Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə11/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   7   8   9   10   11   12   13   14   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



25 

yozmaq məqsədilə  mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə 

Allahdan  başqa  heç  kəs  bilməz.  Elmdə  qüvvətli  olanlar  isə  deyərlər:  “Biz  onlara 

iman  gətirdik,  hamısı  bizim  Rəbbimizdəndir.”  Bunu  isə  ancaq  elmdə  dərinləşmiş 

olanlar dərk edərlər.] [Ali-İmran: 7] 

İmam  Əli    (ə.s)  buyurur:  Hardadır  biz  Əhli-beytdən    (ə.s)  başqa  rasəxun  (elmdə 

dərin-ləşmiş  olanlar)?!  Onların  iddiası  yalan  və  bizə  zülmdür.  Çünki  Allah-təala 

bizə üstünlük verib və onları aşağı tutmuşdur. (Bu məqam və rütbəni) bizə əta edib 

onları bundan bəhrəsiz etmişdir.” 

- Nəhcul-Bəlağə, Hissə 3/xutbə 144.  

İmam Baqir  (ə.s) buyurur: “Elmdə dərinləşmiş olanlar (rasəxun) bizik və biz təvil 

və təfsiri bilirik.” 

- Vəsailuş-Şiə, cild 27/səhifə 198 

Dində  anlayış  sahibi  (Fəqih)  olmaq  istəyən  hər  kəs,  həm  əqidəvi  həm  də  əməli 

məsələlərdə,  mütləq  şəkildə  Allahın  yer  üzərindəki  höccətlərinə  itaət  etməli  və 

ancaq onlara təslim olmalıdır. Çünki halalı və haramı bizlərə nişan verəcək şəxslər, 

məhz Elmdə dərinləşmiş olan kəslərdir. Fəqih olan kəs, Fəqihlərin Fəqihinə təqlid 

etməlidir və bu yolda hər kəs əlindən gəldiyi qədər çalışıb səy göstərməlidir.  

Rəsulullah  (s.ə.v.v) buyurur: “Dində şagird olmaq hər müsəlmana fərzdir və Allah 

şagirdləri sevər.” 



- Üsuli-Kafi, cild 1/səhifə 30

 

İmam Sadiq (əs) buyurdu: “Şagird olmaq fərzdir.” 



- Üsuli-Kafi, cild 1/səhifə 30

 

Müfəzzəl İbn Ömər deyir: İmam Sadiqdən  (ə.s) eşitdim: “Sizə Allahın (c.c.) dinində 

alim olmaq və səhrada gəzənlər (başıboş dolaşan kəs) kimi olmamaq fərzdir, çünki 

Allahın  dinində  alim  olmayanlara  Qiyamət  günündə  Allah  təvəccüh  etməz  və 

onların əməllərini təmiz saymayacaq.” 

- Üsuli-Kafi, cild 1/səhifə 31

 

Buna görə də, hər bir müsəlman çalışmalı və rahata qaçmaq yerinə, hökmləri Əhli-

beyt  (ə.s) hədislərindən əxz edərək sadəcə onlara təqlid etməlidir.  

Əmirəlmöminin  Əli    (ə.s)  [Əgər  bilmirsinizsə  zikr  əhlindən  soruşun]  [Nəhl:  43  və 



Ənbiya: 7] ayəsi haqqında belə buyurdu: Zikr əhli bizik!” 


ahmedalhasan313.wordpress.com 

26 


- Biharul-Ənvar, cild 23/səhifə 186. Kənzul-Fəvaid, səhifə 162 

Buna  görə  də,  hər  bir  müsəlman,  bilmədiyi  və  ehtiyac  duyduğu  məsələlərdə,  o 

cümlədən  halal-haram  məsələlərində,  mütləq  Əhli-beytə    (ə.s)  təqlid  etməli  və 

bunun üçündə hədis ravilərinə müraciət etməlidir. Çünki, hədis raviləri özlərindən 

heç  nə  demirlər.  İctihad  edərək  batil  yollarla  (Quran  və  hədislər  çərçivəsindən 

kənar) istinbat edərək hökm vermirlər.  

İmam  Zeynəl-Abidin    (ə.s)  buyurur:  “Doğrusu,  Allah  əzzə  və  cəllənin  dini,  bizə 

təslim  olmadan,  əskik  ağıllarla,  batil  görüş  və  zənlərlə,  korlanmış  müqayisələrlə 

əldə  edilə  bilməz.  Və  kim  bizə  təslim  olarsa  səlamətlik  tapacaqdır  və  kim  bizə 

sığınarsa hidayətə çatacaqdır və kim öz görüşünə, ağıl və fikrinə tabe olarsa həlak 

olacaqdır. Nə zaman biz, bir hökmdə bir qərar versək, qəlbiniz də buna etiraz edər 

və inkar edərsə, özünüz belə bilmədən, Fatihə surəsi və Quran endirilən şəxsə kafir 

olmusunuz deməkdir.” 

- Mustədrəkul-Vəsail, cild 17/səhifə 262. Biharul-Ənvar, cild 2/səhifə 303

 

Mövzumuz İctihad və Təqlid ilə əlaqədar olmadığı üçün, kimə müraciət edilməli və 

kimlərə  təqlid  edilməlidir  məsələsinə  dair  bir  neçə  dəlili  yazmaqla  kifayətlənir  və 

şəriət  məsələlərində  halal  və  haram  nuanslarına  “Əhli-beyt    (ə.s)”  çərçivəsində 

nəzər salmağı və bu yolla əməl etməyi hər bir müsəlmana arzu edir və batilin qol-

qanad  açdığı  bu  günlərdə,  əməllərdə  və  xüsusilə  əqidə  məsələlərində  diqqətli 

olmağı hamıya tövsiyə edirik.  

Batilin ayaq səsləri 

İmam  Zamanın    (ə.s)  Qeybəti-Kübraya  çıxmasından  təxminən  280  il  sonrakı 

müddət  ərzində  yavaş-yavaş  aldadılmağa  başlanan,  həmçinin  ictihad  və  təqlid 

bataqlığına  söykənən  sisteminin  necə  də  batil  bir  sistem  olması  və  bu  sarmaşığın 

kökünün  Əbu  Hənifə  kimilərdən  və  ümumi  olaraq  Sünnilikdən  gəlməsində,  azca 

da  olsa  təəssüb-keşlikdən  uzaq  elm  əhlinin  heç  bir  şəkk-şübhəsi  yoxdur.  Bu 

məsələyə dair çoxlu sayda hədislərdən dəlillərimiz də mövcuddur. Amma xəbərsiz 

kütləni  bu  sual  daim  maraqlandırır.  Müctehidliyin  nəyi  pisdir?  Məgər  onlar  hər 

məsələdə  İmam-ların    (ə.s)  kəlamına  əsaslanmırlarmı?  Bir  kitabda  hədislər  və  ya 

əvəzində müctehid fətvalarının olmasının nəyi pisdir? 

Təbii ki burada cavab olaraq yazacağımız məsələ, heç də əql və icmaya əsaslanma-

ğın batil olub-olmaması haqqında deyildir. Çünki bu barədə zatən yüzlərlə məlum 

hədislərimiz  vardır.  Əsas  cavab  budur  ki,  müctehidlər  həqiqətən  də  İmamların  

(ə.s)  qoyduğu  yol  ilə  gedirmi?  İnsafən  deməliyik  ki,  müctehidlər  bir  çox 




                            ahmedalhasan313.wordpress.com 

 

 



27 

məsələlərdə  hədislərə  əsaslanır ki,  bunda heç  bir şəkk-şübhə  yoxdur. Çünki zatən 

Üsuliliyin  4  sütunu  vardır:  Kitab,  Sünnə,  İcma  və  Əql  (Hədaiqun  Nadirə  fii  İtrətil 

Əimmətit-Tahirə, cild/səhifə 26. Məsadirul-İstinbat, səhifə 39) 

Ona görə də heç kim Müctehidin Kitab və Sünnəyə əsaslanmadığını iddia etmir və 

iddia  edə  də  bilməz.  Amma  əsas  məsələ  İcma  və  Əqlə  əsaslanmaqdır.  Buna  icazə 

verən bir dəlil varmı? Yoxsa bu dəlillər hədislərin “yozmasından”  ələ  gəlib?  Buna 

görə  də,  Əhli-beytin    (ə.s)  bizi  yönəltdiyi  səhih  olan  məlum  iki  dayanaq  vardır: 

Kitab və Hədislər. Üçüncü və dördüncü və sair yollar yoxdur! 

Və heç bir vəhclə müctehidi “İmamların  (ə.s) ardıcılı” və ya haqq üzrə fətva verən 

adlandıra  bilmərik.  Çünki,  haqq  ilə  (Quran  və  hədislərlə)  batili  (İcma,  Məntiq, 

Qiyas  və  sair)  qarışdıran  və  bu  yolla  fətva  verən  şəxs,  həqiqətdə  batil  üzrə  fətva 

vermiş sayılır. 

İmam  Həsən  Əskəri    (ə.s)  buyurdu:  İmam  Sadiq    (ə.s)  buyurmuşdur:  .”..Onlar 

(Axır-zamandakı Şiə Üləmalar), bizim şiələrimizə qarşı, Yezid və ordusunun İmam 

Hüseyn    (ə.s)  və  onun  əshabına  verdiyi  əziyyətdən  də  betərini  edəcəklər  və  onlar 

təhlükəli  dəstədirlər.  Onlar,  axırzamanın  şərli  alimləridir,  o  alimlər  nasibidirlər 

(Əhli-beytin    (ə.s)  düşmənləri)  və  İmam  aşiqi  olana  bənzəyərlər  və  Bizi  çox 

sevdiklərini iddia edərlər. Onlar, bəzi doğru olan elmləri çox həvəslə öyrənərlər və 

(haqqı  batilə  qarışdırıb)  Bizim    şiələrimizə  tərəf  gələrlər.  Bizə  düşmən  olanların 

yanında Bizim haqqımızda xətalı danışarlar.” 



- Təfsiri İmam Həsən Əskəri  (ə.s), səhifə 275 

Hədis ixtilafının həlli 

Hədis  ixtilafı,  əsasən  bir  məsələ  haqqında,  Əhli-beytdən    (ə.s)  varid  olan  iki  fərqli 

cavablar məsələsindəki ziddiyyətlərlə əlaqədardır: 

1-Zahirən  ixtilaflı  bir  məsələ  kimi  görünən  hökmlərdir.  Buna  misal  olaraq,  cihad 

məsələsini zikr edə bilərik. İmamların  (ə.s) arasında, İmam Əli  (ə.s), İmam Həsən  

(ə.s) və İmam Hüseynin  (ə.s) dövründə, məlum mübarizə və çaxnaşmalar olduğu 

üçün,  İmamlar  müharibə  göstərişi  vermiş  və  insanları  batilə  qarşı  cihad  etməyə 

səsləmişdir. Amma digər İmamlardan  (ə.s) belə bir göstəriş gəlməmişdir. Quranda 

isə, cihad vacib olaraq bildirilmişdir. Zahirən qarışıq və ixtilaflı görünən bu məsələ 

barədə  diqqətlə  araşdırma aparıldıqda, bu hökmlərin arasında heç  bir ziddiyyətin 

olmadığı  qənaətinə  yəqinliklə  gəlmək  olar.  Çünki,  Allahın  Höccətlərinin,  hökmü 

dəyişdirmək  səlahiyyəti  vardır.  Vacib  olanı  qüvvədən  düşürə,  vacib  olmayanı  da 




Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə