tapşırılıb. İnsan sevmək üçün yaranıb, bu məqsəd onun
mahiyyətində qeyd olunub. İnsan sevmədən yaşaya
bilməz. İnsana seçim azadlığı verilib, buna görə də o öz
məhəbbətini özünə, başqa insana, Rəbbin başqa
məxluqlarına yaxud Yaradanın Özünə yönəldə bilər. Allah
əmr edir ki, biz Onu bütün bacarığımızla hər şeydən çox
sevək, özümüzü həqiqi (xudbin olmayan) məhəbbətlə
sevək, həmçinin hər bir insanı özümüz kimi sevək.
Biz hər şeydən çox Allahı sevməliyik. Yəni biz Rəbb
Allahı ağır (ölümə aparan) günahla təhqir etməkdənsə
əzablara, maddi itkilərə, xəstəliklərə və hətta ölümə
hazır olmalıyıq. İsa deyir: «Əgər Məni sevirsinizsə,
əmrlərimə riayət edəcəksiniz. Kim əmrlərimə bağlı qalıb
onlara riayət edirsə, Məni sevən odur» (Yəh 14,15. 21).
Rəbbin əmr və məsləhətlərini nə qədər mükəmməl
surətdə yerinə yetiririksə, o qədər də çox biz Onu sevirik.
Biz Allahı Onun bizə olan məhəbbətinin cavabında
sevirik, çünki O, ilk olaraq bizi sevdi. «Səni əbədi bir
məhəbbətlə sevdim» (Yer 31, 3), – deyir Rəbb. O bizi
Yaradan və xeyirxah Atadır, nemətləri verən və Fidya olan.
Allah son dərəcədə müqəddəs, xeyirxah və mərhəmətlidir,
buna görə də biz Onu hər gün daha mükəmməl
məhəbbətlə sevməyə səy göstərməliyik.
Müqəddəs Pavlos
deyir: «Əminəm ki, nə ölüm, nə həyat… nə indiki, nə də
gələcək şeylər… bizi Allah məhəbbətindən ayırmağa
qadir olmayacaq» (Rom 8, 38-39).
İnsan Allahın məxluqu və övladı kimi özünü həqiqi
(xudbin olmayan) məhəbbətlə sevməlidir. Əgər ilk
növbədə qəlbimizin təmizliyinin və xilasımızın qayğısına
qalırıqsa, təqdis edən lütf vəziyyətində yaşamağa səy
göstəririksə, tez-tez günahlarımızı etiraf ediriksə və
~ 373 ~
373