   ...   87

qazanmaq üçün Amerikaya gedir, orada 25 il işləyir və
çoxlu   pul   qazanır,   lakin   evə   qayıdanda   bütün   pulları
yolda oğurlanır. Bədbəxt insan saçını yolur və həyatına
qəsd   etmək   istəyir.   Ölümə   aparan   günah   insanı   bütün
xeyirxah   əməllərinin   mükafatından   məhrum  edir.   Onun
vəziyyəti də belə acınacaqlıdır.
Günah Allahın iradəsinə qarşıdurmadır. Lüsifer Allaha
dedi: «Xidmət etməyəcəyəm!» Allahın və kilsənin əmrini
pozaraq hər şeyə Qadir Olanın iradəsini yerinə yetirmək
istəməyən hər kəs özbaşına pis hərəkətlər edərək Rəbbə
«Sənə xidmət etməyəcəyəm!» deyir.
Günah   nankorluqdur.   Allah   lütflə   bizə   bir   çox   iltifat
verdi: bizə həyat, ağıl, sağlamlıq, vəzifə, dostluq, təbiət
gözəlliyini, təqdis edən lütfü və bizi Öz övladları etmək
üçün  hətta  bizə  Öz  Oğlunu   da  verdi!  Ağır  günah   edən
insan   isə   əvəzində   Allaha   görünməmiş   nankorluq
göstərir.   Müqəddəs   şəhidlərin   tarixi   bizə   bir   yırtıcı
heyvanın   minnətdarlıq   nümunəsi   barədə   bəhs   edir.   Bir
müqəddəs   insan   Afrika   meşəsində   idi,   bir   aslan
yaxınlaşıb tikanla dolu olan şişmiş pəncəsini ona uzatdı.
Heyvan o qədər əzab çəkirdi ki, kömək axtararaq insana
yaxınlaşmağa cəhd etdi. Müqəddəs tikanları çıxartdı və
yaralar   sağaldı.   Bir   müddətdən   sonra   müqəddəs
yaxalandı, Məsihi inkar etmədiyinə görə sirkin səhnəsin-
də   vəhşi   heyvanlar   tərəfindən   parçalanaraq   ölməli   idi.
Təyin   olunmuş   gündə   tamaşaya   baxmaq   üçün   bir   çox
bütpərəst   toplandı,   səhnəyə   həmin   müqəddəs   insanı
gətirdilər,   sonra   isə   buraya   vəhşi   aslanı   buraxdılar.   Ac
heyvan öz qurbanına hücum etdi, lakin birdən quyruğunu
bulamağa   və   mehribanlıq   etməyə   başladı.   Bu,
müqəddəsin   bir   neçə   il   əvvəl   pəncəsindən   tikanları
~ 207 ~
207


çıxartdığı   həmin   o   aslan   idi.   Əgər   düşüncəsiz   heyvan
instinktlə   bu   qədər   ecazkar   minnətdarlığa   qadirdirsə,
Allah   övladları,   Məsih   tərəfindən   fidiyə   olunmuş   biz
məsihçilər   Allahımız   və   Xilaskarımıza   nə   qədər   çox
minnətdar olmalıyıq və Onu günahlarla təhqir etməmə-
liyik.   Bir   dəfə   makedoniyalı   kral   Filipin   yanına   onun
ordusunda xidmət edən zabitlərdən biri haqqında şikayət
edən balıqçı gəldi. Zabit onun evinə soxuldu, pul tələb
etdi, onu döydü, ölümlə hədələdi, axırda da evi yandırdı.
Amma   o,   bir   neçə   gün   bundan   əvvəl   üzəndə   batdığı
zaman   bu   balıqçı   onu   xilas   etmişdi.   Şahidlər  balıqçının
sözlərini   təsdiqləyəndə   kral   Filip   təqsirkarın   alnında
«nankor»   sözünün   damğasını   vurmağı   əmr   etdi.
Adamların gözlərinə görünməsə də, ağır günah edən hər
bir məsihçi alnında buna bənzər işarəni daşıyır.
Günah   insanın   qəlbində   Məsihi   çarmıxa   çəkir.
Müqəddəs   Alfons   Liquorinin   yeparxiyasında   sözləri   və
davranışı ilə gəncləri yoldan çıxaran bir günahkar var idi.
Yepiskop bu insana onun yanına gəlməyi əmr etdi. O içəri
girmək üçün qapını açanda kandara qoyulmuş xaçı gördü
və tərəddüd içində dayandı. Müqəddəs onun tərəfinə üz
tutub dedi: «İçəri keç!» «Həzrət, – deyə o cavab verdi, –
xaçı   tapdalamağa   dini   hisslərim   məni     qoymur».
Müqəddəs Alfons nida etdi: «Eləmi? Söz və əməllərinlə
şüurlu   olaraq   Onu   təhqir   edəndə   Rəbbin   Müqəddəs
Çarmıxını   qəlbində   dəfələrlə   tapdalamamısanmı?»   Bu
sözlər günahkarın  qəlbinə  elə  dərin  təsir göstərdi  ki,  o
gündən etibarən o, həyatını tamamilə dəyişdi. Müqəddəs
Yazı deyir ki, ağır günah edən məsihçilər «Allahın Oğlunu
yenidən çarmıxa çəkib rüsvay edirlər» (İbr 6, 6). 
Könüllü   və   şüurlu   edilən   gündəlik   günah   ruhani
~ 209 ~
209


inkişafa,   İlahi   lütfün   qəbul   edilməsinə   və   duaya   böyük
maneə   törədir.   İnsan   dua   etmək   istəmir   və   Allah   belə
insana   bol   səxavət   verə   bilmir.   Məsih   dedi:   «Hansı
hökmlə   mühakimə   etsəniz,   onunla   da   mühakimə
olunacaqsınız» (Mat 7, 2).
Nəticədə   qeyd   etmək   lazımdır   ki,   günah   insanı   kor
edir.   O   öz   nöqsanlarını   daha   görmür   və   Allahdan
uzaqlaşaraq   şərdə   daha   çox   möhkəmlənir.   Nəticədə
insan   Rəbbin   mərhəmətini   qəbul   etmək   və   Onun
məhəbbətinə   cavab   vermək   (Müqəddəs   Ruha   qarşı
günah) qabiliyyətini itirir və Allah onu tərk edir. Allahın
bağışlamaq   istəmədiyinə   görə   deyil,   insanın   günahları
barədə   kədərlənməyə   və   Allahın   mərhəmətini   qəbul
etməyə   qadir   olmamasına   görə   tövbə   qeyri-mümkün
olur.
«Övladlarım,   bunları   sizə   yazıram   ki,   günah
etməyəsiniz.   Əgər   kimsə   günah   etsə   belə,   Atanın
hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.
İsanın qanı bizi hər günahdan təmizləyir», – deyir Həvari
(1Yəh 2, 1; 1, 7).
4. TÖVBƏ AYİNİ 
Tövbə ayininin təsisi
İsa   Həvarilərə   Ümumdünya   Kilsəsisinin   övladlarını
idarə   etmək   hakimiyyətini   verdi:   «Sizə   doğrusunu
deyirəm:   yer   üzündə   bağlayacağınız   hər   şey   göydə
bağlanmış   olacaq   və   yer   üzündə   açacağınız   hər   şey
göydə   açılmış   olacaq»   (Mat   18,   18).     Diriləndən   sonra
Xilaskar   Həvarilərə   göründü   və   onlara   günahları
bağışlamaq səlahiyyətini verdi. Bu belə oldu: «O gün –
həftənin   ilk   günü   axşam   çağı   Yəhudi   başçılarından
~ 211 ~
211


qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı
olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam
olsun!»   dedi.   Bunu   söyləyib   onlara   əllərini   və   böyrünü
göstərdi.   Şagirdlər   də   Rəbbi   görüb   sevindilər.   İsa   yenə
onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi
Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların
üzərinə   üfürərək   dedi:   «Müqəddəs   Ruhu   alın!   Kimin
günahlarını   bağışlasanız,   bağışlanır,   kimin   günahlarını
bağışlamasanız, bağışlanmamış qalır» (Yəh 20, 19 23).
Kilsədə   günahları   bağışlamaq   səlahiyyəti   Həvarilərin
davamçısı   olan   yepiskoplara   verilib.   Öz   növbələrində,
onlar   bu   səlahiyyəti   keşişlərə   verirlər,   keşişlər   isə   onu
Tövbə və Barışma ayinində istifadə edirlər.
Vəftizdən   sonra   edilən   günahların   bağışlanmasını
almaq   üçün     Tövbə   ayinində   iştirak   etmək   lazımdır.
Katolik   Kilsəsinin   Katexizisi   öyrədir:   «Tövbə   ayinində
iştirak   edənlər   Allahın   mərhəməti   ilə   Onun   qarşısında
etdikləri   günahın   buraxılmasını  
alır  
və   eyni   zamanda
Kilsə   ilə   barışırlar.   Günah   etməklə   onlar   Kilsəni
yaralayırlar, Kilsə isə öz məhəbbəti, nümunəsi və duaları
ilə onların tövbəsinə kömək edir» (KKK 1422).
Müqəddəs   Kilsənin   ən   başlanğıcdan   günahları
buraxma   səlahiyyətindən   istifadə   etdiyi   barədə   qədim
kilsə yazarları və Kilsə Ataları şəhadət edirlər. Məsələn,
II-III əsrlərdə yaşayan Müqəddəs Kiprian yazırdı: «Hələ ki
günah etirafı qəbul olunur, xeyirxah işlər və Tövbə Allaha
məqbuldur, yepiskop günahları buraxa bilir və bu, Allaha
məqbuldur,   qoy   hər   kəs   öz   günahını   etiraf   etsin»
(«Əxlaqsızlar haqqında»).
Tövbə ayininin şərtləri
~ 213 ~
213


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə