Ateizm hətta Allahın mövcudluğunu inkar edir. Ateist
kitabları oxuyan və Allahın mövcudluğunu inkar edən
adamlarla dostluq edən kəs öz imanını tovlanmalara
düçar edir və onu nəinki zəiflədə, hətta onu itirə də bilər.
«Küfr vəftiz olunandan sonra İlahi və katolik imanı ilə
iman etmək lazım olan bir həqiqəti inadla inkar etmək
yaxud bu həqiqətə inadla şübhə etməkdir.
Dönüklük (apostasiya) məsihçi imanının tam inkarıdır.
Parçalanma (
sxizma
) Romadakı Baş keşişə tabe
olmaqdan imtina etməkdir yaxud Onun başçılığını
tanımayan Kilsə üzvləri ilə ünsiyyətdə olmaqdır» (KKK
2089).
Məyusluqla o kəs günah işlədir ki, günahların
buraxılması və xilas mərhəmətini Allahdan almağa
ümidini itirir. Eləcə də əbədi xilası Allahın lütfü olmadan
öz gücü ilə əldə etməyə çalışanlar yaxud tövbə etmədən
və Allaha tərəf səmimiyyətlə dönmədən Allahla əbədi
həyata nail olmağa can atanlar ümidə qarşı günah
edirlər.
Mövhumat maddi şeylərə yaxud həyati hadisələrə
fövqəltəbii bacarıq və qüvvə verməkdir; əslində isə onlar
öz təbiətinə və İlahi qaydaya görə buna malik deyillər.
Məsələn, insan iman edir ki, on üç rəqəmi uğursuzdur,
yolunun üstündən qara pişik yaxud boş vedrə aparan
insan keçsə, bəxti gətirməyəcək. Mövhumat çox vaxt
xəlvətcə insanların həyatına daxil olur, bu, Allaha
inamsızlığın təzahürüdür. Bəziləri deyir: «Mən
mövhumatçı deyiləm, lakin hər ehtimala qarşı adamların
söylədiyi kimi edəcəyəm». Beləliklə, onlar günah edirlər
və mövhumatçı olurlar, əməlləri onların İlahi qüvvəyə
etibar etmədiyini göstərir.
~ 395 ~
395
Bir məşhur aktrisa uzun və gözəl şal örtürdü. Bir dəfə
bu şalın ucu dilicanın təkərinə ilişib qadını boğdu. Başqa
qadın bu şala qırx min frank verdi, çünki eşitmişdi ki,
əgər boğulmanın səbəbi olan əşyanı üzərində gəzdirsən,
qumarda uğur qazanarsan. Mövhumata inamı adamlara
şər ruh verir.
Yuxulara iman – insan Allahın Əmrlərinə və Katolik
Kilsəsinin təliminə uyğun deyil, yuxulara yaxud əşyalara
görə həyatını idarə etməyə başlayır və bu da günahdır.
Yuxular üç mənbənin başlanğıcından gəlir: təbii (gün
ərzində yaşadığımız təəssüratlardan, hərdən bir də
yatmazdan əvvəl qəbul edilən yeməkdən asılı olan),
iblisanə (şər ruhun təsiri ilə olan) və İlahi (Allahın
verdiyi). İlahi yuxular çox nadir halda olur. Allah
adamlara yuxuları Əhdi-Ətiqdə və Əhdi-Cədid tarixinin
başlanğıcında verirdi. İndi isə biz Katolik Kilsəsinin
öyrətdiyi Allah barədə təlimi aydın bilirik, buna görə də
bizə yuxu vasitəsilə təlim almağa ehtiyac qalmır. Xəyala
dalmamaq, gülməli və axmaq səhvlər etməmək,
həmçinin əsəb pozuntusuna məruz qalmamaq üçün
(həyatında yuxuları rəhbər tutanın başına bu asanlıqla
gələ bilər) yuxulara iman etmək lazım deyil.
Fala baxma (cadu) və magiya – iblisi və ölülərin
ruhunu çağırma, həmçinin gələcəyi aşkara çıxarmaq
məqsədini daşıyan başqa hərəkətlərdir. Bu əməllər
günahdır, çünki onlar Allaha etibarı və Onun qüvvəsini
inkar edir, həmçinin gələcəyə qeyri-sağlam maraq
göstərir. Ulduz falı, astrologiya, əl falı, spiritizm, gələcəyi
görmə və fala baxma – bunlar zaman, tarix, həmçinin
~ 397 ~
397
adamlar üzərində hökmetmə arzusunun təzahürü və sirli
qüvvəyə malik olma arzusudur. Bu, Allaha olan
məhəbbətə və etibara ziddir.
Cadugərlik (sehrbazlıq) və tilsim (ovsun) – adamlara
ziyan yaxud nə sə əldə etmək üçün (sağlamlıq, var
dövlət və s.) istifadə ediləcək sirli qüvvə əldə etmək
cəhdidir. Çox vaxt məlumatı olmayan insan belə
təcrübələrdə iştirak etməyə başlayır, çünki cadugərlik
yaxud ovsunla məşğul olanlar öz məqsədləri üçün
insanın etibarını qazanmaq üçün başqa vasitələrdən
savayı Katolik Kilsəsinin dualarından istifadə edirlər.
Gözmuncuğu daşımaq da ciddi töhmətə layiqdir.
«Allahı sınamaq – Allahın mərhəmətini və Onun hər
şeyə qadir olmasını söz yaxud əməllə sınamaq cəhdidir»
(KKK 2119).
Küfr – müqəddəs ayinlərin nalayiq icra yaxud qəbul
edilməsi, həmçinin təqdis olunan şeylərə və yerlərə
(məbədlərə, qəbiristanlıqlara), liturgiya hərəkətlərinə,
ruhani şəxslərə (Yepiskopa, keşişə, rahibə) sayğısızlıq
(ləkələmə, təhqir) göstərməkdir.
Simoniya – ruhani ənamları pulla almaq cəhdidir.
Əlbəttə ki bu mümkün deyil, lakin insanın hətta belə
cəhdləri də Allaha təhqirdir.
Bütpərəstlik – «Allah olmayanı ilahiləşdirmədir. İnsan
məxluq qarşısında pərəstiş edəndə, onu Allahın yerinə
qoyanda və ona sitayiş edəndə bütpərəstlik baş verir. Bu,
səcdəgah (büt), cinlər (şeytanpərəstlik), hakimiyyət,
ləzzət, irq, əcdadlar, dövlət, pul və s. ola bilər. “Siz həm
Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz”, – deyir
İsa (Mat 6, 24)» (KKK 2113).
II. ALLAHIN RƏBBİN ADINI BOŞ YERƏ DİLİNƏ
~ 399 ~
399
Dostları ilə paylaş: |