Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə59/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   55   56   57   58   59   60   61   62   ...   87

Xilaskarımızın   bu   sözlərindən   aydın   olur   ki,   O,   İsrail
xalqına   verilən   Allahın   Əmrlərini   təsdiqləyir   və   bütün
insanlara onları yerinə yetirməyi tapşırır. Əmrlərin yerinə
yetirilməsi və Allaha məhəbbət eynidir: «Allah məhəbbəti
Onun   əmrlərinə   riayət   etməyimizi   tələb   edir.   Onun
əmrləri   isə   ağır   deyil»   (1   Yəh   5,   3).   Həvari   öyrədir   ki,
Allahın   əmrlərini   yerinə   yetirmədən   Onu   sevmək
mümkün   deyil.   «Kim:   «Onu   tanıyıram»   deyir,   amma
Onun   əmrlərinə   riayət   etmirsə,   yalançıdır   və   onun
daxilində həqiqət yoxdur».
Allahın Əmrləri bunlardır: 
Allahın Rəbbini bütün ürəyinlə, bütün canınla, bütün
ağlınla sev. Qonşunu özün kimi sev.
Mən sənin Rəbb Allahınam:
1. Məndən başqa allahların olmasın. 
2. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə.
3. Bayram günlərini yadda saxlayıb təqdis et.
4. Ata-anana hörmət et.
5. Qətl etmə.
6. Zina etmə.
7. Oğurluq etmə.
8. Heç kimə qarşı yalandan şahidlik etmə. 
9. Heç kimin arvadına tamah salma.
10. Heç kimin bir şeyinə tamah salma.
Məhəbbət əmri barədə 
Hər   bir   məxluqun   öz   təyinatı   var.   Ağac   yuxarıya
yönəlir,   gül   günəşə   tərəf   uzanır,   balıq   suda   üzür,   quş
havada   uçur,   adamlara   və   mələklərə   isə   sevmək
~ 371 ~
371


tapşırılıb. İnsan sevmək üçün yaranıb, bu məqsəd onun
mahiyyətində   qeyd   olunub.   İnsan   sevmədən   yaşaya
bilməz. İnsana seçim azadlığı verilib, buna görə də o öz
məhəbbətini   özünə,   başqa   insana,   Rəbbin   başqa
məxluqlarına yaxud Yaradanın Özünə yönəldə bilər. Allah
əmr edir ki, biz Onu bütün bacarığımızla hər şeydən çox
sevək,   özümüzü   həqiqi   (xudbin   olmayan)   məhəbbətlə
sevək, həmçinin hər bir insanı özümüz kimi sevək. 
Biz   hər  şeydən   çox   Allahı   sevməliyik.   Yəni   biz   Rəbb
Allahı   ağır   (ölümə   aparan)   günahla   təhqir   etməkdənsə
əzablara,   maddi   itkilərə,   xəstəliklərə   və   hətta   ölümə
hazır   olmalıyıq.   İsa   deyir:   «Əgər   Məni   sevirsinizsə,
əmrlərimə riayət edəcəksiniz. Kim əmrlərimə bağlı qalıb
onlara riayət edirsə, Məni sevən odur» (Yəh 14,15. 21).
Rəbbin   əmr   və   məsləhətlərini   nə   qədər   mükəmməl
surətdə yerinə yetiririksə, o qədər də çox biz Onu sevirik.
Biz   Allahı   Onun   bizə   olan   məhəbbətinin   cavabında
sevirik,   çünki   O,   ilk   olaraq   bizi   sevdi.   «Səni   əbədi   bir
məhəbbətlə   sevdim»   (Yer   31,   3),   –   deyir   Rəbb.   O   bizi
Yaradan və xeyirxah Atadır, nemətləri verən və Fidya olan.
Allah son dərəcədə müqəddəs, xeyirxah və mərhəmətlidir,
buna   görə   də   biz   Onu   hər   gün   daha   mükəmməl
məhəbbətlə sevməyə səy göstərməliyik. Müqəddəs Pavlos
deyir: «Əminəm ki, nə ölüm, nə həyat… nə indiki, nə də
gələcək   şeylər…   bizi   Allah   məhəbbətindən   ayırmağa
qadir olmayacaq» (Rom 8, 38-39).
İnsan   Allahın   məxluqu   və   övladı   kimi   özünü   həqiqi
(xudbin   olmayan)   məhəbbətlə   sevməlidir.   Əgər   ilk
növbədə qəlbimizin təmizliyinin və xilasımızın qayğısına
qalırıqsa,   təqdis   edən   lütf   vəziyyətində   yaşamağa   səy
göstəririksə,   tez-tez   günahlarımızı   etiraf   ediriksə   və
~ 373 ~
373


Evxaristiyanı   qəbul   ediriksə,   dua   edir,     müqəddəs
Messada iştirak edir,  vəzə qulaq asır, Müqəddəs Yazı və
dini kitablar oxuyuruqsa və başqa adamlara xeyirxahlıq
ediriksə,   özümüzü   düzgün   məhəbbətlə   sevirik.   Məsih
deyir: «İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona
nə   xeyri   var?   Yaxud   insan   öz   canının   əvəzinə   nə   verə
bilər?» (Mat 16, 26). Hər kəs öz sağlamlığının, ailəsinin
yaxşı  adı və maddi  rifahının  qayğısına  qalmalıdır,  lakin
bu həyati dəyərlər fəzilətli həyata, xeyirxah işlərə, duaya
və   Katolik   Kilsəsinin   həyatında   iştiraka   mane   olma-
malıdır.
Başqa   adamlara   münasibət   barədə   İsa   Məsih   deyir:
«İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz
də   onlarla   elə   rəftar   edin»   (Mat   7,   12).   Biz   hamımız
millətindən   asılı   olmayaraq,   bir   Allahın   övladlarıyıq,
yeganə   Xilaskar   İsa   Məsih   bütün   insanlara   görə   ölüb,
Allah göydə hamı üçün əbədi xoşbəxtlik hazırlayıb, buna
görə   də   biz   bütün   insanları   sevməliyik.   İsa   yaxınını
sevməyi   əmr   edir:   «Mənim   əmrim   belədir:   Mən   sizi
sevdiyim kimi siz də bir-birinizi sevin» (Yəh 15, 12).
Yaxınına   məhəbbət   xeyirxahlıqla,   ona   münasibətdə
hörmət və mərhəmətlə, həmçinin incikliyin bağışlanması
ilə   ifadə   edilir.   Bizim   əbədi   xilasımız   başqa   adamlara
məhəbbətimizdən asılıdır. Allah Onu tanımayanlara iman
həqiqətlərini   öyrətməyə     çalışanlara,   şübhə   və   əzab
içində   olan   qonşusuna   xeyirxah   məsləhət   verə   bilənə,
günahkara   tövbə   və   günahları   etiraf   etməkdə   kömək
göstərənə,   haqsızlığı   bağışlayana   və   insanların
nöqsanlarına səbirlə dözə bilənlərə, günahkarların imana
gəlməsi və ölü canların əbədi rahatlığı üçün dua edənə
mükafat verəcək. Eləcə də Allah yemək yaxud paltarı ilə
~ 375 ~
375


kasıbla   bölüşən,   qonaqpərvər   olan,   xəstə   və   tənhalara
baş   çəkən,   onların   aqibətini   yüngülləşdirməyə   cəhd
edənlərə mükafat verəcək. 
İsa bizə bir-birimizi bağışlamağı əmr etdi: «Əgər başqa
insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi
bağışlayar.   Amma   siz   başqa   insanları   bağışlamasanız,
Atanız da sizin təqsirlərinizi bağışlamaz» (Mat 6, 14 15).
O   bizə   dua   etməyi   öyrətdi:   «Bizə   borclu   olanları
bağışladığımız   kimi   Bizim   borclarımızı   da   bağışla»
(«Göylərdə olan Atamız»).
Müqəddəs   Fransiska   de   Şantal   ölümündən   əvvəl
qulluq etdiyi cüzamlı xəstənin meyitini tabuta qoyanda
ona xəbərdarlıq etmişdilər ki, o da xəstəliyə tutula bilər.
Onda o cavab vermişdi: «Mən yalnız bir yoluxmadan –
günahdan qorxuram».
Ölüm yatağında olan məşhur sərkərdəyə onun bir çox
qələbələrini   xatırladaraq  ona  təsəlli   vermək   istədilər,   o
isə cavab verdi: «Kaş kasıba bir stəkan su verəydim!».
I. MƏNDƏN BAŞQA ALLAHLARIN OLMASIN
«Birinci Əmr insanı Allaha iman etməyə, Ona təvəkkül
etməyə və Onu hər şeydən çox sevməyə çağırır» (KKK
2134)   «Allahın   Rəbbi   bütün   qəlbinlə,   bütün   varlığınla,
bütün gücünlə sev» (Qanun 6, 5).
İnsan   həyatının   məqsədi   Allahın   izzəti   və   bununla
özünün   xoşbəxtliyidir.   Buna   görə   də   insanın   həyatında
birinci   yer   hər   məkanda   və   həmişə   Allaha   məxsusdur.
Birinci əmr Allaha işarə edir və insanın əli, qüruru yaxud
~ 377 ~
377


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə