yaranmasının böyük təhlükəsi barədə tez-tez xəbərdarlıq
edirdi. O, pula və zənginliyə olan məhəbbətin həlakedici
nəticələri barədə durmadan deyirdi: «Sizə doğrusunu
deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması
çətindir. Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən
keçməsi varlı adamın Allahın Padşahlığına daxil
olmasından asandır» (Mat 19, 23-24). «Heç kim iki ağaya
qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini
sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq.
Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz»
(Mat 6, 24). «İnsan bütün dünyanı qazanıb canını itirərsə,
ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə
bilər?» (Mat 16, 26). «Nə bəxtiyardır ruhən yoxsullar!
Çünki Səmavi Padşahlıq onlarındır» (Mat 5, 3).
Gördüyümüz kimi, İsa Məsih insanın istifadə etdiyi
maddi nemətləri pisləmir. İsa bunlara qeyri-sağlam
münasibəti – ehtirası və onlara bağlılığı mühakimə edir.
İnsan Allahı və ətrafdakı insanları sevməlidir, sərvəti isə
Allahın iradəsinə və mərhəmət əmrinə uyğun olaraq
istifadə etmək lazımdır, sərvəti sevmək lazım deyil, çünki
bu, insanın ürəyinə layiq deyil.
Məsih Özü kasıb olub: Bet-Lexemdə tövlədə doğulub,
otuz yaşa qədər ağır işdə çalışıb, insanları öyrədəndə isə
başını qoymağa bir yerin olmadığını söyləyirdi. Ondan
nümunə götürən bir çox məsihçilər könüllü olaraq
kasıbçılıqla həyatlarını Allaha xidmətə həsr etməyi
arzulayırdılar. Beləliklə, çoxsaylı monastırlar yarandı,
burada məsihçilər həyatlarında Məsih kimi yaşamağa
çalışırdılar.
Sərvət insanın ürəyində yer tutanda onun üçün lənətə
çevrilir, həmçinin çoxsaylı bəla və cinayətlərin səbəbi
~ 513 ~
513
olur.
1901-ci ildə üç cinayətkar Kolorado ştatından çıxan
qatara hücum etdi. Onlar beş mühafizəçini öldürdülər və
qızılı götürüb qaçdılar. Qızılı böləndə mübahisə başladı
və onlardan biri öldürüldü. İki nəfər – Brons və Peros yox
oldular. İyirmi yeddi il keçdi. Alimlərdən ibarət olan bir
qrup Kolorado mağaralarına yollandılar. Labirintlərdən
birində insan skeleti, yanında isə çoxlu qızıl tapdılar.
Yaxınlıqda bir başqa skelet də tapdılar, onun kəlləsi güllə
ilə vurulub deşilmişdi. Bunlar Brons və Peros idi. İyirmi
yeddi il əvvəl onlar Kolorado mağaralarında gizləndilər
və burada azdılar. Aclıqdan əzab çəkərək onlar dava
etdilər və Peros Bronsu güllə ilə öldürdü. Bundan sonra
o, hesaba gəlməyən sərvətin yeganə sahibi oldu. Lakin
dağ mağaralarında onlardan istifadə edə bilmədi və
aclıqdan öldü. Zənginliyə məhəbbətin lənəti belə olur.
VIII. HEÇ KİMƏ QARŞI YALANDAN ŞAHİDLİK
ETMƏ
«Səkkizinci əmr digər adamlarla münasibətdə
həqiqətin saxtalaşdırılmasını qadağan edir» (KKK 2464),
həmçinin düzgün olmağı öyrədir.
Düzgünlük barədə
Düzgünlük (səmimiyyət, açıqlıq) əməl və sözlə
həqiqəti söyləmək, riyakarlıq, hiylə və ikiüzlülükdən
çəkinməkdir.
Rəbb Allah Özü bizdən düzgünlük tələb edir, çünki O
Özü düzgün və həqiqidir, Həqiqətin özüdür. İsa Məsih
~ 515 ~
515
deyir: «Yol, həqiqət və həyat Mənəm» (Yəh 14, 6). İsa
bizə həqiqəti öyrətməyə gəlmişdi. O deyir: «Onda siz
həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək» (Yəh 8,
32). Məsih bizə Müqəddəs Ruhu göndərir və Onun
barəsində «O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə
yol göstərəcək» (bax. Yəh 16, 13) söyləyir. İsa Məsih Öz
şagirdlərinə sözlərində düzgün və səmimi olmağı əmr
edir: «Sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun»
(Mat 5, 37).
Hər bir insan öz təbiətinə görə həqiqətə can atır,
həqiqəti axtarır, yalana nifrət hiss edir, yalandan xəcalət
çəkir və düzgün adam kimi tanınmaq istəyir. Adamlar
həmişə həqiqəti söyləyənləri sevir və yalan
danışanlardan inciyirlər. Müqəddəs Foma Akvinalı deyir
ki, bizim danışmaq qabiliyyətimizin məqsədi öz
fikirlərimizi söyləməkdir, əks halda insan öz təbiətinə
qarşı günah edir.
İctimai həyat bizdən düzgünlük tələb edir, əks halda o
çox ağır olur; əgər adamlar arasında səmimi münasibət
çox pozulsa, ictimai həyat dözülməz olar.
Lakin düzgünlük fəziləti təmkinli və ədəbli olmağı
istisna etmir. Hər şeyi hamıya həmişə demək olmaz,
çünki çox vaxt vicdan bizə etibar olunmuş sirri başqasına
söyləməyə imkan vermir; söhbət etdiyimiz insanın
bilmək istədiyi bütün şeyləri bilməyə ixtiyarı yoxdur.
Açıqlıq bizə söylənilməsi və sirr olaraq qalması lazım olan
şeylər arasında «qızıl ortanı» qoruyub-saxlamağı öyrədir.
Düzgünlük isə bildiyini və fikirləşdiyini hər bir kəsə
demək deyil, ağzından çıxan sözlərin öz fikirlərinə və
vicdanına uyğun olmasıdır.
~ 517 ~
517
Allahın səkkizinci əmri nəyi qadağan edir?
Məsihçi «yalanı» (Ef 4, 25), həmçinin «hər cür pisliyi,
hiyləni, ikiüzlülüyü, paxıllığı və hər cür böhtançılığı» (1
Peter 2, 1) kənara ataraq yaşamalıdır.
Məhkəmədə yalan şahidlik – ağır günahdır, çünki
günahsızın məhkum olmasına, təqsirkarın bəraət
qazanmasına yaxud müttəhimin daha ciddi
cəzalanmasına səbəb olur. Əgər and içəndən sonra yalan
şahidlik verilirsə, andı pozma günahı daha da ağırlaşdırır.
Düşüncəsiz mühakimə – kifayət qədər əsas
olmadan başqa insanın səfeh əməllər etdiyini, sözlər,
fikir yaxud niyyətlər daşıdığını zənn etməkdir.
Adamın arxasınca danışmaq (qeybət) – obyektiv
zəruriyyət olmadan başqa insanın günah və nöqsanlarını
adamlar qarşısında ifşa etməkdir. Bununla o təmiz addan
məhrum olur. Adamın arxasınca danışan şəxs başqasını
alçaltmaqdan, özünü öz gözündə yüksəltməkdən ləzzət
alır. Adamın arxasınca danışmaq yaxınına olan
məhəbbətə qarşı günahdır. Xoş niyyət və zəruriyyət
olmadan başqası barədə pis söz danışan kəs bununla
onu sevmədiyini göstərir. Amma nöqsanları düzəldə bilən
adama başqaları barədə söyləyəndə onun arxasınca
danışmırıq (məsələn, valideynlərə onların övladlarının
nöqsanları barədə söyləyəndə), çünki bu halda biz onlara
yaxşılıq arzulayırıq.
Böhtan – insanların gözündə bir kəsin adını ləkələmək
niyyəti ilə onun barəsində qəsdən yalan ittihamlar
söyləmək və yaymaqdır. Böhtan ağır günahdır.
Xəbərçilik və qeybət – bunların məqsədi dostların
yaxud yaxşı münasibətdə olan insanların aralarını
~ 519 ~
519
Dostları ilə paylaş: |