Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə73/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   69   70   71   72   73   74   75   76   ...   87

Ürək   və   hisslərin   təmizliyi   sağlam     dostluğa   imkan
yaradır, dua, günahların etirafı, Evxaristiya , ruhani kitab
oxuma kimi ruhani məşğuliyyətləri yüngülləşdirir, insanın
gözlərini ruhani suallara açır. «Nə bəxtiyardır ürəyi təmiz
olanlar! Çünki onlar Allahı görəcəklər» (Mat 5, 8), – deyə
İsa öyrədir.
Məsihçi   öz   vəziyyətinə   uyğun   olaraq   öz   əxlaqını   –
subaylar,   dul   kişi   və   dul   qadınlar   tam   əxlaqı,   nikahda
olanlar isə ər-arvad əxlaqını var qüvvələri ilə qorumağa
səy   göstərməlidirlər.   Vicdanın   səsinə   qulaq   asmaq
zəruridir.   Vicdan   bizə   həya   hissinə   əsaslanmağı   və
sadəliyi   gözləməyi   öyrədir.   Həya   hissi   bədənin   örtülü
qalması   gərək   olan   hissələrini   çılpaq   etməyə   qoymur.
Həya pərtlik hissidir; bizi alçaldan vəziyyətdə başqasının
qarşısına   çıxdığımıza   görə,   həmçinin   başqaları   bizim
üçün   məhrəm   olanı   görəndə   və   buna   onların   ixtiyarı
olmayanda   biz   dərd   çəkirik.     Bədənimiz   şəxsi   və
məhrəmdir,   buna   görə   də   ədəbsiz   söhbətlərdən,
kitablardan,   filmlərdən   və   zarafatlardan   çəkinmək
lazımdır.   Spirtli   içkilərin   sui-istifadəsindən   çəkinmək
zəruridir,   çünki   bu,   utancaqlıq   və   ləyaqət   hisslərinin
böyük   asanlıqla   itirilməsinə   gətirib   çıxarır.   Məryəm
Anadan   tez-tez  dua  istəmək,  Onun  dualarına  tapınmaq
və   əxlaqı   qorumaq   üçün   Onun   dualarına   etibar   etmək
lazımdır.   Tez-tez   günahları   etiraf   etmək   və   Evxaristiya
Ayinində iştirak etmək lazımdır ki, İsa bizdə əxlaqi fəziləti
qorusun.   Günaha   aparan   vəziyyətlərdən   (yerlərdən,
adamlardan,   utancaqlıq   hissinin   itirilməsinə   və   günaha
gətirə bilən əşyalardan) çəkinmək lazımdır.
Bir   dəfə   Müqəddəs   Avqustinin   yanına   bir   gənc   gəlib
~ 481 ~
481


ondan məsləhət istədi – natəmiz meyllərdən necə azad
olmaq olar? Yepiskop ona cavab verdi: «Oğlum, günaha
aparan   şeylərdən   çəkinmək   lazımdır   –   bundan   daha
təsirli   vasitə   yoxdur».   Gənc   sözə   baxdı,   əxlaqsız
dostlarını tərk etdi, daha çox dua etməyə başladı, faydalı
əməklə   məşğul   oldu   və   natəmiz   meyllər   azaldı.   O   bu
barədə   Yepiskopa   söylədi   və   o   dedi:   «Günaha   aparan
vəziyyətlərdən   həmişə   çəkin.   Əgər   sən   yüz   dəfə
məsləhətə   gəlsən,   mən   sənə   eyni   sözü   deyəcəyəm   –
günaha batmağına səbəb ola biləcək yer və insanlardan
çəkin,   çünki   bu,   ədəbsiz   günahdan   yeganə   xilas
yoludur».
Təmiz   dağ   çayının   özünün     böyük     enerjisi   var   ki,
bundan   dəyirmanların   və   elektrik   stansiyalarının
turbinlərini işlətmək üçün istifadə etmək olar. Bu halda
çay   fayda   verir.   Lakin   su   axını   kənara   çıxsa   və   kirli
dalğaları   ilə   tarlalardan   və   kəndlərdən   keçsə,   lənətə
çevriləcək.   Eləcə   də   Rəbb   Allahın   verdiyi   nəsli   davam
etdirmə   instinktini   insan   Yaradanın   iradəsinə   uyğun
olaraq   istifadə   etsə   və   onu   idarə   etsə   –   o   fəzilət   olur,
lakin     insan   bu   qüvvəyə   yiyəlik   etmirsə   və   o,   insanı
Allaha   və   məqsədə   diqqət   yetirməmək   halında  ardınca
sürükləyirsə,   bu   instinkt   onun   özünün   və   başqalarının
bədbəxtliyinin səbəbinə çevrilir.
Allahın   altıncı   və   doqquzuncu   əmrlər   nəyi
qadağan edir?
Qeyd   etmək   lazımdır   ki,   Allahın   VI   və   IX   əmrlərini
şüurlu   və   könüllü   şəkildə   pozmaq   həmişə     ağır   günah
~ 483 ~
483


hesab olunur. Günahlı fikir, hiss yaxud arzu tam şüurlu
və könüllü şəkildə insana gəlməyəndə günah kiçik olur.
Əxlaqa qarşı  ağır günahlar bunlardır:
Əxlaqsızlıq    –  subay  kişi    və  subay   qadın  arasında
cinsi yaxınlıq. 
Zina – ər-arvad  sədaqətinə xəyanət.
Nikah   ayini   icra   edilmədən   birgə   yaşamaq,
həmçinin konkubinat (VVAQ-da qeyd olunmadan birgə
yaşamaq)   Allahın   VI  əmrinə   qarşı   ağır   günahdır   və
ər-arvadın birgə həyatlarından Allahı kənar etməsidir.
Nikahdan əvvəl yoxlama  – əxlaqi əmri ağır şəkildə
pozur və yoxlamanın hədəfinə çevrilən insanın ləyaqətini
təhqir edir. 
Yaxın   qohumlar   arasında   cinsi   əlaqə   –  yaxın
qohumlar və qudalar arasında cinsi əlaqə.
Masturbasiya   (istimna) 
–   təklikdə   ədəbsiz
hərəkətlər.
Qanuni   ər-arvad   olmayan   şəxslər   arasında   olan
ehtiraslı   toxunmalar,   sözlər,   baxışlar,   sözatmalar
və öpüşlər
Homoseksualizm  iki   kişi   yaxud   iki   qadın   arasında
cinsi əlaqədir. Bu nəinki əxlaqa, həm də insanın təbiətinə
qarşı olan ölümə aparan günahdır və «səmalardan cəza
üçün fəryad edən» günahlara aiddir (həmçinin «Sodom»
günahı adlanır). 
Heyvanlarla   cinsi   əlaqə  «səmalardan   cəza   üçün
fəryad edən» xüsusilə, ağır cinayətdir.
Könüllü   ədəbsiz   fikir   və   arzular  günahdır,   insan
onlara qalib gəlməyə və diqqətini onlardan çəkindirməyə
çalışmır, əksinə, şüurlu və könüllü olaraq onlarda ləzzət
~ 485 ~
485


axtarır. 
Pornoqrafiya  – ağır günahdır. Buna görə də ehtirası
qızışdıran ədəbsiz filmlərə baxan, ədəbsiz jurnal və kitab
oxuyan   kəs   ağır   günah   etmiş   olur.   İsa   Məsih   deyir:
«Qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla
zina etmiş olur» (Mat 5, 28).
Boşanma barədə isə deyə bilərik ki, ər yaxud arvadla
birgə yaşamağın nəticəsində insan imanın itirilməsi, ağır
günah içində yaşamaq, xəstəlik yaxud ölüm təhlükəsi ilə
qarşılaşırsa,   həmçinin   övladlarını   məsihçi   olaraq
böyütmək   mümkün   deyilsə,   bu   hallarda   Katolik   Kilsəsi
ər-arvadın  ayırmasına  icazə   verir   (ər-arvadın   fiziki
ayrılması   və   birgə   yaşamalarının   sonu).   Lakin   qanuni
həyat   yoldaşı   sağ   ola-ola   ikinci   dəfə   evlənməyi   Allah
qadağan edir .
Əxlaqa   qarşı     günah   ilk   növbədə   Yaradana   qarşı
günahdır. Allah  adamlara verdiyi həyatı ötürmə ənamını
çox   ağır  qanunu   ilə   məhdudlaşdırdı.   Altıncı   əmrə   qarşı
edilən   günahlar   insanın   özünə   qarşı   etdiyi   günahlardır.
Müqəddəs   Pavlos   deyir:   «İnsanın   etdiyi   bütün   digər
günahlar  bədəndən  kənardadır,  amma əxlaqsızlıq  edən
öz bədəninə qarşı günah edir» (1 Kor 6, 18). 
İnsanın ləyaqətini təhqir edən murdar günah artıq bu
həyatda cəza gətirir: vicdan əzabları, həyatda məyusluq,
iradəsizlik  və  ümidsizlik –  bunlar  imanın itirilməsinə  və
hətta özünü öldürməyə gətirib çıxarır. 
Əxlaqsızlıq   və   hər   şeyə   yol   vermə   ailələri   dağıdır,
onlara   dava,   əzab   və   lənət   gətirir.   Pozğunluğa   görə
arvadlar,   ərlər,   uşaqlar   əzab   çəkir.   Ər-arvad
münasibətlərinə   xəyanət   və   boşanmalar   övladların
~ 487 ~
487


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə