Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə178/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   172   173   174   175   176   177   178   179   180

ahmedalhasan313.wordpress.com 

530 


etmiş  bir  şəxsi  gətirdilər  və  o  (ə.s),  onun  (sağ)  əlini  kəsdi.  Daha  sonra  onu  ikinci 

dəfə  (etdiyi  oğurluğa  görə)  gətirdilər  və  Əli  (ə.s)  onun  çarpaz  olan  (yəni  sol) 

əyağını kəsdi. Daha sonra onu üçüncü dəfə gətirdilər və İmam  (ə.s) onu ömürlük 

zindana  ataraq,  ona  müsəlmanların  beytül-malından  ayırdı.  O    (ə.s)  buyurdu: 

“Allah  Rəsulu  (s.ə.v.v)  belə  edərd  və  mən  onun    (s)  etdiyinin  əksinə 

getməyəcəyəm.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 223. hədis. 5 

Sual 30: Bir şəxs  oğurluq edib və  o oğurluq edərkən tutulmayıb. Eyni oğurluğu 

ikinci  dəfə  də  etdiyində  yenə    də  tutulmamışdır.  Nəhayət  üçüncü  dəfə  oğurluq 

etdikdə  tutuldu.  Daha  sonra  şahidlər  çıxaraq  onun  əvvəlki  və  sonuncu 

oğurluğuna şahidlik etdilər. Bu təqdirdə oğrunun şəri hökmlə cəzası nə olacaq?  

Cavab: Bukeyr bin Əyan nəql edir ki, İmam Əbu Cəfər  (ə.s) buyurub: “Vacibdir ki, 

birinci  oğurluğuna  əsasən  əli  kəsilsin.  Sonuncu  oğurluğuna  görə  isə  ayağı 

kəsilməməlidir.”  Soruşdular:  “Bu  necə  olur?”  İmam    (ə.s)  buyurdu:  “Çünki, 

şahidlərin hamısı onun birinci və sonuncu oğurluğuna bir anda şəhadət etdilər, ta 

onun birinci oğurluğundan dolayı  əlinin kəsildiyi vaxta qədər. Amma əgər birinci 

oğurluğunda  tutulmuş  olsaydı  və  şahidlər  onun  birinci  oğurluğuna  şəhadət 

etsəydilər bu halda əli kəsilərdi və daha sonrakı, ikinci oğurluğunda tutulmasından 

dolayı olan şahidliklərində isə mümkündür ki, ayağı da kəsilmiş olardı.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 224. hədis. 12 

 

 

Sual 31: Əlin və ayağın kəsilməsində hansı qaydaya riayət etmək lazımdır?  

Cavab:  İshaq  bin  Əmmar  nəql  edir  ki,  İmam  Kazım    (ə.s)  buyurub:  “Oğrunun  əli 

baş  barmaq  və  biləkciyinin  saxlanılması  şərti  ilə  kəsilər.  Ayağı  isə  onun  arxa 

hissəsinin (yəni dabanının) saxlanılması şərti ilə kəsilər.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 224. hədis. 13 

Sual 32: Hər iki əli iflicli olduğu halda oğurluq edən kəsin cəzası nədir?  


                            ahmedalhasan313.wordpress.com 

 

 



531 

Cavab: Abdullah bin Sinan nəql edir ki, İmam Sadiq  (ə.s) buyurub: “Hər bir halda 

oğrunun sağ əli kəsilir.”  

Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 226. hədis. 16 

İşçi və qonağın etdikləri oğurluq 

Sual  33:  Bir  şəxs  evinə  işçi  təyin  etmişdir  ki,  daha  sonra  o  işçi  işlədiyi  evdən 

oğurluq etmişdir. Bu halda işçinin əli kəsiləcəkmidir?  

Cavab:  Süleyman  bin  Xalid  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Xeyr.  O,  o 

kəsdir ki, ona etimad edilib və o oğru deyil, xəyanətkardır.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 227. hədis. 3 

Sual  34:  Qonaq  olan  bir  şəxs  oğurluq  etdiyində  əli  kəsilər  mi  və  ya  qonağın 

qonağı oğurluq etmiş olsa cəza hökmü nədir?  

Cavab: Muhəmməd bin Qeys nəql edir ki, İmam Baqir  (ə.s) buyurub: “Əgər qonaq 

oğurluq  edərsə,  (ona  etimad  olunduğundan  cəza  tədbiri  olaraq)  əli  kəsilməz. 

Amma əgər qonaq yad bir evə başqa bir qonağı dəvət edər, və o da evdən oğurluq 

edərsə, bu halda qonağın qonağının əli kəsilər.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 228. hədis. 4 

Sual  35:  Əgər  iki  nəfər  səfər  boyu  yoldaşlıq  edərlərsə,  fəqət  onlardan  biri 

digərinin malını oğurlayıb qaçarsa, oğrunun əli kəsilər mi?  

Cavab: Əbu Bəsir nəql edir ki, İmam Əbu Cəfər  (ə.s) buyurub: “Bu xəyanətdir və 

onun əli kəsilməz. Amma oğurluğuna və xəyanətinə əsasən izlənilməlidir.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 228. hədis. 6 

Sual  36:  Bəs  əgər  bir  şəxs  atası,  qardaşı  və  ya  bacısından  oğurluq  edərsə,  cəza 

ehkamı olaraq əli kəsilər mi?  

Cavab:  Əbu  Bəsir  nəql  edir  ki,  İmam  Baqir    (ə.s)  buyurub:  “Onun  əli  kəsilməz. 

Çünki 

oğula 


atasının 

evinə 


girməyində 

qadağa 


qoyulmamışdır. 

Bu 


xəyanətkarlıqdır. Eynilə də əgər o qardaşının və bacısının evindən oğurluq edərsə 

(əlləri kəsilməz) Əgər ki, onların evinə daxil olmasında qadağa yoxdursa.”  




ahmedalhasan313.wordpress.com 

532 


-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 228. hədis. 6 

Qəhətlik və aclıq illərində edilən oğurluq 

Sual 37: Aclıq və ya qəhətlik illərində oğurluq edən şəxsin cəza tədbiri olaraq əli 

kəsilər mi?  

Cavab: Səkuni nəql edir ki, İmam  Əba  Əbdillah    (ə.s)  buyurub: “Qəhətlik və  aclıq 

illərində oğrunun əli kəsilməz.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 231. hədis. 2 

İmam Sadiq  (ə.s) buyurub: “Əmirəl-möminin Əli  (ə.s) aclıq illərində oğrunun əlini 

kəsməzdi.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 231. hədis. 3 

Allaha və Rəsuluna  (s.ə.v.v) qarşı çıxanların cəza 

əhkamı 

Sual 38: Allaha (s.v.t), Rəsuluna  (s) və Əhli-beytə  (ə.s) qarşı çıxanların və onlarla 

döyüşə qalxanların cəzası nədir?  

Cavab: Cəmil Dərrac nəql edir ki, İmam Sadiq  (ə.s) Allahın (s.v.t): [Allaha və Onun 



Elçisinə  qarşı  müharibə  edənlərin  və  yer  üzündə  fitnə-fəsad  törətməyə  səy 

göstərənlərin  cəzası  ancaq  öldürülmək  və  ya  çarmıxa  çəkilmək,  ya  əllərini  və 

ayaqlarını  çarpazvari  kəsmək  və  yaxud  da  yaşadıqları  yerdən  sürgün  edilməkdir. 

Bu,  onlar  üçün  dünyada  bir  rüsvayçılıqdır...  ].  (əl-Maidə  33)  -ayəsinin  təfsirində 

buyurdu:  “Bu  (cəzaların  seçimi)  İmama  məxsusdur.  Əgər  istərsə  əl  və  ayağını 

kəsər,  istərsə  çarmıxa  çəkər  və  ya  sürgün  edər  və  istərsə  də  öldürər.”  Ravi  deyir, 

soruşdum:  “Sürgün  edilmə  haradan  haraya  edilir?”  İmam    (ə.s)  buyurdu:  “Bir 

şəhərdən  başqa  bir  şəhərə.  Necəki,  Əli    (ə.s)  iki  nəfəri  Kufədən  Bəsrəyə  sürgün 

etmişdir.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 245. hədis. 3 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə