Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə23/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   19   20   21   22   23   24   25   26   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



59 

Peyğəmbər    (s.ə.v.v)  buyurur:  “Qiyamət  günü  insanların  ən  çox  həsrət  çəkəni 

(təəssüf  edib  peşman  olanı)  o  kəsdir  ki,  öz  dəstəmazını  başqasının  dərisində 

görəcəkdir.”  



Qeyd:  Yəni,  xuffeynə  məsh  çəkməyə  işarədir,  çünki  xuffeynin  dərisi  insanın  öz 

dərisi deyil, heyvan dərisidir. 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1220 

Sual  45:  Xuffeynin  və  ya  corabın  üstü  açıq  olsa,  onun  üzərindən  məsh  çəkmək 

olarmı?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Peyğəmbər    (s.ə.v.v)  üçün  həbəşistan 

(Efiopiya)  kralının  (Nəcaşinin)  ona  hədiyyə  etdiyi  xuffeyndən  başqa  bir  xuffeyn 

tanınmamış-dır və onun üst tərəfi yarıq (aralı) olmuşdur buna görə də Peyğəmbər  

(s.ə.v.v)  ayağında  həmin  xuffeyn  ola-ola  ayaq  pəncələrinin  üzərinə  məsh 

çəkmişdir.Bəs ona görə də camaat səhvən deyir ki: Həqiqətən Peyğəmbər  (s.ə.v.v) 

xuffeynin üzərinə məsh çəkmiş-dir və bu cür söylənilən hədis düzgün deyildir.”  

- Vəsailuş-Şiə, cild 1/hədis: 1221 

Bir dəstəmazla növbəti vaxtın namazını qılmaq 

Sual  46:  Sübh  namazının  dəstəmazı  ilə  günorta  namazını,  günorta  namazının 

dəstəmazı ilədə axşam namazını qıla bilərəmmi?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Əgər  hədəs  (qüslü,  dəstəmazı  pozan 

şeylər) olmamışdırsa, qıla bilər.”  

- Vəsailuş-Şiə, cild 1/hədis: 989. Kafi, cild 3/bab 63, hədis: 4 

Dəstəmaz suyu ilə davranmanın hökmü 

Sual 47: Dəstəmaz alarkən su ilə necə davranaq?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Peyğəmbər    (s.ə.v.v)  deyərdi  ki: 

Dəstəmaz  alarkən  suyu  üzünüzə  (möhkəm)  çırpmayın  və  lakin  (ovucunuzdakı 

suyu üzünüzə) axıtmaqla (ehmallıca tökməklə) dəstəmaz alın.” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1139. Təhzib, cild 1/bab 357, hədis: 1072. İstibsar, cild 1/bab 69, 

hədis: 208 


ahmedalhasan313.wordpress.com 

60 


Yağış suyu ilə alınan dəstəmazın hökmü 

Sual  48:  Bir  nəfər  dəstəmazlı  halda  olmasa  və  yağışa  düşsə  və  yağış  suyu  onun 

başını,  saqqalını,  üzünü,  bədənini,  qollarını,  qədəmlərini  islatmışdırsa,  bu  cür 

islanması  onun  dəstəmazlı  olmasına  kifayət  edərmi  və  əlavə  olaraq  gedib 

dəstəmaz almasa olarmı?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Əgər  yağış  onu  tam  islatsa,  bu  ona 

kifayətdir.”  

Qeyd:  Bir  şərtlə  ki,  bu  tamamilə  islanan  adam,  yağışın  altında  olanda,  gərək 

islanarkən dəstəmaza niyyət edə!  

- Vəsailuş-Şiə, cild 1/hədis: 1201. İstibsar, cild 1/bab 75, hədis: 231. Təhzib, cild 1/bab 359, 

hədis: 1082 

Yara, gips və sarğılı üzvlər olduğu zaman 

dəstəmazın qaydası 

Sual  49:  Əgər  bir  şəxs  namaz  üçün  dəstəmaz  almalıdırsa,  amma  bədəni 

sarğılıdırsa  və  ya  dəstəmaz  üzvlərindən  hansısa  yeri  gipsdədirsə  və  ya  açıq 

yarası varsa, nə etsin?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Gərək  bədəninin  su  yetişən  yerlərini 

yusun. O yerləri ki, görünəndir açıqdır və o yerləri ki, onun üzərində sarğı taxtası 

(və ya gips) yoxdur. Ondan başqa yerləri saxlasın (yəni yumaya bilər), o yerlər ki, 

imkan  yoxdur  onu  yumağa  və  sınıq  taxtasını  sınığın  üzərindən  götürməsin  və 

yarasına  əl  vurmasın  (ona  toxunmaqla  yaranı  dərinləşdirib  özünü  əziyyətə 

salmasın, imkan olan yerləri yusun, olmayanları isə saxlasın)” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1227 

Sual  50:  Əgər  dirsəyimdə  bir  yara  olsa və  ya  dəstəmaz  üzvlərimdə  bunun  kimi 

bir  yara  olsa  və  məndə  bir  şeylə  onu  sarıyıb  bağlasam,  dəstəmaz  alanda  məsh 

çəkən zaman nə edim?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Əgər  su  sənə  əziyyət  etməzsə  sarğını 

açıb yaranı gərək yuyasan ( məsh yeridirsə məsh çəkəsən)” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1228 



                            ahmedalhasan313.wordpress.com 

 

 



61 

Sual 51: Bəs  əgər qolum sınıbsa  və  onun gipsini  açmaq mənə  əziyyət verəcəksə 

və  ya  ayağım  sınıbsa  və  gipsdə  olduğu  üçün  onu  açıb  məsh  çəkmək  təhlükəli 

olarsa  və  ya  yaralı  olduğum  üçün  o  hissələrdə  dəri  ilə  dəstəmaz  suyuna  maneə 

yaradacaq bir dərman və ya müalicəvi krem varsa, nə edim?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Əgər  yarasına  görə  qorxursa  onda 

dəstəmaz alarkən sınığa bağlanmış taxta parçalarının (sarığın) üzərinə məsh çəksin 

və namazını qılsın.” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1234 

Digər bir hədisdə isə deyilir;  

İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Ona  kifayət  edər  ki,  dərman  örtüyünün 

(qatının) üzərinə məsh çəksin.” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1235 

Əl və barmaq üzvlərində zinət əşyaları olan zaman 

dəstəmazın hökmü 

Sual  52:  Əgər  bir  qadının  hər  hansısa  bir  biləyində  bilərzik  (braslet)  olarsa  və 

(dəstəmaz alanda) suyun o bilərziyin altına gedib-getmədiyini bilməsə, bu qadın 

dəstəmaz və qüsl alanda nə cür etsin?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Bilərziyi hərəkət elətdirsin (sağa-sola və 

ya irəli geri) ki, su onun altına daxil olsun və yaxud da ki, bilərziyi çıxartsın.” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1240 

Sual 53: Barmağında üzük olan şəxs qüsl və ya dəstəmaz alan zaman nə etsin?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Onu (üzüyü) yerindən hərəkət elətdirsin 

və dəstəmaz alan zaman onu fırlatsın (sağa və ya sola) və əgər bu iş yadından çıxsa 

və namaza dursa, onda məsləhət deyil ki, namazını təzədən qılsın.” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1240 


Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə