Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə19/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   15   16   17   18   19   20   21   22   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



47 

Və  əgər  dəstəmazının  başlanğıcında  “Bismillahir-Rəhmanir-Rəhim”  desə,  onun 

bütün  bədən  üzvləri  günahlardan  pak  olar.  Və  əgər  dəstəmazının  axırında  və  ya 

cənabət  qüsulu  alıb,  axırda  desə  ki:  “Subhanəkə,  Allahummə  və  Bihəmdikə, 

Əşhədu  Ən  La  İlahə  İlla  Əntə,  Əstəğfirukə  və  Ətubu  İləykə  və  Əşhədu  Ənnə 

Muhəmmədən  Əbdukə  və  Rəsulukə  və  Əşhədu  Ənnə  Əliyyən  Vəliyyukə  və 

Xəlifətukə Bədə Nəbiyyikə və Əmmə Əuliyaəhu Xuləfaukə və Əusiyauh.”  

Tərcüməsi:  “Ey  Allahım  Sən  paksan  (məxluqatın  sifətlərindən)  və  Sənə  həmd 

edirəm  (Nemətlərinə  görə  Səni  öyürəm,  tərifləyirəm)  Şahidlik  edirəm  ki,  Səndən 

başqa ilah (ibadətə layiq şəxs) yoxdur, Səndən bağışlanmaq istəyirəm və Sənə tərəf 

dönürəm  və  şahidlik  edirəm  ki,  Muhəmməd    (ə.s)  Sənin  qulun  və  Elçindir  və 

Şahidlik  edirəm  ki,  Əli    (ə.s)  Sənin  dostundur  və  Peyğəmbərdən  sonra  Sənin 

Xəlifəndir (yer üzərindəki nümayəndəndir) və Şahidlik edirəm ki, onun (Əlinin ə.s) 

Övladları Sənin xəlifələrindir və Peyğəmbərin  (ə.s) Vəsiyyət etdiyi şəxslərdir.” 

Və kim bu cür desə, onun günahları ağacın yarpaqları tökülən kimi tökülər və Uca 

Allah  onun  dəstəmaz  və  qüsl  suyunun  bütün  damcılarının  sayı  qədər  mələk  xəlq 

edər  (yaradar)  ki,  onlar  da  təsbih  edər  (Subhanalah  deyər)  və  Allaha  təqdis  edər 

(Quddus deyər) deyər və təhlil edər (La ilahə illəllah deyər) və təkbir edər (Allahu 

Əkbər deyər) Və Muhəmməd Peyğəmbərlə  (s.ə.v.v) Əhli-beytinə  (ə.s) (Əli, Fatimə, 

Həsən, Hüseyn və Hüseynin 9 övladına) salavat deyərlər və bütün bunların savabı 

da  həmin  dəstəmaz  alanın  (və  ya  qüsl  alanın)  olar,  sonra  Uca  Allah  onun 

dəstəmazına və ya qüsuluna (tanınma) nişanı qoyar (bir əlamət qoyar) Belə ki, ona 

(dəstəmaza və qüsula) izzət (böyüklük, qüdrət) sahibi olan Allahın möhürlərindən 

biri ilə möhür vurular (yəni Uca Allah onun dəstəmaz və qüsulunu həmin şəxsin öz 

əməl dəftərində Qeyd elətdirib təsdiq edər)” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1040 

Dəstəmazsız caiz olmayan əməllər 

Sual 7: Məscidə dəstəmazsız daxil olmaq olarmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Təharətsiz (paklanmamış, dəstəmazsız) 

daxil olma!”  

- Vəsailuş-Şiə, cild 1/hədis: 1003 



ahmedalhasan313.wordpress.com 

48 


Sual 8: Dəstəmazsız Quran oxumaq olarmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Olar. Amma yazılarına əlin dəyməsin.”  



- Vəsailuş-Şiə, cild 1/hədis: 1012. Kafi cild 3/bab 50, hədis: 5. Təhzib, cild 1/bab 127, hədis: 

342-343. İstibsar, cild 1/bab 113, hədis: 377 

Sual 9: Dəstəmazsız halda Quran ayələrini hansısa vərəqə yazıb köçürə bilərəm?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr.” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1015. Təhzib, cild 1/bab 127, hədis: 345 

Dəstəmazda ardıcıllıq 

Sual  10:  Dəstəmaz  alarkən  və  ardıcıllığa  riayət  edərkən,  ardıcıllıqlar  arasında 

fasilə verə bilərikmi?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Dəstəmazının  hissələrinin  birini  o 

birisinə tabe et.” 

Qeyd:  Yəni  dəstəmaz  üzvlərinin  yuyulmasını  bir-birinin  ardınca  çox  fasilə 

vermədən əmələ gətir. 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1175. Kafi, cild 3/bab 34, hədis: 4 

Sual  11:  Əgər  bir  şəxs  dəstəmazda  ardıcıllığı  pozsa  və  üzü  yumamışdan  əvvəl 

qollarını yusa və ya başa məsh çəkməmişdən əvvəl qollarını yumadığını namaz 

vaxtı  namazdan sonra xatırlasa, nə etməlidir?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Uca  Allahın  əmr  etdiyi  kimi  başlasın 

(Allahın qoyduğu tərtiblə dəstəmaz alsın) və bütün səhv elədiklərini təzədən əmələ 

gətirsin.” 



-  Vəsailuş-Şiə, cild 1/hədis: 1186. İstibsar, cild 1/bab  73,  hədis: 224. Təhzib, cild 1/bab 97, 

hədis: 252 

Sual  12:  Bəs  bir  şəxs  namaz  vaxtı  yox,  məhz  dəstəmaz  almaqla  məşğul  olarkən 

sağ qolunu yumamışdan  əvvəl sol qolunu yusa və  ya sol qolu yumamışdan baş 

və  ayaqlarına  məsh  çəksə  və  elədiyi  səhvini  dəstəmaz  əzaları  qurumamış 

xatırlasa onda nə etməlidir?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Onda həmin şəxs  sağ qolunu yusun və 

sonra sol qolunu yusun, başa və  ayaqlara məsh çəksin və  əgər sol qolunu yumağı 



                            ahmedalhasan313.wordpress.com 

 

 



49 

unutmuşsa, onda sol əli yumaqdan başlayıb (dəstəmazı tamamlasın) və lap başdan 

dəstəmaz  almağa  başlamasın  (yəni  harada  səhv  edibsə  oradan  başlasın) 

Dəstəmazın  hissələrini  bir-birinin  ardınca  (tərtiblə,  bir-birinə  tabe  olaraq)  yerinə 

yetir.” 

Qeyd:  Bu  hökm  o  şəxsə  aid  deyil  ki,  səhvini  namazda  və  ya  namazdan  sonra 

xatırlamışdır,  bu  hökm  o  şəxsə  aiddir  ki,  dəstəmaz  əzaları  qurumamış  səhvini 

anlamışdır. 



-  Vəsailuş-Şiə,  cild  1/hədis:  1194.  İstibsar,  cild  1/bab  74,  hədis:  228.Təhzib,  cild  1/bab  99, 

hədis: 259. Kafi, cild 3/bab 34, hədis: 4 

Dəstəmaz alarkən oxunan müstəhəb dualar 

Sual  13:  Əhli-beytdən    (ə.s)  dəstəmaz  alarkən  oxunması  müstəhəb  olan  dua 

varmı?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Elə  ki,  dəstəmaz  alarkən  əlini  suyun 

içinə  saldın  de:  “Bismillahi  və  Billah.  Allahumməcəlni  minət-təvvabiynə  vəcəlni 

minət-tahhirin.” Sonra dəstəmazı qurtaranda de: “Əlhəmdulillahi-Rəbbil-Aləmin.”  



- Vəsailuş-Şiə, hədis: 1105. Təhzib, cild 1/bab 76, hədis: 192 

Sual  14:  Bəs  dəstəmaz  alarkən  müstəhəb  duanın  və  Allah  adını  zikr  etməyin 

hikməti nədir?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Kim  dəstəmaz  alarsa  və  Allahın  adını 

zikr  edərsə,  onda  onun  bütün  bədəni  pak  olar  və  əgər  kim  zikr  etməzsə,  onda 

bədənində (dəstəmaz üçün) su dəyən yerlərdən başqa digər yerlər pak olmaz.” 



- Vəsailuş-Şiə, hədis: 1107. Təhzib, cild 1/bab 358, hədis: 1076. İstibsar, cild 1/bab 68, hədis: 

205 

Dəstəmazdan əvvəl üz və əlləri yumağın hökmü 

Sual 15: Əgər bir şəxsin qarşısında bir qab su varsa, əlini o qabın içindəki suya 

salıb  dəstəmaz  almalı  olacaqsa,  əlini  o  dəstəmaz  üçün  istifadə  edəcəyi  suya 

salmamışdan əvvəl başqa bir su ilə pak etməlidirmi?  


Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə