Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə24/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   20   21   22   23   24   25   26   27   ...   180

ahmedalhasan313.wordpress.com 

62 


Dəstəmaz duaları 

Sual 54: Dəstəmazda suya əl vurarkən və dəstəmazı alıb qurtararkən zikr oxunur. 

Bəs digər proseslərdə, məsələn dəstəmazda əli və ya üzü yuyanda bir zikr oxuya 

bilərikmi? Əimmeyi-Əthar  (ə.s) bu barədə nə buyurur?  

Cavab: İmam Hüseyn  (ə.s) buyurur: “Əmirəlmöminin İmam Əli  (ə.s) günlərin bir 

günü  oğulluğu  Muhəmməd  İbn  Hənəfiyyə  ilə  oturmuşdu  və  ona  dedi:  “Ey 

Muhəmməd! Mənə bir qabda su gətir ki, dəstəmaz alacağam. Bəs Muhəmməd ona 

su  gətirdi,  sonra  su olan  qabı  çevirib  (üzü  aşağı  tutub)  (sol  əli  ilə  sağ  əlinin  və  ya 

sağ  əli  ilə  sol  əlinin  üstünə)  su  tökdü.  Sonra  dedi:  “Bismillahi  və  Billahi”  həmd 

olsun  o  Allaha  ki,  suyu  təharət  vasitəsi  yaradıb,  onu  nəcis  yaratmayıb.”  İmam 

Hüseyn  (ə.s) buyurur: “Sonra istinca elədi (necə edildiyini bildirmək naminə nəcis 

ifraz edən yerləri yudu) və dedi: İlahi, mənim fərcimi (cinsiyyət üzvümü) qoru, onu 

günahdan  uzaq  elə  və  övrətimi  (açıq  qalması  haram  olan  yerləri)  ört  və  məni 

(bədənimi, canımı) cəhənnəmə haram elə. İmam  (ə.s) dedi: sonra məzməzə edərək 

dedi:  İlahi,  səninlə  görüşəcəyim  gündə  (axirətdə)  mənə  höccətini  (dilimə  gətirə-

cəyim dəlili, sübutu) təlqin eylə  (fikrimə, düşüncəmə  sal) və  dilimi zikrinlə  (sənin 

adını çəkməklə) məşğul eylə. Sonra istinşaq elədi və dedi: İlahi, mənə cənnətin iyini 

haram eləmə və məni o kəslərdən elə ki, cənnətin sərinliyini (küləyini) və xoş ətrini 

duyum.  Sonra  üzünü  yuyaraq  dedi:  İlahi,  üzümü  ağ  eylə  o  gündə  ki,  üzlər 

qaralacaq və mənim üzümü qara eləmə o gündə ki, üzlər ağaracaq (nurani olacaq) 

Sonra  sağ  əlini  dirsəklərdən  başlayaraq  yudu  və  dedi:  İlahi,  (əməl)  kitabımı  sağ 

əlimə  ver  və  mənə  cənnətlərdə  əbədi  sakin  olmağı  asanlıqla  (rahatlıqla)  əta  eylə 

(ver) və mənim hesabımı asan elə. Sonra sol əlini yudu və dedi: İlahi, əməl kitabımı 

sol  əlimə  vermə  və  onu  (əməl  kitabı)  boynuma  bağlı  etmə  (boynumdan  asılı 

olmasın)  və  Sənə  pənah  aparıram  (sığınıram)  cəhənnəm  alovunun  şölələrindən. 

Sonra  başına  məsh  çəkib  dedi:  Mənim  üstümü  öz  rəhmətin  (çoxlu  əl  tutmağınla), 

bərəkətin (xeyri çox verməyinlə) və əfvinlə (günahlarımdan keçməyinlə) ört. Sonra 

qədəmlərinin üzərinə məsh elədi və dedi: İlahi, Sirat körpüsündə mənim qədəmlə-

rimi  möhkəm  eylə,  o  gündə  ki,  ayaqlar  o  körpüdə  büdrəyəcək  və  mənim  səyimi 

(çalışmağımı) o işlərdə (əməllərdə) qərar ver ki (yəni o əməllərin ardınca gedim ki), 

Sən  məndən  razı  qalasan.  Sonra  başını  qaldırıb  Muhəmmədə  nəzər  saldı  və  dedi: 

Ey  Muhəmməd,  kim  mənim  dəstəmazım  kimi  dəstəmaz  alıb,  mənim  işlətdi-yim 

sözləri  desə,  Uca  Allah  onun  üçün  dəstəmaz  suyunun  bütün  damcılarından 




                            ahmedalhasan313.wordpress.com 

 

 



63 

mələklər  yaradar  ki,  Uca  Allahı  təqdis  edər  (Quddusun,  Muqəddəssən  deyər), 

təsbih edər (Subhanallah deyər), təkbir deyər (Allahu Əkbər) deyər. Bəs Uca Allah 

bu savabı onun üçün qiyamət gününə qədər yazar.” 

Qeyd: Aşağıdakılar hədisdəki dəstəmazda deyilən duaların ərəbcəsidir: 

Suyu əlinə tökəndə - Bismillahi və Billah. Əlhəmdu lillahil-ləzi cəələl məə təhurən və ləm 



yəcəlhu nəcisən; 

İstinca ediləndə - Allahummə həssin fərci və əiffəhu vəstur ovrati və hərrimna ələn-nar; 

Məzməzə edəndə - Allahummə ləqqini höccəti yəumə əlqakə və ətliq lisani bizikrəkə; 

İstinşaq edəndə  - Allahummə la tuhərrim ələyyə rihəl cənnəti vəcəlni mim-mən yəşəmmu 



rihəhə və tibəhə; 

Üzünü yuyanda  - Allahummə bəyyiz vəchi yəumə təsəvvədu fiyhil vucuhu və la tusəvvid 



vəchi yəumə təbyəzzu fiyhil vucuhu; 

Sağ  əli  yuyanda  -  Allahummə  ətini  kitabi  bi-yəmiyni  vəl-xuldə  fil-cinəni  bi-yəsəri  və 



həsİbn hisabən yəsirən; 

Sol əli yuyanda - Allahummə la tutini kitabi bi-şimali və la təcəlha məğlulətən ila unuqi və 



əuzu-bikə min muqəttəətin niyran; 

Başa məsh çəkəndə - Allahummə ğəşşini rəhmətəkə və bərəkatukə və əfvikə; 

Ayaqlara məsh çəkəndə - Allahummə səbbitni ələs-sirati yəumə təzillul əqdəmu vəcəl səyi 

fi-ma yurzikə ənni.  

-  Vəsailuş-Şiə,  cild  1/hədis:  1046.  Təhzib,  cild  1/bab  53,  hədis:  153.  Fəqir,  cild  1/bab  26, 

hədis: 84 

Dəstəmaz zamanı şəkk etməyin hökmü 

Sual  55:  Əgər  dəstəmaz  alıb  qurtardıqdan  və  dəstəmazın  yaşı  qurumamışdan 

əvvəl, hansısa dəstəmaz üzvümü yuyub-yumadığıma şəkk etsəm nə edim?  

Cavab:  İmam  Muhəmməd  Baqir    (ə.s)  buyurur:  “Əgər  sən  dəstəmaz  almaq  üçün 

otursan  və  bilməyəsən  (dərk  eləməyəsən)  ki,  2  qollarını  (dirsəkdən)  yumusan  ya 

yox, onda bu vaxt qayıt o ikisinin üzərinə (yəni 2 qolları yumağın üzərinə) və həm 

də Allahın (Quranda) adını çəkdiyi və yumadığına - məsh etmədiyinə şəkk elədiyin 



ahmedalhasan313.wordpress.com 

64 


bütün şeylərin üzərinə qayıt (yəni hansı ki, şəkk eləyirsən ki, onları yumamısan və 

məsh  etməmisən  onların  üzərinə  qayıt)  və  bütün  bunların  hamısını  nə  qədər  ki, 

dəstəmaz almaqdasan o vaxt edirsən.” 

(Təhzibul-əhkam, cild 1/261-100. Kafi, cild 3/2-33. Vəsailuş-Şiə, cild 1/hədis: 1243) 

Sual  56:  Əgər  dəstəmaz  alıb  qurtardıqdan  və  dəstəmazın  yaşı  qurumamışdan 

əvvəl, başıma  ayaqlarıma məsh çəkmək məsələsində şəkk etsəm, onda nə edim?  

Cavab: İmam Muhəmməd Baqir  (ə.s) buyurur: “Onda saqqalının yaşı ilə başını və 

2  ayaqlarının  üstünü  məsh  et.  Əgər  saqqalında  yaş  (nəm)  yoxdursa,  onda 

dəstəmazı şəkk ilə sındırma (pozma) və namazı yerinə yetir.” 



(Təhzibul-əhkam, cild 1/261-100. Kafi, cild 3/2-33. Vəsailuş-Şiə, cild 1/hədis: 1243) 

Sual 57: Bəs əgər şəkk etsəm və yəqin olaraq bilsəm ki, üz və qolları yuyanda və 

ya  baş  və  ayaqlara  məsh  çəkəndə  hansısa  birini  etməyi  unutmuşamsa  və 

dəstəmazın yaşı hələ qurumayıbsa onda nə edim?  

Cavab: İmam Muhəmməd Baqir  (ə.s) buyurur: “Onda tərk etdiyin şeylərin üzərinə 

qayıt  (yəni  hansı  üzvü  yumamısan  və  ya  məsh  etməmisən  ora  qayıt  və  ordan 

başlayaraq  dəstəmazı  tamamla)  Ta  ki,  dəstəmaz  üzərinə  gələsən  (yəni  namaza 

duranda kamil dəstəmazlı olasan)” 

(Təhzibul-əhkam, cild 1/261-100. Kafi, cild 3/2-33. Vəsailuş-Şiə, cild 1/hədis: 1243) 

Sual  58:  Bəs  bütün  bu  şəkkləri  artıq  dəstəmazın  yaşı  quruduqdan  sonra  və 

namaz vaxtı etsəm, onda nə edim?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Şəkk dəstəmaz alan vaxt olur.”  

Qeyd: Yəni əgər dəstəmaz qurtarmamış şəkkə düşsən, onda şəkkinə əməl edirsən, 

dəstəmazdan  sonra  şəkkə  düşsən  şəkkinə  etina  etmirsən,  əgər  yəqin  bilsən  ki, 

dətəmazın tamamlanmayıb, onda dəstəmazı tamamlayırsan. 

(Təhzibul-əhkam, cild 1/265-101. Vəsailuş-Şiə, cild 1/hədis: 1249) 

Sual 59: Bir çox insan  dini  məsələlərdə çox şəkkə  düşür və  həddi aşır. Nəticədə 

şeytan həmin şəxsi vəsvəsəli edir. Bu cür bir şəxs dəstəmaz aldıqdan sonra misal 

olaraq;  qolunu  yuyarkən  dirsəyini  yuyub-yumadığında  şəkkə  düşsə  və  sair  bu 

kimi  şəkklərdə  olsa,  bu  vəsvəsələrindən  qurtulmaq  üçün  dəstəmazda  şəkkə 

düşdüyü zaman nə etsin?  



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə