Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə72/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   68   69   70   71   72   73   74   75   ...   87

Bir   nəfər   həmişə   uşaqlıqda   imanını   itirdiyini
xatırlayırdı.   Onun   atası   sözündə   və   zarafatlarında
yüngülxasiyyət bir insan idi və bir dəfə onlarda qonaqlıq
olanda   o,   badəsini   qaldırıb   dedi:   «Birlikdə   olmağımız
yaxşıdır, gəlin şadlanaq! Kim bilir, gələcək həyatda sevinə
biləcəyikmi?». Qonaqlardan bir nəfər isə əlavə etdi: «Kim
bilir, əbədi həyat varmı?». Bunu eşidən oğlan daxilində
sarsıntı   keçirdi   və   yoldan   azdı   –   Allaha   imanını   uzun
müddət üçün itirdi.
Yoldan   çıxarma   o   vaxt  iblisanə  adlanır   ki,   kimsə
başqasını   imandan   məhrum   etmək   niyyəti   ilə   yoldan
çıxarır:   ona   ateist   kitablar   təklif   edir,   Katolik   Kilsəsi   və
keşişlər,   müqəddəs   ayinlər   barədə   pis   fikirlər   söyləyir.
Müqəddəs Həvari Pavlos xəbərdarlıq edir: «Aldanmayın:
«Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur» (1 Kor 15,
33).
Lakin   demək   lazımdır   ki,   yoldan   çıxmaq   da   pisdir.
Yoldan   çıxan   (başqasından   nümunə   götürərək   ona
bənzəyən)   hər   kəs   ürəyində   pis   iş   etdiyini   anlayır.
Hamımız bilirik ki, Allahın məhkəməsində hər kəs öz pis
əməllərinə görə cavab verəcək, xeyirxah işlərinə görə isə
mükafat   alacaq.   Allah   bütün   insanları   və   ayrı-ayrılıqda
hər   kəsi   mühakimə   edəcək,   bizim   isə   başqasını
mühakimə   etməyə,   həmçinin   onların   pis   əməllərinin
təsirinə düşüb yoldan çıxmağa ixtiyarımız yoxdur.
Yekunda  fariseylərin   yoldan   çıxarmasını  yada   salmaq
yaxşı   olardı.   Bu   halda   yoldan   çıxarmanın   səbəbi
başqasının   əməli   deyil,   yoldan   çıxanın   daxilindəki
pozğunluqdur. Daxilən pozğun olan insanlar   başqasında
hətta yaxşı əməllər görsələr belə, yoldan çıxırlar, onlarda
~ 473 ~
473


pis cəhətlər və natəmiz niyyətlər axtarırlar. Məsələn, İsa
Məsih   camaat   qarşısında   günahkarlara   tövbə   barədə
danışanda,   şənbə   günündə   möcüzələr   edəndə,   Özünü
Allah   Oğlu   adlandıranda   fariseylər   yoldan   çıxırdılar.
Bunun   təqsirkarı   Məsih   deyil,   onların   özləri   idi,   çünki
daxili korlanma onlara həqiqəti görməyə imkan vermirdi.
Eləcə   də   bu   gün   elə   adamlar   var   ki,   bəzi   kilsə
mərasimlərini   (məsələn,   xaçı   öpmək)   görüb   yoldan
çıxırlar,   başqalarının   tez-tez     tövbə   etdiyini   və
Evxaristiyada iştirak etdiyini görüb yoldan azırlar, Onlar
Katolik Kilsəsinin ər-arvad həyatına aid bəzi tələblərinə,
dünyaya   gəlməmiş   uşaqlarının   həyatının   müdafiəsinə,
nikahdan əvvəl əxlaqı qorumaq  tələblərinə görə yoldan
çıxırlar.   Belə   farisey   yoldan   çıxarmalarına   fikir   vermək
lazım deyil.
VI. ZİNA ETMƏ
IX. HEÇ KİMİN HƏYAT YOLDAŞINA TAMAH
SALMA
Rəbb insanı can və bədənin birliyi kimi yaratdı. Bədən
insanın   əhəmiyyətli   tərkib   hissəsidir,   buna   görə   də
Katolik   imanı   insan   bədəninə   böyük   ehtiramla   yanaşır.
Vəftiz   günündən   başlayaraq,   Kilsə   insan   bədəninin
sağlamlığı   barədə   dua   edir,   ona   xeyir-dua   verir,   onu
təqdis olunmuş su ilə çiləyir, müqəddəs ətirli yağla məsh
edir, çünki bədən Məsihlə birgə əbədi padşahlıq etmək
üçün nəzərdə tutulub.
İnsanın bədəni Müqəddəs Ruhun müqəddəs yeridir, O
bizdə Vəftiz anından etibarən yaşayır. Müqəddəs Pavlos
deyir: «Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız,
~ 475 ~
475


sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə
məxsus   deyilsiniz,   çox   baha   qiymətə   satın   alınmısınız.
Beləliklə,   bədəninizlə   Allaha   izzət   gətirin»   (1   Kor   6,
19-20).
İnsani   bədənin   iştirakı   ilə   yeni   həyat   dünyaya   gəlir,
həyat isə əhəmiyyətli və müqəddəsdir, onun başlanğıcı
da müqəddəsdir, çünki onda Rəbb Allahın yaradıcı gücü
təzahür   edir.   Buna   görə   də   insani   bədən   ehtirama
layiqdir   və   onu   alçaltmaq   olmaz.   Allah   insanı   gələcək
nəsillərə   həyatı   ötürmə   (nəslin   davamı)   məsələlərində
sui-istifadədən qorumaq üçün ona utancaqlıq və ləyaqət
hissləri   verdi.   Yaradanın   gözlərində   həyatı   ötürmə
müqəddəs hərəkətdir, buna görə də Rəbb onu çox ağır
əmrlə qoruyur: «Heç kimin arvadına tamah salma». 
Müqəddəs   Yazı   xeyirxah   və   mərhəmətli   Allahın
insanları   həyatı   ötürmə   instinktlərindən   sui-istifadə
etdiklərinə və bədənin ləyaqətini təhrif etdiklərinə görə
cəzalandırmağa məcbur olduğu barədə bəhs edir. Sodom
və   Homorra   şəhərlərini   yada   salaq   –   burada   insanlar
utancaqlıq,   ləyaqət   və   vicdan   hisslərini   itirmişdilər.
Allahın cəza alovu bu şəhərləri yer üzündən sildi. İnsani
bədənin   ləyaqətinə   qarşı   (əxlaqsızlıq)   günahlarına   görə
daşqın   o   vaxtın   bütün   sivilizasiyanı   məhv   etdi,   yalnız
günahda iştirak etməyən Nuh və onun ailəsi bu cəzadan
xilas oldular. 
Müqəddəs   Həvari   Pavlos   xəbərdarlıq   edir:   «Allah
əxlaqsızları və zinakarları mühakimə edəcək» (İbr 13, 4).
«Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar,
fahişə   kişilər,   kişibaz   kişilər,   oğrular,   tamahkarlar,
əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs
olaraq almayacaq» (1 Kor 6, 9-10).
~ 477 ~
477


Altıncı və doqquzuncu əmrlər nəyi buyurur?
Rəbb   Allah   insana   fikirlərində,   sözlərində   və
əməllərində   nikah   yaxud   subaylıq   vəziyyətinə   uyğun
olaraq  əxlaqı  (bədən və ürəyin ləyaqətsiz günahlardan
təmizliyini)  qorumağı  əmr   edir.   Əxlaq   kişi   və   qadın
cinsləri   arasında   fərqə   düzgün   və   sağlam   ruhani
münasibət, həmçinin gələcək nəsillərə həyatı ötürməyə
nizamlı münasibətdir. Nikahdan əvvəl gənc oğlan və qız
tam əxlaqi bəkarəti qorumalıdır. Dul qadın və dul kişi də
tam dulluq əxlaqını qorumalıdır. Nikahda olanlar ər-arvad
əxlaqını, yəni cinsi ər-arvad münasibətlərindəki sədaqət
və   hörməti   qorumalıdırlar.   Allaha   ölümünədək   bəkarəti
qorumağı   vəd   edən   rahibə,   həmçinin   Allah   qarşısında
nikahsız   və   tam   əxlaqla   (daimi   subaylıq)   yaşamaq
barədə and içən keşiş əxlaqi fəziləti  daha da ucaldır, onu
dini fəzilətə (Allaha ehtiram göstərmə) çevirir. Allah bizə
öz vəziyyətimizə   uyğun olaraq əxlaqı nəinki əməllərdə,
həmçinin fikir və arzularımızda da qorumağı əmr edir. İsa
Məsih   deyir:   «Qadına   şəhvətlə   baxan   hər   adam   artıq
ürəyində onunla zina etmiş olur» (Mat 5, 28).
Hər bir insan əxlaqi fəziləti sevməlidir, çünki ruhani və
hətta   ictimai     həyatda   onun   mənası   çox   böyükdür.
İnsanlar   arasında   əxlaqlı   və   ədəbli   insanın   hörmət   və
etibarı var. Ürəyi və bədəni təmiz olan insanın daxilində
azadlıq   və   sevinc   hissi   var.   O   anlayır   ki,   başqa   insana
məhəbbət   bədən   instinktindən   üstündür;   hər   bir   insan
bədən instinktini idarə etməli və  Allahın iradəsinə uyğun
olaraq   istifadə   etməlidir.   Əxlaq   –   şənliyin,   həmçinin
öyrənmək və işləmək üçün verilən enerjinin mənbəyidir.
~ 479 ~
479


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə