Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə43/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   39   40   41   42   43   44   45   46   ...   87
    Bu səhifədəki naviqasiya:
  • Ümumi

Pis   kitab   və   jurnalların   başlıqları   cəlbedicidir,   rəngli
illüstrasiyalı,   keyfiyyətli   kağızda   nəşr   olunur,   lakin
onlarda günahdan başqa bir şey yoxdur. Onların üzündə
zəhərli   şüşələrin   yaxud   yüksək   gərginlikli
transformatorun   üzərində   olduğu   kimi   kəllə   və   sümük
şəklini   yerləşdirmək   lazımdır,   çünki   onların   məzmunu
zəhərdən   də   pisdir.   Bu,   ruhani   zəhərdir.   Eyni   sözü
ədəbsiz səhnələr və xeyirxah adamlara, imana və Kilsəyə
istehza  ilə  dolu  olan  əxlaqsız  filmlər barədə  də  demək
olar. Onlar kitablardan da çox insanların qəlbində imana
qarşı şübhə salır, günahlı fikirlər və hisslər yaradırlar. 
Bir çox illər ərzində tövbə etməyən və dini borclarını
yerinə   yetirməyən   bir   zəngin   insan   Allahın   lütfü   ilə
Rəbbin yanına qayıtdı və tövbə etdi. Bu barədə arvadı
və   qızına   söyləyəndə   onlar   çox   sevindilər.   «İndi   isə
mənə   yepitimiyanı   yerinə   yetirməyə   kömək   edin»   –
deyə   ata   onlardan   xahiş   etdi.   «Xeyr,   ata,   –   deyə   qız
güldü, – yepitimiyanı hər adam özü yerinə yetirməlidir».
–   «Öhdəliyimə   götürdüyüm   işi   tək   başına   yerinə
yetirmək mənə ağır olacaq, gəlin, mənə kömək edin» –
deyə   ata   gülümsədi.   O,   arvadını   və   qızını   öz
kitabxanasına gətirdi və növbə ilə, bir-bir, rəf-rəf bütün
kitablarına   baxmağa   başladı.   O,   ateist,   ədəbsiz   və
yoldan   çıxaran  kitabları   yerə   atırdı,   arvadı   və   qızı   isə
onları aparıb sobada yandırırdılar. Onun nə kitaba, nə də
onlara xərclədiyi pula heyfi gəlmədi, çünki onlarda necə
bir zəhərin olduğunu dərk edirdi. 
Kitabxanada   işləyən   bir   gənc   qadın   maraqlanıb
imandan dönmüş bir adam barədə kitab oxudu. Qadın  -
~ 249 ~
249


məsihçi imanı və mənəviyyatında tərbiyə almışdı, lakin
bu kitabı oxuyandan sonra qəlbini şübhə və acı hisslərlə
doldurdu.   O,   kitabı   oxuculara   təklif   etməyə   başladı.
İmanlılar   dinsizlik   barədə   bu   kitabı   oxumaq
istəmədiklərini   söyləyərək   imtina   edirdilər:   «Hətta
Məsihin   şagirdləri   arasında   xain   Yəhuda   İskaryot   olub,
onun   barəsində   və   onun   xəyanəti   barədə   kim  oxumaq
istəyər?»   Lakin   «xeyirxahlıq   edən»   qadın   onları   yola
gətirməyə, təkid və sübut etməyə çalışırdı ki, «hər şeyi
bilmək   lazımdır».   Beləliklə,   əvvəl   imanı   olan   adam
başqalarını da yoldan çıxardı. Bu, çox qəmli nümunədir.
İnsan xeyirxah və gözəl bir şeylə maraqlanmaq əvəzinə
kirli və alçaq bir şeyə könlünü verəndə kədərli hal olur.
Onu   bal   hazırlamaq   üçün   ətirli   güllər   axtaran   və   şirə
yığan arı ilə deyil, daha çox zibilə qonan eşşəkarısı ilə
müqayisə etmək olar.
Daha   günah   etməmək   barədə   qəti   niyyət   günaha
aparan adamlardan, yerlərdən və əşyalardan çəkinmək
qərarını   da   özündə   birləşdirir.   Məsihin   əsgəri   və
cəngavəri olan məsihçi günaha səbəb olan hər şeydən
qətiyyətlə çəkinməlidir. İsa Məsih deyir: «Əgər sağ gözün
səni   pis   yola   çəkərsə,   onu   çıxar   at.   Çünki   sənin   üçün
bədən üzvlərindən birinin məhv olması bütün bədəninin
cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis
yola   çəkərsə,   onu   kəs   at.   Çünki   sənin   üçün   bədən
üzvlərindən   birinin   məhv   olması   bütün   bədəninin
cəhənnəmə   düşməsindən   yaxşıdır»   (Mat   5,   29-30).
Aydındır   ki,   Rəbb   bədənimizi   şikəst   etməyi   öyrətmir,
lakin   günaha   aparan   vəziyyətlərdən   çəkinmək   barədə
qəti niyyətdən danışır. Əgər müəyyən bir insan, yer və ya
əşya   sənə   gözün   yaxud   əlin   qədər   əzizdirsə   və   eyni
~ 251 ~
251


zamanda   səni   günaha   çəkirsə,   hətta   bu   sənə   gözünü
qoparırmış yaxud qolunu kəsirmiş kimi ağrılı olsa belə,
onlardan qətiyyətlə uzaqlaş. 
Əvvəllər   canavarlar adamları çox bezdirirdilər. Onları
ovlamaq asan deyildi, buna görə də onlar üçün meşədə
quyu   qazırdılar.   Bu   quyuların   üstünü   şüvüllər   və
yarpaqlarla   örtürdülər,   ortasına   isə   ördək   və   ya   qazı
bağlayırdılar.   Canavar   uzaqdan   yemi   hiss   edirdi,   ona
atılırdı və... quyuya düşürdü. İblis də insanlar üçün həmin
«quyular»ı qazır. Bunlar pornoqrafiya filmləri və kitabları,
fiziki   qüvvənin   hakimiyyətini   təbliğ   edən   «döyüş»
filmləri, tökülən qanı, ölümü, ədəbsiz paltarları, rəqsləri,
gecə barlarını, spirtli içkiləri göstərən filmlərdir... Şər ruh
insanı dərhal ağır günaha təhrik etməyin asan olmadığını
bilir,   buna   görə   də   o,   balıqçı   kimi   tilova   müxtəlif   yem
qoyur   ki,   yemlə   birlikdə   tilov   da   udulsun.   O   gizlicə
yaxınlaşır,  sərçə  dəstəsinə  gizlicə  yaxınlaşan  pişik  kimi
insanı   əvvəlcə   dırnağından   tutur   və   əgər   insan   əlini
çəkmirsə,   onu   barmağından   tutur.   İnsan   iblisin   onu
barmağından   tutmasına   vərdiş   edəndən   sonra   şər   ruh
insanı   əlindən   tutur,   sonra   daha   cəsarətlə   bütün
qolundan tutur və ürəyinə girir.
Ümumi
 
 .  Tövbə edən insanın bütün günahlardan azad
olmaq   niyyəti   olmalıdır.   İnsan   qəlbini   bir   günahdan
təmizləyib digərlərini saxlayırsa, tövbədən ona nə fayda
olur? Əgər ev üç yerdən yanmağa başlayırsa, iki yerdə
alovu   söndürmək,   üçüncü   yerdə   isə   alovu   saxlamağın
mənası varmı?   Axı yanğın bütün evi ələ keçirəcək və o
yanacaq.   Günah   qəlbdə   olan   və   ilahi   lütfü   məhv   edən
yanğındır.   Allahı   həmişəlik   itirmək   üçün   bir   ağır   günah
~ 253 ~
253


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə