Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə34/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   30   31   32   33   34   35   36   37   ...   180

ahmedalhasan313.wordpress.com 

92 


Bir qüslün digər qüslləri əvəz etməsi 

Sual 27: Həcc ziyarətində olduğum zaman, boynuma Cənabət qüslü gəlsə həmin 

günü həm Cümə günü, həm Ərəfə günü olsa, həm də Həcc ziyarətində olduğum 

üçün qüsl almalı olsam, bu qüsllərdən hansını alım? Vacib qüslü niyyət edib bir 

dəfə qüsl almaq hamısına kifayət edərmi?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Fəcr  tulu  edəndən  (səhər  alatoranlıq 

başlayandan) sonra qüsl alsan, bu sənə cənabət olan vaxt, cümə günü, ərəfə günü, 

nəhr  edəndə  (dəvə  qurban  kəsəndə),  həcc  və  ümrədə  həlq  edəndə  (saçını 

qırxdırandan sonra) və qoyun (və ya inək) kəsəndə və ziyarət edən zaman alacağın 

qüsllər üçün kifayt edər. Ona görə  də, elə  ki,  bir neçə  qüsl bir yerə  cəmləşsə, sənə 

bir qüsl almaq kifayətdir. Qadınların hökmü də bu cürdür. Yəni bir dəfə qüsl almaq 

heyzinə  də,  ihramına  da,  cüməsinə  də,  bayramına  da  kifayət  edər  (yəni  hamısına 

niyyət edib bir qüsl ala bilər) 

- Vəsailuş-Şiə, cild 3,/hədis: 3813 

Bövldən sonra əmələ gələn nəmin və məninin 

hökmləri 

Sual 28: Cinsi əlaqədə olduqdan sonra kişi sidiyə çıxmadan gedib Cənabət qüslü 

alsa və qüsldən sonra o adamın cinsi orqanından nəmlik gəlsə, qüsl batil olarmı?  

Cavab:  İmam  Muhəmməd  Baqir    (ə.s)  buyurur:  “Bövl  etmədən  (sidiyə  çıxmadan) 

cənabət  qüslü  alan  kişinin  cinsi  orqanından  yaş  gələrsə,  bu  yaş  onun  qüslünu 

pozar. Əgər bövl edib cənabət qüslü alsa (sidiyə çıxandan sonra qüsl alsa), sonra da 

cinsi  orqanından  yaş  gəlsə  qüslü  pozulmaz,  lakin  ona  dəstəmaz  vacib  olar,  çünki 

sidiyə görə heç bir şeyə icazə verilməmişdir (yəni sidik çıxan yerdən sidik çıxmışsa 

dəstəmaz almadan ibadət etməyə icazə verilmir)” 

(Qeyd:  Cənabət  qüslündan  əvvəl  bövl  etmisənsə,  istibra  edib  istinca  da  etməlisən 

(cinsi  orqanı  təmizləməli  və  bu  kitabda  göstərilən  şəkildə  cinsi  orqanın  yolunu 

təmizləməlisən),  sonra  da  qüsl  almalısan.  Əgər  istibra  etməyib  qüsl  almamısansa 

sonra  da  səndən  yaş  gəlsə,  mütləq  dəstəmaz  almalısan,  çünki  bu  yaş  artıq  sidik 

kanalında qalan sidik damcısıdır.) 



- Vəsailuş-Şiə, cild 1/h. 748. Təhzib, cild 1/bab 144, h. 407. İstibsar, cild 1/bab 119, h. 402 


                            ahmedalhasan313.wordpress.com 

 

 



93 

Sarğı, gips və açıq yara zamanı qüsl almağın qaydası 

Sual  29:  Əgər  bir  şəxsin  boynuna  Cənabət  qüslü  düşübsə  və  ya  Cümə  qüslü 

almaq  istəyirsə,  amma  bədəni  sarğılıdırsa  və  ya  hər  hansısa  yeri  sınıbsa  və 

gipsdədirsə və ya açıq yarası varsa, nə etsin?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Gərək  bədəninin  qüsl  yetişən  (su 

yetişən, çatan) yerlərini yusun. O yerləri ki, görünən və açıqdır və o yerləri ki, onun 

üzərində  sarğı  taxtası  (  gips)  yoxdur.  Ondan  başqa  yerləri  saxlasın  (yəni  yumaya 

bilər),  o  yerlər  ki,  imkan  yoxdur  onu  yumağa  və  sınıq  taxtasını  sınığın  üzərindən 

götürməsin  və  yarasına  əl  vurmasın  (və  ya  ona  toxunmaqla  yaranı  dərinləşdirib 

özünü əziyyətə salmasın, imkan olan yerləri yusun, olmayanları isə saxlasın)” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1227 

Sual 30: Əgər bədənimdə ağrıdıcı bir kəsik olsa, qüsl zamanı nə edim?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “O kəsiyin ətrafını yu.” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1228 

Qüsl zamanı zinət əşyalarının hökmü 

Sual  31:  Əgər  bir  qadının  hər  hansısa  bir  biləyində  bilərzik  (braslet)  olarsa  və 

(qüsl  alanda)  bilməsə  ki, su o bilərziyin altına  getdi ya yox. Bu  qadın dəstəmaz 

və qüsl alanda nə cür etsin?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Bilərziyi hərəkət elətdirsin (sağa-sola və 

ya irəli-geri) ki, su onun altına daxil olsun və yaxud da ki, bilərziyi çıxartsın.” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1240 

Sual 32: Barmağında üzük olan şəxs qüsl alan zaman nə etsin?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Onu  (üzüyü,  qüsl  alanda)  yerindən 

hərəkət elətdirsin və dəstəmaz alanda da onu fırlatsın (sağa və ya sola) və əgər bu 

iş  yadından  çıxsa  və  namaza  dursa,  onda  məsləhət  deyil  ki,  namazını  təzədən 

qılsın.” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1240 



ahmedalhasan313.wordpress.com 

94 


Ağır xəstəliklər zamanı qüsl almağın hökmü 

Sual 33: Ağır xəstəlik zamanı qüsl üçün köməklik almaq olarmı?  

Cavab:  Hədis  Ravisi  Abdullah  İbn  Abdullah  İbn  Süleyman  deyir:  “İmam  Cəfəri 

Sadiq  (ə.s) çox möhkəm ağrıyırdı və həm də boynuna cənabət qüslü düşmüşdü və 

soyuq  bir  yerdə  idi.  İmam    (ə.s)  belə  buyurdu:  “Qulamları  (orta  yaşlı  xidmətçi 

kişiləri) çağırdım və  onlara dedim: Məni  götürün və  mənə  qüsl verin, sonra onlar 

məni  götürdülər  və  taxta  parçasının  üzərinə  qoydular,  sonra  mənim  üzərimə  su 

töküb mənə qüsl verdilər.” 

(Qeyd: İmamın  (ə.s) xəstələnməsi, İmamın  (ə.s) qüsl üçün köməyə möhtac qalması 

və  ya  İmamın    (ə.s)  boynuna  Cənabət  qüslü  gəlməsindən  məqsəd,  İmamın    (ə.s) 

hikmət  üzrə  bu  halətə  düşməsi  və  İmamın    (ə.s)  adi  insanlara  bunun  necə 

edilməsini  başa  salması  üçündür.  Yoxsa,  həqiqi  mənada  hikmətsiz  yerə  İmamda  

(ə.s) bu halların baş verməsi mümkün deyildir. Və İmam  (ə.s) bu kimi məxluqata 

aid sifətlərdən munəzzəhdir.) 

- Təhzibul-Əhkam, cild 1/575-198. İstibsar, cild 1/563-162. Vəsailuş-Şiə, cild 1/səhifə 478, 

hədis: 1270 

Qüsl və dəstəmaz üçün suyun miqdarı 

Sual 34: Qüsl və dəstəmaz üçün nə qədər su kifayətdir?  

Cavab: İmam Muhəmməd Baqir  (ə.s) buyurur: “Peyğəmbər  (s.ə.v.v) belə buyurub: 

Dəstəmaz  1  müdd  (750  qram)  su  ilə  alınar,  qüsl  isə  1  sa  (3  litr)  su  ilə  alınar  və 

tezliklə  məndən  sonra  qövmlər  gələcəklər  ki,  bu  miqdarı  az  hesab  edəcəklər.  Bəs 

onlar  mənim  sünnəmin  əksinə  olarlar.  Mənim  sünnəmdə  sabit  olanlar  (möhkəm 

qalanlar) isə cənnətdə mənimlə birlikdə olarlar.” 



- Mən Lə Yəhzuruhul-Fəqih, cild 1/70-23. Vəsailuş-Şiə, cild 1/hədis: 1280 

Cümə qüslü haqqında hökmlər 

Sual 35: Cümə qüslü vacibdir ya müstəhəb?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Cümə  qüslü  səfərdə  də,  vətəndə  də 

vacibdir. Lakin qadınlara səfərdə rüxsət (icazə) verilir ki, suyun azlığı olsa almaya 

bilərlər.” 




Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə