Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə40/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   36   37   38   39   40   41   42   43   ...   87

diz çökmə, yumruqla sinəni döymə, titrəyən səs – bunlar
səmimi   kədərlənmənin   mütləq   şəhadəti   deyil.
Kədərlənmənin   səmimiliyini   yalnız   Rəbb   görür.
Kədərlənmə   hisslərdə   mütləq   olmamalıdır,   insanın
iradəsində   isə   mütləq   olmalıdır,   çünki   kədərlənmə
iradəmizin günahdan Allaha tərəf dönməsidir.
Güclü  (hər   şeydən   üstün)   kədərlənmə.   İnsan   Rəbb
Allahı bütün məxluqlardan üstün tutanda, günahın bizə
çox   ziyan   vurduğuna   g
örə   ən   böyük   bəla   olduğuna
inananda,   ağır   (ölümə   aparan)   günah   etm
əkdənsə
gələcəkdə   pulunu,   mülkünü,   sağlamlığını   və   hətta
həyatını itirməyə hazır olanda kədərlənmə güclü olacaq.
Ümumi kədərlənmə. Kədərlənərək bütün (ən azı ağır)
günahlarımıza   görə   Rəbdən   bağışlanma   diləyəndə
kədərlənmə ümumi olacaq.
Müqəddəs Yazıya nəzər salaq və bilavasitə Məsihdən
bağışlanmanı   alan   insanların   nümunələrindən   görək   ki,
kədərlənmə necə olmalıdır. 
Kitabın   əvvəlində   bəhs   etdiyimiz   itkin   oğul   səmimi
kədərlənirdi.   O,   atasının  mərhəmətinə  inandı,   qürurunu
kənara atdı, səhvlərini etiraf etdi və ürəyində dedi: «Ata,
mən göyə və sənə qarşı günah etdim» (Luka 15, 18). O
bu sözləri söyləmədən bağışlandı.
Eləcə də həqiqi Allah və İnsan olan İsa Məsih, Məcdəlli
Məryəmin ürəyində səmimi kədərlənmə gördü. O, İsanın
yemək üçün dəvət olunduğu fariseylərdən birinin evinə
gəldi, Xilaskarın ayaqlarına düşdü və göz yaşları ilə Onun
ayaqlarını   yudu,   günahlarının   bağışlanmasını   dinməz
dilədi. Allah da onu bağışladı. Rəbb dedi: «Bu qadının çox
olan günahları bağışlandı» (Luka 7, 47).
Müqəddəs Peter də səmimi kədərlənirdi. Xilaskar əzab
~ 231 ~
231


çəkəndə   o,   üç   dəfə   Rəbbi   inkar   etdi,   lakin   yanından
keçən İsa ona baxdı və Peterin ürəyində elə güclü kədər
oyandı   ki,   bu   möhkəm   və   cəsarətli   kişi   ağladı.   İsa
diriləndən   dərhal   sonra   ona   bağışladığını   söylədi,   lakin
Peter bu günaha görə bütün həyatı boyu ağlayırdı.
Lakin günah və ürəyin tövbəsiz vəziyyətində qalmağın
çox təhlükəli olmasını göstərən başqa nümunələr barədə
də Müqəddəs Yazı bəhs edir.
Padşah   Hirod   qardaşı   arvadı   ilə   qanunsuz   nikahda
yaşadığının çox pis olduğunu yaxşı anlayırdı, lakin onun
kədərlənməsi səmərəsiz idi, çünki islah olmaq əvəzinə o,
günahkar   qadının   sözünə   baxırdı,   hətta   onun   sözü   ilə
Allah adamı olan Vəftizçi Yəhyanı öldürməyi əmr etdi.
Müəllimini inkar etməklə şər iş gördüyünü dərk edən
Məsihin   şagirdlərindən   biri   olan   Yəhuda   xəyanətinin
haqqını,   30   gümüş   pulu   atıb   həyəcanla   dedi:   «Mən
təqsirsiz qanı təslim etməklə günah işlətdim» (Mat 27,
3).   Lakin   kədərlənmədi,   İlahi   mərhəmətə   müraciət
etmədi,   üzr   diləmədi,   məyusluğa   düşdü,   gedib   özünü
asdı.
Bəzi insanlar həyatda birinci dərəcəli şeyləri çox vacib
olmayan şeylərdən ayıra bilmirlər; eləcə də məsihçilər öz
həyatlarında   əhəmiyyətli,   qəlblərinin   xilası   üçün   zəruri
olan   şeyləri   əhəmiyyətsiz   şeylərdən   ayıra   bilmirlər.
Bunun   səbəbi   çox   vaxt   dini   tərbiyənin   azlığının
nəticəsidir. Belə səhvlərdən biri odur ki, insan vicdanında
ağır   günahı   gündəlik  (yüngül)   günahdan   fərqləndirə
bilmir,   bu   da   ona   tövbə   zamanı   günahlar   üçün
kədərlənməyə     mane   olur.   Növbəti   nümunəyə   nəzər
salaq: bir insan vicdanın sınağı zamanı yada saldı ki, o,
dörd dəfə  
Rəbbin  
günündə ibadətdə iştirak etməyib, iki
~ 233 ~
233


dəfə   sərxoş   olub,   siqaret   çəkib,   işdə   bir   neçə   dəfə
qəzəblənib,   yaxınları   ilə   dalaşıb...   Görürük   ki,   bu
günahların bəziləri ağır (
Rəbbin 
günü müqəddəs Messada
iştirak   etməmək,   spirtli   içki   içmək),   başqaları   isə
yüngüldür.   Beləliklə,   siqaret   çəkməyi,   qəzəblənməyi,
ailədə hətta az münaqişə etməyi tərgidərək dərhal islah
ola bilməyəcəyini insan yaxşı anlayır, bütün günahları bir
sıraya   qoyub   özünə   deyir:   «Mən   düzələn   deyiləm».   Bu
münasibətlə, şübhə və narahatlıq içində o, tövbəyə gedir,
Allaha   vəd   etdiyini   heç   özü   də   bilmir   və   onun   tövbəsi
səmərəsiz olur. Tezliklə o, tövbədən sonra Evxaristiyaya
daha yaxınlaşmır, çünki gündəlik günah etmədən yaşaya
bilmir,   Evxaristiyanı   qəbul   etməyəndə   də   çox   tez
zəifləyir, ağır günaha yol verir, İlahi lütfü itirir. Amma o,
tövbəni   başqa   cür   etməli   idi.   Qəlbində   aydın   və   qəti
qərar   qəbul   etməli   idi:   «
Rəbbin
 
günündə   ibadətə
getməmək və sərxoş olana qədər içmək – bu günahlar
ağırdır,   bunlar   məni   İlahi   lütfdən   və   əbədi   xilasdan
məhrum edir. Mən bu günahları edəndə, əbədi xilasımı
təhlükə altına qoyuram, buna görə də ürəyimdə aydın və
təsirli   surətdə   deyirəm   ki,   daha   belə   etməyəcəyəm.
Gündəlik günahlarıma aid deyə bilərəm ki, öz zəifliyimi
bilirəm,   onlardan   dərhal   azad   ola   bilməyəcəyimi   anla-
yıram və onlardan azad olmaq üçün səy göstərəcəyəm.
Lakin diqqətsiz olub gündəlik günahı etsəm, dərhal üzr
diləyəcəyəm   və   gələcəkdə   islah   olmaq   barədə   qərar
qəbul   edəcəyəm,   Evxaristiyada   iştirak   etməzdən   əvvəl
Rəbdən   bağışlanma   diləyəcəyəm,   lakin   Evxaristiyanı
qəbul edəcəyəm, çünki əgər Onu qəbul etməsəm, ruhani
cəhətdən zəifləyərəm və yenidən ağır günah işlədərəm.
Mən isə Allahla yaşamağı qəti arzulayıram».
~ 235 ~
235


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə