vurmaqdır. Xəbərçilik və qeybət cəmiyyətdə inamsızlıq
və nifrət yaradır.
İntriqa və etibardan salma – bunların məqsədi bir
kəsi iş yerində yaxud cəmiyyətdə mövqeyindən məhrum
etmək yaxud da bunları özünə və ya başqasına
verməkdir.
Yaltaqlıq və quyruq bulama ağır günah o zaman
olur ki, başqasını günaha itələyir yaxud onu pislikdə
möhkəmləndirir. Yaltaqlığın məqsədi yalnız ləzzət
vermək, şərdən uzaqlaşmaq, çətinliklərə qalib gəlmək
yaxud ədalətli üstünlüyə nail olmaqdırsa, kiçik günaha
çevrilə bilər.
Lovğalıq həqiqətə ziddir, çünki onun vasitəsilə insan
başqasını özü barədə aldadır.
Qərəzli rişxənd – bunun niyyəti başqasını alçaltmaq
və onu lağa qoymaqdır.
«Yalan bundan ibarətdir ki, aldatma məqsədi ilə
uydurma söylənilir. Rəbb yalanı iblis əməli adlandırır: “Siz
(yalançılar) atanız iblisdənsiniz və atanızın arzularını
yerinə yetirmək istəyirsiniz... Yalan söyləyəndə öz
xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın
atasıdır“ (Yəh 8, 44)» (KKK 2482). Yalan başqalarına
həqiqət biliyini ötürmək vəzifəsini daşıyan sözlərin
qiymətdən düşməsidir. Bu günahın ağırlığı həqiqətin nə
qədər təhrif edilməsindən, yalan danışanın vəziyyətindən,
niyyətindən, həmçinin yaxınına vurduğu ziyandan asılıdır.
Müqəddəs Yazı yalanı çox ciddi mühakimə edir: «Rəbb
yalançı dilə ikrah edər» (Sül 12, 22), «günahkarlar qan
tökürlər» (Sül 1, 11).
İsa Məsih qeyd edir ki, öz nitqində insan şişirtmə,
tərifləmə və uzunçuluqdan çəkinməlidir: «Sözünüzdə
~ 521 ~
521
“bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər
olandandır» (Mat 5, 37). Sözlərimiz fikirlərimizə uyğun
olmalıdır: əgər fikirlər «bəli» deyirsə, onda dil də «bəli»
deməlidir; lakin fikirlər «xeyr» deyirsə, dodaqlar da
«xeyr» deməlidir.
Riyakarlıq – əməllərdə olan yalandır. İnsan olduğu
kimi görünməlidir: zahiri davranışı və əməlləri onun daxili
əqidəsinə uyğun olmalıdır. Əgər bu belə deyilsə, insan
riyakarlıq edir. Bunun səbəbi qürur və şöhrətpərəstlikdir.
İsa Məsih riyakarlığı çox ciddi damğalayır və xəbərdarlıq
edir: «Fariseylərin mayasından, yəni ikiüzlülükdən
özünüzü gözləyin» (Luka 12, 1).
Günahlı və çox vaxt həqiqətə uyğun olmayan sözlə
təhqirlər edilir.
Başqasının sirrini bilməyə çalışan günah edir:
qapının arxasında qulaq asır, özgəsinin məktub və
sənədlərini oxuyur, telefon söhbətlərinə qulaq asır.
Həmçinin ciddi səbəb olmadan ona etibar edilmiş sirri
üzə çıxaran və bununla ona etibar edənə böyük ziyan
gətirən və onu təhqir edən şəxs də (məsələn, həkim,
vəkil) günah edir.
Sözlə edilən pisliyi düzəltmək lazımdır: böhtanı geri
götürmək, qeybətlə ləkələnmiş təmiz adı insanın
fəzilətlərinə işarə edərək bərpa etmək, təhqirlərə görə
üzr istəmək lazımdır.
İngiltərənin lordlar palatasının sədri Müqəddəs Tomas
Mor yaxınlarının təmiz adını qorumağa və eyni zamanda
başqalarının xətrinə dəyməməyə çalışırdı. Əgər onun
yanında bir kəs iclasda iştirak etməyən şəxs barədə pis
söz deyərdisə, Mor zarafatla deyirdi: «Qoy başqaları
~ 523 ~
523
istədiyini fikirləşsinlər, amma məncə, bu ev yaxşı
tikilmişdi və inşaatçı yaxşı usta olub». Burada olanlar
onun söz atmasını anlayırdılar və incimədən söhbətin
mövzusunu dəyişirdilər.
~ 525 ~
525
B. KİLSƏ ƏMRLƏRİ
Ruhani həyatımız Kilsənin müqəddəs ibadəti ilə
əlaqədardır və buradan özünə güc alır. Buna görə də
mənəvi həyatımızın qayğısına qalan müqəddəs Kilsə
xeyirxah ana kimi bizi Allahın müqəddəs ayinlərdən
ibarət olan lütf və mərhəmət mənbəyinə birləşdirməyi
arzulayır. Öz əmrləri ilə Kilsə bizi dua və mənəvi cəhdin
minimum həddinə həvəsləndirir; bunlar iman, ümid və
məhəbbətimizin nəinki zəifləməməsi, həmçinin daim
inkişaf etməsi və böyüməsi üçün zəruridir. Gəlin bu
əmrləri daha yaxşı anlamağa çalışaq.
1. Bayram günlərini təqdis etmək.
Bəşəriyyətin xilas hekayətinin bütün əsas hadisələrini
Kilsə il ərzində təntənəli şəkildə qeyd edir, bununla
imanımızın əsas ayinlərini bizə açır, Allaha və Məsihə
sitayiş edir, həmçinin Müqəddəs Bakirə Məryəmə və
Müqəddəslərə hörmət edir.
Bu təntənəli bayramları
Rəbbin Günü səviyyəsində qeyd etmək lazımdır.
25 dekabr – Rəbbimiz İsa Məsihin Milad bayramı;
1 yanvar – Müqəddəs Allah Anası Məryəmin günü;
6 yanvar – İsa Məsihin Vəftiz olunması;
19 mart – Müqəddəs Yusifin günü;
25 mart – Məryəmə Xoş Xəbərin çatdırılması;
Rəbbin göylərə yüksəlməsi (tarixi dəyişilən bayram);
Məsihin Müqəddəs Bədəni və Qanı (tarixi dəyişilən
bayram);
~ 527 ~
527
29 iyun – Müqəddəs Həvarilər Peter və Pavlosun
günü;
15 avqust – Müqəddəs Allah Anasının göyə
çəkilməsi;
1 noyabr – bütün Müqəddəslərin günü;
8 dekabr – Müqəddəs Bakirə Məryəmin Günahsız
Döllənməsi.
2. Bazar
günlərində və bayram günlərində
müqəddəs Messada iştirak etmək lazımdır.
Kilsə imanlılardan hər
bazar
günündə və hər vacib
bayram günündə müqəddəs Evxaristiyada iştirak etməyi
tələb edir. Müqəddəs Messada iştirak insana hədsiz lütf
və xeyir-dua, iştirak etməmək isə saysız ruhani itki
gətirir.
Amerikanı kəşf edən Xristofor Kolumb müqəddəs
günlərin bayram etmək barədə Kilsə əmrlərinə diqqətlə
riayət edirdi. Bayram günlərində onun gəmiləri
lövbərlərini qaldırmırdılar, ağır iş qadağan olunurdu.
Bayram günlərində onun donanmasının gəmiləri üzən
məbədlərə çevrilirdi, burada hamı dua edir və dini
mahnılarla Allahı izzətləndirirdi.
3. Təyin edilmiş oruc və özünü saxlama
dövrlərini gözləmək.
Kilsə özünü saxlama və tövbə dövrlərini müəyyən
edib; bunlar imanlıları Məsihin Miladından və Məsihin
Dirilməsindən ibarət olan əsas məsihçi Bayramlarına
hazırlaşdırmağa xidmət edir, həmçinin pis meyllərimizə
~ 529 ~
529
Dostları ilə paylaş: |