ahmedalhasan313.wordpress.com
28
vacib hökmünə mindirə bilərlər. Zamana və şəraitə əsasən hökmləri dəyişmək
səlahiyyəti yalnız və yalnız Allahın Höccətlərinə xasdır.
Əllamə Məclisi (r.ə) Həcc surəsinin 7-ci ayəsinin təfsirində, İmam Cəfəri Sadiqin
(ə.s) bu cür buyurduğunu nəql edir: “Biz, Allahın halalını haram, haramını da halal
edənlərik.”
Və hədisdən də məlum olduğu kimi, bu işdə İmamlar (ə.s) səlahiyyət sahibidir.
Çünki, halalı haram etmək və ya vacib olmayan bir şeyə vacib demək, heç də
İmamların (ə.s) Allahın işinə qarışması mənasında deyil. Əksinə, İmamlar (ə.s)
Allahın Höccətləridir. Və Allahın Höccəti olan kəs, Natiqi-Qurandır və Allahın
təmsilçidir. Ona görə də, Quranın danışan dili olan ilahi höccətlərin hökmlər
haqqındakı bu cür buyruqları, heç də ziddiyyət kimi qəbul edilməməlidir. Çünki
onlar (ə.s), Quranda da bildirildiyi kimi “Əmr Sahibləridir.”
Allah-təala buyurur: [Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan
əmr sahiblərinə itaət edin!] [Nisa: 59]
İmam Cəfəri Sadiq (ə.s) buyurur: “Biz, işin içində sizin xeyrinizə olduğunu
düşündüyümüz bir məsələ olduğu müddətə qədər, heç bir niyyəti (məsələni) nəsx
etmərik və dəyişmərik.”
- Biharul-Ənvar, cild 4/səhifə 104
Allahın yer üzərindəki Xəlifəsinin, hökmü dəyişmək və qüvvədən salmaq
səlahiyyəti vardır. Bu həm Quran ayələri həm də Ali Muhəmməd (ə.s) hədisləri ilə
sabitdir.
İndi sual yarana bilər, əgər hökm dəyişdirilərsə; məsələn İmam Əli (ə.s) cihad
hökmünü vacib edibsə və İmam Riza (ə.s) isə vacib bilməmişsə və ya əvvəlki
İmamlar (ə.s) xümsü vacib bilmiş, İmam Mehdi (ə.s) isə xümsə halallıq verərək
vacibliyi götürmüşsə, belə bir halda hansı İmamın (ə.s) hökmü ilə əməl edilər?
Cavabı isə, gəlin Əhli-beytdən (ə.s) eşidək:
Muəlla İbn Xuneys deyir ki, İmam Cəfəri Sadiqdən (ə.s) soruşdum: “Əvvəlki
İmamdan bizə bir hədis gəlsə və ardıyca növbəti İmamdan (ə.s) həmin məsələ
haqqında başqa cür bir hədis əlimizə gəlib çatsa, hansı ilə əməl edək?”
İmam (ə.s) buyurdu: “Sizlərə zamanın İmamından (ə.s) bir hədis gəlib çatana
qədər, həmin məsələdə bunlardan biri ilə (əvvəlki İmamın (ə.s) göstərişi ilə) əməl
edin.
ahmedalhasan313.wordpress.com
29
Əgər Sahibəz-zəmandan (Zəmanənin Sahibi olan İmamdan) bir hədis sizə gəlib
çatarsa, onun sözünə əsasən əməl edin.” Ardınca İmam (ə.s) buyurdu: “And olsun
Allaha ki, biz sizi qaldıra biləcəyiniz (daşıya biləcəyiniz) bir yoldan qeyrisinə
yönəltmərik.”
Digər bir rəvayətdə isə İmam (ə.s) buyurur: “Ən son deyilən hədisə əsasən əməl
edin.”
- Üsuli-Kafi, cild 1/səhifə 39, Hədis İxtilafı Babı, Hədis: 9
2-Bir məsələ haqqında açıq şəkildə ixtilaflı hədislərin həlli məsələsidir. Bu
məsələnin əhəmiyyəti çoxdur. Çünki, bizə əmanət qoyulmuş Quran və Hədislər,
bizi hidayətə sarı aparacaq iki önəmli məsələ olduğu üçün, hədislər arasındakı açıq
ixtilafdan çıxış yolunuda mütləq bilmək lazımdır. Və bunu bilməyin yeganə
yoluda, “Zikr Əhli” olan Əhli-beytdən (ə.s) soruşmaqdır.
Ömər İbn Hənzələ belə rəvayət edir: İmam Cəfəri Sadiq (ə.s)-dan soruşdum:
“Bizim səhabəmizdən iki nəfər bir borc mirasa görə mübahisə edərsə və nəhayət
sultana , qazilərə müraciət etsələr, bu onlar üçün halal olarmı?”
İmam (ə.s) buyurdu: “Kim haqq və batil üçün onların hökmünə müraciət etsə, heç
şübhəsiz ki, Tağutun hökmünə müraciət etmiş olar. Bunların hökmünə əsaslana-
raq bir şeyi almaq, adamın mübahisəsiz haqqı olsa da, bir haramı almaq kimidir.
Çünki adam, Tağutun hökmü nəticəsində onu alır. Allah, Tağutun hökmünə qarşı
çıxıb rədd edilməsini əmr etmişdir. [Onlar, Tağutun hüzurunda muhakimə
olunmaq istəyirlər. Halbuki, onlara inanmamaları əmr olunmuşdur.] [Nisa: 60]
Soruşdum: “Bəs aralarında ixtilaflı olan bu iki dostumuz nə etməlidir?” İmam (ə.s)
buyurdu: “O zaman sizdən olub bizim hədislərimizi rəvayət etmiş, halalımızı-
haramımızı bilmiş və verdiyimiz hökmləri bilən bir şəxsə müraciət etsinlər. Əgər o
kəs bir hökm versə, buna razı olsunlar. Mən, onu sizlər üçün hakim təyin etdim. Bu
şəxs, bizim verdiyimiz hökm istiqamətində hökm verdiyi halda, ixtilaflı kəslərdən
hər hansı biri, onun verdiyi hökmü qəbul etməzsə, Allahın hökmünü ciddi qəbul
etməmiş və bizi rədd etmiş sayılar. Bizi rədd edən də, Allahı rədd etmiş olar ki, bu
da Allaha şirk qoşmaq qədər ağır bir günahdır.”
Soruşdum: “Əgər bu iki adamın hər biri, bizimkilərdən birinin hakimliyini istəsə və
bunların verəcəyi hökmə razı olacaqlarını ifadə etsələr, sonra bunlarda sizin
hədislərinizin ixtilafına görə fərqli hökmlər versələr, onda nə edək?” İmam (ə.s)
buyurdu: “Ən adil, ən fəqih və hədis rəvayətində (ravilikdə) ən doğru və ən
muttəqi olanın hökmü götürülər və digərinin hökmünə riayət edilməz.” Soruşdum:
ahmedalhasan313.wordpress.com
30
“Əgər bu iki adam, bizim səhabəmiz tərəfindən yaxşı qəbul edilən, biri digərindən
üstün tutulmayacaq qədər sevilib sayılan şəxslərdisə, bəs onda nə edək?”
İmam (ə.s) buyurdu: “Verdikləri hökmün mənbəyinə və bizdən rəvayət edilən
hədisə baxılmalıdır. Bu hədislərin içindən, yoldaşlarımızın üzərində ittifaq etdikləri
rəvayət əsas götürülər və səhabələrimiz arasında məşhur olmayan və qəbul
edilməyən rəvayət isə tərk edilər. Çünki, barəsində ittifaq edilən şeydə ixtilaf
olmaz.
Dəlillər 3 yerə bölünür: Birinin doğruluğu açıq-aydındır, ona tabe olunar. Birinin
əyriliyi açıq-aydındır, ondan çəkinilər. Birinin isə, doğruluğu və əyriliyi bəlli
olmayacaq qədər qatma-qarışıq və içindən çıxılmazdır, belə bir şeyin elmi (cavabı)
isə, Allaha və Rəsuluna (ə.s) həvalə edilər.
Rəsulullah (s.ə.v.v) belə buyurmuşdur: “Halal da, haram da açıqdır. Bu ikisinin
arasında olan şey (halallığı-haramlığı bilinməyən) şübhəlidir. Şübhəli şeyləri tərk
edən kəs, haramlardan xilas olmuş olar. Şübhəli şeylərə tabe olanlar isə haram işlər
görərlər. Bilmədikləri bir tərəfdən də, həlak olub gedərlər.” Soruşdum: “Əgər iki
hakimin verdiyi hökmə əsaslanan rəvayətlərin hər ikisi məşhur rəvayət olsa və
raviləri də etibar edilən kəslər olsa, bəs onda nə edək?”
İmam (ə.s) buyurdu: “Bunlardan hansı biri Kitaba və Sünnətə uyğundursa və
müxalif görüşə (Sünnilərin hökmlərinə) ziddirsə, o hökm götürülər. Kitaba və
Sünnətə zidd olan və müxalif görüşə (Sünnilərin hökmlərinə) uyğun olan hökm isə
tərk edilər.” Soruşdum: “Hər iki fəqih, verdikləri hökmü Quran və Sünnətə uyğun
olaraq versələr və bizdə rəvayətlərdən birinin sizə müxalif olan (Sünnilərin
hökmlərindən olan) nəzərə uyğun olduğunu, digərinin isə (Sünnilərin hökmləri ilə)
uyğun gəlmədiyini görsək, bu rəvayətlərdən hansını götürək?”
İmam (ə.s) buyurdu: “O zaman bizə müxalif olanların dediklərinin əksinə olan
rəvayəti əsas götürün. Çünki, aydınlıq və hidayət ondadır (Sünnilərin hökmləri ilə
uyğun gəlməyən hökmdədir)”
Soruşdum: “Əgər sizə müxalif olan iki qrupun (Sünnilərin iki fiqhi qolunun hökmü
ilə) uyğun olarsa, bunlardan hansı ilə əməl edək?” İmam (ə.s) buyurdu: “Onların
(Sünnilərin) hakimlərinin və qazilərinin (daha çox) hansına tabeçilik
göstərdiklərinə nəzər salınar. Əgər hansı hökmə ki tabeçilik göstərməsələr, o görüş
əsas götürülər.” Soruşdum: “Əgər onların hakimləri (eyni səviyyədə) hər iki xəbərə
uyğun görüş bildirmişlərsə, onda nə edək?”
Dostları ilə paylaş: |