Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə26/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   22   23   24   25   26   27   28   29   ...   180

ahmedalhasan313.wordpress.com 

68 


Cavab:  Hədis  Ravisi  Abdullah  İbn  Abdullah  İbn  Süleyman  deyir:  “İmam  Cəfəri 

Sadiq  (ə.s) çox möhkəm ağrıyırdı və həm də boynuna cənabət qüslü düşmüşdü və 

soyuq bir yerdə idi. 

İmam    (ə.s)  belə  buyurdu:  Qulamları  (orta  yaşlı  xidmətçi  kişiləri)  çağırdım  və 

onlara  dedim:  Məni  götürün  və  mənə  qüsl  verin,  sonra  onlar  məni  götürdülər  və 

taxta  parçasının  üzərinə  qoydular,  sonra  mənim  üzərimə  su  töküb  mənə  qüsl 

verdilər. 

(Qeyd: İmamın  (ə.s) xəstələnməsi, İmamın  (ə.s) qüsl üçün köməyə möhtac qalması  

İmamın    (ə.s)  boynuna  Cənabət  qüslü  gəlməsindən  məqsəd,  İmamın    (ə.s)  hikmət 

üzrə bu halətə düşməsi və İmamın  (ə.s) adi insanlara bunun necə edilməsini başa 

salması  üçündür.  Yoxsa,  həqiqi  mənada  hikmətsiz  yerə  İmamda    (ə.s)  bu  halların 

baş  verməsi  mümkün  deyildir.  Və  İmam    (ə.s)  bu  kimi  məxluqata  aid  sifətlərdən 

münəzzəhdir.) 

(Təhzibul-Əhkam,  cild  1/575-198.  İstibsar,  cild  1/563-162.  Vəsailuş-Şiə,  cild  1/səhifə  478, 

hədis: 1270) 

Dəstəmaz əzaları kəsilmiş və ya olmayanların 

hökmü 

Sual 72: Dəstəmaz  əzaları (əl-ayağı) kəsilmiş  insanların dəstəmaz almaq hökmü 

necədir?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Ondan  (dəstəmaz  əzasından)  kəsilən 

yerləri yuyar.” 

(Qeyd: Yəni əli dirsəkdən kəsilmişsə, o zaman, kəsilən yeri yuyar. Əgər dirsəkdən 

aşağı kəsilmişdirsə, o zaman dirsəkdən kəsilmiş yerə qədər yuyar. Həmçinin ayağı 

kəsilibsə  və  məsh  yerindən  bir  hissəsi  qalıbsa  o  hissəyə  məsh  çəkər,  qalmayıbsa 

məsh çəkməz.) 

(Kafi, cild 8/səhifə 29. Vəsailuş-Şiə, cild 1/hədis: 1271) 

Dəstəmaz və Qüsl üçün istifadə edilən su miqdarı 

Sual 73: Dəstəmaz və Qüsl üçün nə qədər su kifayətdir?  



                            ahmedalhasan313.wordpress.com 

 

 



69 

Cavab: İmam Muhəmməd Baqir  (ə.s) buyurur: “Peyğəmbər  (s.ə.v.v) belə buyurub: 

Dəstəmaz  1  müdd  (750  qram)  su  ilə  alınar,  qüsl  isə  1  sa  (3  litr)  su  ilə  alınar  və 

tezliklə  məndən  sonra  qövmlər  gələcəklər  ki,  bu  miqdarı  az  hesab  edəcəklər.  Bəs 

onlar  mənim  sünnəmin  əksinə  olarlar.  Mənim  sünnəmdə  sabit  olanlar  (möhkəm 

qalanlar) isə cənnətdə mənimlə birlikdə olarlar.” 



(Mən Lə Yəhzuruhul-Fəqih, cild 1/70-23. Vəsailuş-Şiə, cild 1/hədis: 1280) 

Qüsldən sonra dəstəmaz almağın hökmü 

Sual 74: Qüsl edəndən sonra qüslüm pozulmasa dəstəmaz almalıyam?  

Cavab: İmam Muhəmməd Baqir  (ə.s) buyurur: “Qüsl etmək dəstəmaza da kifayət 

edər  (yəni  qüsl  etməklə  eyni  zamanda  dəstəmaz  əzaları  da  yuyulur  və  əlavə 

dəstəmaz almağa ehtiyac yoxdur) və qüsl dəstəmazdan daha (yaxşı) pakedicidir.” 



(Vəsailuş-Şiə, cild 2/hədis 2055. Təhzib cild 1/səhifə 390-139. İstibsar, cild 1/səhifə 427-126) 

Sual 75: Cümə qüslündə namaz üçün dəstəmaz da alınırmı?  

Cavab:  İmam  Əli  İbn  Musa  Ər-Riza    (ə.s)  buyurur:  “Cümə  gününün  qüslündə  və 

ondan başqa qüsllərdə namaz üçün dəstəmaz yoxdur (alınmaz)”  

(Vəsailuş-Şiə, cild 2/hədis 2056. Təhzib cild 1/ 397-141. İstibsar, cild 1/431-126) 

Sual 76: Əgər bir şəxs cənabət qüslü və ya cümə qüslü və ya bayram qüslü alıbsa, 

o adama qüsldən əvvəl və ya sonra dəstəmaz almaq vacibdirmi (almalıdırmı)?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurdu:  “Xeyr,  ona  nə  əvvəl,  nə  də  ki  sonra 

dəstəmaz  almaq  vacib  deyil  (almamalıdır),  artıq  ona  qüsl  kifayət  edər,  qadınların 

hökmü  də  heyz  qüslü  və  ondan  başqa  qüslləri  verərkən  bu  cürdür  və  onlara 

(qadınlara)  da  nə  qüsldən  əvvəl,  nə  də  ki  sonra  dəstəmaz  almaq  vacib  deyil 

(almasınlar), artıq, aldıqları qüsl dəstəmaz üçün də kifayətdir.”  



(Sənəd: Vəsail, c.2, hədis 2057; Təhzib c.1, 398/141; İstibsar, c.1, 432/127) 

Sual 77: Hədislərə əsasən bildik ki, bir insan dəstəmazı və qüslü pozmayan işlər 

görməsə  dəstəmaz almadan gedib öz aldığı  qüslü  ilə  namaz qıla  bilər. Bəs mən 

əgər  istəsəm  və  fəzilətli  olsun  deyə  qüsldən  sonra  dəstəmazı  pozan  şeyləri 

etmədiyim halda gedib qüsldən əlavə dəstəmaz da alıb namaz qıla bilərəmmi?  


ahmedalhasan313.wordpress.com 

70 


Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Qüsldən sonra (dəstəmazı pozan şeylər 

edilmədiyi  halda)  gedib  dəstəmaz  almaq  bidətdir  (dinə  yenilik  gətirmə  və 

xurafatdır)! ”  

(Vəsailuş-Şiə, cild 2/hədis 2060. Təhzib cild 1/390-140. Kafi, cild 3/12-45) 

Bağırsaq qurdunun dəstəmaza təsiri 

Sual 78: Niyə görə adi halda heçnə ifraz etmədən, insanın arxa dəliyindən sadəcə 

“Həbbul-Qaraə”  deyilən  enli  bağırsaq  qurdu  və  kiçik  bağırsaq  qurdu  çıxanda 

dəstəmaz batil olmur?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Çünki bu qurdlar bit hökmündədir.” 

(Qeyd:  Yəni  insanın  bədənində  bitin  olması  onun  dəstəmazını  pozmadığı  kimi 

bunlar da dəstəmazı pozmaz)  



(Vəsailuş-Şiə,  hədis:  670.  Kafi,  cild  3/bab  36,hədis:  4.  İstibsar,  cild  1/bab  82,  hədis  256. 

Təhzib, cild 1/bab 12, hədis: 22. Fəqih, cild 1/bab 37, hədis: 138) 

Sual  79:  Bəs  bir  adam  namaz  qılan  halda  ikən,  ondan  (arxa  dəlikdən)  qurd 

düşübsə, bunun hökmü necə olar?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Namazını  sona  çatdırsın  (namaz  batil 

deyil) və belə şey onun dəstəmazını da pozmur.” 

(Vəsailuş-Şiə, hədis: 671. Təhzib, cild 1/bab 11, hədis: 21. İstibsar, cild 1,bab 81, hədis: 255) 

Sual  80:  Bəs  bir  şəxsin  arxa  dəliyindən  çıxan  qurd  nəcasətə  bulaşmış  halda 

çıxıbsa, onda bunun hökmü nədir?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Bu  zaman  həmin  şəxs  namazını 

saxlama-lıdır  və  özünü  təmizləyəndən  sonra  dəstəmazını  təzədən  alıb  namazını 

yenidən qılmalıdır.”  



(Vəsailuş-Şiə, hədis: 672. Təhzib, cild 1/bab 11, hədis: 20. Təhzib, cild 1/bab 206, hədis: 597. 

İstibsar, cild 1/bab 82, hədis: 258) 


Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə