Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə21/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   17   18   19   20   21   22   23   24   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



53 

Sual 26: Hədislərə əsasən bildik ki, dəstəmaz üzvləri olan üz və qollar yuyulmalı 

və  baş  ilə  ayaqlar  izah  edilən  çərçivədə  məsh  edilməlidir.  Bəs  üz  ilə  qolları 

yuyarkən, onları yumaq üçün neçə ovuc sudan istifadə edilməlidir?  

Cavab: Hədislərə əsasən üzümüzü və qollarımızı yuyarkən, hərəsinə 1 ovuc su tökə 

bilərik. 2 və ya 3 dəfə su tökmək dəstəmazı batil edər. Və 2-3 dəfə su tökmək, dinə 

yenilik  gətirmə  cəhdi,  xurafat  və  bidətdir!  Bu  barədə  çoxlu  sayda  rəvayətlər 

mövcuddur ki, onlardan bəzilərinə nəzər salaq: 

İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “And olsun Allaha ki, Allah Rəsulunun  (s.ə.v.v) 

dəs-təmazı,  üzə  və  iki  qolun  hərəsinə  1  dəfə  (bir  ovuc)  su  tökərək  alınan 

dəstəmazdan başqa bir dəstəmaz deyildir.” 



-  Vəsailuş-Şiə,  cild  1/hədis:  1150.  İstibsar,  cild  1/bab  70,  hədis:  212.  Fəqih,  cild  1/bab  25, 

hədis: 76 

Digər hədisdə deyilir: 

İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Peyğəmbər    (s.ə.v.v)  üzünə  və  iki  qolunun 

hərəsinə  1  dəfə  (bir  ovuc)  su  tökərək  dəstəmaz  alardı.  Bu  cür  alınan  dəstəmaz 

düzgün dəstəmazdır. Uca Allah ondan başqa dəstəmazla namazı qəbul etməz.”  

- Vəsailuş-Şiə, cild 1/hədis: 1151. Fəqih, cild 1/bab 25, hədis: 77 

Digər bir hədisdə isə deyilir: 

İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “İmam  Əlinin    (ə.s)  dəstəmazı  üzə  və  2  qolun 

hərəsinə  1  dəfə  (bir  ovuc)  su  tökərək  alınan  dəstəmazdan  başqa  bir  dəstəmaz 

deyildir.”  

-  Vəsailuş-Şiə, cild 1/hədis: 1147. Təhzib, cild 1/bab  80, hədis: 207. İstibsar, cild 1/bab 70, 

hədis: 212. Kafi, cild 3/bab 27, hədis: 9 

Sual  27:  Üz  və  qolları  2  dəfə  yuyan  və  həmçinin  dəstəmaz  içində  hədislərdə 

olmayan  işlərə  əncam  verənlərin,  o  cümlədən  məsh  yerinə  ayaq  yuyanların 

hökmü nədir?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Kim  dəstəmazda  qoyulan  həddi  aşsa, 

onun dəstəmazı naqisdir! ” 

Qeyd:  Yəni  dəstəmazı  düzgün  deyildir  və  o  cür  dəstəmazla  qıldığı  namazlarıda 

batildir. 




ahmedalhasan313.wordpress.com 

54 


- Vəsailuş-Şiə, cild 1/hədis: 1153-1164. Fəqih, cild 1/bab 25, hədis: 79 

Başa və ayağa məsh çəkməyin hökmləri 

Sual 28: Başa haradan məsh çəkirlər?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Qabaq  hissəsindən  (başın  tük  çıxan 

yerindən ta alına qədərki tük dibinə qədər olan yerə qədər) məsh çəkin.” 

- Vəsailuş-Şiə, hədis: 1067. Təhzib, cild 1/bab 91, hədis: 241. Kafi, cild 3/bab 29, hədis: 2 

Sual  29:  Əgər  bir  adamın  başında  əmmamə    papaq  varsa,  başına  necə  məsh 

çəksin?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Əmmaməni  (  papağı)  barmaq  girən 

qədər qaldırsın, sonra da başının qabaq hissəsinə məsh çəksin.” 

-  Vəsailuş-Şiə, hədis: 1068. Təhzib, cild 1/bab  90, hədis: 238. İstibsar, cild 1/bab  60, hədis: 

178 

Sual  30:  Bir  adamın  ayağında  xuffeyn  (ayaq  geyimidir,  coraba  oxşayır  və  onun 

kimi  geyilir, dəridəndir, qışda  geyinilir) varsa və  cırılıb  üstü  açılıbsa   ayağında 

üstü açıq şəpi olan vyetnamka varsa, ayağındakını çıxarmadan açıq yerin üstünə 

məsh yeri yaş olacaqsa məsh çəkə bilərmi?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Bəli.”  



-  Vəsailuş-Şiə,  hədis:  1074.  Fəqih,  cild  1/bab  30,  hədis  98.  Kafi,  cild  3/bab  31,  hədis:  10. 

Təhzib, cild 1/bab 65, hədis: 185 

Sual  31:  Qadın  elə  bir  yerdə  olsa  ki,  başına  məsh  çəkmək  üçün  hicabını  aça 

bilməsə, nə etsin?  

Cavab:  İmam  Muhəmməd  Baqir    (ə.s)  buyurur:  “Qadına  kifayətdir  ki,  dəstəmaz 

alanda başına məsh çəkərkən 3 barmaq eni ölçüsündə başının qabaq hissəsinə məsh 

çəksin və bu zaman hicablarını başlarından açmasınlar.”  



- Vəsailuş-Şiə, hədis: 1084. Təhzib, cild 1/bab 77, hədis: 195. Kafi, cild 3/bab 30, hədis: 5 

Sual  32:  Başımıza  və  ayaqlarımıza  məsh  çəkmək  üçün  neçə  barmaqdan  istifadə 

etməliyik?  


                            ahmedalhasan313.wordpress.com 

 

 



55 

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Başa məsh çəkmək zamanı 3 barmaq eni 

qədər məsh çəkmək kifayətdir və qədəmlərin üzərinə çəkilən məsh də, həmçinin bu 

cürdür.” 



- Vəsailuş-Şiə, hədis: 1088. Kafi, cild 1/bab 29, hədis: 1 

Sual 33: Bəs istəsəm 2 barmaqdan istifadə edərək məsh çəkə bilərəmmi?  

Cavab: İmam Əli İbn Musa Ər-Riza  (ə.s) buyurur: “Xeyr.” 



- Vəsailuş-Şiə, hədis: 1085. Təhzib, cild 1/bab 91, hədis: 243. Təhzib, cild 1/bab 4, hədis: 179. 

Kafi, cild 3/bab 30, hədis: 6. İstibsar, cild 1/bab 62, hədis: 184 

Sual 34: Ayaqlarıma məsh çəkərkən hansı ayağımdan başlayım?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Sağ ayaqdan başla.” 



- Vəsailuş-Şiə, hədis: 1088. Kafi, cild 3/bab 29, hədis: 3 

Sual  35:  Sünni  məzhəbli  şəxslər  məsh  çəkməli  olduqları  halda  ayaqlarını 

yuyurlar. İmamlar  (ə.s) bu barədə nə deyir?  

Cavab: Hədis Ravisi Muhəmməd İbn Mərvan deyir ki, İmam Cəfəri Sadiq  (ə.s) ilə 

bir yerdə oturmuşduq və İmam  (ə.s) buyurdu: “Elə olur ki, bir nəfər 60-70 yaşına 

çatıb,  amma  Uca  Allah  ondan  heç  bir  namazı  qəbul  etməyibdir.”  Dedim:  Bu  necə 

olur?  İmam    (ə.s)  buyurdu:  “Çünki  dəstəmazda  Allah  məsh  etməyə  əmr  etdiyi 

yerləri həmin şəxs yuyur! ”  



- Vəsailuş-Şiə, hədis: 1089. Kafi, cild 3/bab 31, hədis: 9 

Sual  36:  Baş  və  ayağıma  məsh  çəkərkən  məsh  yerində  əlimi  irəli-geri  hərəkət 

etdirsəm dəstəmazım pozularmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Heç bir qorxusu yoxdur.” 



-  Vəsailuş-Şiə, cild 1/hədis: 1054. Təhzib, cild 1/bab  58, hədis: 161. İstibsar, cild 1/bab 57, 

hədis: 169 

Sual  37:  Əgər  dəstəmaz  alanda  başıma  məsh  çəkməyi  unutsam  və  dəstəmaz 

alandan sonra yadıma düşsə, nə edim?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Əgər  saqqalında  yaş  qalıbsa,  onunla 

əlini yaş edib başına məsh çək.” 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə