Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə18/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   14   15   16   17   18   19   20   21   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



43 

 

 



 

 

 





Dəstəmaz Babı 

Dəstəmazın hökmü 

Sual 1: Namaz üçün dəstəmazın hökmü nədir?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Dəstəmaz almaq fərizədir (Allahın təyin 

və təqdir etdiyi bir əməldir)”  

- Vəsailuş-Şiə, cild 1/hədis: 961. Təhzib, hədis: 1013 

Dəstəmazın fəziləti 

Sual  2:  Namaz  üçün  alınan  dəstəmazdan  əlavə  adi  hallarda  dəstəmaz  almaq 

olarmı?  

Cavab:  Bu  barədə  Əhli-beytdən    (ə.s)  çoxlu  hədislər  varid  olmuşdur.  Onlardan 

bəziləri aşağıdakılardır:  



ahmedalhasan313.wordpress.com 

44 


Dəstəmazlı şəxsin günahları bağışlanar. 

İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Kim  ki,  hədəs  üçün  olmasa  da  belə  (və  ya 

namaz  üçün  olmasa  da  belə)  dəstəmazını  təzələsə,  Allah  onun  tövbəsini  istiğfar 

etməsə də (bağışlanmaq istəməsə də) təzələyər (yəni elə bil ki, təzə tövbə edib)  



- Vəsailuş-Şiə, cild 1/hədis: 996 

Dəstəmazlı şəxsin hacəti qəbul edilər. 

İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Həqiqətən mən çox təəccüb edirəm o kəsə ki, bir 

işə başlaya (və ya iş ardınca gedə) və bu halda da dəstəmazlı ola, necə ola bilər ki, 

onun hacəti (istəyi) yerinə yetməsin?! ”  

- Vəsailuş-Şiə, cild 1/hədis: 988. Fəqih, cild 1/hədis: 816 

Dəstəmazlı şəxsin yatması ibadətdir. 

İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Kim ki, pak olandan (dəstəmaz alandan) sonra 

yatağında  yerləşib  yatsa,  onun  yatağı  səcdə  etdiyi  yer  kimidir  və  birdən  əgər 

yadına  düşsə  ki,  dəstəmaz  almayıb,  bəs  gərək  öz  üstündə  olan  paltardan 

təyəmmüm  alsın.  Belə  olan  sürətdə,  həmişə  Allahın  (əzzə  və  cəllə)  zikr  etdiyi 

namazlarda olar.” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1001. Fəqih, cild 1/hədis: 1353 

Və daim dəstəmazlı olmağın müsəlmanlar üçün bir çox digər xeyir və savabları da 

vardır. 

Dəstəmazsız namazın batil olması 

Sual  3:  Əhli-beytə    (ə.s)  düşmən  olanların  yanında  dəstəmaz  almaq  təhlükəli 

olarsa, dəstəmazsız namaz qılmaq olarmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Subhanallah! Məgər dəstəmazsız namaz 

qılan kəs qoxmurmu ki, yer onu udsun?! ” 

- Vəsailuş-Şiə, cild 1/hədis: 969. Fəqih, hədis: 1128 

Dəstəmazın tarixçəsi 

Sual  4:  İslam  Dininin  dini  rituallarından  və  vacibatlarından  olan  Dəstəmaz 

Almaq məsələsi nə zamandan və necə başladı?  



                            ahmedalhasan313.wordpress.com 

 

 



45 

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: Rəsulullah  (s.ə.v.v) buyurur: “O vaxt ki, 

məni Meraca (göylərə) apardılar, Uca Allah mənə vəhy etdi: “Ey Muhəmməd! Sad 

bulağına en (yaxınlaş), məsacidlərini (dəstəmaz üzvlərini) yuyub pak elə və Rəbbin 

üçün  namaz  qıl.  İmam    (ə.s)  buyurdu:  Bəs  Allahın  Rəsulu    (s.ə.v.v)  Sad  bulağına 

yaxınlaşıb, sağ əlini suya tərəf uzatdı, onun üçün də (sünnətdir ki,) dəstəmaz almaq 

sağ  əl  ilə  başlasın,  sonra  Uca  Allah  ona  vəhy  edir  ki,  üzünü  yusun,  çünki  sən 

mənim əzəmətimə (böyüklüyümə, qüdrət nişanələrimə) diqqət eləyirsən, sonra sağ 

və  sol  qollarını  dirsəkdən  yu,  çünki  əllərinlə  mənim  kəlamlarımla  görüşürsən, 

sonra başına və qədəmlərinin üzərinə, topuqlara qədər əllərində qalan yaş ilə məsh 

çək. Bəs həqiqətən mən sənə xeyir-dua verib (səndən) razılıq edirəm və sən elə bir 

yerə ayaq basdın ki, səndən başqa heç kim ora ayaq basmayıb.” 

Qeyd: “Sad bulağı” Uca Allahın ərşinin sağ sütununun yanında olan bir bulaqdır. 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1033. Kafi, cild 3/bab 485, hədis: 1 

Dəstəmazın alınma qaydası 

Sual 5: Dəstəmaz necə alınır?  

Cavab:  Hədislərimizdə  dəstəmazın  alınma  forması  bütün  incəlikləri  ilə  bəyan 

edilmişdir.Bu barədə çoxlu sayda hədislərimiz mövcuddur.  

Bunlardan birində Müraciət yerimiz hədis ravisi Zürarə deyir: “İmam Muhəmməd 

Baqir    (ə.s)  içərisində  su olan bir teşt və  ya bir  qədəh (2,5 litr su) tələb  etdi, sonra 

ovuclarını yudu, sonra sağ ovcunu suya batırdı və  bir ovuc su ilə  üzünü yudu və 

sol  əlinin  ovcu  ilə  də  üzünü  yumağa  kömək  etdi,  sonra  sağ  ovcunu  suya  batırıb 

sudan  götürdü  (sonra  onu  sol  ovcuna  tökdü)  və  onunla  sağ  qolunu  dirsəkdən 

barmaqlarına  qədər  yudu,  bu  vaxt  suyu  dirsəyə  qaytarmadı,  sonra  sağ  ovcunu 

suya  batırıb  onu  su  ilə  doldurdu,  sonra  o  suyu  dirsəkdən  barmaqlarına  qədər  sol 

əlinin  üzərinə  tökdü  və  bu  vaxt  suyu  dirsəyə  qaytarmadı  necə  ki,  sağ  əli  üçün 

etmişdi.  Sonra  başına  və  2  qədəminə  ovcunda  qalan  su  ilə  məsh  çəkdi.  Bu  vaxt 

suyu təzələmədi.” 

- Təhzib c.1,bab-56,hədis-158; İstibsar c.1,bab-57,hədis-168 

Qeyd: Qadınlarda qollar yuyulan zaman, su gərək dirsəyin çölündən yox, dirsəyin 

içindən tökülsün. 



ahmedalhasan313.wordpress.com 

46 


Çünki,  İmam  Rza    (ə.s)  buyurur:  “Allah  fərz  edib  (müəyyən  edib)  ki,  qadınlar 

namaz  üçün  dəstəmaz  alarkən  qollarını  yuyan  zaman  suyu  əvvəl  qolun  içərisinə 

(bükük yerinə) tökərək, kişilər isə suyu əvvəl qollarını zahirinə (dirsəkdən) tökərək 

dəstəmaz alsınlar.”  



- Vəsailuş-Şiə, cild 1/hədis: 1238 

Gördüyünüz kimi hədislərdə bildirilən dəstəmaz alma qaydası çox bəsit və asandır 

və bunu oxuyub özünüzdə sərbəstcə yerinə yetirə bilərsiniz.  

Əlavə  olaraq  yenə  hədislərimizə  əsasən,  ayağa  məsh  çəkərkən  barmaqlardan 

ayağın  üstünə  qədər  düz  olaraq  çəkdiyimiz  məssi,  sağ  ayağın  sağ  tərəfindən 

ayağımızın  arxasına,  yəni  ayaq  arxası  dabanın  üstünə  qədər  də  çəkə  bilərik.  Sol 

ayağımızda  da  həmçinin,  məssi  barmaq  uclarından  götürüb  sol  ayağın  sol 

nahiyəsindən, sanki dairə çəkərcəsinə ayaq arxasında dabanının üstünə qədər çəkə 

bilərik. 

İmam  Muhəmməd  Baqir    (ə.s)  buyurur:  “Rəsulullah    (s.ə.v.v)  qədəmlərini  məsh 

etdi,  sonra  əlini  qədəminin  (ayaq  pəncəsinin)  ən  üst  hissəsinə  qoydu,  sonra  dedi: 

“Bu  həmin  kəbdir.”  (Quranda  topuq  bu  cür  adlanır)  Və  əli  ilə  urqubun  ən  aşağı 

hissəsinə  işarə  etdi  (Urqub-Anatomiya  elmində  ayaq  arxası  adlanır.  Ərəb  lüğət 

elmində isə: Hər bir şeyin arxa hissəsinə, dalına deyilir) Sonra dedi: “Həqiqətən bu 

həmin zundubdur.” 

- Təhzib, cild 1/bab 75, hədis: 190 

Qeyd:  Zundub  -  anatomiya  elmində  böyük  baldır  sümüyünə  deyilir.  Ərəb  lüğət 

elmində isə baldırın və ya onun (böyük) sümüyünün aşağı hissəsinə deyilir.  

Dəstəmaz almanın hikməti 

Sual  6:  Nəyə  görə  dəstəmaz  alanda  üzümüzü  və  iki  qollarımızı  yuyuruq  və 

başımız ilə ayaqlarımıza məsh çəkirik?  

Cavab:  İmam  Həsən  Əskəri    (ə.s)  təfsirində  deyilir:  Allahın  Rəsulu    (s.ə.v.v) 

buyurur: “Həqiqətən Allahın qulu elə  ki, dəstəmaz alıb  üzünü yusa,  üzünün (üzü 

ilə qazandığı) günahları tökülər və elə ki, 2 qolunu dirsəklərindən başlayaraq yusa, 

əllərinin  (əlləri,  qolları  ilə  qazandığı)  günahları  tökülər.  Və  elə  ki,  başına  məsh 

çəkdi,  onun  başının  (başı  ilə  qazandığı)  günahları  tökülər  və  elə  ki,  qədəmlərinin 

üzərinə məsh çəkdi, ayaqlarının günahları tökülər. 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə