Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə17/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   13   14   15   16   17   18   19   20   ...   180

ahmedalhasan313.wordpress.com 

40 


Ayədən də göründüyü kimi, Donuz əti qəti surətdə haramdır və bu məsələdə heç 

kəsin şəkk-şübhəsi yoxdur.  

2-Haramın digər növü  də odur ki, həmin məsələ  haqqında nə  halal nədəki haram 

hökmünə  dair  nə  Qurandan  nədə  Hədislərdən  heçbir  hökm  əlimizə  çatmamışdır. 

Əgər  belə  bir  məsələ  ilə  qarşılaşsaq,  onda  o  məsələdə  dayanmalıyıq.  Əgər  əməl 

məqamında həmin məsələ ilə qarşı-qarşıya gəlsək, onda həmin nəmalum məsələdə 

haram  deyəcəyik.  Çünki,  o  məsələ  haqqında  heç  bir  hökm  yoxdur.  Və  ona  halal 

deyib icra etməkdə düzgün deyildir.  

İmam  Muhəmməd  Baqir    (ə.s)  buyurur:  “Bildiyini  de,  bilmədiyini  isə  demə  və 

əvəzində bunu de: “Allahu Ələm!” (Allah daha Elmlidir/Biləndir!) 



-Vəsailuş-Şiə, cild 27/səhifə 22, Hədis nömrə: 33104.  

Zürarə  İbn  Əyan  deyir:  İmam  Cəfəri  Sadiqdən    (ə.s)  soruşdum  ki,  Abid  olan  bir 

kəsin  boynunda,  Allahın  haqqı  olan  şey  nədir?  İmam    (ə.s)  buyurdu:  “Bizim 

dediklərimizə əməl etmək və demədiklərimizdən uzaq durmaq.” 



-Vəsailuş-şiə, cild 24/səhifə 115, hədis nömrə: 7.  

Deməli,  ayədən  və  hədisdən  hökmü  bəlli  olmayan  bir  məsələ,  bilmədiyimiz 

məsələdir.  Və  bilmədiyimiz  məsələdə  dayanmalıyıq.  Əməl  məqamında  isə, 

bilmədiyimiz məsələ bizə haram olar və ona halaldır deyilməz.  

3-Haramın digər bir növü isə, yuxarıda Qeyd edilmiş iki növdən fərqlidir. Məsələn, 

əgər bir yırtıcı heyvan ilə qarşılaşsaq və onun ətinin halal  haram olması haqqında 

xüsusi olaraq o heyvanın adının deyildiyi bir hədis tapmasaq, onda həmin məsələ 

üçün  “hədisdən  dəlil  yoxdur”  deyə  bilmərik.  Çünki,  “dəlil  yoxdur”  sözü,  ancaq 

qəti  araşdırmalardan  sonra  və  həmin  məsələyə  dair  ən  kiçik  bir  işarət  belə 

tapılmadıqda  deyilər.  Bu  məsələdə  isə  vəziyyət  başqadır.  Bu  məsələdə,  əslində 

hökm  aydındır.  Yəni  əgər  bir  Qartal  ovlasaq  və  onun  nə  adını  nədə  halal-haram 

olmasını rəvayətlərdən öyrənə bilməsək, onda Ümumi Qaydadan istifadə edəcəyik.  

İmam Riza  (ə.s) buyurur: “Bütün yırtıcı quşlar və heyvanlar haramdır...”

13 


                                                             

13

 



Qartal ətinin haramlığı aşikardır və sadəcə misal olsun deyə zikr edilmişdir.

 



                            ahmedalhasan313.wordpress.com 

 

 



41 

Deməli,  əgər  ayə  və  hədislərdən  bir  yırtıcı  heyvanın,  məsələn  Qartalın  nə  adını 

nədə  halal-haramlığını  öyrənə  bilməsək,

14

 İmam  Rizanın    (ə.s)  bildirdiyi  kimi, 



Ümumi Qaydadan istifadə edəcəyik.  

Məlumdur ki,  əti haram olan  əksər  quşların yumurtaları müxtəlif tərəflidir. Lakin 

müxtəlif  tərəfli  olmasına  baxmayaraq,  məhz  əti  haram  olan  quşun  yumurtası 

olduğu  üçün,  haramdır.  Deməli,  əgər  bir  şəxs  əti  haram  və  ya  halal  quşdan 

olduğunu  bilmədiyi  bir  yumurta  taparsa,  o  zaman  İmamın    (ə.s)  yuxarıdakı 

hədisdə  buyurduğu  qaydaya  müraciət  edərək  tərəfləri  müxtəlif  olan  yumurtanı, 

halal qəbul etməlidir.  

Yəni  Qartal  üçün  “haramdır”  deyəcəyik.  Çünki  hətta  hədislərdə  adı  Qeyd 

olunmasaydı  belə,  ümumi  qaydaya  əsasən  onun  haram  olduğu  bəlli  olur.  Çünki 

İmam  Riza    (ə.s)  “BÜTÜN  YIRTICI  quşlar  və  heyvanlar  haramdır...”  deyə 

buyurmuşdur.  Və  Qartalda  “Yırtıcı”  olduğu  üçün,  onunda  əti  haram  sayılır. 

Demək, bir şeyin haramlığı haqqında xüsusi bir hökm olmasa və ümumi olsa, belə 

bir halda Ümumi olan qayda Xüsusiyə tətbiq edilər və hökm ələ gətirilər.  

İndi isə  diqqətinizə, Halal və  Haramı ümumi qaydada bəyan edən çox  önəmli bir 

hədisi də çatdırmaq istərdim.  

İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Yerin  bitirdiyi  qidalardan  insan  üçün  halal 

olanlar  üç  qismdir.  Birinci  qism,  buğda,  arpa,  düyü,  noxud  və  digər  bütün  dənli 

bitkilərdir.  .  .  Dənli  bitkilərdən  hər  hansında  insan  bədəni  və  qüvvəti  üçün  qida 

olsa, onun yeyilməsi halaldır. Əksinə, hər hansında insan bədəni və  qüvvəti üçün 

zərər olsa, zərurət halı istisna olmaqla, onun yeyilməsi haramdır. İkinci qism, yerin 

bitirdiyi  bütün  meyvə  növləridir.  Əgər  hər  hansında  insan  üçün  qida,  mənfəət və 

qüvvət  varsa,  onun  yeyilməsi  halaldır.  Yeyilməsi  insan  üçün  zərərli  olanlar  isə 

haramdır.  Üçüncü  qism,  bütün  göyərti  və  tərəvəz  növləridir.  Əgər  göyərti  və 

tərəvəzin  hər hansında  insan  üçün  qida  və  mənfəət  olsa,  onun  yeyilməsi  halaldır. 

                                                             

14

 Qeyd etməliyik ki, bu hədisdə zikr olunmuş bəzi məsələlər şəkk halına aiddir. Məsələn, İmamın  



(ə.s)  buyurduğu  “yumurtalardan  hər  iki  tərəfi  (ucu)  müxtəlif  olanlar  halal,  eyni  olanlar  isə 

haramdır”  cümləsi  şəkk  halına  aiddir.  Çünki  İmam    (ə.s)  başqa  bir  hədisdə  “yalnız  əti  halal 

quşların yumurtaları halaldır”-deyə buyurur. (Fiqhul-İmam Cəfəri-Sadiq  (ə.s), cild 4/səhifə 367) 



ahmedalhasan313.wordpress.com 

42 


Amma hər hansının yeyilməsinin insan üçün zərəri olarsa, - məsələn, zəhərli otlar - 

onun yeyilməsi haramdır.  

Heyvan ətlərinin halal olanlarına gəlincə, inək, qoyun və dəvənin əti halaldır. Vəhşi 

heyvanlardan  köpək  dişi  (yırtıcı  heyvanlarda  ovunu  tutub  parçalamaq  üçün  olan 

uzun dişlər) və  pəncəsi olmayanların  əti halaldır. Quşlardan isə  çinədanı (dənliyi) 

olanlar  halal,  çinədanı  olmayanlar  isə  haramdır.  Həmçinin,  çəyirtkə  yeməyin  heç 

bir  eybi  yoxdur.  Yumurtalardan  hər  iki  tərəfi  (qütbü,  ucu)  müxtəlif  olanlar  halal, 

eyni olanlar isə haramdır. 



- Tuhəful-Uqul, səhifə 246.

 

Dənizdən  ovlananlara  gəlincə,  balıqlar  sinfindən  yalnız  pullu  balıqların  ətinin 

yeyilməsi  halaldır.  Pullu  olmayan  balıqların  yeyilməsi  isə  haramdır.  Çox  içildiyi 

halda  ağıla  təsir  etməyən  (yəni  insanı  məst  etməyən)  içkilər  halaldır.  Lakin  çox 

içildiyi  halda  ağlı  (normal  əqli  prosesləri)  sıradan  çıxararsa,  ondan  az  miqdarda 

belə içmək haramdır.” 



- Vəsailuş-Şiə, cild 27/səhifə 23, Hədis nömrə: 33108. 

Hədisdən göründüyü kimi, qidalar üçün ümumi olan qayda, açıq və sadədir. İmam  

(ə.s)-ın  buyuruğuna  əsasən,  Bitkilər,  Meyvələr  və  Tərəvəzlərdən,  insana  zərəri 

olanlar  haram,  zərərsiz  və  faydalı  olanlar  isə,  halaldır.  Və  bu  3  qism  üçün, 

Halallığın  şərti  olaraq  bildirilən  məsələsi,  zərər  hökmü  olan  məsələlərdən  ayrı 

olmasındadır.  Və  digər  qidalar,  o  cümlədən  heyvanlar,quşlar  və  dəniz  məhsulları 

və  onlardan  alınan  qidalar,həmçinin  içkilər  üçündə  ümumi  qayda  hədisdə 

bildirilmişdir.  

Və buda bizə imkan verir ki, əgər hər hansısa qida və içki haqqında xüsusi hökmə 

rast gəlməsək, ümumi qaydadan istifadə  edərək, xüsusiyə  tətbiq edək və  bu yolla 

məsələni ələ gətirək.  

 

 



 

 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə