Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə10/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   6   7   8   9   10   11   12   13   ...   180

ahmedalhasan313.wordpress.com 

22 


Allah-təala  buyurur:  [“Ola  bilsin  ki,  sevmədiyiniz  bir  şey  sizin  üçün  xeyirli, 

sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.] 

[Bəqərə 216] 

 

Fiqh nədir və fəqih kimdir? 

Bir  çox  mübahisəli  məsələlərdən  biri  də  dində  Fəqih  olmaq  məsələsidir.  Çünki 

Üsulilər


1

,

 



Şəri  məsələlərdə  Əxbarilərdən

2

 fərqli  olaraq,  hökmü  ələ  gətirməkdə 



İctihada  baş  vurmağı  və  müxtəlif  cədvəl  və  bəndlər  ilə  hökmü  ələ  gətirməyi  caiz 

bilmiş və bu işi icra edənlərə Fəqih deyərək, Şəri hökmləri bəyan etməyin Müctehid 

vasitəsilə  mümkün  olacağını  bildirmişlər.  Halbuki,  Quran  ayələri  və  hədislərə 

nəzər  saldıqda,  bu  məsələnin  heç  də  Üsuli  təqlidçilərin  dediyi  kimi  olmadığı  və 

Fəqihin “Müctehid” olmadığının şahidi olmaqdayıq.  

1-Fiqh nədir? 

Fiqh sözünün mənası “anlamaq/dərk etmək” deməkdir. Yəni, dində anlayış sahibi 

olmaq.  Və  anlayan  insana  da  “Fəqih”  deyilər.  Halbuki  heç  bir  hədis  və 

rəvayətlərdə, o cümlədən Qurani-Kərimdə, fəqih sözünün “ictihad edən müctehid” 

olduğuna dair dəlilimiz yoxdur.  

Bir insan əgər beş hədisi əzbərə bilirsə, və bildiyini tam dərk etmirsə, o insana necə 

anlayışlı bir şəxs demək olar?  

O  cümlədən  dinini  tam  şəkildə  bilən,  əqidə  və  şəriətindən  xəbərdar  olan  şəxs, 

əzbərlədiklərini  anlayar  və  anlayışlı  şəkildə  bunlara  əməl  edərsə,  Allah  o  insana 

“Fəqihlik məqamı” verər. 



2-Fəqihlik məsələsində üsulilərin nəqli dəlillərinə cavab 

Peyğəmbər    (s.ə.v.v)  buyurur: “Allah Təala bəndəsinə  xeyir vermək istədikdə  onu 

dində fəqih edər.” 

- Məalimud-din, səhifə 22

 

                                                             

1

 

Üsulilər,  əsasən  şəri  hökmün  istinbatında  (çıxarışında)  4  qaydaya  söykənən  kəslərə  deyilir.  Bu 



dörd şərt isə bunlardır: Quran, Sünnə, İcma və Əqli Dəlil.

 

(Şeyx Yusif Əl-Bəhrani, Hədaiqun-Nazirə fii 



Əhkamil İtrətit-Tahirə, cild 1/səhifə 26)

 

2

 



Əxbarilər  isə,  əsasən  şəri  hökmün  istinbatında  Üsulilərin  müxtəlif  cədvəllərini  qəbul  etmir  və 

hökmün çıxarışında əsasən 2 qaydaya söykənən kəslərdir. Həmin iki qayda isə, Qurani-Kərim və 

Əhli-beyt  (ə.s) hədisləridir.

 



                            ahmedalhasan313.wordpress.com 

 

 



23 

İmam Baqir  (ə.s) buyurur: “Kamilliklərin kamilliyi dində fəqih olmaq, bəlalara səbr 

etmək və məişəti təmin etməkdir.” 

- Məalimud-din, səhifə 23

 

Hər  nə  qədər  üsulilər  fəqihliyin  “müctehidlik”  olduğunu  iddia  etsələrdə,  hədis-

lərdən  də  göründüyü  kimi,  bu  sadəcə  onların  təsəvvürlərinin  məhsuludur.  Çünki 

hədisdən  də  göründüyü  kimi,  Allahın  bəndəsinə  olan  “xeyri”  onu  dində  anlayış 

sahibi etməkdir. Əgər biz fəqihliyi “müctehidlik” olaraq qəbul etsək, onda bunu da 

qəbul  etməliyik  ki,  Müctehid  olmayan  şəxs  “xeyirsiz  bir  bəndədir!”  bu  cür  bir 

düşüncə sahibi olmaq isə, əsl cəhalət və nadanlıqdan qeyri bir şey deyildir.  

İkinci  hədisdə  isə,  Fəqihlər  üçün  “Kamilliklərin  Kamilliyi”  sözünün  Qeyd 

olunmasıdır. Hətta buna əsasəndə biz Fəqihi “Müctehid” saya bilmərik.  

Əgər  kamil  olan  insanı,  Fəqihliyi  olan,  yəni  anlayış  sahibi  adi  bir  mömin  bəndə 

zənn  etsək,  və  onnanda  üstünü  kimi,  Kamilliyin  kamili  sözünə  əsasən  Fəqihlərin 

Fəqihi  kimi  müctehidi  bilsək,  onda  buda  düzgün  olmaz.  Çünki,  hədisdəndə 

göründüyü kimi, “Kamilliklərin Kamilliyi” sözünü “Fəqihlər, ümumi anlayış sahibi 

möminlər,  Fəqihlərin  Fəqihi  isə,  müctehid  sayılar”  deyə  bilmərik.  Çünki,  qəti 

olaraq  “Kamilliyin  Kamilliyi”  sözünün  vəsfi  olaraq  sadəcə  “Fəqihlik”  zikr 

edilməmiş,  səbrlilərdən  olmaqda  zikr  edilmişdir.  Və  bundan  əlavədə  “məişəti 

təmin  etmək”  sözüdə  “Kamilliyin  Kamilliyinin  şərti”  kimi  önə  sürülmüşdür.  İndi 

əgər  hədisdəki  “Fəqihliyi”  Müctehidə  aid  etsək  və  Kamilliyin  Kamili  kimi 

müctehidi  saysaq,  onda  “məişəti  təmin  etmək”  şərtinidə  Kamillik  prinsipinə 

söykənərək  müctehidə  aid  etməli  və  Müctehidin  öz  vəzifəsindən  əlavə,  ayrıca  bir 

işdə işləyib ailəsini təmin etməli olmasının vacibliyinidə vurğulamalı olarıq. Çünki, 

Üsulilərdə  bildirmişlər  ki,Müctehidlik  “çörək  pulu  qazanmaq”  vəzifəsi  deyildir. 

İkinci  hədisə  hər  nə  qədər  nəzər  salıb  nəticələrinə  diqqət  etsəkdə,  həmin  hədisi 

Müctehidə  aid  edib,  “Fəqih  Müctehiddir”  deyib,  Kamilliyin  Kamilliyinin 

Müctehidlik olduğu nəticəsinə gələ bilmərik! 

3-Fəqihlik bir məqamdır 

İmam  Musa  Əl-Kazım    (ə.s)  buyurur:  “Allah  dinində  Fəqih  olun!  Çünki  Fəqih 

olmaq,  bəsirətin  açarıdır,  ibadətin  kamalıdır,  Dində  və  dünyada  uca  məqam  və 

dərəcələrə çatmaq üçün səbəbdir. Fəqihin (Ayə və hədisləri anlayanın və anlayaraq 

əməl edən) kimsənin, abid (sadəcə ibadət edənə və dində anlayışa sahib olmayan) 

kimsəyə  olan  üstünlüyü,  günəşin  ulduzlara  olan  üstünlüyü  kimidir.  Kim  dində 

Fəqih olmazsa, Allah onun heç bir əməlindən razı olmaz!” 



ahmedalhasan313.wordpress.com 

24 


- Biharul-Ənvar, cild 78/səhifə 321. Tuhəful-Uqul, səhifə 410. 

Muhəmməd  Musa İbn Mütəvəkkil, o da Abdullah İbn Cəfər İbn Humeyridən, o da 

Əhməd  İbn  Muhəmməd  İbn  İsadan,  o  da  Həsən  İbn  Məhbubdan,  o  da  Malik  İbn 

Ətiyyədən,  o  da  Əbu  Həmzə  Somalidən,  İmam  Əli  İbn  Hüseyn  Səccaddan    (ə.s) 

nəql  edir  ki,  İmam    (ə.s)  buyurdu:  “Qureyşdən  olan  ərəblər  və  ərəb  olmayan 

əcəmlər  üçün  təvazökarlıq  və  təqvadan  qeyri  mərdlik  olmaz.  Niyyətin  olmasa 

əməlin qəbul olunmaz. Və fəqih olmasan, ibadətin qəbul olunmaz!” 

- Vəsailuş-Şiə, cild 1/səhifə 47, hədis: 85 

İndi  isə  bir  məsələyə  diqqət  edək.  İmam    (ə.s)  rəvayətdə  bizə  Fəqihliyi  vacib 

bildirmişdir.  Əgər  Fəqihlik  “Müctehidlikdirsə”,  onda  Müctehid  olmayan  kəslərin 

vacibatdan  yayındıqlarını  düşünə  bilmərikmi?  Və  əgər  belə  olsaydı,  onda  “vacib” 

olana  əməl  etməyən  şəxs,  günah  sahibi  sayılmazdımı?  Məntiq  və  əqli,  özlərinə 

“şüar”  seçdiklərini  bildirən  Üsulilərin  məntiq  və  əqli,  niyə  bu  məsələdə  “sükuta 

qərq olmuşdur”?! 

Hədisdə  daha  bir  vacib  nüans  diqqəti  cəlb  etməkdədir.  Hədisdə  deyilir:  .”..Kim 

dində Fəqih olmazsa, Allah onun heç bir əməlindən razı olmaz!” digər hədisdə də 

“fəqih olmasan, ibadətin qəbul olunmaz!” deyə buyurulur. 

Əgər  Üsulilərin  iddia  etdikləri  kimi,  əgər  Fəqihlik  “Müctehidlikdirsə”,  onda  belə 

çıxır ki, Müctehid olmayanın bütün ibadətləri batildir! Və buna əsasəndə, cənnətdə 

Müctehiddən  savayı  bir  kimsə  də  olmayacaq!!  Əgər  “Fəqihlik”  Üsulilərin  dediyi 

kimidirsə, onda indidən əllərini cənnətdən üzsünlər. .  

İslam, bizləri kor-koranəliyə  yox, ağıllı olmağa dəvət edir. Və bizdən  tələb  olunan 

bir  məsələ  barədə  özümüzdən şərhlər vermək yox, deyilənə  təslimiyyətdir. Fəqih-

lik bir məqamdır ki, Allah bu məqamı istədiyi bəndəsinə verər və onu əziz edər.  

Bizim vəzifəmiz də  dində  Fəqih olmaqda səy etmək  və  anlayış  sahibi olmaq üçün 

əlimizdən  gələni  etməkdir.  Və  bu  işdə,  bizə  yardımçı  ola  biləcək  yeganə  şəxslər, 

Allahın  yer  üzündəki  Höccətləridir.  Və  biz,  Allahın  dinində  fəqih  olmaq  üçün, 

Fəqihlərin  Fəqihi olan Allahın Höccətlərinə  müraciət  etməli və  ancaq onlara   itaət 

edərək, hökmlərinə təslim olmalıyıq! 



Fəqihlərin fəqihinə təqlid! 

Allah-təala  buyurur:  [Kitabı  sənə  nazil  edən  Odur.  O  Kitabın  bir  qismi  mənası 



aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan 

ayələrdir.  Qəlblərində  əyrilik  olanlar  fitnə-fəsad  törətmək  və  istədikləri  kimi 


Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə