Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə25/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   21   22   23   24   25   26   27   28   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



65 

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Elə  ki  suyun  sərinliyini  dirsəyində  ( 

digər  dəstəmaz  üzvlərində)  hiss  edirsə,  onda  qayıtmasın  (həmin  üzvü  yenidən 

yumasın)” 



(Təhzibul-əhkam, cild 1/1103-364. Vəsailuş-Şiə, cild 1/hədis: 1246) 

Sual  60:  Bəs  bir  şəxs  namazını  qılıb  qurtarandan  sonra  dəstəmazında  şəkk 

edərsə, arxayınçılığı üçün dəstəmaz alıb namazını təzədən qıla bilərmi?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Namazında  və  təharətində  bütün  o 

şeyləri ki, əməl edib qurtarmısansa və sonradan da (dəstəmaz suyu quruyandan və 

namaz  qutarandan  sonra)  nəyisə  xatırlayarsansa  (şəkkdə  qalmısansa),  onda  bu 

əməlləri tamamlanmış  say  və  o  əməllərdə  sənin geri  qayıtmağın lazım deyil (yəni 

təzədən dəstəmazı və ya namazı əmələ gətirmək lazım deyil.)” 



(Təhzibul-əhkam, cild 1/1104-364. Vəsailuş-Şiə, cild 1/hədis: 1248) 

Sual  61:  Bəs  bir  şəxs  dəstəmazda  üzünü  yuyubsa,  amma  dəstəmazdan  sonra 

üzünün bir tərəfini yuyub bir tərəfini yumadığını yəqin bilmirsə və şəkk içində 

qalıbsa, bəs onda nə etsin?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Ona  üzünün  bir  hissəsinin  islanması 

kifayətdir.” 

(Fəqih,  cild  1/133-36.  Uyuni-Əxbarir-Riza    (ə.s),  cild  2/49-22.  Vəsailuş-Şiə,  cild  1/hədis: 

1251) 

Sual  62:  Bir  şəxs  dəstəmaz  alırsa  və  dəstəmazını  qurtaran  kimi  arxadan  yel 

çıxarıb-çıxarmadığında şəkkə düşsə, dəstəmazını təzələsinmi?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Hədəs baş vermədiyinə yəqin olmadan 

dəstəmazı pozmağın (yenidən almağın) əbədən icazəli deyil.” 

(Kafi, cild 3/1-33. Təhzibul-Əhkam, cild 1/268-102. Vəsailuş-Şiə, cild 1/hədis: 1252) 

Sual 63: Bəs dəstəmazın yaşı quruyandan və namaza başlayandan sonra arxadan 

yel çıxıb-çıxmadığına şəkk etsə, onda nə etsin?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Namaz qılarkən şəkk etsə, onda namazı 

kəssin dəstəmaz alsın və namazını təzədən qılsın.” 

(Qurbul-İsnad, səhifə 83. Vəsailuş-Şiə, cild 1/hədis: 1253) 



ahmedalhasan313.wordpress.com 

66 


Sual  64:  Dəstəmazlı  olduğu  və  namaz  qıldığı  zaman  arxasından  yel  çıxıb-

çıxmadığına namazdan sonra şəkk etməyə başlasa, onda nə etsin?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Onda  aldığı  dəstəmaz  ona  kifayətdir 

(yəni şəkkinə əməl etməsin, dəstəmaz almış sayılır)” 

(Qurbul-İsnad, səhifə 83. Vəsailuş-Şiə, cild 1/hədis: 1253) 

Dəstəmazdan sonra əzalarda qalan su barədə 

hökmlər 

Sual  65:  Dəstəmaz  alandan  sonra,  dəstəmazımın  suyu  qurumamış  dəsmalla  əl-

üzümü qurulasam olar?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Eybi yoxdur.” 



(Təhzibul-Əhkam, cild 1/1101-364. Vəsailuş-Şiə, cild 1/hədis: 1254) 

Sual  66:  Dəstəmaz  alandan  sonra,  dəstəmazımın  suyunu  köynəyimə  silə 

bilərəmmi?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Köynək təmizdirsə eybi yoxdur.” 



(Təhzibul-Əhkam, cild 1/1102-364. Vəsailuş-Şiə, cild 1/hədis: 1255) 

Sual 67: Dəstəmaz alandan sonra dəstəmaz suyunun öz-özünə quruması yaxşıdır 

ya dəsmalla qurulamaq?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Kim  dəstəmaz  alıb  dəsmal  ilə 

qurulanarsa  ona  bir  savab  yazılar  və  kim  dəstəmaz  alandan  sonra  dəsmal  ilə 

qurulanmazsa və dəstəmazının nəmi (yaşı) özü quruyarsa ona 30 savab yazılar.” 



(Fəqih,  cild  1/105-31.  Səvabul-Amal,  səhifə  32.  Kafi,  cild  3/4-70.  Əl-Məhasin,  250/429. 

Vəsailuş-Şiə, cild 1/hədis: 1258) 

Sual  68:  Bir  çox  müsəlmanlar  dəstəmaz  alarkən  istifadə  etdikləri  dəsmalı  digər 

dəsməllardan ayırır və ayrıca “Dəstəmaz Dəsmalı” edirlər. Bu barədə İmamların  

(ə.s) həyatından bir örnək varmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “İmam Əlinin  (ə.s) məsciddəki evində bir 

xirqə (parça, əski) asılı olardı və daim onunla dəstəmazdan sonra qurulanardı.” 

(Əl-Məhasin, 248-429. Vəsailuş-Şiə, cild 1/hədis: 1261) 



                            ahmedalhasan313.wordpress.com 

 

 



67 

Sual 69: Üzdə qalın saqqalı olan şəxs dəstəmaz alarkən üzünü qaşıyıb dəstəmaz 

suyunu üzdəki tüklərinin dibinə çatdırmalıdırmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Üzdə tüklə əhatə edilmiş bütün yerlərin 

dibinə  kimi  yuyulması  üçün  bəndənin  cəhd  etməsi  vacib  deyildir  və  bu  barədə 

bəhs etmək də vacib deyildir. Lakin saqqalın (tükün) üzərinə su axıtmaq lazımdır.” 

(Qeyd:  Üzə  1  dəfə  dəstəmaz  üçün  su  axıdıldıqda  saqqala  2-3  dəfə,  o  1  dəfə  üzə 

axıdılmış  su  ilə  sığal  çəkildikdə  su  tükün  dibinə  tam  yetişir.  Və  dəstəmaz  zamanı 

saqqal  dibinə  suyun  yetişməsi  üçün  krantdan  əlavə  su  götürüb  saqqal  dibinə 

tökməl olmaz! ) 



(Mən La Yəhzuruhul-Fəqih, cild 1/88-28. Vəsailuş-Şiə, cild 1/hədis: 1265) 

Dəstəmaz üçün kömək istəməyin hökmü 

Sual 70: Dəstəmaz alarkən kiminsə mənim əlimə su tökməsi və köməklik etməsi 

düzgündürmü?  

Cavab:  Hədis  Ravilərindən  biri  deyir:  “İmam  Əli  İbn  Musa  Ər-Riza    (ə.s)  bir  gün 

(Abbasi xəlifəsi) Məmunun (l.ə) yanına daxil olduqda o, dəstəmaz alırdı və nökəri 

əlinə  su tökməkdəydi. İmam Əli  İbn  Musa Ər-Riza    (ə.s)  ona belə  dedi: “Rəbbinin 

ibadətinə  heç  kəsi şərik qoşma, ey  Əmirəlmöminin!  Bu sözdən sonra Məmun (l.ə) 

nökəri bu işdən kənarlaşdırdı və dəstəmazı özü almağa qərara aldı.” 



(İrşadul-Mufid, səhifə 315. Vəsailuş-Şiə, cild 1/hədis: 1269) 

(Qeyd: Bu barədə bir çox rəvayətlər mövcuddur. Və rəvayətlərdən də aydın olur ki, 

dəstəmaz  zamanı  kimdənsə  kömək  almaq  məkruhdur.  Rəvayətdə  İmam  Rizanın  

(ə.s)  Məmuna  (l.ə)  “Əmirəlmöminin”  deməsinə  gəldikdə  isə,  bu  iş  eynilə  İmam 

Rizanın  (ə.s) Məmunun (l.ə) yanında tənasüxə inananın kafir olmasını deməsi kimi 

təqiyyə  məqsədli  və  inancı  gizlədərək  özünün  və  şiələrin  canını  xətərə  salmamaq 

naminə  deyilmişdir.  Çünki  “Əmirəlmöminin”  ləqəbi,  həqiqi  mənada  ancaq  İmam 

Əliyə    (ə.s)  məxsudur.  Və  hədislərə  əsasən  təqiyyə  zamanını  çıxmaq  şərti  ilə  bu 

sözü Əlidən  (ə.s) başqasına aid edən şəxs kafirdir.) 

Sual 71: Ağır xəstəlik zamanı qüsl və ya dəstəmaz üçün köməklik almaq olarmı?  



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə