Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə54/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   50   51   52   53   54   55   56   57   ...   87

Keşişlik üç mərhələ ilə icra edilir:
–  Yepiskopluq  –   onu   qəbul   edənə   tam   həvari
səlahiyyətini verir;
–  Keşişlik  – Yepiskop xidmətində qismən iştirak etmə
səlahiyyətini verir;
– Dyakonluq – Yepiskop və keşişlərin xidmətinə kömək
etmək üçün nəzərdə tutulur.
7. NİKAH
Nikah   ayindir   (sirrdir),   onun   vasitəsilə   subay   kişi   və
qadın   aralarında   ləğvi   mümkün   olmayan   birlik
imzalayırlar;   onların   məqsədi   qarşılıqlı   dəstək   vermək,
həmçinin   övlad   dünyaya   gətirmək   və   onlara   tərbiyə
verməkdir.   Ayin   vasitəsilə   onlar   üzərinə   götürdükləri
öhdəlikləri yerinə yetirmək üçün xüsusi lütf alırlar.
Yaradan   kişi   və   qadının   təbiətinə   nikahda   olmaq
qabiliyyətini   qoyub;   nikah   Allah   tərəfindən   təsis   edilib.
Buna görə də nikahı heç cür yalnız insani təsisat hesab
etmək olmaz. Rəbb insanı məhəbbətlə yaratdı və insanı
məhəbbətə   çağırdı.   Kişi   və   qadın   arasında   olan
məhəbbət     Allahın   insana   olan   əbədi   və   dəyişməz
məhəbbətinə   işarə   edir.   Müqəddəs   Yazının   ilk
səhifələrində   biz   kişi   və   qadın   arasında   bir   nikahın
qurulması   barədə   oxuyuruq:   «İnsanın   tək   olması   yaxşı
deyil...   Buna   görə   də   kişi   öz   ata-anasını   tərk   edib
arvadına qovuşacaq və onlar bir bədən olacaq» (Yar 2,
18.   24).   Xeyir-dua   verən   Rəbb   ilk   nikaha   əmr   etdi:
«Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun»
(Yar 1, 28). Müqəddəs Yazının yuxarıdakı ayəsindən aydın
görürük ki, kişi və qadın arasında nikah birliyinin iki əsas
~ 329 ~
329


məqsədi   var:   qarşılıqlı   kömək,   həmçinin   övladlar
dünyaya gətirmək və onlara tərbiyə vermək.
İlk günah, onun səbəb olduğu digər saysız günahlar və
onların   nəticələri   insanların   həyatına   nifaq   və
disharmoniya   gətirdi,   bu   da   Yaradanın   nikah   barədə
niyyətini   korladı.   İnsanlar   arasında   boşanma   və
çoxarvadlılıq   (poliqamiya)   yayıldı.   Hətta   Allaha   iman
edən İsraillilərdə belə, boşanma mümkün idi. 
İsa   Məsih   nikaha   onun   ilk   simasını   qaytardı.   Bəzi
fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir
sual   verdilər:   «İnsanın   öz   arvadını   hər   səbəbə   görə
boşamağa   icazəsi   varmı?»   İsa   cavab   verib   dedi:
«Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və
qadın   olaraq   yaratdı”   və   dedi:   “Buna   görə   də   kişi
ata-anasını   tərk   edib   arvadına   qovuşacaq   və   ikisi   bir
bədən olacaq”? Artıq onlar iki deyil, bir bədəndir. Buna
görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın» (Mat
19,   3-6).   Xilaskar   nikahın   ləğv   olunmazlığını   təsdiqlədi:
«Arvadını boşayıb başqası ilə evlənən hər kəs zina edir»
(Luka 16, 18). 
Müqəddəs   Pavlos   da   nikahın   birdəfəliyini   və   ləğv
olunmazlığını müdafiə  edir: «Evli olanlara isə mən əmr
edirəm,   daha   düzgün   desəm,   Rəbb   əmr   edir:   qadın
ərindən ayrılmasın. Ayrılırsa, ərsiz qalmalıdır yaxud əri ilə
barışmalıdır.   Ər   də   arvadını   boşamasın»   (1   Kor   7,   10).
Həqiqi nikahı yalnız ölüm ləğv edə bilər: «Arvad əri sağ
ikən ona bağlı qalır. Əgər əri vəfat etsə, arvad azaddır və
kimə istəsə, ərə gedə bilər. Lakin o kişi Rəbdə olmalıdır»
(1   Kor   7,   39).   Həvari   kişi   və   qadın   arasındakı   nikahın
birdəfəliyini   və   ləğv   olunmazlığını   Məsihlə   Kilsəsi
arasındakı ləğvolunmaz birliyə bənzədir. 
~ 331 ~
331


Nikahın müqəddəs və ləğvolunmazlığı barədə Rəbbin
əmrini Katolik Kilsəsi qoruyur və ötürür. Yer üzündə heç
bir hakimiyyət, hətta Roma Papası simasında olan Məsih
Kilsəsinin hakimiyyəti həqiqi nikahı ləğv edə bilməz.
Həqiqi  nikah  kişi və qadın arasında  könüllü  bağlanır,
bir   halda   ki   təbii   və   kilsə   tərəfdən  maneə  (məsələn,
yaxın   qohumluq,   ruhi   xəstəlik,   spirtli   içkilərdən   yaxud
narkotik   maddələrdən   asılılıq,   tərəflərdən   birinin
gizlətdiyi   həqiqi   nikahın   mövcud   olması)  olmur.   Əgər
nikah   mərasimi   zamanı   bu   nikahı   həqiqi   etməyən
maneələr olubsa, nikah birliyi bağlanmır. Nikah bağlama
zamanı   belə   maneələrin   olub-olmaması   barədə   sual
Katolik   Kilsəsində   yeparxiya   məhkəməsi   araşdırır.   Əgər
nikah bağlanma zamanı belə maneələr mövcud olubsa,
diqqətlə   tədqiq   edəndən   sonra   yeparxiya   məhkəməsi
nikahı həqiqi olmayan (mövcud olmayan) nikah elan edir.
İsa   Məsih   Öz   xidmətinin   əvvəlində   Qalileyanın   Qana
şəhərində   toyda   iştirak   edirdi,   burada   O,   Bakirə
Məryəmin xahişi ilə birinci möcüzəsini etdi. Bununla da
Allah   Oğlu   hər  bir  ailənin   Onun   gözlərində   əhəmiyyətli
olduğunu,   hər   bir   ailənin   Onun   olmasını   və   ailələrə
xeyir-dua vermək arzusunu göstərdi. 
Nikah   ayininin   səmərəsi   Xilaskarın   nikah   cütünə
verdiyi   xüsusi   lütfdür.   Onun   sayəsində   onlar   bir-birini
dəstəkləyə,   məhəbbətdə   sədaqəti   qoruya,   övlad
dünyaya gətirə və imanda tərbiyə edə bilərlər. Bu lütfün
mənbəyi hər bir ailədə olmaq istəyən Məsih Özüdür. Hər
bir ailə  isə öz növbəsində, «balaca ev Kilsəsi» olmalıdır.
Ər-arvad məhəbbəti bütöv insanı, onun bədəninin arzu
və instinktlərini, hiss və məhəbbətini, qəlb və iradəsinin
cəhdlərini   əhatə   edir.   Öz   təbiətinə   görə   ər-arvad
~ 333 ~
333


məhəbbəti   onun   mükafatı   olan   övladların   dünyaya
gəlməsinə   və   tərbiyəsinə   yönəlir.   Buna   görə   də   bu
məhəbbətə   hörmət   ər-arvada   nəsil   törətməkdən
çəkinməməyi,   həm   də   yeni   insan   məxluqlarını   həyata
çağıran   Yaradanla   əməkdaşlığa   hazır   olmağı   əmr   edir.
Övladlar   dünyaya   gətirmək   ər-arvadlığın   mühüm
əlamətidir.
Süni mayalanma və «insanın planlaşdırılması» mənəvi
cəhətdən   haram   və   yolverilməzdir,   çünki   insanın
döllənmə və dünyaya gəlməsinə aid Yaradanın niyyətinə
ziddir.   Şüurla   döllənmənin   qarşısını   alma   ər-arvadlığın
məna   və   məqsədini   təhrif   edir.   Özlərindən   asılı
olmayaraq,   sonsuz   olan   ər-arvad   cütü,   həqiqətən,
ər-arvaddır,   çünki   qarşılıqlı   dəstək   və   övladlığa
götürdükləri uşaqların tərbiyəsi vasitəsilə öz nikahlarının
məqsədini həyata keçirə bilərlər. 
Vəftiz   olan   adamlar   arasında   Nikah   Ayininin
qəbulundan   başqa   nikah   ola   bilməz.   Ər-arvadlıq
ayinindən kənarda olan nikah günahlı əlaqədə olmaqdır.
Vəftiz   olan   adamlar   arasında   VVAQ-da   qeydiyyat   Allah
qarşısında nikahı həqiqi və qanuni edə bilməz. 
Nikah ayinini bəy və gəlin keşişin və iki şahidin iştirakı
ilə   özləri   icra   edirlər.   Keşiş   isə   İlahi   qanuna   uyğun
bağlanan nikahı qəbul edir və ona xeyir-dua verir.
Nikah Ayini Mərasimi 
Nikah Ayininə tövbə edib təqdis edən lütf vəziyyətində
başlamaq lazımdır. 
Tövbənin   səmimi   olması   çox   vacibdir.   Tövbə   elə
olmalıdır   ki,   Rəbbi   Evxaristiyada   təmiz   ürəklə   qəbul
~ 335 ~
335


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə