ahmedalhasan313.wordpress.com
22
Allah-təala buyurur : [“Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli,
sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.]
[Bəqərə 216]
Fiqh nədir və fəqih kimdir?
Bir çox mübahisəli məsələlərdən biri də dində Fəqih olmaq məsələsidir. Çünki
Üsulilər
1
,
Şəri məsələlərdə Əxbarilərdən
2
fərqli olaraq, hökmü ələ gətirməkdə
İctihada baş vurmağı və müxtəlif cədvəl və bəndlər ilə hökmü ələ gətirməyi caiz
bilmiş və bu işi icra edənlərə Fəqih deyərək, Şəri hökmləri bəyan etməyin Müctehid
vasitəsilə mümkün olacağını bildirmişlər. Halbuki, Quran ayələri və hədislərə
nəzər saldıqda, bu məsələnin heç də Üsuli təqlidçilərin dediyi kimi olmadığı və
Fəqihin “Müctehid” olmadığının şahidi olmaqdayıq.
1-Fiqh nədir?
Fiqh sözünün mənası “anlamaq/dərk etmək” deməkdir. Yəni, dində anlayış sahibi
olmaq. Və anlayan insana da “Fəqih” deyilər. Halbuki heç bir hədis və
rəvayətlərdə, o cümlədən Qurani-Kərimdə, fəqih sözünün “ictihad edən müctehid”
olduğuna dair dəlilimiz yoxdur.
Bir insan əgər beş hədisi əzbərə bilirsə, və bildiyini tam dərk etmirsə, o insana necə
anlayışlı bir şəxs demək olar?
O cümlədən dinini tam şəkildə bilən, əqidə və şəriətindən xəbərdar olan şəxs,
əzbərlədiklərini anlayar və anlayışlı şəkildə bunlara əməl edərsə, Allah o insana
“Fəqihlik məqamı” verər.
2-Fəqihlik məsələsində üsulilərin nəqli dəlillərinə cavab
Peyğəmbər (s.ə.v.v) buyurur: “Allah Təala bəndəsinə xeyir vermək istədikdə onu
dində fəqih edər.”
- Məalimud-din, səhifə 22
1
Üsulilər, əsasən şəri hökmün istinbatında (çıxarışında) 4 qaydaya söykənən kəslərə deyilir. Bu
dörd şərt isə bunlardır: Quran, Sünnə, İcma və Əqli Dəlil.
(Şeyx Yusif Əl-Bəhrani, Hədaiqun-Nazirə fii
Əhkamil İtrətit-Tahirə, cild 1/səhifə 26)
2
Əxbarilər isə, əsasən şəri hökmün istinbatında Üsulilərin müxtəlif cədvəllərini qəbul etmir və
hökmün çıxarışında əsasən 2 qaydaya söykənən kəslərdir. Həmin iki qayda isə, Qurani-Kərim və
Əhli-beyt (ə.s) hədisləridir.
ahmedalhasan313.wordpress.com
23
İmam Baqir (ə.s) buyurur: “Kamilliklərin kamilliyi dində fəqih olmaq, bəlalara səbr
etmək və məişəti təmin etməkdir.”
- Məalimud-din, səhifə 23
Hər nə qədər üsulilər fəqihliyin “müctehidlik” olduğunu iddia etsələrdə, hədis-
lərdən də göründüyü kimi, bu sadəcə onların təsəvvürlərinin məhsuludur. Çünki
hədisdən də göründüyü kimi, Allahın bəndəsinə olan “xeyri” onu dində anlayış
sahibi etməkdir. Əgər biz fəqihliyi “müctehidlik” olaraq qəbul etsək, onda bunu da
qəbul etməliyik ki, Müctehid olmayan şəxs “xeyirsiz bir bəndədir!” bu cür bir
düşüncə sahibi olmaq isə, əsl cəhalət və nadanlıqdan qeyri bir şey deyildir.
İkinci hədisdə isə, Fəqihlər üçün “Kamilliklərin Kamilliyi” sözünün Qeyd
olunmasıdır. Hətta buna əsasəndə biz Fəqihi “Müctehid” saya bilmərik.
Əgər kamil olan insanı, Fəqihliyi olan, yəni anlayış sahibi adi bir mömin bəndə
zənn etsək, və onnanda üstünü kimi, Kamilliyin kamili sözünə əsasən Fəqihlərin
Fəqihi kimi müctehidi bilsək, onda buda düzgün olmaz. Çünki, hədisdəndə
göründüyü kimi, “Kamilliklərin Kamilliyi” sözünü “Fəqihlər, ümumi anlayış sahibi
möminlər, Fəqihlərin Fəqihi isə, müctehid sayılar” deyə bilmərik. Çünki, qəti
olaraq “Kamilliyin Kamilliyi” sözünün vəsfi olaraq sadəcə “Fəqihlik” zikr
edilməmiş, səbrlilərdən olmaqda zikr edilmişdir. Və bundan əlavədə “məişəti
təmin etmək” sözüdə “Kamilliyin Kamilliyinin şərti” kimi önə sürülmüşdür. İndi
əgər hədisdəki “Fəqihliyi” Müctehidə aid etsək və Kamilliyin Kamili kimi
müctehidi saysaq, onda “məişəti təmin etmək” şərtinidə Kamillik prinsipinə
söykənərək müctehidə aid etməli və Müctehidin öz vəzifəsindən əlavə, ayrıca bir
işdə işləyib ailəsini təmin etməli olmasının vacibliyinidə vurğulamalı olarıq. Çünki,
Üsulilərdə bildirmişlər ki,Müctehidlik “çörək pulu qazanmaq” vəzifəsi deyildir.
İkinci hədisə hər nə qədər nəzər salıb nəticələrinə diqqət etsəkdə, həmin hədisi
Müctehidə aid edib, “Fəqih Müctehiddir” deyib, Kamilliyin Kamilliyinin
Müctehidlik olduğu nəticəsinə gələ bilmərik!
3-Fəqihlik bir məqamdır
İmam Musa Əl-Kazım (ə.s) buyurur: “Allah dinində Fəqih olun! Çünki Fəqih
olmaq, bəsirətin açarıdır, ibadətin kamalıdır, Dində və dünyada uca məqam və
dərəcələrə çatmaq üçün səbəbdir. Fəqihin (Ayə və hədisləri anlayanın və anlayaraq
əməl edən) kimsənin, abid (sadəcə ibadət edənə və dində anlayışa sahib olmayan)
kimsəyə olan üstünlüyü, günəşin ulduzlara olan üstünlüyü kimidir. Kim dində
Fəqih olmazsa, Allah onun heç bir əməlindən razı olmaz!”
ahmedalhasan313.wordpress.com
24
- Biharul-Ənvar, cild 78/səhifə 321. Tuhəful-Uqul, səhifə 410.
Muhəmməd Musa İbn Mütəvəkkil, o da Abdullah İbn Cəfər İbn Humeyridən, o da
Əhməd İbn Muhəmməd İbn İsadan, o da Həsən İbn Məhbubdan, o da Malik İbn
Ətiyyədən, o da Əbu Həmzə Somalidən, İmam Əli İbn Hüseyn Səccaddan (ə.s)
nəql edir ki, İmam (ə.s) buyurdu: “Qureyşdən olan ərəblər və ərəb olmayan
əcəmlər üçün təvazökarlıq və təqvadan qeyri mərdlik olmaz. Niyyətin olmasa
əməlin qəbul olunmaz. Və fəqih olmasan, ibadətin qəbul olunmaz!”
- Vəsailuş-Şiə, cild 1/səhifə 47, hədis: 85
İndi isə bir məsələyə diqqət edək. İmam (ə.s) rəvayətdə bizə Fəqihliyi vacib
bildirmişdir. Əgər Fəqihlik “Müctehidlikdirsə”, onda Müctehid olmayan kəslərin
vacibatdan yayındıqlarını düşünə bilmərikmi? Və əgər belə olsaydı, onda “vacib”
olana əməl etməyən şəxs, günah sahibi sayılmazdımı? Məntiq və əqli, özlərinə
“şüar” seçdiklərini bildirən Üsulilərin məntiq və əqli, niyə bu məsələdə “sükuta
qərq olmuşdur”?!
Hədisdə daha bir vacib nüans diqqəti cəlb etməkdədir. Hədisdə deyilir: .”..Kim
dində Fəqih olmazsa, Allah onun heç bir əməlindən razı olmaz!” digər hədisdə də
“fəqih olmasan, ibadətin qəbul olunmaz!” deyə buyurulur.
Əgər Üsulilərin iddia etdikləri kimi, əgər Fəqihlik “Müctehidlikdirsə”, onda belə
çıxır ki, Müctehid olmayanın bütün ibadətləri batildir! Və buna əsasəndə, cənnətdə
Müctehiddən savayı bir kimsə də olmayacaq!! Əgər “Fəqihlik” Üsulilərin dediyi
kimidirsə, onda indidən əllərini cənnətdən üzsünlər. .
İslam, bizləri kor-koranəliyə yox, ağıllı olmağa dəvət edir. Və bizdən tələb olunan
bir məsələ barədə özümüzdən şərhlər vermək yox, deyilənə təslimiyyətdir. Fəqih-
lik bir məqamdır ki, Allah bu məqamı istədiyi bəndəsinə verər və onu əziz edər.
Bizim vəzifəmiz də dində Fəqih olmaqda səy etmək və anlayış sahibi olmaq üçün
əlimizdən gələni etməkdir. Və bu işdə, bizə yardımçı ola biləcək yeganə şəxslər,
Allahın yer üzündəki Höccətləridir. Və biz, Allahın dinində fəqih olmaq üçün,
Fəqihlərin Fəqihi olan Allahın Höccətlərinə müraciət etməli və ancaq onlara itaət
edərək, hökmlərinə təslim olmalıyıq!
Fəqihlərin fəqihinə təqlid!
Allah-təala buyurur: [Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası
aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan
ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi
Dostları ilə paylaş: |