Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə74/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   70   71   72   73   74   75   76   77   ...   87

mənəvi   pozğunluğuna   gətirib   çıxarır,   həmçinin
valideynlərin və əcdadların xatirəsini ləkələyir. Bir insan
dörd dəfə evləndi və hər bir qadını uşaqla tərk etdi. Onun
ailəsi   haradadır,   o   necə   insandır   və   o,   sözün   tam
mənasında insandırmı?   Axı insana ən çox məxsus olan
xüsusiyyətlərdən biri  ailədə doğulmaq və yaşamaqdır.
Həyatı ötürmə sahəsində sui-istifadələr xalqları məhv
edir.   Roma   imperatorluğu   bir   neçə   əsr   ərzində,   demək
olar   ki,   dünyanın   yarısına   hökm   edirdi.   Sanki   onun
qüvvəti   sarsılmaz   idi.   Lakin   o   yox   oldu.   Kim   ona   qalib
gəldi?   Roma   şairi   Horasi   cavab   verir:   «Zorakılıq   və
əxlaqsızlıq   onu   dəfn   etdi».   Əxlaqsızlıq   romalıların
qəlblərinə xəlvətcə girdi və onlardan həyat suyunu sorub
çıxartdı.
Bu   gün   gözlərimizin   qarşısında   hər   şeyə   yol   vermə
şəxsiyyətləri, ailələri və hətta xalqları məhv edir; sanki
istehlak ruhu ilə sərxoş olmuş bu adamlar ürəklərində və
ictimai   həyatda   əxlaqsızlığa   getdikcə   daha   çox   yol
verirlər.
Allahın  əmrləri  bizim üçün  düzgün  və  yaxşıdır.  Buna
görə də olduqca güclü əxlaqsızlıq təbliğatının təsiri altına
düşməyək,   əksinə,   tam   ciddiyyətlə   cinsi   ifratçılığın
faciəvi   nəticələrini   dərk   edərək   gəncləri   fəlakətli
səhvlərdən qoruyub saxlamağa çalışaq.
VII. OĞURLUQ ETMƏ
X. HEÇ KİMİN HEÇ BIR ŞEYİNƏ TAMAH SALMA
Torpağı və onun zənginliyini yaradan Rəbb Allah onu
adamlara tapşırdı, torpağın qayğısına qalmalarını, hökm
və idarə etmələrini, həmçinin onun sərvətindən istifadə
~ 489 ~
489


etmələrini   arzulayırdı.   Hər   kəsin   torpağın   maddi
nemətlərinə   sahib   olmaq   və   onlardan   istifadə   etmək
hüququ   var.   Maddi   nemətlərin   məqsədi   həyatı
dəstəkləməkdir.   Belə   nemətlərdən   istifadə   insan   üçün
məqsəd olmamalıdır, çünki bu yalnız həyatı dəstəkləyən,
ruhani inkişaf və Allahla əbədi birlik əldə etmək üçün bir
vasitələrdir.
Xüsusi mülkiyyət hüququ həyatın təbii təməllərindən
irəli   gəlir.   İnsan   müəyyən   əşyaya   sahibolma   hüququna
yalnız onu qanuni yolla əldə edəndə malik olur: əşyanı
özü düzəldir, alır, hədiyyə verir yaxud miras alır.
Mülkiyyət  xüsusi  (şəxsi),  ümumi  (məsələn,   ailəyə
məxsus:   mebel,   qab-qacaq)   və  dövlətin  (məktəblər,
xəstəxanalar, nəqliyyat, parklar və meşələr) ola bilər.
Allahın VII və X əmrləri nəyi buyurur? 
«Yeddinci   Əmr   dünyəvi   nemətlər   və   insan   əməyinin
bəhrəsini   idarə   edəndə   ədalət   və   mərhəmət
prinsiplərindən   istifadə   etməyə     göstəriş   verir»   (KKK
2451).
Xüsusi   mülkiyyət   hüququ   təbii   hüquqdur.   Bizə   qalan
bəşəriyyətin ən qədim sənədləri şəhadət edir ki, hər bir
dövlət   vətəndaşlarının   xüsusi   mülkiyyətini   qoruyub   və
bu   hüququ   pozanları   (oğruları   və   quldurları)   çox   ciddi
cəzalandırıb.
Ailənin mülkiyyətini qorumaq və mümkün qədər onu
çoxaltmaq zəruridir. Valideynlər övladlarında ailələri üçün
əziyyətlə   əldə   etdikləri   hər   şeyə   ehmallı   münasibəti
tərbiyələndirməlidirlər.
İctimai   mülkiyyəti   qorumaq   lazımdır.   Buna   görə   də
~ 491 ~
491


ağacların kəsilməsi, suların çirkləndirilməsi, heyvanların
və   quşların   məhvi,   abidələrin   və   ictimai   binaların
uçurulması   günahdır.   Məsihçi   öz   Vətənini,   əcdadlarının
yaşadığı, özünün doğulduğu və hal-hazırda sakin olduğu
torpağı   sevməlidir.   Vətənini   sevməyən   və   öz   xalqına
qayğı   göstərməyən   insan   mükəmməl   şəxsiyyət   ola
bilməz. 
Sahibkar vaxtında və ədalətlə işçilərə muzd verməlidir.
O həmçinin müvafiq əmək şəraiti də yaratmalıdır.
Yeddinci və onuncu əmrlər nəyi qadağan edir?
Oğurluq    –   sahibinin   iradəsinə   zidd   olaraq   özgənin
əşyalarını gizlicə mənimsəməkdir.
Qarət – əşyanı zorakılıqla almaqdır. 
Fırıldaq  –   yalanın   köməyi   ilə   maddi   mənfəətin   əldə
edilməsidir.   Məsələn,   müəyyən   bir   əşyanın   alqı-satqısı
zamanı meydana çıxa bilər: satıcı onu dəyərindən baha
satmağa çalışaraq köhnə əşyanı təzə yaxud xarab olmuş
əşyanı   yeni   əşya   kimi   göstərir.   Belə   əldə   edilmiş   gəlir
qanunsuzdur   və   onu   aldadılmış   şəxsə   qaytarmaq
lazımdır.
Korrupsiya  – pulla, rüşvətlə, bəxşiş və s. ilə şəxsləri
qanun və ədalətə qarşı hərəkət etməyə meylləndirmək. 
Sələmçilik  –   faiz   əldə   etmək   niyyəti   ilə   borc     pul
vermək. Müqəddəs Yazı sələmçiliyi pisləyir. 
Ədalətlə   işləyən   adama  əmək haqqını  verməmək.
Bu, Allaha qisas üçün fəryad edən günahlara aiddir.
Spekulyasiya  –   süni   yolla   malların   qiymətini
qaldırmaq   (alıcının   son   dərəcədə   ehtiyacından   yaxud
xəbərsiz olmasından istifadə edərək).
~ 493 ~
493


Qumar   oyunu   –  mənəvi   cəhətdən   yolverilməzdir,
çünki oyunda qalib gələn qanunsuz yolla maddi nemətə
sahib   olur   (qazanmır,   hədiyyə   yaxud   miras   almır),
oyunda uduzan isə həyat üçün zəruri olan vasitələrdən
məhrum olur.
Keyfiyyətsiz əmək  vicdanla yerinə  yetirilməmiş işə
görə verilən muzdu almağa ixtiyar vermir.
Sənədlərin  saxtalaşdırılması  vasitəsilə   insan   oğru
kimi haqsızlıqla maddi neməti əldə edir.
İsrafçılıq  günahdır,   çünki   ailəni   yaxud   digər   bir
cəmiyyəti zəruri olan şeylərdən məhrum edir. Məsələn,
övladlarını yararlı qidadan məhrum edərək bahalı mebel,
paltar, spirtli içkilər almaq.
Tapılan  əşyanı   mənimsəmə  o  vaxt  günah   olur  ki,
əşyanı   tapan   imkanı   olanda   onu   sahibinə   qaytarmır
yaxud sahibini axtarmağa cəhd etmir.
Borcu saxlama –  o vaxt günah olur ki, borclu borc
verənin   bunu   unutduğundan   istifadə   edərək     borcunu
qaytarmır yaxud borcu qaytarmaqdan qaçmağa çalışır.
Özü oğurlamayan və başqasına ziyan verməyən, lakin
başqasını   öyrədən,   onu   maddi   ziyan   vurmağa  təhrik
edən yaxud bunu tövsiyə edən şəxs də günah edir. O,
vurulmuş   ziyanın   nəticələrinə   görə,   bilavasitə   ziyan
vuranla eyni məsuliyyət daşıyır.
Oğurlamaq   yaxud   ziyan   vurmaq   barədə  könüllü
arzular və cəhdlər də insanın onlara qalib gəlməyə və
rədd etməyə çalışmadığı təqdirdə günaha çevrilir, çünki
hər bir günah fikirlərdən başlayır.
VII   əmrə   qarşı   günahın   ağırlığı   qanunsuz
mənimsənilmiş əşyanın dəyərindən, həmçinin vurulmuş
~ 495 ~
495


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə