Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə20/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   16   17   18   19   20   21   22   23   ...   180

ahmedalhasan313.wordpress.com 

50 


Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Yuxudan  duran  şəxs  əllərini  1  dəfə 

yusun,  bövl  (sidik)  və  ğaiti  (nəcisi)  birlikdə  edən  şəxs  əllərini  2  dəfə  yusun, 

cənabətli olan şəxs isə əllərini 3 dəfə yusun.” 

-  Vəsailuş-Şiə,  cild  1/hədis:  1118.  Təhzib,  cild  1/bab  36,  hədis:  97.  İstibsar,  cild  1/bab  50, 

hədis: 142 

Sual 16: Tualetdən çıxan şəxsin dəstəmaz üçün hazırlanmış qabda olan suya əlini 

salıb  dəstəmaz  almazdan  əvvəl  tualetdə  mundar  olmuş  əlini  başqa  su  ilə  pak 

etməsini  başa  düşdük.  Bəs  yuxudan  duran  adam  niyə  dəstəmaz  üçün  olan 

qabdakı suya əlini salmamışdan əvvəl pak etməlidir?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Çünki  yuxulu  olanda  bilmir  ki,  əlləri 

hara dəyib. Ona görə də gərək əllərini yusun.” 

-  Vəsailuş-Şiə, cild 1/hədis: 1119. Təhzib, cild 1/bab  39, hədis: 106. İstibsar, cild 1/bab 51, 

hədis: 145 

Sual 17: Bəs dəstəmaz almamışdan əvvəl bir şəxs üz-gözünü yuya bilərmi?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Bəli.  Elə  ki,  bir  nəfər  dəstəmaz  alarsa, 

gərək  dəstəmazdan  qabaq  üzünə  (gözünə)  su  vursun,  çünki  əgər  o  mürgülü 

haldadırsa  səksənər və  ayılar,  əgər (hava və  ya su) soyuq olarsa  səksənər və  daha 

soyuğu  (bir  o  qədər  də)  hiss  eləməz  (soyuğa  əhəmiyyət  verməz  və  ya  soyuq  ona 

təsir etməz)” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1138. Təhzib, cild 1/bab 357, hədis: 1071. İstibsar, cild 1/bab 68, 

hədis: 207 

Məzməzə və İstinşaq 

Sual 18: Məzməzə etmək (dəstəmazdan əvvəl ağız yaxalamaq) və istinşaq etmək 

(buruna su çəkib boşaltmaq) vacibdirmi?  

Cavab:  İmam  Həsən  Əskəri    (ə.s)  buyurur:  “Qüsldə  və  dəstəmazda  məzməzə  və 

istinşaq vacib deyil (müstəhəb əməllərdəndir)” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1130. Təhzib, cild 1/bab 131, hədis: 361. İstibsar, cild 1/bab 118, 

hədis: 397 

Sual  19:  Bəs  nəyə  görə  Allah  Məzməzə  və  İstinşaqı  müstəhəb  etdi  və  üzü  və  

qolları yumağı, başa və ayaqlara məsh çəkməyi vacib etdi?  



                            ahmedalhasan313.wordpress.com 

 

 



51 

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Çünki  məzməzə  və  istinşaq  daxilə 

aiddir.” 

Qeyd: Yəni dəstəmazda zahirdə olub görünə bilən bədən üzvləri yuyulur və məsh 

çəkilir,  amma  burunun  içi  və  ağızın  içi  zahirdə  olan  hesab  olunmur,  bədənin 

daxilinə aiddir. 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1133. Kafi, cild 3/bab 24, hədis: 3. Təhzib, cild 1/bab 131, hədis: 

359. Təhzib, cild 1/bab 78, hədis: 201 

Sual 20: Dəstəmazın vacib olan əməllərindən əlavə, öyrəndik ki, dəstəmaz üçün 

suya  toxunarkən  və  dəstəmaz  alıb  qurtardıqdan  sonra  müstəhəb  zikr  və  dualar 

vardır. Bəs başqa hansı müstəhəb işləri edə bilərik?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Dəstəmazdan qabaq 3 dəfə məzməzə elə 

(ağzını yaxala) və 3 dəfən də istinşaq eylə (burnuna su çək)” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1038 

Sual  21:  Bəs  “Məzməzə”  adlanan  ağız  yaxalamaq  və  “İstinşaq”  adlanan  buruna 

su çəkmək kimi müstəhəb işlərin hikməti nədir?  

Cavab:  Rəsulullah    (s.ə.v.v)  buyurur:  “Mənim  ümmətimə  dəstəmazdan  qabaq 

məzməzə  etmək (ağzı  üç dəfə  yaxalamaq) sünnət oldu (qərar verildi) ona görə  ki, 

qəlbləri  haramdan  təmiz  olsun  və  istinşaq  (burnuna  üç  dəfə  su  çəkmək)  sünnət 

oldu, ona görə ki, cəhənnəmin iyi və pis qoxusu ona haram olsun.” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1036 

Üzün yuyulma qaydası 

Sual 22: Hədislərə  əsasən dəstəmaz alarkən üz yuyulmalıdır. Bəs alındakı  saçın 

dibindən ta çənəyə qədər olan üz necə yuyulmalıdır?  

Cavab:  İmam  Muhəmməd  Baqir    (ə.s)  buyurur:  “Allah  deyən  üz  və  ya  Allahın 

yumağa əmr elədiyi üz və o üz ki, gərək heç kəs onun ölçüsünə bir şey artırmasın 

və  onun  ölçüsündən  bir  şey  əksiltməsin  və  əgər  ölçüsünə  bir  şey  artırsa  savab 

qazanmamışdır və əgər əksiltsə günahdır, bax o üzün ölçüsü budur: Uzunluğu baş 

və  orta  barmaqların  uclarının  arası  qədər  olan  məsafə  ölçüsündə  (yuxarıdan 

aşağıya doğru) başın qabaq hissəsində, alının tük göyərən yerindən, çənənin ucuna 



ahmedalhasan313.wordpress.com 

52 


qədər  olan  məsafə  ölçüsündədir.  Eninə  isə,  2  barmağın  (baş  və  orta  barmağın) 

uclarının arasındakı məsafə qədərdir. Bütün bunlar üz hesab olunur. Bundan başqa 

yerlər isə üzdən hesab olunmur.” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1048. Fəqih, cild 1/bab 28, hədis: 88 

Digər bir hədisdə isə, İmam Əli İbn Musa Ər-Riza  (ə.s) buyurur: “Uzunluğu alının 

yuxarı  hissəsində  tük  bitən  yerdən  (kəkil  yerindən),  aşağıya  doğru  üzün  axırına 

qədər  (çənənin  ucuna  qədər)  olan  məsafə,  eni  isə  həmçinin  2  (alının)  arasındakı 

məsafə qədər.” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1049. Kafi, cild 3/bab 28, hədis: 4. Təhzib, cild 1/bab 55, hədis: 

155 

Sual 23: Dəstəmaz alarkən yuyulmalı olan yer, üzün enində nə qədərdir?  

Cavab:  İmam  Muhəmməd  Baqir    (ə.s)  buyurur:  “Üzün  eni  baş  barmaqla,  orta  və 

şəhadət barmaqlarının (ucundan ta qulaq dibinə qədər olan) məsafə qədərdir.”  

- Kafi, cild 3/hədis: 1/bab 27. Təhzib, cild 1/hədis: 54, bab 154 

Sual 24: Hədislərə  əsasən  əlimizi  üzümüzə  qoyduqda  baş barmağın ucundan  ta 

orta  barmağın  ucuna  qədər  üz  sayılır  və  dəstəmazda  yuyulmalıdır.  Bəs  orta  və 

baş  barmağın  ucu  ilə  qulaq  dibinə  qədərki  məsafə,  başqa  deyişlə  ərəblərin 

“Sudğun” dedikləri gözün qırağı ilə qulaq dibi arası məsafənin dəstəmaz alınan 

zaman yuyulması düzgündürmü?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr.” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1048. Fəqih, cild 1/bab 28, hədis: 88 

Qolların yuyulma qaydası 

Sual 25: Dəstəmazda qolları yuyarkən onları hardan hara qədər və necə yuyaq?  

Cavab:  Müraciət  yerimiz  Hədis  Ravilərindən  olan  Hişam  (r.ə)  nəql  edir  ki,  İmam 

Cəfəri Sadiq  (ə.s) bunu necə etməyin qaydasını əyani surətdə göstərmişdir.  

Hişam  deyir:  “İmam  Cəfəri  Sadiq    (ə.s)  qolunu  göstərərək  ovcunu  dirsəkdən  bar-

maqlarının ucuna qədər (yuyaraq əlini) gəzdirdi.” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1053. Kafi, cild 3/bab 70, hədis: 6. Təhzib, cild 1,bab 53, hədis: 

153. Fəqih, cild 1/bab 26, hədis: 84 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə