Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə15/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   11   12   13   14   15   16   17   18   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



35 

- Vəsailuş-Şiə, cild 27/səhifə 23, Hədis nömrə: 33108.

 

Zürarə  İbn  Əyan  deyir:  İmam  Cəfəri  Sadiqdən    (ə.s)  soruşdum  ki,  Abid  olan  bir 

kəsin  boynunda,  Allahın  haqqı  olan  şey  nədir?  İmam    (ə.s)  buyurdu:  “Bizim 

dediklərimizə əməl etmək və demədiklərimizdən uzaq durmaq.” 



- Vəsailuş-Şiə, cild 27/səhifə 23, Hədis nömrə: 33108.

 

Və  bu  hədislər  bir  daha  göstərir  ki,  əgər  bir  məsələnin  halal    haram  olduğunu 

bilməsək, onda o məsələyə əməl etməyəcək və əməl məqamında o məsələyə haram 

deyəcəyik.  Çünki,  hallalığına  dair  dəlilimiz  yoxdur.  Çünki,  haram  deyib  o  işdən 

uzaq  gəzmək,  halal  deyib  dəlilsiz  yerə  o  işi  icra  etməkdən  daha  yaxşıdır.  Çünki, 

bizim üçün meyar, Quran və hədislərdir.  

Rəsulullah    (s.ə.v.v)  buyurur:  “Mən,  sizin  aranızda  iki  əmanət  qoyuram.  Biri 

Allahın Kitabı, digəri isə itrətim (Əhli-beytim)  (ə.s)” 



- Təfsirul-Qummi, cild 2/səhifə 345.

 

Buna əsasən, əgər müsəlman bir şəxs, Allahın Şəriətinə əməl edirsə, onda bildiyi ilə 

kifayətlənməlidir.  Amma  bilmədiyi  məsələdə,  bəzi  hədisləri  yozaraq  özü  üçün 

qayda-qanun tərtib  etməsi, insafdan uzaqdır. Ona görədə, bu məsələlərdə  diqqətli 

olmalı  və  Quran  ilə  Hədislərdən  kənar  yollara  meyl  etməməliyik.  Çünki,  o  İki 

Əmanətdən  kənara  çıxmaq,  elmdən  uzaq  düşmək  və  cəhalətə  yaxınlaşmaq 

deməkdir. Elmsizlik isə, Cəhalətin olduğu yerdə peyda olar. Elmsiz, yəni Quran ilə 

Əhli-beytdən    (ə.s)  uzaq  bir  tərzdə  fətva  verməklik,  cəhalət  üzrə  addımlamaqdır. 

Və Əhli-beyt  (ə.s) bizləri xəbərdar edərək Elmsiz Fətvadan uzaq durmağa səsləmiş 

və hökmləri ancaq Quran və hədislərdən götürməyi əmr etmişdir! 

Rəsulullah    (s.ə.v.v)  buyurur:  “Elmsiz  əməl  edən  kimsədən,  xeyirdən  çox  fəsad 

gəlmiş olar (Fitnə-fəsad işləri çox olar)” 



- Vəsailuş-Şiə, cild 27/səhifə 27, Hədis nömrə: 33112.

 

İmam Muhəmmədi  Baqir    (ə.s)  buyurur: “Kim elmsiz olaraq  və  Allah tərəfindən 

hidayət edən bir kəs olmadan insanlara fətva verərsə, rəhmət və əzab mələkləri ona 

lənət edərlər.” 



- Vəsailuş-Şiə, cild 27/səhifə 20, Hədis nömrə: 33100.  

İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “İki  xislət  var  ki,  insanı  həlak  edər:  Birincisi, 

batili  Allahın  dini  qərar  vermək  (batili  haqq  kimi  göstərmək),  İkincisi  isə  elmsiz  

fətva vermək.” 




ahmedalhasan313.wordpress.com 

36 


- Vəsailuş-Şiə, cild 27/səhifə 20, Hədis nömrə: 33101.

 

İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “İki xislət var ki, həlakətin həlakətidir: Birincisi, 

öz rəyinə əsasən fətva vermək, İkincisi isə bilmədiyi bir şeyi din qərar vermək.” 

- Vəsailuş-Şiə, cild 27/səhifə 21, Hədis nömrə: 33102. 

İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Hökm iki cürdür: Birincisi Allahın Hökmüdür. 

İkincisi isə, Cahiliyyə əhlinin hökmüdür. Hər kim Allahın Hökmündə xəta edərsə, 

həmin xətalı hökmü verən şəxs, cahiliyyə hökmü vermişdir!” 



- Vəsailuş-Şiə, cild 27/səhifə 22, Hədis nömrə: 33106.

 

Həmçinin qədim Şiə Üləmalarından olan Əxbari Alim Şeyx Yusif Əl-Bəhrani yazır: 

“Bir  məsələnin  halal    haramlığına  dair  (hədislərdən)  bir  şey  olmadığı  yerdə, 

Muhəddis  Alimlərimiz  (Əxbari  alimlər)  və  hətta  bir  çox  Üsuli  alimlər  belə,  həmin 

yerdə təvəqqüf və ehtiyat qaydasına əməl etmişdir.” 

- Hədaiqun Nazirə fii itrəti Əimmətit-Tahirə, cild 1/səhifə 44.

 

Bir  məsələyə  də,  diqqətinizi  cəlb  etmək  istərdim.  Bəzi  şəxslər,  məhz  Təvəqqüf  və 

hədis ixtilafı və sair məsələləri bilmədiklərinə görə, Müctehidin varlığını və təqlidi 

önəmli  sayaraq,  məsələlərin  tək  həllinin  bu  olduğunu  bəhanə  etmiş  və  Əxbariləri 

aciz  sayaraq,  dəlilsiz  və  kimsəsiz  hesab  etmişdir.  Halbuki,  Quran  və  Hədislər, 

bizləri  hidayət  etmiş  və  biz  müsəlmanlara,  məsələlərin  həllini  və  çıxış  yollarını 

göstərmişdir. 

Odur  ki,  bəzi  cəhalət  girdabında  üzən  şəxslər  və  yaxud  Mürəkkəb  Cahillər

bilmədiyi  məsələlərdə  danışmaq  yerinə,  bildikləri  ilə  kifayətlənib  bilmədiklərini 



soruşmaları və Quran və hədislərə müraciət etmələri, onların xeyrinə olardı. Çünki, 

kimlərisə  nədəsə  ittiham  etmək,  böhtanlar  demək  və  azğınlıqda  ittiham  etmək 

asandır. Amma atılan böhtanların həqiqətini sübut etmək isə çətindir.  

Onda  görə  də  bizi  hədəf  edənlərdən  xahiş  edirik  ki,  bilmədiyiniz  məsələlərdə 

bizləri  cəhalət  və  ixtilaf  salmaqla  ittiham  etməzdən  əvvəl,  bilmədiklərinizi  öyrən-

məyə səy edin. Kimlərinsə ağzından yox, Quran və hədislərdən öyrənin. Və əleyhi-

mizə  deyiləcək  məsələlərdə,  bizə  moizələrlə  yox,  dəlillərinizlə  gəlin.  Təbii  ki  əgər 

ayə və hədislərdən dəliliniz varsa... 

                                                             

7

 



“Mürəkkəb Cahillik” Cəhalətin ən pis növüdür. Cəhalət, elmsizlikdir. Cahil olan şəxs isə, əsasən 

iki  cürdür:  Biri  var,  cahildir  və  cəhl  danışır.  Biri  də  var  cahil  olduğunu  boynuna  almır,  əksinə 

özünü  alim  zənn  edir.  Özünü  elmli  bilən  elmsiz  cahilə  də,  “Cəhlul-Murəkkəb”  yəni  Mürəkkəb 

Cahil deyilir.

 



                            ahmedalhasan313.wordpress.com 

 

 



37 

Son  olaraq  isə,  bütün  bu  yollar  və  istiqamətlər,  Allah-təalanın  necə  müsəlmanları 

sevməsini  və  Öz  Şəriətində,  necə  rahatlıq  yaradaraq  insanları  məşəqqətə 

salmamasını göstərən çox önəmli işarətlərdir. Çünki İslamiyyət, Labirint Dini deyil. 

İslamiyyət  Elm  və  İmandır  və  ən  əsası  Təslimiyyətdir.  Odur  ki,  Şəriətdə  əməl 

edəcəyimiz  məsələlərdə,  müraciət  yerimiz  bəlli,  bəzi  məsələlərdə  çıxış  yollarımız 

dəlilləri  ilə  bəlli...  İnşallah  ki,  bütün  bu  fəaliyyətlərimiz,  Əhli-beyt    (ə.s)  aşiqi  şiə 

qardaş və bacılarımızın xeyrinə olacaq.  



Fərz və vacib arasındakı fərq 

Bildiyimiz kimi, müsəlman olan hər bir şəxs, əqidəsində saff və təmiz olsada, əməli 

məsələlərdədə diqqətli olmalı və bəzi incəlikləridə mümkün qədər öyrənməyə səy 

etməlidir.  Çünki  dini  öyrənmək,  dinin  əqidə,  əhkam  və  əxlaqına  vaqif  olmaq, 

Haqq-Təalanın razılığını qazanmaq üçün çox önəmlidir. Və bildiklərinə əməl etmək 

məsələsi  isə,  elə  öyrənmək  qədər  mühüm  məsələdir.  Həmçinin  dinin  ən  mühüm 

qollarından olan Şəriət məsələlərindədə bir çox incə məqamlar vardır. Və həmin o 

incəliklərdən biri də, Vacib və Fərz məsələsidir.  

Bildiyimiz  kimi,  Azərbaycan  dilində  bir  çox  sözlər  Ərəb  və  Fars  dillərindən 

götürülmə  sözlərdir.  Buna  misal  kimi,  “m”  hərfi  ilə  başlayan  və  dilimizdə  olan 

əksər  sözlər,  Ərəb  dilindən  götürülmədir.  Həmçinin  “vacib”  sözü  də  ərəb  dilli 

sözdür.  Ona  görədə,  dilimizdə  “vacib”  sözünə  elə  vacib  deyilir.  Və  “fərz”  sözünə 

də,  elə  vacib  deyilməkdədir.  Və  zahirən  bu  iki  sözün  arasında  heç  bir  fərqdə 

görünməməkdədir.  Vacib  və  fərizənin  hər  ikisi,  tərk  edilməsi  haram  və  yerinə 

yetirilməsi gərəkli olan məsələyə deyilir.  

Amma  Şəri  incəliklərə  nəzər salsaq görərik ki,  “fərz” o hökmlərə  deyilir ki, onun 

sübuta  yetirilmə  dəlilləri  açıq-aşkardır.  Məsələn  Namaz,  Oruc,  Zəkat  kimi. 

Həmçinin  Allah-təala  Qurani-Kərimdə,  Nur  surəsinin  nazil  edilməsini  də,  Fərz 

buyurmuşdur:  

[Bu, Bizim nazil edib sizə vacib buyurduğumuz bir surədir.] [Nur: 1] 

Bu  ayədə  olan  və  “vacib”  olaraq  tərcümə  edilmiş  söz  üçün,  ərəbcəsində“fərz” 

təbirindən istifadə edilmişdir.  

Əgər  bir  məsələ  ilə  qarşılaşsaq  və  həmin məsələ  açıq-aşkar  Quran  ayəsi  ilə  təsdiq 

edilsə,  o  məsələdə  şəkk-şübhə  və  ehtimal  yeri  olmayacaq  qədər  aşikar  olsa  və 

bütün  İslam  alimləri  o  məsələdə  yekdil  fikirdə  olsa  və  həmin  məsələdə  heçkəs 

ixtilafa düşməsə, demək o məsələ Fərzdir.  



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə