Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə28/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   24   25   26   27   28   29   30   31   ...   180

ahmedalhasan313.wordpress.com 

74 


(Vəsailuş-Şiə, hədis: 667. Kafi, cild 3/bab 37,hədis: 14. Təhzib, cild 1/bab 9,hədis: 14) 

Sual 93: Bəs əgər bir nəfərin xəstəliyi olsa (yuxusuzluqdan əziyyət çəkirsə) və çox 

vaxt oturub yastığa söykənmiş halda ikən mürgüləyirsə və əlavə olaraq bu xəstə 

adamın hər namazı üçün gedib dəstəmaz alması ona əziyyət olarsa, onda necə?  

Cavab:  İmam  Əli  İbn  Musa  Ər-Riza    (ə.s)  buyurur:  “Elə  ki,  o  adam  səsini  eşidə 

bilmədisə  (yuxuya  gedərsə),  ona  dəstəmaz  vacib  olar.  Həmin  şəxs,  gərək  Zöhr 

namazını  bir  az  gecikdirib  əsr  namazı  ilə  birlikdə  qılsın  (ikisini  də  bir  yerə  cəm 

eləsin) və həmçinin Məğrib (şam) və İşa (xiftən) namazları üçün də bunu eləsin.” 

(Vəsailuş-Şiə, hədis: 667. Kafi, cild 3/bab 37,hədis: 14. Təhzib, cild 1/bab 9,hədis: 14) 

Sual  94:  Dəstəmazlı  adamın  adi  halda  heç  nə  ifraz  eləmədən,  yəni  nəcis  çıxma-

dan,  birdən-birə  arxa  dəliyindən  “Həbbul-Qaraə”  deyilən  enli  bağırsaq  qurdu 

çıxarsa, bunun hökmü nədir?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “O adama dəstəmaz almaq vacib deyil.” 



(Vəsailuş-Şiə, hədis: 668. Kafi, cild 3/bab 36,hədis: 5) 

Sual 95: Bir adam mədə qazını ağzından çıxararaq gəyirsə, dəstəmazı pozular?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr.” 



(Vəsailuş-Şiə, hədis: 674. Kafi, cild 3/bab 36, hədis: 8) 

Sual 96: Bir adam qusarsa, dəstəmazı pozularmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr.”  



(Vəsailuş-Şiə, hədis: 676. Kafi, cild 3/bab 36, hədis: 9) 

Sual 97: Bəs bir adam bilə-bilə özünü qusdurarsa, dəstəmazı pozularmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr.” 



(Vəsailuş-Şiə, hədis: 681. Təhzib, cild 1/bab 13, hədis: 27. İstibsar, cild 1/bab 83, hədis: 260) 

Sual 98: Bir adam qəhqəhəli şəkildə gülərsə, dəstəmazı pozularmı?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Dəstəmazı  pozulmaz.  Lakin  namaz 

halında bunu edərsə, namazı batil olar.”  

(Vəsailuş-Şiə, hədis: 677. Kafi, cild 3/bab 364, hədis: 6. Təhzib, cild 2/bab 324, hədis: 1324) 

Sual 99: Bir adamın yarası olsa və yarasından çirk axarsa, dəstəmazı batil olarmı?  



                            ahmedalhasan313.wordpress.com 

 

 



75 

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr.” 



(Vəsailuş-Şiə, hədis: 679. Təhzib, cild 1/bab 16, hədis: 34. İstibsar, cild 1/bab 84, hədis: 266) 

Sual  100:  Dəstəmazlı  bir  kişinin  cinsiyyət  üzvündən  gah  qan,  gah  da  başqa 

şeylər axırsa, bunun hökmü nədir?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Dəri  kisə  (  başqa  bir  önləyici  şey) 

düzəldib  cinsiyyət  üzvünə  keçirsin  və  dəstəmazı  pozan  hədəs  (yəni  sidik,  nəcis 

ifrazı və yel çıxması və ya yuxuya getmək) baş verməsə, dəstəmaz pozulmaz.” 



(Vəsailuş-Şiə, hədis: 694.Təhzib, cild 1/bab 349, hədis: 1027) 

Sual 101: Bir adam namaz qılarkən onu oxla və ya güllə ilə yaralasalar, dəstəmazı 

pozularmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Dəstəmazı pozulmaz amma namazı batil 

olar.” 

(Vəsailuş-Şiə, cidl 1/hədis: 700) 

Sual  102:  Şəhvətə  görə  kişinin  cinsi  orqanı  qalxsa  və  qadının  da  cinsi  orqanı 

genişlənsə  və  ya  kişi  ilə  qadın  mazaqlaşan  zaman  kişidən  gələn  “məzi”  və 

qadından gələn “qazə” adlı yapışqan maye dəstəmazı pozarmı?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Dəstəmaz  pozulmaz  və  bu  mayenin 

paltara və ya bədənə bulaşmasına görə də nə paltar, nə də ki bədən yuyulmaz.” 

(Vəsailuş-Şiə,  cild  1/hədis:  705.  İstibsar,  cild  1/bab  93,  hədis:  10.  İstibsar,  cild  1/bab  174, 

hədis: 1. Təhzib, cild 1/bab 734, hədis 253. Təhzib, cild 1/bab 19, hədis: 47) 

Sual  103:  Kişinin  öz  zövcəsinin  cinsi  orqanına,  zövcənin  də  kişinin  cinsi 

orqanına əl vurmasına görə dəstəmaz pozularmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr.” 



(Vəsailuş-Şiə,  cild  1/hədis:  706.  İstibsar,  cild  1/bab  87,  hədis:  277.  Təhzib,  cild  1/bab  22, 

hədis: 54. Kafi, cild 3/bab 37, hədis: 12) 

Sual  104:  Bir  adamın  ayağı  topuğa  qədər  palçığa  batarsa  və  ya  sidikli  yerə 

dəyərsə, dəstəmazı pozularmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr, amma sidik toxunan yerləri yusun 

(müstəhəbdir)” 



ahmedalhasan313.wordpress.com 

76 


(Vəsailuş-Şiə, cild 1/hədis: 719. Kafi, cild 3/bab 39, hədis: 4) 

Sual 105: Bir adam dəstəmazlı halda itə əl vursa və ya kafir ilə əl verib görüşsə, 

dəstəmazı pozularmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr. Sadəcə toxunduğu əlini yusun.” 



(Vəsailuş-Şiə, cild 1/hədis: 720. Kafi, cild 6/bab 553, hədis: 12) 

Sual  106:  Həyətimdə  saxladığım  inək,  dəvə,  qoyun  kimi  mal-qaranın  sidiyinə 

əlim dəysə, dəstəmazımı təzələyimmi?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Bu işlər dəstəmazı pozmaz.”  



(Vəsailuş-Şiə, cild 1/hədis: 762. Təhzib, cild 1/bab 350, hədis: 1035. İstibsar, cild 1/bab 96, 

hədis: 312) 

Sual  107:  Bir  adamın  arxa  deşiyində  irinli  yara,  çiban  və  ya  şiş  olsa  və  həmin 

adam  oranı  yaxşıca  yuyub  pak  etsə  və  dəstəmaz  alıb  namaza  gedərkən  yaranın 

yerində nəmlik hiss olunsa və sarı su gəlsə, həmin şəxsin dəstəmazı batil olarmı?  

Cavab:  İmam  Musa  Əl-Kazım    (ə.s)  buyurur:  “Dəstəmazı  pozulmaz.  Lakin  (yaxşı 

olarki) gördüyün (hiss etdiyin) nəmliyin (sarı suyun) üstünə su tök və dəstəmazını 

da dəyişmə.” 



(Vəsailuş-Şiə, cild 1/hədis: 768. Təhzib, cild 1/bab  347, hədis: 1019. Təhzib, cild 1/bab  46, 

hədis: 131. Kafi cild 3/bab 19, hədis: 3) 

Sual  108:  Bir  şəxs  dəstəmaz  alandan  sonra  qolunda  milçək  və  ya  başqa  bir 

həşərat görsə və onu öldürsə, dəstəmazı pozularmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr.” 



(Vəsailuş-Şiə,  cild  1/hədis:  770.  Fəqih,  cild  1/bab  241,  hədis:  1070.  Kafi,  cild  3/bab  367, 

hədis: 2) 

Sual  109:  Əgər  dəstəmazda  üzü  və  ya  əlləri  yumağı,  yaxud  başa  və  ya  ayaqlara 

məsh  çəkməyi  unutsam  və  ya  bunlardan  sadəcə  biri  unutsam  və  ya  bilə-bilə 

etməsəm dəstəmazım pozulurmu?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Dəstəmazı  və  namazı  təkrar  əmələ 

gətirməlisən.” 

(Vəsailuş-Şiə, cild 1/hədis: 975. Fəqih, hədis: 266) 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə