Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə13/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   9   10   11   12   13   14   15   16   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



31 

İmam    (ə.s)  buyurdu:  “Belə  bir  vəziyyətə  rast  gəlsən,  onda  İmamın    (ə.s)  ilə 

qarşılaşana  qədər  heçnə  etmə  (o  məsələni  kənara  qoyub  İmama    (ə.s)  həvalə  et) 

Çünki,  şübhəli  dəlillər  qarşısında  ayaq  saxlamaq  (çəkinmək),  həlak  edici 

təhlükələrə düşməkdən daha yaxşıdır.” 

- Üsuli-Kafi, cild 1/səhifə 39-40, Hədis İxtilafı Babı, Hədis: 10 

Gördüyünüz  bu  rəvayət,  başdan-ayağa  şübhələri  və  sualları  aradan  qaldıracaq 

dərəcədə  önəmli  və  çox  vacib  bir  rəvayətdir.  Şəri  məsələlərdə,  halal-haram  kimi 

önəmli məsələlərdə çıxılmaz vəziyyətdə qalmamaq üçün bir qalxandır və tutarlı bir 

dəlildir. İndi isə, bu önəmli hədisi birlikdə təhlil edək: 

1)  Məlum  olur  ki,  Sultana  və  Qazilərə  müraciət,  İslamda  qəbul  olunmaz  bir 

hərəkətdir.  Və  hətta  doğru  bir  hökm  versələr  belə,  onlara  “müraciət  etməklik” 

insanı  cəhənnəmə  apara  biləcək  ən  təhlükəli  yoxuşdur.  Və  bu  məsələ,  Qurani-

Kərimdə bəyan edilmişdir.  

Uca  Allah  buyurur:  [Onlar,Tağutun  hüzurunda  muhakimə  olunmaq  istəyirlər. 



Halbuki, onlara inanmamaları əmr olunmuşdur.] [Nisa: 60] 

Allahın Şəriətinin hökmləri, fəqət Natiqi-Quran olan Əhli-beytdən  (ə.s) əxz edilər. 

Bu məsələdə başqa qapı axtaranlar, Tağuta yönələnlərdir.  

[Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” (deyə), elçi göndərdik.] 

[Nəhl: 36] 

2) Məlum olur  ki,  əgər bir hökmdə, məsələn dovşan  ətinin

3

 halal  haram olmasını 



bilməsək, İmamın  (ə.s) buyurduğu kimi “Sizdən olub bizim hədislərimizi rəvayət 

etmiş,  halalımızı-haramımızı  bilmiş  və  verdiyimiz  hökmləri  bilən  bir  şəxsə 

müraciət  etsinlər.”  Yəni,  Şiə  olan  və  hədisləri  rəvayət  edən  və  rəvayət  etdiyi 

hədislərdən də halalı-haramı əxz edən bir Raviyə müraciət edib, dovşan ətinin halal 

yoxsa  haram olduğunu  biləcəyik.  Və  diqqət  edilməsi  lazım  olan  məsələ  budur  ki, 

həmin  bu  “Ravilər”  hədisləri  rəvayət  edən  şəxslərdir.  Bu  şəxslər,  İmamların    (ə.s) 

dövründə  yaşamış,  onun  tələbələri  olmuş  və  hədisləri  əzbərləyərək    Qeyd 

apararaq,  bugünki  gündə  hədis  kitablarının  ərsəyə  gətirilməsində  çox  mühüm  bir 

pay sahibi olmuş kəslərdir.  

                                                             

3

 

Dovşan  əti nümunə olaraq zikr edilmiş və sadəcə misal olaraq verilmişdir. Çünki dovşan ətinin 



hökmü  açıq-aşkardır  və  dovşan  ətini yemək  haramdır. Dovşan  ətinin  haramlığı  haqqında, İmam 

Rza  (ə.s) belə buyurur: “Dovşan əti sizə haram edilmişdir. Çünki o pişik kimidir. Pişiyin və digər 

vəhşi heyvanların pəncəsi kimi onun da pəncəsi vardır...”  (Vəsailuş-şiə, cild 16/səhifə 383, hədis: 11)

 



ahmedalhasan313.wordpress.com 

32 


Əgər Ravilər olmasaydı, biz Quranın təfsirini və Əhli-beyt  (ə.s)-ın Əqaid, Əhkam, 

Əxlaq  və  sair  məsələlərdəki  heç  bir  buyruğunu  bilməzdik.  Və  həmin  bu  ravilər, 

“Müctehidlər”  deyildir.  Çünki,  bilindiyi  kimi  müctehid,  ictihad  edən  və  qəbul 

edilməsi mümkün olmayan “batil qanun və batil cədvəlləri ilə” hökmü çıxarış edən 

kəslərdir,  Əql  və  İcmaya  söykənmək  kimi.  Halbuki  Ravi,  batil  ictihadlara  baş 

vurmayan  və  İmamın    (ə.s)  hökmünü  eşitdiyi  kimi  nəql  edən  kimsələrdir.  Və 

Ravinin,  “Üsuli  Müctehid”  olmadığı  məsələsində,  ağlı  başında  olan  kəslərdən 

savayı heç kim mübahisə aparmaz.

4

 

Demək,  əgər  biz  dovşan  ətinin  halal  və  haramlığın  bilmək  istəyiriksə,  onda 



hədisləri  əlimizə  çatdıran  Ravilərə  müraciət  etməli  və  onların  nəql  etdiyi 

hədislərindən hökmü götürməliyik.  

3) Əgər tutaq ki, iki nəfər dovşan ətinin halal  haram olması məsələsində mübahisə 

etsələr, onda bu iki nəfərin ikisi də özü üçün eyni İmamdan bir hədisi dəlil götürsə 

və  hədislərin  birində  halaldır  və  birində  də  haramdır  deyilsə,  onda  bu  iki  fərqli 

hədisi  nəql  etmiş  ravilərə  nəzər  salacağıq.  Hansı  biri  daha  adildirsə  və  ən  fəqih 

(anlayışlı/dərrakəli) olandırsa, onda bizdə həmin şəxsin rəvayəti ilə əməl edəcək və 

o bir rəvayəti də kənara qoyacağıq.  

4) Əgər iki nəfər dovşan əti məsələsində qərarsız qalsa, və hər ikisi də bir ravidən 

tutsa  və  ravilərin  biri  halal,  digəri  də  haram  desə,  2-ci  bənddən  fərqli  olaraq,  bu 

dəfə  hər  iki    ravilər,  eyni  səviyyədə  adil  və  eyni  səviyyədə  fəqih  olsalar  və  hər 

ikisidə  Quran  və  hədislərə  əsasən,  İmamlardan    (ə.s)  eşitdikləri  çərçivəsində  bir 

hökm versələr, onda əsaslandıqları hədislərə baxılacaq. Çünki, Ravi olan birisi, bir 

şey  deyirsə,  deməli  hədisdən  deyir.  Həmin  əsaslandıqları  hədisə  baxılıb,  hansının 

                                                             

4

 Usuli  Təqlidçi  Alim,  Seyyid  Kamal  Heydəri,  hədis  ravilərini  və  xüsusilədə  Zurarəni  misal 



çəkərək,  Ravilərin  “Muctehid” olmaması  haqqında  bunları  deyir:  “Zurarə  sadəcə  bir hədis  ravisi 

deyildi.  Zurarə  həmdə  Fəqih  idi.  Amma  onun  Fəqih  olması,  Şeyx  Ənsari  kimi  Usuli  olması  və 

Usuli-Fiqh  kitabları  yazması  demək  deyildir.  Zurarə  və  sair  hədis  raviləri  Muctehid  olmayıb. 

Onların  ictihadı  (hökmlərdəki  səyləri),  sadəcə  İmamlardan    (ə.s)  eşitdikləri,  soruşduqları  və 

aldıqları  cavablar  çərçivəsində  idi.  Onlar,  Muctehidlər  kimi  qaydalar  tərtib  edən  və  o  qaydalara 

əsaslanıb  hökmü  ələ  gətirənlər  deyildi.  O  dövrdəki  Fəqihlər,  Muctehidlər  kimi  tərtib  edilmiş 

İctihad  qaydalarına  əsaslanmazdı.  Onların  nəzdində,  sadəcə  bəzi  çətin  və  müəmmalı 

vəziyyətlərdən, yəni 2, 3  4 rəvayətin arasında uyğunluq yaratma və bu yolla hökmü ələ gətirmə 

qaydaları  var  idi  və  ictihadları  (səyləri)  bu  istiqamətdə  idi  və  hazırki  Muctehidlərin  ictihadları 

kimi deyildi.” (Seyyid Kamal Heydəri, “Məfatihul Əməliyyə İstinbatil-Fiqhi”) 




Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə