Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə31/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   27   28   29   30   31   32   33   34   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



83 

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Kim  (cənabət  qüslü  alarkən)  bilə-bilə 

(bilərəkdən)  bədəninin  bircə  tükünü  də  olsa  yumasa  (bədənindəki)  həmin  yer 

cəhənnəmdə yanacaqdır.”  



- Vəsailuş-Şiə, 2/173. Təhzib, cild 1 373/135. Əmali Səduq 11/381. İqabul Əmal, 1/272 

 

Vacib Qüsllər 

Sual 4: Hansı qüsllər vacibdir?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Cənabət  qüslü  vacibdir,  Heyz  (aybaşı, 

mensturasiya)  qüslü  (qan  kəsildikdən)  və  pak  olduqdan  sonra  vacibdir,  İstihazə 

(yəni  qan  3  gün  dalbadal  axıb  sonra  ara  versə,  buna  heyz  yox,  istihazə  qanı 

deyirlər)  qüslü  də  vacibdir,  (bu  o  vaxt  vacibdir  ki)  istihazə  qanı  qadının  cinsi 

alətinə  (içinə)  qoyulmuş  pambığı  doldurmuş  olsun  və  qan  pambığın  o  biri  üzünə 

keçmiş  olsun  və  bu  zaman  ona  bütün  iki  namazlardan  (yəni  birləşdirilib  qılınan 

zöhr-əsr  və  şam-işa)  və  sübh  namazından  əvvəl  qüsl  etmək  vacibdir  və  əgər 

istihazə  qanı  pambığın  o  biri  üzünə  keçməsə  bu  zaman  həmin  qadına  bütün  gün 

üçün (yəni 1 gün də) 1 qüsl alması vacibdir və hər namaz üçün də əlavə dəstəmaz 

da alması vacibdir və  nifas  (doğuşdan sonra qan gəlməsindən qurtarandan sonra) 

qüslü də  vacibdir. Və  meyit  qüslü  də  (yəni ölmüş, öldürülmüş  insanı qüsl etmək) 

də vacibdir.” 

Qeyd:  Şeyx  Səduqun  “Əl-Fiqh”  kitabındakı  hədisdə  “Məssi-meyit  (yəni  meyitin 

bədəni soyuyandan sonra onun bədəninə əl vurmuş insan üçün) qüslü də vacibdir” 

sözləri də vardır. 



- Vəsailuş-Şiə, cild 2/səhifə 173-174. Kafi, cild 3, 2/40. Fəqih, cild 1/176-45. Təhzib, cild 1/ 

270/104. İstibsar, cild 1/315/97 

 

Sual 5: Qüsl neçə yerdə alınır və diri adam üçün hansıları vacibdir?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Qüsl 17 yerdə alınır, onların 3-ü fərzdir 

(vacibdir). Fərz olanlar Cənabət Qüslü (hədislərə əsasən heyz qüslü də içində gedir, 

çünki  Cənabət  və  Heyz  qüslü  cinsiyyət  və  şəhvət  məsələləri  daxilindədir),  Meyiti 

yuyan adamın aldığı (Məssi) Meyit qüslü və İhram qüslü (ki Məkkədə alınır)” 



ahmedalhasan313.wordpress.com 

84 


- Vəsailuş-Şiə, cild 2/Hədis 1855. Təhzib, cild 1/ 271-105. İstibsar, cild 1/316-98 

Cənabət və heyz qüslləri arasında fərq 

Sual 6: Cənabət qüslü ilə Heyz qüslünün alınmasının arasında bir fərq varmı?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Cənabət  və  Heyz  qüslü  birdir  (yəni 

alınması birdir və 2-si də fərzdir)” 

-  Vəsailuş-Şiə,  cild  2/səhifə  175,  hədis  1857,1858.  Təhzib,  cild  1/274-275/106,  464/162. 

İstibsar, cild 1/318-98 

Sual  7:  Cünub  olan  şəxsə  Cənabət  qüslü  vacib  olduğu  kimi,  eyni  təkid  və 

vaciblikdə olmaq şərtilə, aybaşı (mensturasiya) olan qadına da Heyz qüslü vacib 

olurmu?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurdu: “Bəli.” 



- Vəsailuş-Şiə, cild 2/səhifə 175, hədis 1857,1858. Təhzib, cild 1/274-275/106, 464/162. 

Cənabət qüslünun meyit qüslündan daha vacib 

olması 

Sual  8:  Əgər  bir  dəstə  adam  səfərdə  olsa  və  onlardan  biri  yolda  ölsə  və  onların 

arasında da cənabət halında olan bir nəfər varsa və bu bir dəstə adamın suları o 

qədər  az  olsa  ki,  ikisinin  də  qüslüna  çatmasa  nə  etsinlər?  İndi  bu  bir  dəfə 

yuyunmağa  çatacaq  suyu,  dəstədə  ölən  adam  üçün  meyyid  qüslü  verməyə 

istifadə  etsinlər  yoxsa  dəstə  içində  cənabətli  gəzən  diri  adama  cənabət  qüslü 

alması üçün versinlər?  

Cavab:  İmam  Əli  İbn  Musa  ər-Riza    (ə.s)  buyurur:  “Həmin  o  az  suyu  boynunda 

cənabət  qüslü  olan adama versinlər. Çünki cənabət  qüslü  fərzdir (vacibdir) amma 

meyyid qüslü sünnətdir.” 

Qeyd:  Sünnət  dedikdə  məqsəd  odur  ki,  Meyit  qüslünun  vacib  olması  hökmü 

sünnədən (hədislərdən) bilinir və vacibliyinin dəlilləri tam aşikar deyil. Amma fərz 

əməlin hökmü birbaşa Qurandan bilinir 

- Vəsailuş-Şiə, cild 2/səhifə 176, hədis: 1861. Təhzib, cild 1/287-110 



                            ahmedalhasan313.wordpress.com 

 

 



85 

İslamiyyətdən əvvəlki dövrlərdə qüsl 

Sual 9: Təmizlik və paklıq və sair kimi məsələlərdə Məcusilər (Atəşpərəstlər) pis 

olub ya İslamdan əvvəlki Cahiliyyə dövründəki ərəblər?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurdu: “Ərəblər cahiliyyət dövründə Hənif olan 

dinə  (Allahı  tək  bilən,  Tovhid  dininə)  məcusilərdən  daha  yaxın  idilər.  Bu  ona 

görədir ki, Məcusilər bütün Peyğəmbərlərə  (ə.s) kafir idilər (inkar edirdilər)” ... (və 

ta  ki  İmam    (ə.s)  dedi)  “Məcusilər  Cənabət  qüslü  almırdırlar,  amma  Ərəblər 

yuyunurdular (qüsl alırdılar) və qüsl etmək Hənifiyyə şəriətlərinin (yəni bütün tək 

Allahı  təbliğ  edən  Peyğəmbərlərin    (ə.s)  şəriətlərinin)  əsas  hökmlərindəndir  və 

məcusilər  xütnə  etdirmirdilər  (kişilər  sünnət  olunmurdular),  amma  ərəblər  xütnə 

elətdirirdilər  və  bu  da  Peyğəmbərlərin    (ə.s)  sünnəsindəndir  və  bu  işi  birinci  dəfə 

əmələ gətirən İbrahim Peyğəmbər  (ə.s) idi və məcusilər öz ölülərini yumurdular və 

kəfənləmirdilər,  amma  ərəb  bu  işləri  görürdü  (edirdi)  və  məcusilər  ölülərini 

səhralara atır və ya xristianların məqbərələrinə aparırdı (bu məqbərələrə “Nəvavis” 

deyilirdi) Amma,ərəb ölülərini qəbirlərdə basdırırdı və qəbirdə ləhəd olurdu (yəni 

meyitin  üzərinə  birbaşa  torpaq  tökmürdülər,  meyit  qəbirdə  boşluqda  qalırdı, 

ləhədin  üzərinə  isə  ağac  parçaları  və  ya  daş,  kərpic,  hal-hazırda  isə  beton  pilitə 

qoyurlar) və Peyğəmbərlərin  (ə.s) sünnəsi bu cürdür və ilk dəfə qəbri qazılan şəxs 

bəşəriyyətin  atası  Adəm    (ə.s)  olmuşdur  və  onun  da  qəbrində  ləhəd  olub  və 

məcusilər anaları, qızları, bacıları ilə nigah edirdilər, amma ərəblərdə bu haram idi 

və  məcusilər  Allahın  hərəmi  olan  Kəbəni  inkar  edirdilər  və  ona Şeytanın  (l.ə.)  evi 

deyirdilər,  amma  ərəb  onu  həcc  edirdi  (ziyarət  edirdilər)  və  təzim  (hörmət) 

edirdilər və deyirdilər: bu Rəbbimizin evidir və ərəb bütün şeylərə (səbəblərə) görə 

hənif olan dinə (islam dininə) məcusilərdən daha yaxın olmuşdur.” 



- Vəsailuş-Şiə,cild 2 Hədis 1865.İhticac,səhifə346 

Cənabət qüslü almağın səbəbi 

Sual  10:  Cənabət  qüslü  almağın  səbəbi  nədir?  Axı  insan  öz  halalı  (yoldaşı)  ilə 

əlaqədə olmuşdursa, halala görə murdar (napak) olmaq olarmı?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Həqiqətən  cənabət  halı  heyz  halının 

dərəcəsindədir.  Və  bu  ona  görədir  ki,  nütfə  (sperma)  bir  qandır  ki,  hələ 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə