könüllü olaraq kamilliyə müvəffəq olaq.
Xeyir və şər arasındakı seçim azadlığı bizi fikir, söz və
əməllərimizə görə cavabdeh edir. Müqəddəs Pavlos
deyir: «Qardaşlar, siz azadlığa dəvət olunmusunuz.
Amma bu azadlığı cismani təbiət üçün fürsətə
çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin»
(Qal 5, 13).
İnsan öz həyatında onu xeyirxahlıq etməyə və şərdən
çəkinməyə çağıran mənəvi qanuna riayət edəndə öz
azadlığından düzgün faydalanır. Bu mənəvi qanun onun
vicdanında səslənir.
İlk günah insan təbiətinə çox ziyan vurdu – insan şərə
böyük şövq hiss etməyə başladı və öz azadlığından
tez-tez sui-istifadə etdi, Allahın iradəsinə zidd hərəkət
etdi, bununla da öz çağırışı və təyinatından uzaqlaşdı.
İnsan Allahla dostluq etməyə və birlikdə yaşamaq
üçün yaradılıb, onun əbədi xoşbəxtliyi də bundan
ibarətdir. İnsan düz və xeyirxah olana can ataraq, bunu
sevərək Allaha yaxınlaşır. Əməlin xeyirxah olması üçün
onun obyekti, məqsədi və şəraitləri xeyirxah olmalıdır.
Vicdan_barədə'>Vicdan barədə
Vicdan səsini Allah Özü insanın gəlbinə qoydu ki, o,
əbədi təyinatı və xoşbəxtliyi yaxınlaşdıran və
uzaqlaşdıran şeyləri müəyyən edə bilsin. II Vatikan
Məclisi öyrədir: «Vicdanının dərinliyində insan özü özünə
vermədiyi, lakin tabe olmalı qanunu aşkar edir» (GS 16).
Vicdan – ağlın məhkəməsidir, onun vasitəsilə insan
etdiyi və ya etmək istədiyi əməlin yaxşı yaxud pis
~ 349 ~
349
olduğunu bilir. Vicdan insanı etdiyi xeyirxah əmələ görə
tərifləyir və etdiyi şər əmələ görə qəlbində vicdan əzabı
adlanan narahatlıq yaradaraq onu mühakimə edir.
«İnsanın vicdanı ən sirli və ən müqəddəs yerdir,
burada o, Allahla təklikdə qalır. Allahın səsi onun qəlbinin
dərinliyində səslənir» (KKK 1795). Buna görə də hər kəs
vicdanının düzgün məhkəməsinin səsinə qulaq asmalıdır
və heç kimi vicdanına qarşı hərəkət etməyə məcbur
etmək olmaz. Lakin bilmək lazımdır ki, vicdanı tərbiyə
etmək mümkündür – o, daha yaxşı yaxud daha pis
istiqamətdə dəyişə bilər.
İmanlı insanda onun fikir və əməllərinə düzgün mənəvi
qiymət verməyə qadir olan doğru, dürüst və həssas
vicdanı formalaşdırmag üçün düzgün mənəvi və dini
tərbiyə gərəkdir. Bu isə ədəbiyyatın, incəsənətin və
musiqinin hər gün müsbət nailiyyətlərindən istifadə
etmək, tez-tez tövbə etmək, katolik kitabları oxumaq və
dua etməkdir. Belə vicdan düzgün tərbiyə almış vicdan
adlandırılır.
Düzgün mənəvi və dini tərbiyə almayan insan daha
pis vəziyyətdə qalır – pis meyllər ona böyük təsir göstərir
və buna görə də onun vicdanı səhv edə bilər. Əgər insan
tez-tez öz vicdanına qarşı hərəkət edirsə, qəlbində onun
səsi boğuq olur (insan onu çox zəif eşidir) və vəziyyət
daha da ağırlaşır. Vicdanın pis tərbiyəsinin başqa nəticəsi
odur ki, vicdan həddindən artıq geniş olur (normal
insanların özünə icazə vermədiyini insan sakit vicdanla
özünə icazə verir). Katexizis öyrədir ki, «vicdan xəbərsiz
olub səhv hökm edə bilər. Xəbərsizlik və səhvlər heç də
hər zaman təqsirdən azad olmur» (KKK 1801).
Hər kəs, xüsusilə də, məsihçi özündə düzgün, dürüst
~ 351 ~
351
və həssas vicdan tərbiyə etmək üçün vicdanının
tərbiyəsinin qayğısına qalmalıdır.
Fəzilətlər (yaxşılıqlar) barədə
Vicdanın səsini dinləyən və Allahın Əmrlərinə uyğun
yaşamağa çalışan insanda fəzilət yaranır. «Fəzilət adət
halını almış və daim xeyirxahlıq etməyə meyllilikdir»
(KKK 1833). Fəzilətlər həyatımızda çox əhəmiyyətli rol
oynayır – onlar hərəkətlərimizi idarə edir, istəklərimizi
nizama salır, ağıl və imana uyğun olaraq davranışımızı
istiqamətləndirirlər. Üzərimizdə işləyərək əldə edə
biləcəyimiz fəzilət mənəvi fəzilət adlanır. Bunlardan
dördü ən mühüm rol oynayır, buna görə də onları əsas
adlandırırıq, qalanları isə onların ətrafında qruplaşır.
Əsas mənəvi fəzilətlər bunlardır:
– düşüncəli olmaq - bütün vəziyyətlərdə həqiqi
xeyirxahlığı müəyyən etməyə və onun icrası üçün
müvafiq vasitələri seçməyə kömək edir. O, ifratlardan
(nöqsan və şişirtmələrdən) çəkinməyi öyrədir;
– ədalətli olmaq - lazım olanı Allaha və adamlara əvəz
verməkdən ibarətdir;
– təmkin – həzlərə olan meylə hakim olmaq və
dünyəvi nemətlərdən mötədil istifadə etməyə imkan
verir;
– cəsarət - çətinliklərdə dözüm və xeyirxahlıq
cəhdlərimizdə sadiqlik verir.
İlahi (insanın qəlbinə Allahdan gələn və Ona
istiqamətlənən) fəzilətlər bunlardır:
~ 353 ~
353
– iman - Allahın açdığını və Kilsənin öyrətdiyini qəbul
etməyə bacarıq verir;
– ümid - əbədi həyata və ona nail olmaq üçün zəruri
olan lütflərə istək yaradır;
– məhəbbət - bizə hər şeydən çox Allahı sevməyə,
Rəbbə görə isə qonşunu özünü sevdiyin kimi sevməyə
həvəs oyadır.
Müqəddəs Ruhun Ənamları – Müqəddəs Ruhun,
sirrli ayinlər vasitəsilə, bizdə yaratdığı və bizi Onun
ilhamlandırdıqlarına itaətkar edən qəlbimizdə olan daimi
bir həvəsdir. Ruhun ənamları bunlardır: müdriklik, ağıl,
məsləhət, cəsarət, bacarıq, salehlik, Allah qorxusu.
İman edən məsihçinin qəlbində formalaşan və
gündəlik həyatda görünən kamillik Müqəddəs Ruhun
səmərəsi adlanır. Müqəddəs Ruhun səmərələri bunlardır:
məhəbbət, sevinc, sülh, təmkinlik, xeyirxahlıq,
mərhəmət, iman, həlimlik, özünə hakim olmaq
(müqayisə edin: Qal 5, 22-23).
Günah barədə
Allaha gedən yolda insan üçün əsas maneə günah və
qüsurdur.
İnsan vicdanın səsinə zidd hərəkət edəndə, belə
fikirləşməyin, söyləməyin yaxud etməyin düzgün
olmadığını bilərək qadağan olanı edəndə günah etmiş
olur. İnsan söz, fikir, əməl, istək, həmçinin borcu yerinə
yetirməməklə günah edə bilər. Günah ağıla, həqiqətə və
vicdana zidd olan əməldir. Günah insanın təbiətini
yaralayır, insanlar arasında münasibətləri dağıdır, Allahı
~ 355 ~
355
Dostları ilə paylaş: |